• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Bakıda yol polisi kütləvi cərimələrə başlayıb

by
Aprel 7, 2018
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Dövlət Yol Polisinin elektron vasitələri iki və daha çox hərəkət zolağı olan yollarda məcburi hərəkət istiqamətlərini göstərən yol nişanlarının tələblərini pozan sürücülər barədə kütləvi şəkildə elektron protokollar tərtib etməyə başlayıb

Son günlər Dövlət Yol Polisinin elektron vasitələri iki və daha çox hərəkət zolağı olan yollarda məcburi hərəkət istiqamətlərini göstərən yol nişanlarının tələblərini pozan sürücülər barədə kütləvi şəkildə elektron protokollar (MMX) tərtib etməyə başlayıb.

Median.Az Avtosfer.az-a istinadla xəbər verir ki, bu cür qayda pozuntuları Bakıda kütləvi yayılıb. Xüsusən hərəkətin intensiv olduğu saatlarda sürücülər iki və daha çox zolaqlı yollarda “Ancaq sağa” və ya “Ancaq sola” işarələrinin tələblərini pozaraq həmin zolaqla düzünə hərəkət edirlər.

Bu günlərdə mediada Üzeyir Hacıbəyov və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində kameralar tərəfindən qeydə alınan görüntülər yayılıb. Həmin kadrlardan da görünür ki, təxminən 1 dəqiqəyə yaxın vaxt ərzində yalnız sağa hərəkətə icazə verilən zolaqda 11 avtomobil düzünə hərəkət etməklə qaydanı pozub. Qaydanı pozan bütün sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci — yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat cərimə edilirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, əslində bu məsələ qanunla çoxdan tənzimlənir və buna görə cərimə də var. Amma nişanlanmalar da qaydasında olmalıdır ki, sürücülər səhv eləməsinlər: “Əgər yol çoxzolaqlı yoldursa, həmin yolda hərəkət istiqamətləri fərqlidirsə, onda yolayrıcında 5.8.1 nişanı qoyulmalıdır. Cəmi iki zolaq varsa, bu nişan yolun sağında qoyulur. Yox əgər həmin istiqamətdə 3 və daha çox zolaq varsa, həmin nişan asfaltın üstündə yuxarıdan asılmalıdır. Bundan başqa, standarta görə, asfaltın üstündə ən azı iki ox çəkilməlidir. Amma yolda intensivlik çoxdursa 3 və daha çox dəfə çəkilməlidir. Nişanlanma xətlərində elə problemlər ola bilər ki, sürücü onu dərk edə bilməz. Əgər nişanalmalarla bağlı səhvlər varsa, hərəkət düzgün təşkil olunmayıbsa, sürücü onu qavramayıbsa, ona cərimə yazıla bilməz”.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev isə həm nişanlama xətlərinin, həmdə nişanların eyni qüvvəli olduğunu deyir. Yəni yolda nişanlama xətti varsa və sürücü onu görərək yoldan çıxmırsa, o, mütləq cərimə olunur: “Əksər yollarda biz yuxarıda — görünən yerdən istiqamətləri bildirən 1.18 nişanlarını asırıq. Amma elə yollar var ki, bunu etmək mümkün olmur. O zaman yolda nişanlama xətləri olur və bu bir neçə dəfə təkrarlanır. Əgər sürücü səhv zolağa daxil olubsa, o zaman dayanıb hərəkətə maneə yaratmamalı, daxil olduğu zolaqla, icazə verilən istiqamətdə hərəkət etməlidir”.

Bu qanun pozuntusuna görə niyə əvvələr cərimə tətbiq olunmurdu, son vaxtlar tətbiq olunur? K.Əliyev, həmçinin bu suala da aydınlıq gətirib:”İndiyə qədər niyə cərimə yazılmırdı arqumenti düzgün deyil. Çünki əvvəl olmayan çox şeylər var ki, indi var. Məsələn, əlavə zolaqlar sonradan salına bilər, həmin yollarda kameralar sonradan qoyula bilər. Bu ona bənzəyir ki, əgər yolda inspektor dayanıbsa, onda qayda pozmaq olmaz, dayanmayıbsa qaydanı pozmaq olar? Bu düzgün deyil, əgər qanun qadağan edirsə, qanuna əməl etmək lazımdır”.

Previous Post

Biləsuvarda qəza: 4 nəfər ağır yaralanıb

Next Post

Ağstafa sakini 5 manat borca görə həmyerlisini bıçaqladı

Next Post

Ağstafa sakini 5 manat borca görə həmyerlisini bıçaqladı

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.