Category: Avto

  • Bakının avtomobil bazarında QİYMƏTLƏR enib

    2018-ci ilin fevralında Bakının avtomobil bazarında orta qiymət 22 208 manata bərabər olub.

    Median.Az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

    Onun sözlərinə görə, ötən ayla müqayisədə bazarda orta qiymətlər 1,83 faiz azalıb.

    Ekspert qeyd edib ki, bu ilin fevralında ümumilikdə 2 163 avtmobil satışa çıxarılıb:

    “Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 7 faiz artıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi – 88,2 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyadan olan avtomobillərin orta qiyməti 21 343 manat təşkil edib. Dizel mühərrikli avtomobillərin payı 11,8 faizə bərabər olub. Bu avtomobillərin orta qiyməti 28 682 manat olub. Bazarda avtomatik ötürücülər qutusu ilə avtomobillərin payı 64,4 faiz təşkil edib, orta qiyməti isə 29 669 manata bərabər olub. Mexaniki ötürücülər qutusu ilə avtomobillərin bazarda payı isə 35,6 faiz, orta qiyməti 8 709 manat olub”.

    N.İbrahimov bildirib ki, 2018-ci ilun fevralında bazarda avtomobillərin orta yürüş məsafəsi təxminən 182,17 min kilometr təşkil edib. Bu rəqəm bir ay ərzində 2,9 faiz azalıb. Avtomobillərin orta yaşı 13,3 ilə bərabər olub.

    Ekspert əlavə edib ki, bazarda təqdim olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 6,09 faiz təşkil edib:

    “Yaşı beş ilədək olan avtomobillərdə bu göstərici 10,4 faiz, 5 ildən 10 ilədək olan avtomobillərdə 6,53 faiz təşkil edib”.

    Bazarda qiymətlərin ucuzlaşmasını şərh edən ekspert bildirib ki, bu, yanvar ayında qiymətlərin kəskin qalxmasından sonrakı korreksiya ilə əlaqədardır:

    “Yanvar ayında Bakının avtomobil bazarında orta qiymət 20,39 faiz qalxmışdı. Adətən bu cür kəskin qalxmadan sonra qiymətlər stabilləşir və korreksiya baş verir”.

  • Avtomobilinizə qaz avadanlıqları quraşdıranlar diqqətli olun! – VİDEO

    Ötən gecə hava limanı yolunda minik maşını yanıb. İddialara görə, yanan avtomobil qazla işləyirmiş. Buna görə də, yanğının əhatəsi geniş olub və qısa zamanda avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Bu fakt bir daha qazla işləyən avtomobillərin nə qədər təhlükəli olub-olmaması məsələsini aktuallaşdırıb

    Hava limanı yolu ilə hərəkət edən avtomobil qəfil yanmağa başlayır. Çox keçmir ki, ardıcıl bir neçə partlayış səsləri eşidilir

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, hadisəni lentə alan şəxs isə həmin avtomobilin qazla işlədiyini iddia edir. Çox keçmir ki, alov avtomobili cənginə alır və maşın tamamilə yanmağa başlayır

    Hadisə dünən axşam saatlarınad baş verib. Bu fakt bir daha qazla işləyən avtomobillərin təhlükəli olub-olmaması məsələsini gündəmə gətirir.

    Mütəxəssislər isə bildirirlər ki, belə yanğınların baş verməsinin başlıca səbəblərindən biri avtomobillərə qaz avadanlıqlarının kustar üsulla quraşdırılmasıdır. qaz balonları avtomobillərə qeyri-peşəkar quraşdırılan zaman təhlükəsizlik məsələlərinə ciddi nəzarət edilmir.

    Mütəxəssis Tural Bağbanlı deyir ki, qaz balonları avtomobillərə quraşdırılan zaman mütləq təhlükəli hallarda yaranacaq partlayışların qarşısını almaq üçün qaz kəsicilər də əlavə edilməlidir.
    Tural Bağbanlı deyir ki, balonlarını tam şəkildə qazla doldurmaq da təhlükəlidir. Bu təhlükənin qarşısını almaq üçün mütləq həmin balonun içərisinə digər əlavə bir avadanlıq da qoyulmalıdır

    Bundan başqa, qazla işləyən avtomobillərdə yanğın və digər xoşagəlməz halların baş verməməsi üçün mütləq qazı sistemə ötürən borular da keyfiyyətli olmalıdır. Əks halda həmin borular vaxtından tez sıradan çıxa və avtomobilinizə ziyan dəyə bilər.

  • Dizel mühərrikli avtomobilin yanacağına benzin və yağ qatmaq olarmı? – VİDEO

    Dizel mühərrikli avtomobil sahibləri maşının daha yaxşı işləməsi üçün bəzi hallarda yanacağa müxtəlif qatqılar əlavə edirlər. Bəzi sürücülər isə ucuz başa gəlməsi üçün müxtəlif yollara əl atırlar. Hətta dizel yanacağının çəninə mühərrik yağı və benzin qatanlar da var.

    Median.Az xəbər verir ki, mühərrikin daha rahat işləməsi üçün yanacağa əlavə maddələr qatılır. Burda söhbət yanacaq üçün nəzərdə tutulan zavod istehsalı qatqılardan deyil, adi mühərrik yağı və benzindən gedir.

    Bəzi sürücülər bu üsulla maşının daha yaxşı işlədiyi qənaətindədirlər.

    Ustalar da belə sürücülərin çox olduğunu deyir. Bir çox sürücü bununla mühərrikin daha yaxşı işlədiyini düşünsə də, mütəxəssisilər əslində bunun avtomobil üçün zərərli olduğunu deyir.

    Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, sürücülərdə bu adət sovet dövründən qalıb. Həmin vaxtlar dizel yanacağının keyfiyyətini artırmaq üçün irihəcmli mühərriklərdə sürücülərin bunun etməsi məqsədə uyğun idi. Hazırda isə yanacağın keyfiyyəti standratlara cavab verdiyinidən buna ehtiyac yoxdu.

    Mütəxəssislər, sürücülərə ustaların tövsiyələri əsasında hərəkət etməyi məsləhət görürlər.

  • Azərbaycanda maşınların qiyməti ucuzlaşır – alıcı yoxdu (VİDEO)

    Tovuzdakı maşın bazarında son iki həftədir qiymətlərdə enmə müşahidə olunur. Amma qiymətlər aşağı düşsə də, maşın alanlar azdır.

    Rusiya istehsalı olan maşınların qiymətlərində 300 manatdan 500 manata qədər ucuzlaşma olub.Almaniya, Yaponiya və digər ölkələrin avtomobillərinin qiymətlərində də enmə var. Satıcılar belə avtomobillərin 10 faizə qədər ucuzlaşdığını bildirir. Qiymətlərin enməsinin həm bazardakı durğunluqla, həm dəmövsümlə əlaqəli olduğu bildirilir.

    Ucuzlaşmaya baxmayaraq, bazarda durğunluq davam etməkdədir. Qiymətlərin enməsi alıcıları isə sevindirsə də, onlar daha çox ucuzlaşmasını gözləyirlər.

    Bərdə bazarında da ucuzşlama müşahidə olunur. Bildirilir ki, bu ərəfədə bazara daha çox avtomobil çıxarılıb. Bu da ucuzlaşmaya səbəb olub.

    Bazarda daha cox satışa çıxarılan Rusiya istehsalı olan avtomobillərdir. Belə maşınların qiyməti də 500 manata qədər aşağı düşüb.

    Satıcılar alıcılıq qabliyətinin aşağı olduğunu deyir.Ucuzlaşmanın növbəti həftələrdə də davam edəcəyigözlənilir.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Maşının satış qiymətini qaldırmaq üçün bu üsula əl atırlar: Diqqətli olun! (VİDEO)

    Avtomobilin satış qiymətini qaldırmaq üçün kilometrajı geri çəkdirilir. Bu yolla alıcılar aldadılır. Hüquqşünaslar bu halın ölkə qanunvericiliyinə zidd olduğunu bildirir.

    Xezerxeber.az-ın məlumatına görə, istehlakçıları aldadan şəxslər 3 min manatdan 5 min manatdək cərimə və ictimai işlərə cəlb olunu bilər. Həmin şəxslər azadlıqdan da məhrum edilə bilər. Bunun üçün isə aldadılan şəxs hüquq- mühafizə orqanlarına şikayət etməlidir.

    Avtomobil təmiri üzrə mütəxəssislər isə kilometrajı geri çəkilən avtomobili müəyəynləşdirməyin bir neçə üsulu olduqunu bildirir. Peşəkar ustalar mühərikxanaya və avtomobilin alt hissəsinə baxmaqla kilometrajın geri çəkilib-çəkilmədiyini bilə bilirlər. Bəzi hallarda bunu avtodiaqnostika ilə də müəyyən etmək olur. Amma bu, əksər avtomobillər üçün keçərli olmur.

