Biləsuvarda qəza: 4 nəfər ağır yaralanıb

Axşam saatlarında Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Median.Az “Report”a istinadən bildirir ki, rayonun Xırmandalı kəndi ərazisində “Mitsubishi” markalı avtomobillə “Mercedes” toqquşub.

Hadisə zamanı 4 nəfərin ağır yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.