Category: Avto

  • Yanacaq əvəzinə duzlu su işlədən avtomobil – FOTO

    “Quant e-Sportlimousine” markali avtomobil yanacaq yerinə duzlu su istifadə edilir.

    Median.az xəbər verir ki, bu avtomobil Avropada istehsal edilib. Avtomobil benzin əvəzinə, elektrolit elementlərdən istifadə edən sistemlə çalışır və bu sistem “NanoFlowcell” şirkəti tərəfindən istehsal edir. Bu elementlər 920 at gücü hasil edir. Nəticədə isə duzlu su işlədən avtomobil 100 km/saat sürəti cəmi 2.8 saniyəyə əldə edir. Maksimal sürət isə 350 km/saatdır. İstehsalçı isə Almaniyanın “Quant” şirkətidir.

    Bu element bir neçə onillikdir ki, məlumdur. Amma avtomobil istehsalçıları maşında istifadəyə icazəni bu yaxında əldə ediblər. Bu texnologiya benzinlə çalışan avtomobilləri tarixə göndərə bilər. Çünki həm daha effektiv, həm də ekoloji cəhətdən daha yaxşıdır.

  • Sirena Motorsda avtomobillərə 2019 manat endirim ®

    Çinin 4 nəhəng avtomobil zavodunun Azərbaycanda yeganə və rəsmi distribyutoru olan Sirena Motorsda “İlin son fürsəti” adlı kampaniya start götürüb. Beləki, CHANGAN, GAC və JAC markalarının modelləri dekabr ayının 25-i tarixindən 2019 cu il yanvar ayının 10-a kimi 2019 manat endirimlə müştərilərə təklif olunur. Hər bir avtomobilə 5 il və ya 120.000 km beynəlxalq zəmanət verilir. Sirena Motorsda satılan avtomobillərin ən böyük üstünlüklərindən biridə avtomobilin mühərrik həcminin kiçik olmasıdır. Belə olan halda avtomobil şəhər daxili tıxac zamanı maksimum 8 litr yanacaq sərf edir.

    Xatırladaq ki, Sirena Motorsda avtomobillər sadə kredit şərtləri ilə təklif olunur. Kredit müddəti müştərinin istəyindən asılı olaraq 1 ildən 5 ilə kimi dəyişir.

    Avtomobil haqda ətraflı məlumatı http://sirenamotors.az/ saytından əldə edə bilərsiniz.

    Əlaqə nömrələri:

    Bakı: (050) 226 32 00, (050) 226 32 05,
    Gəncə: (070) 9911919,
    Lənkəran: (050) 348 78 88

    Sirenamotors.az saytı vasitəsilə avtomobillərin sınaq yürüşünə qeydiyyatdan keçə bilərsiniz.

  • Avtomobillər üçün yeni rüsumlar TƏSDİQLƏNDİ

    Avtomobillərə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müəyyənləşdirilən yeni dövlət rüsumu qüvvəyə minib.

    Median.Az “avtosfer.az”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası bununla əlaqədar müvafiq dəyişiklik edib. Dəyişikliyə əsasən dekabrın 15-dən avtonəqliyyat və motonəqliyyat qeydiyyat şəhadətnaməsinin verilməsi üçün artıq 17 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

    Qeyd edək ki, 29 iyun 2018-ci ildə “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilib, avtonəqliyyat və motonəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun məbləği 17 manatdan 25 manata qaldırılıb.

  • Bakıda avtomobillərin qiyməti bahalaşıb

    2018-ci ilin noyabr ayında Bakının avtomobil bazarında orta qiymət 42,152 min manat təşkil edib.

    Median.Az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov açıqlama verib.

    Onun sözlərinə görə, əvvəlki ayla müqayisədə avtomobil bazarında orta qiymət 12,22 faiz bahalaşıb. Ekspert qeyd edib ki, bu ilin noyabr ayında cəmi 1,729 min avtomobil satışa çıxarılıb.

    “Oktyabr ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli 2,26 faiz azalıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi, yəni 87,39 faizi benzin mühərrikli avtomobillər olub. Dizel mühərrikli avtomobillər portfelin 12,61 faizini təşkil edib. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 75,77 faiz, mexaniki sürət qutusu olan avtomobillərin payı isə 24,23 faiz təşkil edib”, – N.İbrahimov bildirib.

    Onun sözlərinə görə, noyabr ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi təxminən 150,39 min kilometr (azalma 13,61 faiz) təşkil edib. Avtomobillərin orta yaşı 11,61 il olub ki, bu da cari ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 0,05 faiz çoxdur.

    Ekspert əlavə edib ki, bazarda təklif olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 7,48 faiz təşkil edib.

    “Eyni zamanda, yaşı beş ilədək olan avtomobillərdə bu göstərici 8,95 faiz, beş ildən 10 ilədək olan avtomobillərdə 8,39 faiz, 10 ildən 15 ilədək olan avtomobillərdə 7,29 faiz, 15 ildən 20 ilədək olan avtomobillərdə 4,01 faiz, 20 ildən 25 ilədək olan avtomobillərdə isə 3,69 faiz təşkil edib”, – N.İbrahimov bildirib.

  • Gözlənilən avtomobil yenidən satışda ®

    2013 cü ildən Azərbaycan avtomobil həvəskarlarına maraqlı modellər təqdim edən Çinin nəhəng Changan markası hər kəsin rəğbətini qazanan Changan ALSVİN V7 modelini yenidən satışa çıxarıb. Interyer və eksteryer baxımından zəngin olan ALSVİN V7 modeli hər kəsin zövqünə və büdcəsinə münasib bir avtomobildir. ALSVİN V7 bort kompyuter, start stop, təhlükəsizlik yastıqları, abc sistemi ilə təchiz olunmuşdur.Alsvin V7 modelinin orta yanacaq sərfiyyatı 7. litrə bərabərdir. Avtomobili əldə etmək isə çox sadədir. Ilkin ödəniş cəmi 15% olan Changan Alsvin-ə 5 il və ya 120.000 km zəmanət verilir.

    Avtomobil haqda ətraflı məlumatı http://sirenamotors.az/ saytından əldə edə bilərsiniz.

    Əlaqə nömrələri:
    Bakı: (050) 226 32 00, (050) 226 32 05,
    Gəncə: (070) 9911919,
    Lənkəran: (050) 348 78 88
    QAYNAR XƏTT:1630
    Sirenamotors.az saytı vasitəsilə avtomobillərin sınaq yürüşünə qeydiyyatdan keçə bilərsiniz.

  • Dizellə işləyən avtomobillərə qadağa: Maşınlar ucuzlaşacaq?

    Almaniya Ali Məhkəməsi dizel avtomobillərinin qadağan edilməsinə icazə verib. Artıq ölkənin bir neçə böyük şəhərlərində qadağa tətbiq olunub. Bu qərar Avropanın ən böyük avtomobil bazarı sayılan Almaniyada dizel avtomobillərinin qiymətinin enməsinə və avtomobillərə tələbatın dəyişməsinə ciddi təsir edəcək.

    Maraqlıdır, Almaniya maşınlarının daimi müştəriləri olan azərbaycanlı avtomobil həvəskarları bu qərardan bəhrələnə biləcəklərmi? Ucuzlaşma ölkəmizin maşın bazarına necə təsir edəcək?

    Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bu haqda sualları cavablandırıb:

    “Qərarın Azərbaycana cüzi təsiri ola bilər. Almaniyada dizellə çalışan maşınların istifadəsinə qadağa tədricən həyata keçiriləcək. Ölkənin daxili bazarı üçün istehsal yığışdırılacaq, daha sonra həmin avtomobillər digərləri ilə əvəzlənəcək. Ehtimal var ki, hazırda Almaniyada istifadəsinə qadağa qoyulan dizellə işləyən avtomobillər nisbətən ucuz qiymətə satıla bilər. Həmin maşınların bir hissəsi Azərbaycana gəlib çıxa bilər. Lakin avtomobillərin idxal olunması zamanı əsas xərclər var ki, bunlar da gömrük rüsumları, aksiz və eyni zamanda əlavə dəyər vergisidir. Bu xərclər qiymətə əhəmiyyətli dərəcədə təsir etməyəcək. Tutalım 15 min avroluq avtomobilin qiyməti öldürülüb, 5 min avroya salınacaqsa, bu gömrük rüsumlarına 15 faiz təsir edəcək. Bu da o qədər böyük rəqəm olmayacaq”.

  • Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

    Yaponiyanın “Lexus” avtomobil markası Amerikanın “Consumer Reports” jurnalının qiymətləndirmələrinə görə dünyanın ən etibarlı avtomobili hesab edilib. O, ötən ilki reytinqə başçılıq edən “Toyota”nı qabaqlayıb. Bu markanın ən etibarlı avtomobili “Lexus GS” olub.

    Bununla bağlı jurnalın saytında məlumat yerləşdirilib.

    Siyahıda üçüncü yeri “Mazda” avtomobilləri tutub. Dördüncü yerdə “Subaru”, 5-ci yerdə isə “Kia” avtomobilləri qərarlaşıb. “Kia” ötən ilə nisbətən 2 pillə geriləyib.

    Altıncı yeri “İnfiniti” avtomobili tutub. Avropanın ən yaxşı brendi “Audi” bu siyahıda 7-ci olub. Siyahıda BMW avtomobilləri 8-ci, Britaniyanın “Mini” avtomobili 9-cu yerdə qərarlaşıb. İlk onluğu “Hyundai” qapayıb.

  • “Payızın son fursəti” Ⓡ

    5 ildir Azərbaycan avtomobil sektorunda uğurla fəaliyyət göstərən CHANGAN markası Alsvin V3 modelini endirimli qiymətlə sizlərə təqdim edir. Beləki 18.400 AZN-ə təklif olunan avtomobil indi 750 manat endirim olmaqla 17.650 AZN-ə təklif olunur.
    1.4 L. mühərrik ilə təchiz olunan avtomobil mexaniki transmissiyalıdır. Avtomobilin at gücü 100, yanacaq sərfiyyatı şəhər daxili 6 litrdir. Avtomobil ABS və EBD sistem, bort kompüter təhlükəsizlik yastıqları, duman əleyhinə faralar, kondisioner, parkinq köməkçisi, radio CD-MP3 player, ektrikli şüşəqaldıranlar ilə təchiz olunub.

    “Changan Alsvin V3” modelinin əsas üstünlüyü isə onunla eyni seqmentdə olan avtomobillərdən fərqli olaraq daha aşağı ilkin ödənişlə satılması və zəmanət müddətinin 5 il və ya 120.000 km olmasıdır. Avtomobili bütün xərclər daxil olmaqla (kasko və icbari sığorta, nömrə ) cəmi 3900 AZN ilkin ödənişlə əldə etmək mümkündür.

    Avtomobil haqda ətraflı məlumatı http://sirenamotors.az/ saytından əldə edə bilərsiniz.

    Əlaqə nömrələri:
    Bakı: (050) 226 32 00, (050) 226 32 05,
    Gəncə: (070) 9911919,
    Lənkəran: (050) 348 78 88
    Sirenamotors.az saytı vasitəsilə avtomobillərin sınaq yürüşünə qeydiyyatdan keçə bilərsiniz.

  • Avtomobillər elektron talona keçdi – YENİLİK

    Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq, bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı barədə talon elektron qaydada veriləcək.

    Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.

    Əsasnaməyə görə, nasazlıqlar aşkar edildikdə, nəqliyyat vasitəsinin sahibinə bununla bağlı bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.

    Nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir.

    Yeniliyə əsasən, bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sisteminə göndərir.

    “ASAN ödəniş” sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

    Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir.

    Qeyd edək ki, əsasnaməyə edilən digər dəyişiklə nəqliyyat vasitələrinin texniki baxışı üçün nəzərdə tutulan müddət məhdudiyyəti götürülüb.

  • “Formula 1”: Azərbaycan Qran-Prisi apreldə keçiriləcək – TƏQVİM

    Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-cu ildə keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimini açıqlayıb. FIA xəbər verir ki, rəsmi təsdiqlənmiş cədvəldə 21 mərhələ yer alıb.

    Mövsümə Avstraliya Qran-Prisi ilə start veriləcək. Yürüş gələn il martın 17-də Melburn avtodromunda keçiriləcək. Çempionatın sonuncu mərhələsi dekabrın 1-də Abu-Dabidəki “Yas-Marina” avtodromunda aş tutacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-28-də keçiriləcək.

    Yarışlarda yay fasiləsi avqustun 4-dən sentyabrın 1-dək davam edəcək.

    Formula 1 üzrə dünya çempionatının 2019-cu il mövsümünün tam təqvimi:

    15-17 mart – Qran-Pri Avstraliya

    29-31 mart – Qran-Pri Bəhreyn

    12-14 aprel – Qran-Pri Çin

    26-28 aprel – Qran-Pri Azərbaycan

    10-12 may – Qran-Pri İspaniya

    24-26 may – Qran-Pri Monako

    7-9 iyun – Qran-Pri Kanada

    21-23 iyun – Qran-Pri Fransa

    28-30 iyun – Qran-Pri Avstriya

    12-14 iyul – Qran-Pri Böyük Britaniya

    26-28 iyul – Qran-Pri Almaniya

    2-4 avqust – Qran-Pri Macarıstan

    30 avqust – 1 sentyabr – Qran-Pri Belçika

    6-8 sentyabr – Qran-Pri İtaliya

    20-22 sentyabr – Qran-Pri Sinqapur

    27-29 sentyabr – Qran-Pri Rusiya

    11-13 oktyabr – Qran-Pri Yaponiya

    25-27 oktyabr – Qran-Pri Meksika

    1-3 noyabr – Qran-Pri ABŞ

    15-17 noyabr – Qran-Pri Braziliya

    29 noyabr – 1 dekabr – Qran-Pri Əbu-Dabi.
    (AZƏRTAC)