  • Bakıda keçiriləcək Formula 1-in bahalı biletləri hamısı satılıb (FOTO)

    Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin nəzərinə çatdırır ki, 27-29 aprel tarixlərində keçiriləcək 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb.

    Baku.ws-in məlumatına görə, BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim ilkin mərhələdə yarışa xaricdən daha böyük marağın olduğunu bildirib:

    “Bu günə olan məlumata əsasən, ən çox bilet alan ölkələr siyahısının ilk üçlüyündə müvafiq ardıcıllıqla Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır. Xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75 %-ni təşkil edir. İndiyədək ən çox rəğbət tribunalara olan 4 günlük biletlərə göstərilib.

    Digər tərəfdən yarış həftəsonunda konsert proqramı ilə çıxış edəcək dünya ulduzlarının adlarının açıqlandığı ərəfələrdə satışlarda yüksək artımlar müşahidə olunmaqdadır. Biz ötən həftə “Jamiroquay” müsiqi qrupunun 27 aprel tarixində Kristal Zalda konsert verəcəyini elan etdik. Digər ulduzların adlarını da növbəti həftələrdə açıqlayacağıq”.

    Hazırda xaricilərlə müqayisədə yerli vətəndaşlara biletlər 25 % daha ucuz qiymətə təklif olunur. Bu endirim yarışadək davam edəcək. Satışda olan biletlərlə əlaqədar ətraflı məlumatı rəsmi vebsaytdan əldə edə bilərsiniz: https://www.bakucitycircuit.com/az/buy-now

  • Formula-1-in hazırkı müqaviləsi Azərbaycanı qane etmir – RƏSMİ

    Formula-1 üzrə Azərbaycan Qran-Prisinin təşkilatçıları, bu ilin yayına qədər “kral yarışı”nın rəhbərliyinə, onlarla müqaviləni 2025-ci ilədək uzadıb-uzatmacaqlarına dair cavab verməlidir.

    Median.Az-ın məlumatına görə, bunu TASS-a Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimov bildirib.

    Onun sözlərinə görə, hazırkı müqavilə 2020-ci ildə bitir.

    Gənclər və İdman naziri Azad Rəhimov, bu yarışların Azərbaycanda 2016-ci ildən etibarən keçirildiyini xatırladaraq, bildirib ki, bu yarışların keçirilməsi üçün çəkilən xərcin 80 faizini Azərbaycan ödəyir.

    “Bir neçə ay ərzində, biz Formula-1 rəhbərliyinə müqavilənin daha 5 il müddətinə, 2025-ci ilədək uzadılması ilə bağlı cavab verməliyik. Hamı başa düşür ki, hazırki müqavilə qəbuledilməzdir. Mənə elə gəlir ki, bunu Formula-1-in yeni rəhbərliyi də başa düşür. Burada söhbət bizim ödədiyimiz məbləğdən, bəzi kommersiya şərtlərindən gedir. Amma onu deyim ki, bizim eyni zamanda bu “kral yarışları”nı Azərbaycanda saxlamaq niyyətimiz var”.

    Qeyd edək ki, Azərbaycan Qran-Prisi 27-29 aprel tarixlərində keçiriləcək.

  • Formula-da yeni sürücümüz debüt edə bilər (VİDEO)

    Cavidan Əlizadə testlərdə iştirak etmək üçün Malayziyanın Sepanq trasına yollanıb və məşqçilərin onun barəsində ilkin rəyi müsbətdir.

    Median.Az F-1.az-a istinadən xəbər verir ki, 22 yaşlı həmyerlimiz Cavidan Əlizadə kartinq yarışlarında bir neçə qələbə qazandıqdan sonra təcrübəsini artırmaq üçün Malayziyaya yollanıb. Kuala Lumpurda Asiya Avtoidman Federasiyasının başçısı Peter Tomsonla görüşən Cavidan F4 Asia seriyasının testlərində iştirak etməyə dəvət olunub. Dünənki testlərdən sonra Cavidan saytımıza eksklüziv müsahibə verib…

    Cavidan Əlizadə: “Əslində Avropada təcrübəmi artırmağı düşünürdüm. Amma keçən ilin noyabrında Bakıda səfərdə olan Daniel Rikkardo ilə görüşüm zamanı onun dəyərli məsləhətinə qulaq asmağı qərara aldım. Daniel mənə Asiyaya və ya Avstraliyaya üz tutmağı məsləhət gördü. Mən də internetlə axtardım, cənab Tomsonla əlaqə qurdum və dəvətini qəbul edərək, Kuala Lumpura gəldim.

    Fiziki hazırlığımı yoxladılar və çox razı qaldılar. Dünən isə trasda ilk testlərə qatıldım. Elə ilk cəhdimdən maşına dərhal öyrəşdim. Hər dövrə nəticələrimi də yaxşılaşdırdım. Hazrda mühəndislərlə iş prinsipini öyrənirəm. Əgər normal nəticələr göstərsəm, böyük ehtimalla bu seriyada yarışacam.

    Əlbəttə, hər bir sürücü kimi mən də nə vaxtsa ölkəmizi Formula1-də təmsil etmək barədə düşünürəm…”

    Xatırladaq ki, əvvəlki iki mövsümdə Azərbaycanı F4 və F3 seriyalarında təmsil edən Gülhüseyn Abdullayevin karyerasının davamı barədə hələlik heç bir məlumat yoxdur…

  • Maşın almaq istəyənlərin diqqətinə! (VİDEO)

    Maşın almaq istəyənlər avtomobili ya elan saytlarından seçir, ya da bazarlara üz tuturlar. Amma bunların arasında xeyli qiymət fərqi var.

    Xezxerxeber.az-ın məlumatına görə, eyni model, mühərrik və demək olar ki, eyni kilometr məsafə qət etmiş və eyni göstəricilərə malik iki avtomobilin qiyməti fərqlidir. Avtomobil bazarlarında eyni maşın 10 min manat satıldığı halda, elan saytında 12 min manata təklif edilir. Bu isə bir məsələni gündəmə gətirir. Avtomobil bazarları ilə elan saytları arasında qiymət fərqi hardan yaranır?

    Nisbətən bahalı model və “Cip”lərə gəldikdə isə, aradakı qiymət fərqi daha da artır. Üstəlik, satıcılar deyir ki, bazarda avtomobilin qiymətini aşağı salmaq olur. Saytda isə bu, çətin məsələdir.

    Satıcılar kimi alıcılar da avtomobil elanı saytlarında bazarlarla müqayisədə qiymətlərin baha olduğunu deyir. Bu fərq isə 500-2 min manat arasında dəyişir.

    Satıcılar deyir ki, son bir neçə il ərzində avtomobillərin qiymətlərinin kəskin qalxmasının əsas səbəblərindən biri də saytlardakı yüksək qiymətlərin olmasıdır. Onların sözlərinə görə, avtomobil satmaq istəyən şəxs qiymət təyin etmək üçün ilk olaraq elan saytında həmin modelin neçəyə satıldığına baxır. Bazara gətirdikdə isə alıcıya elə saytdakı şişirdilmə qiyməti deyir.

    Avtomobil alqı-satqısı ilə məşğul olanlar deyir ki, qiymət fərqinin yaranmasının əsas səbəbi elan saytlarının pulsuz, seçimin isə çox olmasıdır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Bakıda dizellə işləyən avtomobillər bahalaşmağa başladı – QİYMƏTLƏR

    Bakıda dizellə işləyən avtomobillər bahalaşmağa başlayıb. Bunu Fins.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov deyib.

    O bildirib ki, ikinci əl avtomobil bazarında bu ilin əvvəlindən etibarən dizellə işləyən avtomobillər daha çox satılır. Buna da səbəb benzinin qiymətinin artmasıdır. Nəticədə dizellə işləyən 2000-ci illərə aid köhnə E və C klass “Mercedes” və Opel modellərindən qiyməti 10-20% arasında artıb:“Məsələn, dekabrda 11-12 min manata satılan “Mercedes E 240” indi12500-14000 manata təklif edilir.Başqa sözlə,1500-2000 manat bahalaşma müşahidə edilir”.

    8-9 min manata satılan “Mercedes C”nin isə qiyməti indi 10-11 min manata kimi qalxıb. 

    V.Hüseynov bildirib ki, bahalaşma Azərbaycanda məşhur olan Hyundai və Kia modellərinə aid deyil. Çünki bu markalara aid dizellə təhciz edilən avtomobillərdə bir neçə ildən sonra problem yaranır. Ona görə də bu markalara aid dizellə işləyən avtomobillərə maraq azdır.