Category: Cəmiyyət

  • 50 manatlıq cərimə baha başa gəldi – 51 illik avtomobilini 6 ay sürə bilməyəcək

    “Moskviç 2140” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan sürücü məhkəməlik olub.

    Qaynarinfo-nun məlumatına görə, D.F idarə etdiyi, “BC” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı–Ələt–Qazax–Gürcüstan avtomobil yolunun 336-cı kilometrində qayda pozuntusuna yol verib. Bu səbəbdən onun barəsində inzibati xəta protokolu tərtib olunub və 50 manat məbləğində cərimə tətbiq edilib.

    Lakin sürücü cəriməni 3 ay müddətində ödəmədiyi üçün onun haqqında İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə əlavə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarına əsasən, sürücünün “Moskviç 2140” markalı avtomobili idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

    Həmin avtomobil 1975-ci ildı istehsal olunub.

  • İşəgötürən işçini bu halda tibbi müayinəyə göndərəcək

    İşəgötürən işçini bu halda tibbi müayinəyə göndərəcək.

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

    Qanun layihəsinə əsasən, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin hesabına təmin edilməlidir.

    Həmin şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) “Narkoloji xidmət və nəzarət haqqında” Qanuna uyğun olaraq keçəcəklər.
    //qaynar.az

  • Qubadlının bu kəndlərində tikinti yekunlaşmır – Köç gecikir

    Məlum olduğu kimi, işğaldan azad edilən Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində yenidənqurma işləri davam etdirilir.

    Qubadlının 5 ildən çox müddətdir işğaldan azad edilməsinə baxmayaraq, hələ də rayona və onun heç bir kəndinə köç baş tutmayıb.

    Yalnız 2024-cü ilin may ayında Qubadlının Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasına start verilib. Təxminən 2 ilə yaxın müddətdir tikinti işləri davam etsə də, hələ də yekunlaşmır.

    Dövlət Proqramına əsasən, bu ilin may ayında Mahruzlu və Zilanlı kəndlərinə köç baş tutmalı idi. Lakin, tikintinin gecikməsi səbəbindən may ayında da köç olmayacaq.

    Keçmiş məcburi köçkünlərin verdiyi məlumata görə, cavabdeh qurumların rəhbərləri də Qubadlıdan olan keçmiş məcburi köçkünlərin nə zaman doğma yurdlarına qayıdacaqları barədə məlumatsızdır.

    Qeyd edək ki, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərini həyata keçirən şirkət “Amal Group”dur.

    Onu da nəzərə çatdıraq ki, “Amal Group”un sahibi Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadiqovun kürəkənidir.
    //unikal.az

  • Azərbaycanda qatarların maksimal sürəti açıqlandı

    “Azərbaycan Respublikasının ərazisində mövcud infrastruktur maksimal sürət olaraq 140km/saat müəyyən olunub”.

    Bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

    “Qatarlar həmin sürətlə hərəkət edirlər. Bu sürət bizim üçün maksimal hesab olunur. Qatarların sürətinin artırılması ilə bağlı hər hansı işlər aparılmır”, – deyə departament rəisi bildirib.

  • İsmayıllıda 31 yaşlı qadın itkin düşdü

    İsmayıllı rayon sakini 31 yaşlı Aygün Əzizova aprelin 2-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.


    A.Əzizovanın əlamətləri: boyu 167 sm, gözlərinin rəngi şabalıdı, saçları uzun qaradır. Evdən çıxan zaman əynində qara rəngli jilet və şalvar olub.

    Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və Nazirliyiin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020 -285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

  • Gələn il Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi açılacaq

    “Növbəti ildə həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır”.

    Bunu Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində çıxışı zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müavini Arif Ağayev deyib.

    Sədr müavininin sözlərinə görə, görülən bu tədbirlərin nəticəsi olaraq, 2025-ci ildə ADY rekord göstəriciyə nail olaraq 10 milyondan çox sərnişin daşıyıb ki, bu da xidmət keyfiyyətinin artırılmasına və müştəri məmnuniyyətinə verdiyimiz önəmi bir daha nümayiş etdirir.
    //unikal.az

  • Əhaliyə sosial ödənişlər üzrə nə qədər vəsait ödənilib?

    Cari ilin ilk 3 ayında sosial ödənişlər üzrə əhaliyə 2 614,8 milyon manat vəsait ödənilib.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Məlumata görə, 2026-cı ilin yanvar-mart ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 614,8 milyon manat vəsait ödənilib.

    Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 255,9 milyon manat və ya 10,85% artım deməkdir. Belə ki, 2025-ci ilin yanvar-mart ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 mlrd. 358,8 mln. manatdan çox vəsait ödənilib.

  • Gəncədə qanunsuz tikili sökülüb – Video

    Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Atatürk prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

    Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

  • Bakıda bu keçiddəki lift iki aydır işləmir – Video

    Bakının Xətai rayonunda, Ukrayna dairəsindəki yerüstü piyada keçidində lift işləmir.

    Median.Az-ın “Real TV”yə istinadən verdiyi məlumata görə, sakinlər bildirir ki, keçiddəki lift əvvəllər həftədə iki gün işləyirdi, qalan günlər isə fəaliyyət göstərmirdi.

    Qeyd edilib ki, lift artıq iki aydır ki, ümumiyyətlə, işlək vəziyyətdə deyil.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda paytaxt ərazisində lift və eskalatorların təmiri aparılır.

    Vurğulanıb ki, sözügedən keçiddəki liftin təmiri üçün xarici ölkədən ehtiyat hissə sifariş edilib. Sifariş gecikdiyi üçün təmir də ləngiyir.

  • Son 1 həftədə təbiətə 133 mindən çox ziyan vuruldu

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax və Oğuz rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

    Araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 120A ünvanında, Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsində, Yasamal rayonu Müzəffər Həsənov küçəsi 69 ünvanında, Sumqayıt şəhəri Səməd Vurğun küçəsində, Abşeron rayonu Masazır kəndi Rafiq Dünyamalıyev küçəsi 20A ünvanında, Qax rayonu Qazmalar kəndi ərazisində, Qax rayonu Tasmalı kəndi yaxınlığında, Oğuz rayonu Filfilli kəndi ərazisində və Oğuz rayonu Yaqublu kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 140 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.