Category: Cəmiyyət

  • Bakıda direktor və müəllim şagirdi döyüb? — Valideynlər belə iddia edir + VİDEO

    Bakıda 5-ci sinif şagirdi məktəbin direktoru və orada çalışan müəllimə tərəfindən döyülüb.

    Median.Az “XəzərTV”yə istinadən xəbər verir ki, uşağın valideynləri belə iddia edirlər.

    Hadisə Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə baş verib.

    Belə ki, valideynləri 5-ci sinif şagirdi Cavid Mehdiyevin qolunda və belində göyərmiş izlərin olduğunu görüblər. Bunun səbəbini soruşduqda isə, o məktəbin direktoru Yasin Quliyev və Elmira adlı müəlliməsi tərəfindən döyüldüyünü bildirib. Cavidin sözlərinə görə, məktəbin həyətində sinif yoldaşı ilə mübahisə edib. Bundan sonra, başqa bir sinif yoldaşı mübahisəni görərək Caviddən Elmira müəlliməyə şikayyət edib.

    Sonra Elmira müəllimə Cavidi döyərək direktor Yasin Quliyevin yanına aparıb.

    Məsələ ilə əlaqədar hadisədə adıçəkilən direktor və müəllimənin mövqeyini öyrənmək mümkün olmayıb. Faktla bağlı həm Polis İdarəsində, həm də Bakı şəhər Təhsil İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

  • Azərbaycanlı hakerlər erməniləri şoka saldı – “Prezident”-in hesabını ələ keçirib, Xocalıdan yazdılar – FOTOFAKT

    Azərbaycanlı hakerlərdən ibarət qrup “Anti-armenia Team” qondarma “Dağlıq Qarabağ Respublikası”-nın “prezidenti” Bako Sahakyanın facebook hesabını ələ keçirib.

    Hakerlər qondarma “respublika” “prezidentinin” hesabından Xocalı soyqırımı zamanı həlak olanlarla bağlı müxtəlif məlumatlar paylaşdıqdan sonra hesabda öz izlərini qoymağı da unutmayıblar.

    Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

    Ələ keçirilən səhifə: facebook.com/bakosahakyan/



    //qafqazxeber.az

  • Azərbaycan alimləri yeni qurğu ixtira etdilər

    Azərbaycan Texniki Universitetinin (AzTU) alimləri neftçıxarma sənayesində istifadə üçün yeni qurğu hazırlayıblar.

    Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən İnstitutun elmi-tədqiqat işlərinin planlaşdırılması və ETI şöbəsinin müdiri İslam İslamov bildirib ki, AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının alimləri 23-dən çox müxtəlif ixtira reallaşdırıblar: “Dünyada ilk mancanaq qurğusu Azərbaycanda yaradılıb. İndi Universitetimizin alimləri yeni reduktor və icralı balansirsiz mancanaq dəzgahlarının bir neçə yeni orijinal konstruktiv həllini yaradıblar”.

    AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri Əli Nəcəfov deyib ki, neftçıxarma sənayesində istifadə olunan mexaniki intiqalı kimi müxtəlif ölçülü mancanaq dəzgahları bu günədək dəyişməyib və ştanqlı nasosların keyfiyyətli işləməsini tam təmin etmir. Yeni yaradılan mancanaq dəzgahının istifadəsi zamanı 25 faizədək enerjiyə qənaət olunacaq, ştanqların effektivliyi azalacaq, faydalı iş əmsalı 6 faizədək artacaq:

    “Yaradılmış mancanaq dəzgahı daha yaxşı dinamiki xassələrə malikdir, çünki dirsək müntəzam fırlanır və balansirli mancanaq dəzgahlarından fərqli olaraq tarazlaşmamış kütlələr və dayağa üfüqi istiqamətdə təsir edən və işarəsini dəyişən qüvvələr yoxdur. Eyni zamanda quyunun vadisi ilə daha yaxşı mərkəzlənmə təmin edilir, titrəmələr və dinamiki yüklər xeyli azalır”.

    AzTU-nun nəzdində fəaliyyət göstərən Maşınşünaslıq Elmi-Tədqiqat İnstitutunun direktoru Ayaz Abdullayev qeyd edib ki, ixtira olunan reduktorlar mancanaq dəzgahlarında, tanklarda, liftlərin qapı intiqalında, helipopterlərin baş reduktorlarında tətbiq edilə bilər. Bu reduktorlar bütün sənaye sahələrinin maşın aqreqatlarında istifadə oluna bilər”.

  • Bakıda turistlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

    Sabah Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və “PASHA Travel” şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçirələcək.

    Bu barədə Milli Turizm Təbliğat Bürosundan məlumat verilib.

    Bürodan bildirilib ki, Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartlar hazırlanıb.

    “Baku Card” Bakı şəhərini tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur.

    “Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.

    Kartları xüsusi köşklərdən və onlayn qaydada almaq mümkün olacaq.

    Memorandum Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid tərəfindən imzalanacaq.

  • Mehriban Əliyevanın Könül Xasıyevaya hədiyyə etdiyi evdən görüntülər(VİDEO)

    Xəzər TV-də yayımlanan “Evdəkilərə Salam” verilişi bu dəfə Könül Xasıyevanın evində olub.

    Baku.ws-in məlumatına görə, bu ev Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-Prezident Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artistinə hədiyyə olunub.

    Könül Xasıyeva veriliş zamanı xəstəliyindən danışıb. O bildirib ki, xəstəliyinə görə evini və maşını satıb.

    Verilişdən görüntüləri təqdim edirik: 

  • Bakıda insanları zəhərləyən sərnişin avtobusu – VİDEO

    Bakıda yararsız avtobus sərnişinlərə xidmət göstərir.

    Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

    Məlumatda qeyd olunur ki, 99-XT-628 dövlət qeydiyyat nişanlı, 94 nömrəli yararsız sərnişin avtobusu ətraf mühiti, sərnişinlər və piyadaları zəhərləyir.

    “Sonra təəccüblənirik, niyə və haradan bu qədər xəstə və əlil uşaqlar doğulur? Xəstəliklərin yaranma səbəblərindən biri ətraf mühitin çirklənməsidir”, – deyə məlumatda bildirilir.

  • Erməni diversant Azərbaycan dilində danışır – VİDEO

    İndi sizə iki ölkə, Azərbaycan və Ermənistan arasında olan fərqi təqdim edəcəyik. Buraxılışımızın əvvəlində Xocalıda Ermənistan ordusunun dinc sakinlərə qarşı törətdiyi vəhşilikləri təqdim etdik.

    Sizi bir neçə il əvvəl Azərbaycan ordusu tərəfindən qoşunların təmas xəttində tutulan erməni diversantın Bakıda, həbsxanada saxlanma şəraiti ilə tanış edirik.

    Median.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, Ermənistan ordusunun diversantı Arsen Baqdasaryan mina basdırarkən 2014-cü ilin dekabrın 26-da qoşunların təmas xəttində, Azərbaycan ordusu tərəfindən tutulub.

    Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə böyük cinayət törətdiyini etiraf edib. Həbsxanada bizim dildə danışmağı öyrənən Arsen Baqdasaryan Azərbaycan bayrağını da başının üstündən asıb. O, bayrağı özü hazırlayıb.

    Baxmayaraq ki, Arsen cinayət törədib, ona Azərbaycanda heç bir zorakılıq tətbiq edilməyib. Bunu o, “Qarabağ: əsirlər və girovlar – Közərən Xaç” filminin çəkilişi zamanı etiraf edib.

    Arsen Baqdasaryan həbsxanadan Ermənistana mesaj da verib. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə o, ailəsi ilə tez-tez əlaqə saxlayır. O, hətta qardaşını yeni doğulan uşağına görə təbrik edib.

  • İmişlidə ağac kəsənlər cərimələnib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

    Nazirlikdən oxu.az-a verilən məlumata görə, keçirilən reyd zamanı İmişli rayon Əliyetməzli kəndi ərazisində, Kür çayının mühafizə zonasında 0,30 ha yaşıllıq sahəsində yaşköküstə 38 ədəd yulğun kolunun və 16-50 sm diametrliyində 21 ədəd qovaq və söyüd ağaclarının kəsildiyi aşkar edilib.

    Araşdırma zamanı yulğun kollarının və ağacların İmişli rayon Əliyetməzli kənd sakini Ceyhun Əbdülov tərəfindən kəsildiyi və təbiətə 8510 manat məbləğində ziyan dəydiyi məlum olub.

    Faktla bağlı akt tərtib olunub.

    Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

  • Leyla Əliyeva “Xocalı 613” adlı klassik musiqi gecəsində – FOTO

    Fevralın 26-da Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

    Leyla Əliyeva əvvəlcə Mərkəzin foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi ilə tanış olub.

    Sərgidə Ermənistan Silahlı Qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımını, bu faciənin miqyasını əks etdirən fotolar yer alıb.

    Xocalı soyqırımına həsr olunan musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun (Pierre Thilloy) “Xocalı 613” simfonik poeması təqdim edilib. Solistlər Şükür Səmədov (klarnet) və Səbinə Rakçeyeva (skripka) olub.

    Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin ifasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Qara Qarayevin “Matəm odası”, “Don Kixot” simfonik qravürlərindən “Səyahət” fraqmenti, Asəf Zeynallının “Muğamsayağı” (skripkada Ceyla Seyidovanın solistliyi ilə), amerikalı bəstəkar Samuel Barberin “Adajio” əsərləri səsləndirilib.

    Xatırladaq ki, “Xocalı 613” əsərinin premyerası 2013-cü il fevralın 21-də Parisdə olub. Daha sonra əsər London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin, Oslo və digər şəhərlərdə təqdim edilib.

    Heydər Əliyev Mərkəzində səsləndirilən klassik musiqini dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimai xadimlər, Xocalı şahidləri dinləyiblər.









  • “Bakı Metropoliteni” yeni tipli turniketlər quraşdırır

    “Bakı Metropoliteni” QSC-də təchizatın müasir standartlar səviyyəsində qurulması və buna uyğun olaraq, kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin artırılması məqsədilə daha bir istiqamətdə mühüm addım atılır.

    Bu barədə qurumun açıqlamasında bildirilir.

    Məlumatda deyilir ki, Türkiyənin “KentKart EGE Elektronik” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, metropolitenin yenidənqurulan stansiyalarının vestibüllərində avtomat buraxılış-nəzarət məntəqələrində (ABNM) yeni tipli turniketlər quraşdırılır.

    Bu günlərdə yeni alınan qurğuların idarə edilməsi sistemlərinin proqram təminatının daha da dərindən öyrənilməsi məqsədilə metropolitenin bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərinə ezam olunub. Təlim-tədris prosesinin daha məhsuldar və keyfiyyətlə təşkil edilməsi məqsədilə səfər iki qrupda təşkil edilib.

    Təlimlərdə texniki prosesin tətbiqini, o cümlədən turniketlərin validatorlarının LED panelinin dəyişdirilməsi və quraşdırılması, mexanizmlərin tənzimlənməsi və təmiri prosesini mənimsəyiblər.

    Qeyd edək ki, 8 avqust 2015-ci ildən metroda vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Metropolitenin yenidən qurulan stansiyalarında müasir tələblərə cavab verən turniketlərin quraşdırılması prosesi davam etdirilir.

    Aparılan təhlillərə əsasən, gur saatlar, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı “Sahil”, “Gənclik” və “Koroğlu” stansiyalarında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, ABNM-lərdə əlavə turniketlər quraşdırılıb.

    Təmir olunan “Xətai” və “Bakmil” stansiyalarında müvafiq turniketlərin quraşdırılması nəzərdə tutulub. Sərnişin axınının təhlillərinə əsasən, gələcəkdə digər stansiyalarda əlavə turniketlərin quraşdırılmasına ehtiyac yaranarsa, bu tip qabaqlayıcı addımlar atılacaq.