Türkiyədə koronavirusa günlük yoluxma sayında artım müşahidə edilib

0
1

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

“Haber Global” məlumat verir ki, sutka ərzində ölkədə 221 463 nəfərin COVID-19 testi yoxlanıb.

Günlük yoluxma sayı 12 381 nəfər təşkil edib.

58 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, son 24 saat ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayının 5 383 nəfərə çatdığı bildirilib.