Category: Cəmiyyət

  • Test bashliq yeni 05 may

    Tekst 1 tekst2 tekst3 tekst4
    salam  Google 

    https://x.com/MikayilJabbarov/status/2044399270892016028

  • Azərbaycanda ana ölümləri: Regionlar üzrə STATİSTİKA

    2025-ci ildə Azərbaycanda ana ölümü üzrə 26 hal qeydə alınıb və bu göstərici hər 100 min diri doğulana 27,1 təşkil edib.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Məlumata görə, 2025-ci il üzrə regionlar üzrə bölgü göstərir ki, qeydə alınan 26 halın 10-u şəhər, 16-sı isə kənd yerlərində baş verib. Belə ki, Bakı şəhərində ümumilikdə 4 hal qeydə alınıb və bunlardan 2-si Sabunçu rayonunda, hərəsi 1 olmaqla isə Suraxanı və Yasamal rayonlarında baş verib. Bakı şəhərinin digər rayonlarında isə belə hal qeydə alınmayıb.

    Naxçıvan iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü qeydə alınıb. Bu halların 1-i Naxçıvan şəhərində, 1-i Babək rayonunda, 2-si isə Kəngərli rayonunda baş verib. Abşeron-Xızı iqtisadi rayonunda 1 belə hal qeydə alınıb və bu hal Sumqayıt şəhərində baş verib. Gəncə-Daşkəsən iqtisadi rayonunda da 1 ana ölümü qeydə alınıb və bu hal Gəncə şəhərinin payına düşür.

    Qarabağ iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü qeydə alınıb. Bu halların 1-i Ağcabədi rayonunda, 3-ü isə Bərdə rayonunda baş verib. Qazax-Tovuz iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Qazax rayonunda qeydə alınıb. Quba-Xaçmaz iqtisadi rayonunda isə Quba və Qusar rayonlarından hər birində 1 nəfər olmaqla ümumilikdə 2 hal qeydə alınıb.

    Lənkəran-Astara iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü halı qeydə alınıb. Bu halların 2-si Cəlilabad rayonunda, 1-i Lənkəran rayonunda, 1-i isə Yardımlı rayonunda baş verib. Mərkəzi Aran iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Kürdəmir rayonunda qeydə alınıb. Mil-Muğan iqtisadi rayonunda 2 ana ölümü qeydə alınıb və hər iki hal İmişli rayonunun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Şəki rayonunda baş verib. Şirvan-Salyan iqtisadi rayonunda da 1 ana ölümü qeydə alınıb və bu hal Hacıqabul rayonunda qeydə alınıb.

    Dağlıq Şirvan və Şərqi Zəngəzur iqtisadi rayonlarında isə 2025-ci il ərzində ana ölümü halı qeydə alınmayıb.

    Xatırladaq ki, əvvəlki illərin göstəricilərinə nəzər saldıqda, 2020 və 2021-ci illərdə hər birində 20 nəfər olmaqla ana ölümü qeydə alınıb, 2022-ci ildə bu rəqəm 18 nəfər olub. 2023-cü ildə kəskin artım baş verərək 33 nəfərə yüksəlib, 2024-cü ildə isə 29 ana ölümü qeydə alınıb.

    Məlumat üçün qeyd edək ki, statistikaya hamiləlik, doğuş və zahılıq dövründə baş verən ölümlər daxildir.

  • Qəbələ, Hacıqabul və Ağsunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq

    Sabah Qəbələ rayonunun Bum qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, qəsəbədə Zaur Nazim oğlu Əliyevə məxsus fərdi yaşayış evinin qaz xəttinin (yeni abonent) mənbəyə qoşulması ilə əlaqədar mayın 6-da saat 10:00-dan etibarən Bum qəsəbəsinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

    Qeyd olunub ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

    Sabah Hacıqabul və Ağsu rayonlarının bəzi kəndlərinin də qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

    Məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Hacıqabul rayonunun Padar kəndinin və Ağsu rayonunun Padarqışlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Sabah yağış yağacaq

    Azərbaycanın bəzi yerlərdə mayın 6-da yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılarda fasilə olacaq. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək.

    Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq.

  • Azərbaycanda 3 ayda 23 kişi məişət zorakılığına MƏRUZ QALIB

    2026-cı ilin ilk rübü (yanvar-mart ayları) ərzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) məişət zorakılığı ilə bağlı ümumilikdə 134 müraciət daxil olub.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.

    Bildirilib ki, daxil olan müraciətlərdən 23-ü kişilər, 106-sı qadınlar, 5-i isə uşaqlar tərəfindən edilib. Kişilər tərəfindən daxil olan müraciətlərin əsas hissəsi psixi zorakılıq, bəzi hallarda isə iqtisadi zorakılıqla bağlı olub. Fiziki zorakılığa məruz qalan kişilərlə bağlı isə Komitəyə hər hansı müraciət daxil olmayıb. Eyni zamanda, kişilərin müraciətlərinin əksəriyyəti övladları ilə ünsiyyət, uşaqların keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması kimi məsələlərlə bağlı olub.

    “Müraciətlərin növləri üzrə bölgüsünə gəlincə, 31 fakt psixi zorakılıq, 9 fakt iqtisadi zorakılıq, 93 fakt fiziki zorakılıq, bir fakt isə cinsi zorakılıqla bağlı olub.

    Qeyd olunmalıdır ki, bu rəqəmlər Komitəyə daxil olan müraciətlərin sayını əks etdirir və hələlik təsdiq olunmuş faktlar hesab edilmir. Müraciətlər aidiyyəti dövlət qurumlarına yönləndirilir və yalnız həmin qurumlardan daxil olan cavab məktubları əsasında faktın təsdiqlənib-təsdiqlənmədiyi müəyyən edilir”, – deyə rəsmi məlumatda vurğulanıb.

    Komitədən verilən məlumata görə, coğrafi bölgüyə əsasən, müraciətlərin 64-ü regionlardan, 70-i isə Bakı şəhərinin rayonlarından daxil olub.

  • İctimai nəqliyyatda ödəniş problemi – Bank kartları niyə bloklanır?

    Son günlər paytaxtda ictimai nəqliyyatda bank kartları ilə ödəniş zamanı problemlərlə üzləşənlərin sayı artıb. Bir çox vətəndaş bildirir ki, kartlarında kifayət qədər vəsait olsa da, ödəniş zamanı “müvəqqəti bloklanıb” xəbərdarlığı ilə qarşılaşırlar. Onlar bunun nədən qaynaqlandığını bilmirlər.

    Bu problem demək olar ki, bütün bankların plastik kartlarında görülür.

    İstifadəçilər müvəqqəti olan bloklanmanın bəzən 10-15 gün çəkdiyini qeyd edirlər. Bəziləri ay ərzində plastik kartlarla ödənişin limitli olduğunu düşünür.
    Ümumiyyətlə, bank kartlarına ödənişlə bağlı limit tətbiq olunurmu? Bank kartlarının uzun müddət bloklanması nə ilə əlaqədardır?

    AZXEBER.COM xəbər verir ki məsələ ilə bağlı “Bakıkart”ın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli Bizim.Media-ya limit tətbiq olunmadığını bildirib.

    “Bank kartları ilə ictimai nəqliyyatda ödənişin həyata keçirilməsi müxtəlif səbəblərdən məhdudlaşdırıla bilər. Bu məhdudiyyət bank tərəfindən qoyulur. Bank kartında lazımi vəsait olmadığı üçün ödəniş sistem tərəfindən həyata keçirilir və borc yaranır. Borc silinənədək kartın üzərinə məhdudiyyət qoyula bilər. Banklara aid tətbiqlərdə son gedişdəki RRN kodu ilə məhdudlaşmanın səbəbini öyrənmək olar”.

  • Xırdalanda nəqliyyatın hərəkəti ilə bağlı ciddi problem yaşanır – Video

    Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Qalubiyyə küçəsində nəqliyyatın hərəkəti ilə bağlı ciddi problem yaşanır. Xüsusilə avtobus sürücüləri yoldakı vəziyyətdən narazılıq edirlər.

    Median.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, sürücülər deyirlər ki, bir gediş, bir gəliş olmaqla dar hərəkət hissəsinə malik küçənin hər iki tərəfində avtomobillərin saxlanılması nəqliyyatın sərbəst hərəkətini mümkünsüz edir.

    Avtobus sürücüləri bildirirlər ki, günün əksər saatlarında küçədə yaranan sıxlıq səbəbindən həm onlar, həm də sərnişinlər mənzil başına vaxtında çata bilmirlər. Bəzən qarşıdan gələn nəqliyyat vasitəsi ilə üz-üzə qaldıqda uzun müddət gözləməli olurlar ki, bu da marşrut qrafikinin pozulmasına, sərnişinlərin isə narazılığına səbəb olur.

    Sürücülərin sözlərinə görə, problem təkcə avtobusların deyil, digər avtomobillərin də hərəkətinə maneə yaradır. Küçədə avtomobillərin nizamsız şəkildə yolun kənarında saxlanılması onsuz da ensiz olan yolu daha da daraldır və nəticədə hərəkət iflic vəziyyətinə düşür.

    Məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, Qalubiyyə küçəsində “dayanma-durma qadağandır” yol nişanlarının olmaması bəzi sürücülərin qaydalara məhəl qoymamasına şərait yaradır. Həmin küçədə zəruri yol nişanlarının quraşdırılması məsələsi ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət olunub.

    Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, may ayı ərzində həmin küçədə dayanma və durmanı tənzimləyən yol nişanları quraşdırılacaq. Bundan sonra küçədə nəqliyyatın hərəkəti xeyli rahatlaşacaq, avtobusların və digər nəqliyyat vasitələrinin qarşılaşdığı sıxlıq problemi aradan qalxacaq.

  • Naxçıvanda yeni direktor təyinatları olub

    Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə yeni təyinatlar həyata keçirilib.

    Bu barədə Oxu.Az-a Naxçıvan Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, müsabiqənin müsahibə mərhələsi çərçivəsində 4 vakant vəzifə üzrə ümumilikdə 11 namizəd müraciəti qeydə alınıb:

    “Müsabiqənin seçim mərhələsi başa çatdıqdan sonra ardıcıllıq gözlənilməklə müsahibə mərhələsinə dəvət olunmuş 6 nəfər iştirak hüququ qazanıb.

    Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, təşkilatçılıq və idarəçilik, ünsiyyət və əməkdaşlıq, problemlərin həlli və qərarvermə, eləcə də rəqəmsal, texnoloji, sosial və emosional bacarıqları qiymətləndirilib.

    Nəticədə 6 nəfər uğur qazanmış onlardan 4-ü müvafiq qaydalar çərçivəsində vəzifəyə təyin olunub.

    Uğur qazanan namizədlərdən, Həsən Məmməd oğlu Həsənov Heydər Əliyev adına tam orta məktəbə, Günel Mirməhəmməd qızı Quliyeva Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbə, Səfa Ruhulla oğlu Əliyev Şərur şəhər 2 nömrəli tam orta məktəbə, İlahə Aydın qızı Cəfərova Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbinə direktor vəzifəsinə təyin olunublar”.

  • WUF13 zamanı Bakıya girişdə məhdudiyyətlər olacaq? – RƏSMİ AÇIQLAMA

    “WUF13 ərəfəsində xüsusilə açılış günündə əlavə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi lazım olarsa, bəzi yollarda istiqamətlər dəyişə bilər”.

    Bunu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə çıxışı zamanı deyib.

    O bildirib ki, bu da yüksəksəviyyəli qonaqların təhlükəsiz hərəkətinin təmin olunması məqsədini daşıyır:

    “Digər zamanlarda yollarda hərəkətin məhdudlaşdırılması nəzərdə tutulmur”.

    O bildirib ki, bölgələrdən paytaxta gələnlər üçün məhdudiyyətlərin və ərazilərdə postların qurulması və s. nəzərdə tutulmur:

    “Açılış mərasimində çox qısa müddətdə paytaxtın cənubdan- Lökbatandan gələn nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilə və Kənar Dairəvi yolla hərəkət təmin oluna bilər”.

  • Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR

    “WUF13 tədbirində nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədilə yaradılan zolaqlardan yalnız tədbirdə iştirak edən şəxslərin daşınmasını həyata keçirən nəqliyyat vasitələri istifadə edə biləcək”.

    Bunu oxu.az-ın sualına cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə deyib.

    O bildirib ki, bu zolaqlarda tədbir zamanı hərəkət 24 saat fasiləsiz təmin olunacağı üçün digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi qadağandır:

    “Avtobus zolaqlarında olduğu kimi müəyyən vaxt çərçivəsində digər nəqliyyat vasitələrinin nəzərdə tutulan zolaqdan istifadəsinə icazə verilməyəcək”.

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev isə əlavə edib ki, tədbir üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin istifadəsinə veriləcək zolaqlara digər nəqliyyat vasitələri girər və istifadə edərlərsə, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar:

    “Müəyyən edilmiş vaxt çərçivəsindən kənar vaxtda avtobus zolaqlarına daxil olan digər nəqliyyat vasitələrini idarə edən sürücülərə tətbiq olunan inzibati məsuliyyət (100 manat + 3 bal) WUF13 üçün yaradılacaq zolaqlardan istifadə edəcək sürücülərə də şamil olunacaq”.