Category: Cəmiyyət

  • İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb

    İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yerlərin sayı) istifadə səviyyəsi ölkə üzrə 18,1 faiz olmuşdur (81,9%-i boş. qalıb). Bu göstərici Qusarda 40,4 faiz, Naftalanda 39,9 faiz, Şabranda 34,3 faiz, Sabirabadda 29,4 faiz, Bakıda 26,9 faiz, Salyanda 22,0 faiz, Bərdədə 19,6 faiz, Ağdamda 17,8 faiz, Xankəndində 17,5 faiz, Beyləqanda 17,2 faiz, Lənkəranda 16,4 faiz, Şamaxıda 15,8 faiz, Qəbələdə 15,0 faiz, digər şəhər və rayonlarda isə 15,0 faizdən aşağı olmuşdur.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yerlərin sayı) istifadə səviyyəsi ölkə üzrə 18,1 faiz olmuşdur (81,9%-i boş. qalıb). Bu göstərici Qusarda 40,4 faiz, Naftalanda 39,9 faiz, Şabranda 34,3 faiz, Sabirabadda 29,4 faiz, Bakıda 26,9 faiz, Salyanda 22,0 faiz, Bərdədə 19,6 faiz, Ağdamda 17,8 faiz, Xankəndində 17,5 faiz, Beyləqanda 17,2 faiz, Lənkəranda 16,4 faiz, Şamaxıda 15,8 faiz, Qəbələdə 15,0 faiz, digər şəhər və rayonlarda isə 15,0 faizdən aşağı olmuşdur.

    2026-cı ilin yanvar-mart aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq 493,6 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,9 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 12,8 faizi Rusiya Federasiyası, 12,6 faizi Türkiyə, 9,5 faizi Hindistan, 6,2 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İsrail, 4,4 faizi Pakistan, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi Çin, 3,3 faizi Qazaxıstan, 2,8 faizi Özbəkistan, 2,6 faizi Küveyt, 2,4 faizi ABŞ, 2,3 faizi Böyük Britaniya, 1,6 faizi Almaniya, 1,3 faizi İran, 1,0 faizi İtaliya, 0,9 faizi Gürcüstan, 0,7 faizi Ukrayna, 23,7 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşmüşdür.

    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,9 faizi Bakıda, 9,7 faizi Qusarda, 5,2 faizi Naftalanda, 2,0 faizi Qəbələdə, 1,2 faizi Qubada, 3,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

    Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrinin sayı 344,6 min olmuşdur ki, bu da ümumi gecələmələrin 41,1 faizini təşkil edir.

    2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz artaraq 128,7 milyon manat olmuşdur ki, onun da 58,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 faizi ictimai iaşə xidmətlərindən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,7 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

    2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 18,1 faiz olmuşdur (2025-ci ilin yanvar-mart aylarında 19,3 faiz). Bu göstərici Qusarda 40,4 faiz, Naftalanda 39,9 faiz, Şabranda 34,3 faiz, Sabirabadda 29,4 faiz, Bakıda 26,9 faiz, Salyanda 22,0 faiz, Bərdədə 19,6 faiz, Ağdamda 17,8 faiz, Xankəndində 17,5 faiz, Beyləqanda 17,2 faiz, Lənkəranda 16,4 faiz, Şamaxıda 15,8 faiz, Qəbələdə 15,0 faiz, digər şəhər və rayonlarda isə 15,0 faizdən aşağı olmuşdur.

  • Bakıda və bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Bakıda və bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Mayın 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Şəxs borc verdiyini məhkəmədə necə sübut etməlidir? – Hakimdən İZAH

    Şəxs borc verdiyini məhkəmədə necə sübut etməlidir? – Hakimdən İZAH

    Borc müqavilələrindən irəli gələn məhkəmə mübahisələrində sübutetmə yükünün hansı tərəfin üzərinə düşməsi tez-tez müzakirə olunan hüquqi məsələlərdən biridir.

    Gəncə Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadova buna aydınlıq gətirib.

    Hakimin sözlərinə görə, prosessual qanunvericiliyə əsasən, hər bir tərəf öz tələbinin və ya etirazının əsasını sübut etməlidir:

    “Bu, o deməkdir ki, iddiaçı cavabdehə müəyyən məbləğdə pul verdiyini sübut etməli, cavabdeh isə həmin borcun tam və ya qismən qaytarıldığını təsdiq etməlidir”.

    Qeyd olunub ki, belə mübahisələrdə sübutetmə prosesini asanlaşdırmaq üçün tərəflərin borc münasibətlərinə daxil olarkən mütləq qaydada yazılı sənədləşmə aparmaları tövsiyə edilir. Əks halda şifahi razılaşmalar əsasında baş verən halların məhkəmədə sübut olunması xeyli çətinləşir.

