Category: Cəmiyyət

  • İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ – TƏFƏRRÜAT

    İmişlidə müəllimlə məktəb direktorunun ailəsi arasında dava olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Bəhramtəpə qəsəbəsində baş verib.

    İttiham aktına görə, qəsəbədəki məktəbdə ingilis dili fənnini tədris edən müəllim, 36 yaşlı Dünyamin Ataşov (ad və soyad şərtidir) davamlı olaraq işlədiyi məktəbin direktorundan əməkhaqqının niyə köçürülmədiyini soruşub. Bir gün yenə həmin sualı verəndə direktor bezdiyini deyib və qonşuluqda yaşadıqları üçün görüşüb söhbət etməklərini təklif edib. Direktorun evinin qarşısında söhbət zamanı tərəflər arasında mübahisə düşüb. Müəllim və direktor bir-birini təhqir ediblər. Bu zaman müəllim direktorun arvadının əlinə yumruqla, qızına isə taxta nərdivanla vuraraq xəsarətlər yetirib.

    Hadisədən sonra zərərçəkənlər polisə şikayət ediblər və Dünyamin Ataşov saxlanılıb. Onun barəsində cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, onun iki dərs saatı direktorun adına yazıldığı üçün hər ay ona hesablama ilə 65 manat ödəniş edib. Sertifikasiya imtahanından kəsildiyi üçün müəllim kimi fəaliyyətinə xitam verilib. Bu zaman direktor ona yenə 65 manat pul verib. Lakin Dünyamin etiraz edərək məzuniyyət pulu ilə birgə vəsaitin daha çox olmalı olduğunu deyib. Direktor isə pulların hələ köçmədiyini bildirib. Beləcə, müəllimin əməkhaqqı məsələsi günlərlə uzanıb. Problem müəllimlə direktorun mübahisəsi və Dünyaminin iki nəfərə xəsarət yetirməsi ilə yekunlaşıb.

    Dünyamin Ataşov ifadəsində direktorun ailəsinin onu döydüyünü və hətta üz-gözünün qana bulaşdığını deyib.

    Məhkəmənin hökmü ilə Dünyamin Ataşov barəsində altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Lakin onun barəsində amnistiya aktı tətbiq olunub və o, cəzadan azad edilib.

  • Sabah qaz kəsiləcək – Bu ərazilərdə

    Zaqatala xidmət sahəsində aprelin 17-də saat 11:00-dan etibarən Muxax və Zəyəm kəndlərində ümumilikdə 1 685 abonentin qaz təchizatı dayandırılacaq.
     
    Median.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, qaz təchizatının dayandırılması Zaqatala rayonu Muxax kəndində Xədicə Məmməd qızı Ömərovaya məxsus fərdi yaşayış evinin qarşısından keçən diametri 40 mm olan qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədardır.
     
    Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

  • 31 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin edilib.

    Median.Az bu barədə “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir.

    Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 31 yaşlı Nigar Adilova beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə gətirilib.

    Qeyd edək ki, N.Adilova 2015-ci ildən ADNSU-da fəaliyyətə başlayıb. O, 2017-2023-cü illərdə ADNSU ilə Corciya Dövlət Universiteti arasında birgə əməkdaşlıq çərçivəsində yaradılmış MBA proqramında tyutor və tədris texnologiyaları üzrə mütəxəssis kimi çalışıb.

    2018-ci ildən etibarən həmin proqramda müəllim kimi fəaliyyət göstərən N.Adilova, 2023-cü ildən bu günədək MBA proqramının direktor müavini vəzifəsini icra edib.

  • Gəncədə kuryer qəzaya düşdü

    Gəncədə yol qəzası olub.
     
    Median.Az-ın məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. Hərəkətdə olan  “BMW ” ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü xəsarət alıb. Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.
     
    Məlumata görə moped sürücüsü kruyer olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
     
    Faktla bağlı araşdırma aparılır./unikal

  • Onlara yeni vəzifə verildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni təyinatlar olub.
     
    Median.Az xəbər verir ki, təyinatlarla bağlı agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmrlər imzalayıb.
     
    Əmrlərə əsasən, Ceyhun İntiqam oğlu Əliyev Daxili nəzarət və monitorinq departamentinin müdiri, Elnur Həmidağa oğlu Əliyev isə Sosial təminat departamentinin müdiri vəzifəsinə təyin olunublar.
     
    E.Əliyev bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsində çalışıb. Onun yerinə, yəni Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsinə isə buna qədər həmin departamentin müdir müavini olan İlkin Rafayıl oğlu Tahirov təyinat alıb.
     
    Bundan başqa, Sosial Xidmətlər Agentliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri olan Cavid Ziyatxan oğlu Əhmədli agentliyin Maliyyə Departamentinin müdir müavini təyin edilib./unikal

    Bundan başqa, Sosial Xidmətlər Agentliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri olan Cavid Ziyatxan oğlu Əhmədli agentliyin Maliyyə Departamentinin müdir müavini təyin edilib./unikal

  • Kondisioner ustasının ölümü ilə nəticələnən faciə niyə baş verdi? – Video

    Yay mövsümünün yaxınlaşması ilə kondisionerlərə olan tələbat kəskin artır. Lakin bir neçə gün öncə paytaxtda baş verən bədbəxt hadisə təhlükəsizliklə bağlı ciddi suallar doğurub.

    Bakının 20 Yanvar küçəsində yerləşən yaşayış binalarının birində kondisionerin mühərrikinə qaz doldurulan zaman güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib.

    Paytaxt sakinləri mövzu ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.

    “Bu işin belə təhlükəli olduğundan xəbərsiz idim. Amma reallığı bildikdən sonra anlayırsan ki, mütləq etibarlı və peşəkar ustaları çağırmaq lazımdır. Bu, olduqca məsuliyyətli bir işdir”, – deyə sakinlərdən biri bildirib.

    Bəs faciənin əsas səbəbi nə idi? Problem avadanlıqdan, yoxsa insan səhlənkarlığından qaynaqlanır?

    Kondisioner ustası Rəşad Məhərrəmovun sözlərinə görə, qaz vurulması zamanı diqqət yetirilməli bir çox vacib məqam var:

    “Bu həm texniki problem, həm də ustanın səhvi ola bilər. Lakin usta faktoru barədə danışırıqsa, əsas səbəb qazın yanlış vurulmasıdır. Məsələn, qazların müxtəlif növləri var. Bu növləri bir-birinə qarışdırdıqda belə ağır nəticələr yaşanır. Digər bir məqam isə düzgün diaqnostikanın aparılmamasıdır. Bəzən elə texniki tıxanmalar olur ki, daxildə qaz olduğu halda göstərici cihazı yoxmuş kimi təəssürat yaradır və ustanı çaşdırır. Belə olan halda əlavə qaz vurulanda sistemdə həddindən artıq sıxılma baş verir ki, bu da qaçılmaz partlayışa səbəb olur”.

  • Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ – ADLAR (FOTO)

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni təyinatlar olub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, təyinatlarla bağlı agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmrlər imzalayıb.

    Əmrlərə əsasən, Ceyhun İntiqam oğlu Əliyev Daxili nəzarət və monitorinq departamentinin müdiri, Elnur Həmidağa oğlu Əliyev isə Sosial təminat departamentinin müdiri vəzifəsinə təyin olunublar.

    E.Əliyev bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsində çalışıb. Onun yerinə, yəni Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsinə isə buna qədər həmin departamentin müdir müavini olan İlkin Rafayıl oğlu Tahirov təyinat alıb.

    Bundan başqa, Sosial Xidmətlər Agentliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri olan Cavid Ziyatxan oğlu Əhmədli agentliyin Maliyyə Departamentinin müdir müavini təyin edilib.

  • Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında təmir işləri aparılacaq

    Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:

    • Rəşid Behbudov küçəsi (Şəmsi Bədəlbəyli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissə);

    • Ziya Bünyadov prospekti (Müzəffər Nərimanov küçəsindən Xəlil Rza Ulutürk küçəsinə qədər, “Koroğlu” metro stansiyası istiqamətində, hissə-hissə);

    • Abbas Mirzə Şərifzadə küçəsi (Əsəd Əhmədov küçəsindən Akim Abbasov küçəsinə qədər olan hissə);

    • Səməd Vurğun küçəsi (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinə qədər olan hissə);

    • Bakı Dairəvi yoldan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yol.

    Qeyd olunub ki, təmir işləri aprelin 17-si saat 23:00-dan aprelin 20-si saat 06:00-dək davam edəcək.

    “Göstərilən tarixlərdə nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazilərdə qismən məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur”, – məlumatda bildirilir.

  • Alkoqolsuz içkilərin emalı sexində YOXLAMA: İstehsal dayandırıldı

    Bakı şəhərinin Suraxanı rayonu, A.Pəri küçəsi 303A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Lətif Əlif oğluna məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

    Müəssisədə texnoloji ardıcıllıq prinsipinə, məhsulların və qablaşdırma materiallarının saxlanma şəraitinə riayət olunmadığı, etiketlənmə ilə bağlı tələblərin pozulduğu, xammalın saxlanması, ilkin emalı və hazır məhsulun soyudulması üçün sahələrin ayrılmadığı, emal zamanı qablaşdırmada şadlıq saraylarından geri yığılan şüşə butulkalardan istifadə olunduğu aşkarlanıb. Həmçinin müvafiq təmizlik işlərinin görülmədiyi, avadanlıq və işçi masaların korroziyaya məruz qaldığı və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.

    Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laboratoriyaya təqdim edilib.

  • Ailə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRAR

    Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

    Bildirilib ki, ƏƏSMN-in tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) tətbiq etdiyi yeni rəqəmsal həll nəticəsində proses tam avtomatlaşdırılıb.

    Vəfat etmiş və ya həlak olmuş şəxslərin ölkə daxilində əyani təhsil alan 23 yaşadək övladlarının əyani təhsil almaları barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin (DİM) “Tələbə-Məzun” informasiya bazasından e-qaydada əldə olunur. Bununla da qeyd edilən ödənişin davam etdirilməsi prosesi avtomatik təmin olunur.

    Təhsil statusu hər ay avtomatik yenilənir, ödənişlərin davam etdirilməsi üçün arayış təqdim olunmasına ehtiyac qalmır.

    Bu yenilik nəticəsində əyani təhsil alan ümumilikdə 11.5 mindən çox şəxsə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənişi müddəti arayış tələb edilmədən avtomatik uzadılıb.