Şənbə, May 16, 2026
Google search engine
EvŞou BiznesKüçədə dava düşdü, məsələyə Faiq Ağayev qarışdı - VİDEO

Küçədə dava düşdü, məsələyə Faiq Ağayev qarışdı – VİDEO

Bəstəkar-müğənni Murad Arifin “Youtube”da yayımlanan “Popumuz var” proqramında qonaq olan Xalq artisti Faiq Ağayev nümunəvi addım atıb.

Avtomobil ilə Fəvvarələr meydanının yaxınlığından keçən F.Ağayev və M.Arif iki şəxsin dava etdiyini görüblər.

Davanın əlbəyaxaya çevrildiyini görən Xalq artisti avtomobildən düşüb və tərəfləri ayırmaq üçün mübahisə edən şəxslərə yaxınlaşıb. Müğənni köməkçisi ilə birgə əlbəyaxa olan ikilini sakitləşdirmək üçün davaya müdaxilə edib.

İstəyinə nail olan Xalq artisti Faiq Ağayev hadisəni belə şərh edib:

“Belə şeylərə dözmürəm. Elə bildin ki, bunu sənə görə (red: Murad Arif) etdim? Bir siqaretə, ehtiyatsız bir sözə görə insan niyə içəridə yatsın? İçəriyə girən insanın psixologiyası dəyişir. İstəmirəm belə şeylər olsun. Nümunə olmaq lazımdır”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments