Category: Cəmiyyət

  • WUF13 tədbiri üçün yaşıl nəqliyyat zolaqları çəkilib – RƏSMİ

    “WUF13 tədbiri üçün yaşıl nəqliyyat zolaqları çəkilib”.

    Bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə çıxışı zamanı deyib.

    O bildirib ki, yaşıl hərəkət zolağının uzunluğu 42 km təşkil edir:

    “Bu zolaq vasitəsilə məkana iştirakçıların təhlükəsiz daşınması həyata keçiriləcək. Zolaqlar iştirakçıların tıxacda qalmasının da qarşısını alacaq”.

  • Xəzər dənizində zəlzələ olub – FOTO

    Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Bildirilib ki, yerli vaxtla 08:45-də baş verən, 3.7 maqnitudalı yeraltı təkanların episentri 19 km dərinlikdə olub.


  • Azərbaycanda sosial şəbəkədə saxta profil açmaq qadağan olunur? – Video

    Sosial şəbəkələrdə çoxsaylı saxta hesablarla rastlaşırıq. Bu cür feyk hesablardan istifadə edənlərin əksəriyyətinin əsas məqsədi şəxsiyyətini gizlədərək dezinformasiya yaymaq, kimlərinsə ünvanına təhqirlər, söyüşlər və ya narahatedici mesajlar, rəylər yazmaqdır.

    Paytaxt sakinləri mövzu ilə bağlı Baku TV ilə fikirlərini bölüşüblər:

    “Uşaqlar girir və orada müəyyən bir şeylər var ki, 18 yaşına kimi baxmaq olmaz. Amma baxırlar”.

    “Məncə, sosial şəbəkələr ümumiyyətlə olmasa, daha yaxşı olar”, – deyə digər bir sakin vurğulayıb.

    Yunanıstanda saxta sosial şəbəkə profili açmaq qadağan olunub. Artıq hökumət bunun qarşısını almaq məqsədilə sosial mediada anonimliyi qadağan edən plan üzərində işləyir. Belə ki, bundan sonra hər kəsin ancaq bir rəsmi hesabı olacaq, yəni hər bir profilin real şəxsə uyğun olması təmin ediləcək. Bəs bu mexanizmi Azərbaycanda tətbiq etmək mümkündürmü?

    İKT mütəxəssisi Asim Namazov mövzuya belə açıqlıq gətirib:

    “Azərbaycanda da bu istiqamətdə əslində müəyyən addımların atılması mümkündür. Ancaq burada çox incə balans qoyulmalıdır. Bir tərəfdən təhlükəsizlik və etik davranış təmin olunmalı, digər tərəfdən isə şəxsi məlumatların qorunması və istifadəçi hüquqları məhdudlaşdırılmamalıdır”.

  • Bakı, Sumqayıt və Abşeronda pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların mayın 14-dən ödənilməsi nəzərdə tutulub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Bildirilib ki, rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyalarının isə bu ayın 20-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

  • Apreldə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı

    2026-cı ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 976 nəfər olub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Bildirilib ki, onların 114 956 nəfəri yaşa, 13 902 nəfəri əlilliyə, 23 118 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.

  • Goradildə tapılan uşağın valideynləri müəyyənləşib

    Abşeronda – Fatimeyi Zəhra məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan iki yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, azyaşlının valideynləri artıq tapılıblar.

    Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi təmin edilir.

    Qeyd edək ki, ötən gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə iki yaşlı uşağın tapılması barədə məlumat yaymışdı.

  • Marketoloqdan açıqlama: “100 qramlıq qiymət sistemi qanuna uyğundur, aldanmamaq lazımdır”

    Son günlər Bakıdakı iri market şəbəkələrində 100 qramlıq qablaşdırmalarda satılan konfet və şokoladların qiymətləri alıcılar arasında narazılıq yaradıb. Məsələn, kiloqramı 10–15 manat olan məhsulların 100–150 qramlıq hissələrinin 1–3 manata satılması bəzi istehlakçılarda yanlış təəssürat formalaşdırıb.

    Məsələyə münasibət bildirən marketoloq Pərviz Əzimov “Qaynarinfo”ya açıqlamasında bildirib ki, bu cür qiymət siyasətində qanunsuz heç nə yoxdur:

    “Market rəhbərliyi açıq şəkildə yazır ki, bu, 100 qramın qiymətidir. Deməli, hər şey qaydasındadır”.

    O, alıcıları diqqətli olmağa çağıraraq qeyd edib ki, məhsulun qablaşdırma formatı qiymətin anlaşılmasında əsas rol oynayır:

    “Bəli, qanun bunu qadağan etmir. Məsələn, kəsilmiş pendir satılır, orada da qramın qiyməti ayrıca göstərilir. Ya da iri qablaşdırmada alınan məhsullarda vahid qiymət fərqli formada hesablanır. Hər şey qaydaya uyğundur”.

    Marketoloqun sözlərinə görə, istehlakçılar məhsulun təqdimat formasını düzgün oxumalı və qiyməti yanlış interpretasiya etməməlidirlər.

    Qeyd edək ki, hazırda marketlərdə bu cür kiçik qablaşdırılmış şokolad və konfetlərin satışı geniş yayılıb. Bu isə bəzi hallarda alıcılar arasında qiymətin kiloqramla deyil, daha böyük həcmdə daha ucuz olduğu barədə yanlış təsəvvür yaradır. Alıcılar real qiymətlərlə bağlı narazılıq ifadə edirlər.

  • Məscidin yanında 2 yaşlı uşaq tapıldı – Adını bilmir (FOTO)

    Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı oğlan uşağı tapılıb.

    Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

    “Əziz dostlar, xahiş edirəm, maksimum paylaşın!

    Bu gün Mehdiabad polis bölməsi balacanı bizə gətirib. Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir… Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər qansızlar…

    Hazırda polisdə axtarış gedir. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanıyanlar oldu…

    Onu güldürüb özümüz isə ağlamışıq… Adını Tale qoymuşuq…”, – deyə o əlavə edib.

  • Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

    Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdiriləcək.

    Trend-in məlumatına görə, bununla bağlı qanun layihəsi artıq Milli Məclisə daxil olub.

    Belə ki, “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsi Milli Məclisinin Regional məsələlər komitəsinin mayın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

  • Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

    Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatında qeyd olunub.

    Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olur.

    Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür.

    Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.