Cümə, May 15, 2026
Google search engine
EvHadisəSalyanda avtomobil 68 yaşlı kişini vurub

Salyanda avtomobil 68 yaşlı kişini vurub

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Kürqaraqaşlı kənd ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1953-cü il təvəllüdlü Rüstəmov İbadulla Rüstəm oğlu yolu keçən zaman minik avtomobili onu vurub. Piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments