Category: Cəmiyyət

  • Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi

    Ali Məhkəmədə idmançı Araz Musayevin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

    Median.Az-ın məlumatına görə, şikayət araşdırılaraq qərar qəbul edilib. Qərara əsasən, birinci və ikinci instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb, idmançının şikayəti rədd edilib.

    Xatırladaq ki, idmançı Araz Musayev Azər Həsənsoyun Azərbaycan Muaytay Federasiyasının prezidenti seçilməsi ilə bağlı 2 noyabr 2024-cü ildə keçirilən konfransının qərarının ləğv edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı rədd edərək konfransın qərarını qüvvədə saxlamışdı.

    Birinci instansiya məhkəməsi ilə razılaşmayan idmançı qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb idmançının şikayətini rədd etmişdi. Nəticədə A.Musayev Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.

    Qeyd edək ki, idmançı Araz Musayev 2022-2024-cü illərdə Azərbaycan Muaytay Federasiyasının prezidenti olub.//oxu.az

  • Bu şəxslər təhlükəsizlik kəmərindən istifadə etməyə BİLƏR

    Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər 40 manat cərimə olunur. Amma bunu bütün sürücülərə aid etmək olmaz.

    Median.Az-ın məlumatına görə, hüquqşunas Asif Abdullayev metbuat.az-a açıqlamasında bildirir ki, hamilə qadınlara təhlükəsizlik kəmərindən istifadə etməməyə icazə verilir: “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 6-cı hissəsində göztərilir ki, hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilər. Amma hər bir halda təhlükəsizlik kəmərindən istifadə etməmək təhlükəlidir. Digər tərəfdən, hadisə baş versə hamilə qadının təhlükəsizlik kəmərindən istifadə etməsi ana bətnində olan uşağa xəsarət yetirə bilər. Bu səbəblə, hamilə qadınların avtomobildə daha ehtiyatlı olmaları lazımdır”.

    Median.Az əlavə olaraq bildirir ki, 12 yaşa çatmamış uşaqlar və avtomibili geriyə idarə edərkən sürücülər də təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər. Eyni zamanda, yaşayış məntəqəsində operativ nəqliyyat vasitələrini (polis, təcili yardım, yanğınsöndürən və s.-red.) idarə edənlər kəmər taxmaya bilərlər.

    Son vaxtlar bəzi sürücülər kəmər taxmamaq üçün müxtəlif üsullara əl atırlar. Onların bəziləri həkimdən saxta arayış alaraq “ürəyim xəstədir” deməklə kəmər taxmamaqda özlərini haqlı saymağa çalışırlar. Lakin bildiririk ki, qanunverilcikdə bu cür istisna hal yoxdur. Əksinə, siz “ürək xəstəliyinə dair” sənədi yol polisi inspektoruna təqdim edərək özünüzü haqlı çıxarmağa çalışarkən haqsız duruma düşə bilərsiniz. Çünki qanunvericiliyi yaxşı bilən inspektor ürəyi xəstə olan sürücünün sükan arxasına öyləşib maşın sürməsinin təhlükəlı olması barədə yuxarı instansiyalar qarşısında məsələ qaldıraraq sizi sürücülük hüququndan məhrum edə bilər. Ən yaxşı halda isə sizi dərhal avtomobildən düşürüb maşını cərimə meydançasına aparacaq. Nə vaxt siz sağlam bir sürücü tapıb gətirsəniz, o zaman avtomobil sizə qaytarılar…/avtosfer.az

  • Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ

    “Kənd Təsərrüfatı Nazirliyi əkilməyən torpaqlarla bağlı layihə təqdim edəcək”.
     
    Median.Az bildirir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və İcra intizamı şöbəsinin müdiri Yasər Abdullayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında “Yaşıllıqların mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
     
    O bildirib ki, hazırda sözügedən istiqamətdə qanun layihəsi üzərində işlənilir:
     
    “Bundan başqa, bizim bir qanun layihəmiz var idi, təəssüf ki, parlamentə qədər çatdıra bilmədik. Qanun layihəsi çərçivəsində bu məsələni altproqram kimi nəzərdə tutmuşduq. Türkiyədə istifadə olunan mexanizm var ki, əgər torpaq mülkiyyətçisi iki il müddətində onu istifadə etmirsə, dövlət həmin torpağı, məsələn Yasərin adından Arifə icarəyə verir, icarə haqqını isə Yasərin bank hesabına köçürür. Bununla da torpaqların istifadəsini məcburi edir. Həmçinin istifadəsiz torpağa görə də vergiləri dəfələrlə artırır.
     
    Bu gün bizdə bələdiyyə vergisidir. Lakin tətbiq mexanizmi, görünən odur ki, istənilən səviyyədə deyil. Bu səbəbdən istifadəsiz torpaqlarımız çoxdur. Düzdür, başqa səbəbləri də var. Azərbaycanda 75-76 faiz torpaq sahələri 3 hektardan aşağıdır. Bu torpaqlarda isə təsərrüfat iqtisadi cəhətdən səmərəli deyil. Bu, sizin üçün əlavə gəlir sahəsi ola bilər. Yəni müəllimsən, ikinci iş yeri kimi bu torpaqları əkib, pul qazana bilərsən. Taxılçılıqda iqtisadi cəhətdən səmərəlilik 24 hektardır. Bağçılıq, bostançılıq 3-5 hektardır. Kənd yerlərində torpaqlar var ki, urbanizasiya prosesinə görə də torpaqlar istifadə olunmur. Gələcək üçün bununla bağlı fikirlərimiz var”./oxu.az

  • 8 mayla bağlı qərar verildi

    Azərbaycanda qısaldılmış iş günü olacaq.
     
    Median.Az xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, 8 May bayramdan əvvəlki iş günü olduğu üçün iş saatları bir saat azaldılacaq.

    9 May Qələbə Günü münasibətilə rəsmi qeyri-iş günüdür. Şənbə gününə təsadüf etdiyi üçün qanunvericiliyə əsasən istirahət günü ilə iş günü yerini dəyişir və 11 may qeyri-iş günü hesab olunur.
     
    Beləliklə, həftəlik beşgünlük iş qrafiki ilə çalışanlar üçün 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq./globalinfo

  • Xalq artisti oğlunun son vəsiyyətini AÇIQLADI

    Xalq artisti Nazpəri Dostəliyeva mərhum oğlu Əli ilə bağlı kövrək xatirələrini bölüşüb.

    Median.Az xəbər verir ki, sənətçi həyatında ağır itkilər yaşadığını, buna baxmayaraq hər zaman güclü qalmağa çalışdığını bildirib. O, valideynlərinin də vaxtilə böyük acılar yaşadığını xatırladaraq, bu sınaqlardan mətanətlə keçdiyini vurğulayıb.

    Dostəliyeva övladının vəfat etdiyi günü də xatırlayıb. Onun sözlərinə görə, hadisə Novruz bayramı günü baş verib. Gün ərzində hər şey normal olsa da, sonradan oğlunun halı qəfil pisləşib. Evdə olan həkimin müdaxiləsinə baxmayaraq vəziyyət ağırlaşıb.

    Müğənni bildirib ki, oğlu son anlarında ona təsirli sözlər deyib. Əli anasına səhnəni tərk etməməsini tövsiyə edib, onu sevən insanların çox olduğunu xatırladıb. Eyni zamanda, ailə üzvlərinə diqqət yetirməsini istəyərək, xüsusilə Tamerlanı ona əmanət etdiyini deyib.

    Sənətçi əlavə edib ki, həkimlər hadisə yerinə çatsa da, artıq gec olub. O, yaşadığı ağrını sözlə ifadə etməyin çətin olduğunu qeyd edib və kədərini daxilində daşısa da, insanlarla daha çox sevincini paylaşmağa üstünlük verdiyini deyib.

  • Bu rayonun 4 kəndində qaz olmayacaq

    Şəmkir rayonunun bəzi kəndlərində qaz kəsiləcək.

    Bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

    Bildirilib ki, abonentlərin fasiləsiz və dayanıqlı qazla təmin olunması üçün görüləcək işlərin icrası ilə əlaqədar sabah saat 10:00-dan işlər başa çatanadək Könüllü, Abbaslı, Seyfəli və Mehrli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Sabah bu rayonda qazın verilişində məhdudiyyət olacaq

    Şəmkir rayonunun bəzi kəndlərində qaz kəsiləcək.

    Bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

    Bildirilib ki, abonentlərin fasiləsiz və dayanıqlı qazla təmin olunması üçün görüləcək işlərin icrası ilə əlaqədar sabah saat 10:00-dan işlər başa çatanadək Könüllü, Abbaslı, Seyfəli və Mehrli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib

    İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, “İstilik enerjisindən istifadə Qaydaları”nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə baş tutacaq.

    “İstilik enerjisindən istifadə Qaydaları”nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin və texniki şərtlərin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

  • Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    7. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    8. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;

    9. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    11. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    14. “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.

  • Bakıda binaların təmirinə 23 milyon manatdan çox pul xərclənəcək

    Bakının bir neçə rayonunda binalar təmin olunacaq.

    Oxu.az-ın məlumatına görə bununla bağlı müvafiq prosedura başlanılıb.

    Belə ki, Bakı şəhərinin Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri həyata keçiriləcək.

    Sözügedən işlərə 23 milyon 478 min 460 manat xərclənəcək.

    Təmir işlərini “Xezer-Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirəcək.