Kürdə batan şəxsin meyiti tapıldı

40 yaşlı şəxsin Kürdən meyiti tapılıb.

Median.Az-ın məlumatına görə, bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Abdullayev Seymur Bayram oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *