Category: Avto

  • Yenilənmiş Changan CS35 artıq satışda

    5 ildir Azərbaycandanda fəaliyyət göstərən Changan markası avtomobil həvəskarları tərəfindən rəğbət qazanan Changan CS35 krossoverinin yenilənmiş modelini satışa çıxarılıb. Yenilənmiş dizaynda olan CS35 avtomobili Interyeri və eksteryeri ilə göz oxşayır.

    CS35 modelinin əsas üstünlüylərindən biri ekonomik olmasıdır.
    Avtomobil lazım olan bütün funksiyalar ilə təchiz olunmuşdur. Changan CS35 çox sadə şərtlər ilə müştərilərə təklif olunur. Beləki avtomobili əldə etmək istəyən şəxslər ilkin ödəniş 15%-dən başlayan qiymətlər ilə 1 ildən 5 il müddətinə qədər sərfəli kredit şərtləri ilə Changan CS 35-ə sahib ola bilərlər.

    Ünvanlarımız : Bakı –Sumqayıt şosesi 6 cı km. (050) 226 32 00, Babək prospekti 2269 (050) 226 32 05, Gəncə şəhəri , hava limanının yaxınlığı (070 )9911919 , Lənkəran şəhəri , Ləvəngi dairəsi (050) 348 78 88

    Xatırladaq ki, Changan markasının Bakı şəhəri ilə yanaşı Gəncə və Lənkəran şəhərlərində də servis mərkəzləri fəaliyyət göstərir

  • Azərbaycan Qran-Prisinin müddəti uzadılır

    Azərbaycan Qran-Prisinin müddətinin uzadılması ilə bağlı danışıqlara başlanılıb.

    Bu barədə oxu.az-a “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

    BŞH rəsmisi vurğulayıb ki, FOM ilə bağlanılacaq yeni müqavilənin müddəti bilinmir:

    “Hazırda 2025-ci ilədək müddəti əhatə edən yeni müqavilə ilə bağlı danışıqlar gedir”.

    Qeyd edək ki, gələn mövsümün ilkin təqvimində Azərbaycan Qran-Prisinin 26-28 apreldə təşkili nəzərdə tutulub.

  • Azərbaycan avtomobilləri Ukraynaya ixrac oluna bilər

    Azərbaycan-İran müştərək müəssisəsi olan “Xəzər” avtomobil zavodu istehsal etdiyi avtomobilləri 2019-cu ildə MDB ölkələrinə ixrac etməyi planlaşdırır.

    Bunu “AzerMash” avtomobil şirkətinin rəsmi nümayəndəsi Veronika Allahverdiyeva bildirib.

    “Khazar” brendi altında avtomobillər 2018-ci ilin mart aytında istehsal olunmağa başlayıb. Artıq 300-də çox avtomobil istehsal olunub.

    Avtomobil zavodu Neftçala sənaye zonasında yerləşir. Zavodun illik gücü 10 min avtomobildir.

    Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına uyğundur. Bu il 1,5 min avtomobilin istehsalı nəzərdə tutulur.

  • Azərbaycan avtomobillərinin satışına başlanıldı – QİYMƏTLƏR

    Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq.

    Bunu Nazirlər Kabinetinin iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

    Nazir bildirib ki, bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək. Artıq 100-ə yaxın avtomobilin satışına başlanıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib.

    Qeyd edək ki, “Xəzər” Azərbaycan-İran birgə avtomobil zavodunda istehsal olunan avtomobillərin qiyməti 14-16 min arasında olacaq. Bundan başqa, zavodda daha bahalı avtomobillərin də istehsalı planlaşdırılıb. Bu avtomobil modellərinin qiyməti isə 18-20 min manat arasında dəyişəcək.

    Xatırladaq ki, zavodda “Khazar” markalı avtomobillər, gələcəkdə isə “Renault” və “Peugeot”un bir sira modelləri istehsal ediləcək.

    Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir.

  • ® Azərbaycanda ən az ilkin ödənişi olan avtomobil satışa çıxarılır – FOTOLAR

    Çinin Changan avtomobil markası iyun ayının əvvəlində Azərbaycanda Alsvin V3 modelini satışa çıxaracaq.

    1.4 L. Mühərrik ilə təchiz olunan avtomobil mexaniki transmissiyalıdır. Avtomobilin at gücü 100, yanacaq sərfiyyatı şəhər daxili 6 litrdir. Avtomobil ABS və EBD sistem, bort kompyuter təhlükəsizlik yastıqları, duman əleyhinə faralar, kondisioner, parkinq köməkçisi, radio CD-MP3 player, ektrikli şüşəqaldıranlar ilə təchiz olunmuşdur. Changan Alsvin V3 modelinin əsas üstünlüyü isə onunla eyni seqmentdə olan avtomobillərdən fərqli olaraq daha aşağı ilkin ödənişlə satılması və zəmanət müddətinin 5 il və ya 120.000 km olmasıdır. Avtomobili bütün xərclər daxil olmaqla (kasko və icbari sığorta, nömrə ) cəmi 3900 AZN ilkin ödənişlə əldə etmək mümkündür. Aylıq ödəniş isə 390 manatdır.

    Avtomobil haqda ətraflı məlumatı http://sirenamotors.az/ saytından əldə edə bilərsiniz.

    Bundan başqa Changan markası iyul ayının ortalarında daha bir yeni modelinidə təqdim edəcəkdir. BuChangan CS 15 modelidir.

    Avtomobilekonomik şəhər krossoveridir. Avtomobilin üstünlükləri haqda məlumatlar http://sirenamotors.az/ saytında yerləşdirilibdir.

    Xatırladaqki, Changan markasının bütün modelləri 5 il və ya 120.000 km zəmanətlə təqdim olunur. Changan markasının Azərbaycanda yeganə və rəsmi distribyutoru Sirena Motors şirkətidir. Şirkətin Bakı şəhərində 4 ünvanda satış və servis mərkəzi, Gəncəvə Lənkəran şəhərlərində isə 1 ünvandasatış və servis mərkəzləri fəaliyyət göstərir.

    Əlaqə nömrələri (012) 341 11 33, (050) 226 32 00, (050) 226 32 05

    Qaynar xətt:1630


  • ŞAD XƏBƏR: Avtomobillərin qiyməti aşağı düşəcək – VIDEO

    Qarşıdakı aylarda avtomobillərin qiyməti ucuzlaşacaq. Bu ucuzlşama özünü ikinci əl avtomobilərdə göstərəcək. Ekspertlər belə avtomobillərin qiymətinin 10-15 faiz enəcəyini bildirirlər. İkinci əl avtomobillərin qiyməti 10-15 faiz ucuzlaşacaq.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bu proqnozla əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov çıxış edib.

    Onun sözlərinə görə,qiymətlərin ucuzlaşmasına əsas səbəb hazır ki,vəziyyətdə alıcılıq səviyyəsinin aşağı olmasıdır. Ekspert qeyd edir ki,qiyməti 10 min manata qədər olan avtomobillərin qiyməti təxminən 1000-1500 manata qədər düşəcək.

    Dəyəri 20 min manat civarında olan avtomobillərə əsasən taksi bazarında tələbat olduğu üçün qiymətlər nisbətən stabil olaraq qalacaq.Yeni avtomobillərin qiymətinin ucuzlaşması isə praqnozlaşdırılmmır.

    Ekpsert həmçinin onu da bildirdi ki, hazırda avtomobil bazarında bəzi satıcılar qiymətləri süni şəkildə artırdığından praqnozlaşdırılan qiymət ucuzlşamasıda əslində avtomobillərin ”real baha qiymətinə” düşməsi deməkdir.

  • Azərbaycanda sürücülər benzini maye qaza dəyişir – “Qiymətdə yarıbayarı fərq var…” – VİDEO

    Həm qiyməti ucuzdur, həm də bu növ yanacaqla daha çox yol qət etmək olur. Söhbət son zamanlar ölkəmizdə avtomobillərə quraşdırılması geniş yayılan metan qazından gedir. Bu növ qazın, propan qazdan əsas fərqi daha qənaətcil olmasıdır. Üstəlik, propan qazının litri 40 qəpiyə satıldıgı halda, metan qazının kubu 35 qəpiyə satılır.

    Median.Az xəbər verir ki, ustalar bu sistemin daha təhlükəsiz olduğunu bildirirlər.

    Metan qazının avtomobillərə quraşdırılmasının qiyməti isə propan qazdan elə də fərqlənmir. Yəni bu sistemin 4 silindirli avtomobillərə quraşdırılması 1250 manat, 6 silindirli avtomobillərə quraşdırılması isə 1350 manat, 8 silindirli avtomobillər quraşdırılamsı isə 1450 manata başa gəlir. Üstəlik bu sistemi dizel mühərrikli maşınlarada quraşdırmaq da mümkündür.

    Metan qazın yegənə mənfi cəhəti yanacaq doldurma məntəqələrinin az olmasıdır. Qeyd edək ki, paytaxt yollarında hərəkət edən müasir avtobuslar da metan qazı ilə işləyir. /xezerxeber.az

  • Sirena Motors Lənkəranda

    Artıq 5 ilə yaxındır  Çin avtomobillərinin satışı  və servis xidməti üzrə Azərbaycanda fəaliyyət göstərən  Sirena Motors  şirkəti  bölgələrdə daha bir sərgi satış salonunu və servis mərkəzi avtomobil həvəskarlarının ixtiyarına verib. Beləki aprel ayının 28-i tarixində Lənkəran şəhərində şirkətin avropa standartlarına tam cavab verən sərgi satış salonunu və servis mərkəzinin təntənəli açılış mərasimi keçirilib. İlk öncə salonun açılışını simvolizə edən rəmzi lent Sirena Motorsun direktoru Mehmet Coşqun və  Sirena Motorsun Lənkəran filialının direktoru Elmar Həsənov tərəfindən kəsilib. Daha sonra salona daxil olan qonaqları  Mehmet Coşqun salamlayıb və salonun rəmzi açarını Elmar Həsənova təqdim edib. Daha sonra tədbirin bədii hissəsi baş tutub.  Xatırladaqki tədbirin aparıcısı tanınmış aktyor və aparıcı Elcan Rəsulov olub. Açılış mərasimi sona çatmamış qonaqlardan biri salonda olan Jac T6 pikap avtomobilini alıb. Salonun ilk müştərisi olduğu üçün Sirena Motorsun direktoru Mehmet  Coşqun 1 illik yağ dəyişmə xidməti hədiyyə edib. 

        Sirena Motors 2013 cü ildən fəaliyyət göstərir.  Çinin  4 nəhəng avtomobil zavodunun Azərbaycanda yeganə və rəsmi distribyutorudur. Bunlar Changan, Baic , GAC  və JAC  markalarıdır. Bakıda 4 salonu və 1 servis mərkəzi olan Sirena Motors ötən ilin sentyabr ayında Gəncə şəhərində satış salonu və servis mərkəzi açıb. Sirena Motorsda avtomobillər ilkin pdəniş 15% olmaqla satılır. Hər bir avtomobilə 5 il və ya 120.000 km zəmanət verilir.

    Ətraflı məlumat üçün http://sirenamotors.az/ saytı və aşağıda göstərilən nömrələr xidmətinizdədir.

    Əlaqə nömrələri: 

    Bakı şəhəri (012) 341 11 33, 050 226 32 00, (050) 226 32 05
    Gəncə şəhəri  (070) 991 19 19, (051) 250 51 20
    Lənkəran şəhəri (050) 348 78 88
    Qaynar xətt: 1630


  • Lüks avtomobilə sahib olmağın asan yolu

    2017 ci ilin sentyabr ayında Gəncə şəhərində möhtəşəm təqdimat mərasimi ilə avtomobil həvəskarlarına təqdim olunan Changan markasının Alsvin V7 modeli seqmentində olan avtomobilləri üstələyərək avto həvəskarların böyük marağına səbəb oldu.

    Qısa zaman ərzində ətrafına böyük alıcı kütləsi toplayan avtomobilin əsas üstünlüklərindən birincisi həddindən artıq ekonomik olmasıdır. 1.6 həcmli mühərriklə təchiz olunan Alsvin V7 125 at gücündədir. Avtomobilin orta yanacaq sərfiyyatı şəhər daxili 100 km-ə 7 litrdir. Alsvin V7 interyer və eksteryer baxımındanda çox zəngindir.

    Alsvin V7 bort kompyuter, start stop, təhlükəsizlik yastıqları, abc sistemi ilə təchiz olunmuşdur. Avtomobili əldə etmək isə çox sadədir. Ilkin ödəniş cəmi 15% olan Changan Alsvinə 120.000 km zəmanət verilir.

    Ətraflı məlumat əldə etmək üçün http://sirenamotors.az/ saytı və 050 226 32 00 nömrəsi sizin xidmətinizdədir. Qaynar xətt 1630.

  • Almaniyada dizel yanacağı ilə işləyən avtomobillər ucuzlaşdı – Bunun Azərbaycan bazarına təsiri olacaq?

    Median.Az kaspi.az-a istinadən yazını təqdim edir.

    Cari ilin fevral ayından etibarən dizel mühərrikli avtomobilləri idarə etmək səlahiyyəti Almaniya vətəndaşlarının öz ixtiyarına verilib. Bundan sonra Almaniyada dizellə işləyən avtomobillərin qiyməti kəskin şəkildə enib. Buna vətəndaşların dizellə işləyən köhnə avtomobilləri dəyər-dəyməzinə satması da səbəb olub. Əslində, qiymətləri ucuzlaşan maşınları almaq arzusunda olanların sayı heç də az deyil. Bu avtomobillərin böyük əksəriyyəti Rumıniya, Çexiya, Polşa və Ukraynaya gedir. Yaxın illərdə Almaniyada təbiəti zəhərləyən avtomobil dizellərindən “qurtulmaq” tendensiyası güclənəcək. Ələlxüsus nəzərə alsaq ki, Şərqi Avropa ölkələri ekoloji tələblərlə bağlı qaydaları sərtləşdirməyi planlaşdırmırlar, onda bu ölkələrin vətəndaşlarının belə avtomobilləri almaqda davam edəcəklərini proqnozlaşdırmaq olar. Proqnozlara görə, Rusiya çətin ki, alman dizel avtomobillərinin böyük bazarına çevrilsin. Buna səbəb isə gömrük rüsumlarının yüksək olmasıdır. Almaniyada belə maşınlar ucuzlaşmaqda davam edərsə, onların Azərbaycanın maşın bazarında peyda olma ehtimalları da yox deyil. Bu versiya nə qədər realdır və tendensiya avtomobil bazarında qiymət ucuzlaşmasına gətirib çıxara bilərmi?

    Avtomobillər üzrə ekspert Eldəniz Cəfərov deyir ki, dizel mühərrikli avtomobillər hal-hazırda Azərbaycana ikinci əl olaraq gətirilir: “2019-cu ildə bu prosesin daha da sürətlənməsi gözlənilir. Çünki növbəti ildən başlayaraq müxtəlif Avropa ölkələrindən dizel mühərrikli avtomobillərin ölkəyə daxil olması artacaq. Çünki Avropa ölkələrinin bir qismində artıq 2019-cu ildən başlayaraq həmin avtomobillərə yüksək vergi qoyulacaq. Həmçinin, insanlar da bu avtomobildən imtina etməyə başlayacaqlar. Yüksək ehtimalla, ikinci əl dizel mühərrikli avtomobillər keçmiş SSRİ ölkələrinə gətiriləcək və satılacaq. Kütləvi axın olduqdan sonra dizel avtomobillərinin sayı artacaq, bazarda təklif çoxalacaq. Hal-hazırda dizel avtomobilləri benzinlə işləyən maşınlardan baha qiymətə satılır. Amma bu proses getdikcə bazarda stabilləşməyə səbəb olacaq. Bununla da avtomobillərin qiyməti eyniləşəcək. Hətta ikinci əl dizel mühərrikləri nisbətən baha qiymətə satılacaq. Amma bu proses ilk növbədə Avropadan başlamalıdır. Yəni proses birdən-birə ola bilməz. Mərhələli formada – Almaniyadan Şərqi Avropa ölkələrinə, daha sonra keçmiş SSRİ ölkələrinə satılacaq. Düşünmürəm ki, bu hal avtomobil sektorunda maşınların ucuzlaşmasına gətirib çıxarsın. Çünki ümumilikdə ölkədə olan avtomobillərin sayı o qədər də çox deyil. Ölkədə hər yüz nəfərə düşən avtomobil sayı 15-dir. Əgər hər yüz nəfərdən 50 nəfərində maşın olsaydı, o zaman ucuzlaşma ola bilərdi. Bakı paytaxt şəhər olduğuna görə bizə elə gəlir ki, Azərbaycanda avtomobil sayı həddən artıqdır. Amma əslində bu heç də belə deyil. 10 milyon əhali nisbətində avtomobillərin sayı o qədər də çox deyil. Bu baxımdan ölkədə avtomobilə tələbat var. Həmçinin, parkinq məsələlərində də müəyyən problemlər var. Bir çox obyektlərin parkinqi yoxdur və ümumilikdə dayanacaqların sayı azdır. Şəhərdə əksər insan öz avtomobilini küçə və dayanacaqda saxlayır. Əslində parkinq məsələsi həll olunarsa, bu sıxlıq da aradan götürülər. Ona görə də hər hansı ucuzlaşmanın ola biləcəyini gözləməyin”.

    Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyir ki, Azərbaycanda maşın bazarı məhdud bir bazardır: “Almaniyanın isə avtomobil bazarı həddən artıq böyük və genişdir. Bu elə bir təsəvvür yaratmamalıdır ki, Almaniyada imtina olunan hər bir avtomobil birbaşa Azərbaycan bazarına gətiriləcək. Digər tərəfdən, avro-standartların tətbiqi məsələsi var. Bu standartların tətbiqindən sonra artıq 2005-ci ilə qədər istehsal olunmuş Almaniya avtomobillərinin Azərbaycana girişi qadağan olunub. Müvəqqəti istifadə üçün kimsə gətirə bilər. Amma uzunmüddətli, daimi istifadə üçün belə avtomobillər ölkəyə gətirilə bilməz. Hesab edirəm ki, bu tendensiya Azərbaycanda ciddi dəyişiklik yaratmayacaq. Xüsusilə Azərbaycanın avtomobil alıcılarının əksəriyyətinin benzinlə işləyən avtomobilə marağı daha böyükdür. Bu baxımdan düşünürəm ki, bazarda əhəmiyyətli bir dəyişiklik olmayacaq”.

    Ekspert vurğuladı ki, hal-hazırda avtomobil bazarında ötən illərlə müqayisədə dizel yanacağı ilə işləyən avtomobillərə nisbi olaraq tələbat artımı var: “Bu tələbat elə də böyük deyil. Səbəb isə son iki il ərzində Azərbaycanda benzinin qiymətinin həddən artıq bahalaşması ilə bağlıdır. Əvvəllər 92 markalı benzinin qiyməti dizel yanacağı ilə eyni idi. Sonradan qiymətlərdə bahalaşmalar oldu. Eyni zamanda premium markalı yanacağın da qiymətində bahalaşma oldu. Bu baxımdan dizel yanacağı ilə işləyən avtomobillərə ehtiyac artdı. Bəzi şirkətlər və avtomobildən gəlir qazanan şəxslər dizel yanacağı ilə çalışan maşınlara üstünlük verməyə başladılar. Nəticədə bazarda tələbat artdı. Amma ümumilikdə, bu tendensiyanın bazarda əhəmiyyətli dəyişikliyə səbəb olacağını gözləmirəm. Demək olmaz ki, bazar iştirakçıları bütövlükdə dizel yanacağı ilə işləyən avtomobillərdən istifadə edəcəklər”.