    Hakim həmçinin müqavilələrin hüquqi mahiyyətinə də toxunub. Bildirilib ki, konsensual müqavilələr tərəflərin razılığı ilə bağlanmış sayılır və əlavə olaraq faktiki icra tələb olunmur:

    “Buna nümunə olaraq alğı-satqı müqavilələri göstərilir. Borc müqaviləsi isə real müqavilədir. Yəni belə müqavilənin bağlanmış hesab olunması üçün yalnız razılıq kifayət etmir, borcun predmetinin – pul vəsaitinin və ya digər əvəz edilə bilən əşyanın faktiki verilməsi zəruridir.

    Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc predmetinə sərəncam hüququ əldə etdiyi gün borcun verildiyi gün hesab olunur. Bu norma borc müqaviləsinin real xarakter daşıdığını bir daha təsdiq edir”.

  • Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb – STATİSTİKA

    Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb – STATİSTİKA

    Rusiyada 2026-cı ilin may bayramlarında ümumi turist axınının ötən illə müqayisədə 15-20% azaldığı bildirilib.

    Median.Az Rusiya Turizm Operatorları Assosiasiyasına istinadən xəbər verir ki, bunun fonunda Azərbaycan da daxil olmaqla MDB ölkələrinə səfərlərə marağın artması müşahidə olunur.

    Ənənəvi istiqamətlərdən başqa, MDB ölkələrinə – Azərbaycan, Ermənistan, Gürcüstan və Özbəkistana xarici səfərlərə maraq artır ki, burada rezervasiyaların artımı təxminən 30% qiymətləndirilir.

    Qeyd olunur ki, ümumi dinamika fonunda rublun möhkəmlənməsi də xarici səfərləri daha əlçatan edir və onların qiymətini ötən illə müqayisədə orta hesabla 5-7% aşağı salır.

  • Bir sıra müavinətlərin verilməsi qaydalarında YENİLİK

    Bir sıra müavinətlərin verilməsi qaydalarında YENİLİK

    Bu gündən Azərbaycanda dəfnə, hamiləliyə və doğuma görə verilən müavinətlərdə yenilik tətbiq olunacaq.

    Bununla bağlı müvafiq qərarlar qüvvəyə minib.

    Dəfn üçün birdəfəlik müavinət ölümü dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və dəfnlə bağlı xərcləri çəkmiş şəxs barədə məlumatlar əsasında 2026-cı il 1 may tarixindən avtomatlaşdırılmış qaydada təyin olunacaq.

    Dövlət qulluqçularına verilən ömürlük müavinət, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinət alan şəxslər, işsizlikdən sığorta ödənişi alan şəxslər və sığortaolunanlar üzrə dəfn üçün birdəfəlik müavinətin məbləği 600 manat, əmək pensiyaçıları üzrə isə minimum aylıq əmək pensiyasının üç misli miqdarındadır. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.

    Sığortaolunanlara və əmək pensiyaçılarına münasibətdə məcburi dövlət sosial sığorta haqqı hesabına, digərlərinə münasibətdə isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

    Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin məbləğcə daha böyük olanı ödənilir.

    Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin ediləcək.

    Həmçinin hamiləliyə və doğuma görə müavinət isə tibb müəssisəsi tərəfindən elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqinə əsasən sığortaedən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə hamiləliyə və doğuma görə məzuniyyət əmri daxil edildikdən sonra məzuniyyət dövrünə düşən təqvim günləri üçün avtomatlaşdırılmış qaydada veriləcək.

    Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı altı ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki təqvim günlərinin sayına vurulması ilə hesablanır. Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.
    //oxu.az

  • Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? – “BakıKart”dan AÇIQLAMA (Video)

    İctimai nəqliyyatda ödənişlərlə bağlı narazılıqlar artır. Vətəndaşlar bildirirlər ki, bəzən ictimai nəqliyyatdan istifadə etmədikləri halda belə balanslarından vəsait silinir. Bəzi hallarda isə edilən ödənişlərin iki-üç qatının çıxıldığı qeyd olunur.

    “Gördüm ki, fərqli vaxtlarda balansımdan ardıcıl şəkildə pul çıxılıb. Halbuki sistemdən cəmi bir dəfə istifadə etmişdim. Kartım məhdudlaşdırılmışdı və axşam, eləcə də səhər saatlarında iki dəfə vəsait silinmişdi”, – deyə vətəndaşlardan biri Baku TV-yə bildirib.

    Başqa bir vətəndaş isə qeyd edib:

    “Məndən pul çıxıldığı dərhal görünmür. Evə çatandan sonra isə dalbadal mesajlar gəlir ki, bu qədər vəsait çıxılıb. Bəzən istifadə etdiyim halda da, etmədiyim halda da bildirişlər gəlir ki, pul çıxılacaq. Ona görə də artıq kartımda pul saxlamıram”.

    “Bakıkart”ın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli bildirib ki, ictimai nəqliyyatda ödənişlər gecikdirilmiş avtorizasiya prinsipi əsasında həyata keçirilir.

    Onun sözlərinə görə, bu səbəbdən sərnişin tərəfindən edilən ödənişlər bəzən dərhal, bəzən isə müəyyən vaxt intervalı ilə balansdan silinir:

    “Hazırda 24, 25, 26 və 27 aprel tarixlərində edilən gedişlərin ödənişləri bank kartlarından gecikmə ilə çıxılır. Sərnişin dünən ictimai nəqliyyatdan istifadə etmədiyi halda, bu gün niyə ödəniş çıxılıb deyə düşünə bilər. Bu, əvvəlki günlərə aid ödəniş ola bilər. Qəbzdə göstərilən RN kodu vasitəsilə hansı tarixdə gedişin baş verdiyini və ödənişin nə zaman həyata keçirildiyini dəqiqləşdirmək mümkündür. Əgər kartda kifayət qədər vəsait olmasa belə, ödəniş sistem tərəfindən həyata keçirilir və bu məbləğ sonradan borc kimi əks olunur. Bu halda kart məhdudlaşdırıla bilər”.

  • Astana AZAL təyyarəsinin qəzasını araşdırmağı davam etdirir – Yekun hesabat təqdim olunacaq

    Astana AZAL təyyarəsinin qəzasını araşdırmağı davam etdirir – Yekun hesabat təqdim olunacaq

    Qazaxıstanın Nəqliyyat Nazirliyi 2024-cü ildə Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanı davam etdirir.

    Bu barədə TASS agentliyinə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, qurum müvafiq qaydalara riayət edərək, araşdırmanın yekunlarına əsaslanan tövsiyə və nəticələrin yer aldığı hesabatı ictimaiyyətə təqdim edəcək.

    Rusiya və Azərbaycan xarici siyasət idarələrinin açıqlamasından sonra istintaqın davam etdirilib-etdirilməyəcəyi ilə bağlı sualı cavablandıran nazirlikdən qeyd edilib:

    “Hazırda “Azərbaycan Hava Yolları” aviaşirkətinə aid “Embraer 190 4K-AZ65″ hava gəmisinin iştirakı ilə baş vermiş aviasiya hadisəsini araşdıran komissiya öz işini Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 13-cü əlavəsində təsbit olunan standartlar və tövsiyə edilən təcrübələrə uyğun olaraq davam etdirir. Araşdırma prosesi başa çatdıqdan sonra Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin rəsmi internet səhifəsində yekun hesabat dərc olunacaq. Həmin sənəddə aviasiya hadisəsinin müəyyən edilən səbəbləri, eləcə də komissiyanın gəldiyi qənaətlər və tövsiyələr öz əksini tapacaq”, – deyə qeyd olunub.

    Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. 2025-ci il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış “Azerbaijan Airlines” təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. 2025-ci il fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.

  • Gömrükdə qida məhsulları ilə bağlı YENİLİK

    Gömrükdə qida məhsulları ilə bağlı YENİLİK

    Gömrük buraxılış məntəqələrində qida məhsulları ilə bağlı yenilik tətbiq olunacaq.

    Sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Mövcud qanunvericiliyə görə, bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər.

    Layihədə isə təklif olunur ki, maddəyə yeni əlavələr edilsin.

    Bildirilir ki, təklif qəbul ediləcəyi təqdirdə qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar, onların üzərində sərəncam vermək hüququ əldə etmək üçün “Qida təhlükəsizliyi haqqında” Qanununa uyğun olaraq qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tədbirlərinə cəlb olunacaqlar.

  • Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib

    Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib

    Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib.

    Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4005 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

    Onlardan 3999 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir.

    I Qarabağ müharibəsində itkin düşən 3998 nəfərdən 3218 nəfəri hərbçi, 781 (71 uşaq, 287 qadın, 334 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3711 nəfər kişi, 288 nəfər isə qadındır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş 220 nəfər itkin-şəhidin şəxsiyyəti müəyyən edilərək dəfn olunması üçün ailələrinə təhvil verilib.

  • DİQQƏT: Bakıda bəzi yollar bağlanacaq – SİYAHI

    DİQQƏT: Bakıda bəzi yollar bağlanacaq – SİYAHI

    “Bakı Marafonu 2026” ilə əlaqədar 3 may tarixində səhər saat 09:00-dan mərasim qurtaranadək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.

    Qeyd edilib ki, ümumilikdə 42 kilometrlik məsafəni əhatə edəcək marafon Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalı, Neftçilər prospekti, Bakı Ağ Şəhər Bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi Parkı, Heydər Əliyev prospekti, “Baku Arena”, Böyük İpək Yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti, Böyükşor küçəsi, Böyükşor körpüsü, Balaxanı dairəsi, Böyükşor-Pirşağı yolu, Bakı Dairəvi Yolundan (Bilgəh-Pirşağı şosesi) keçməklə “Sea Breeze”də finiş nəzərdə tutulub.

    Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.