Category: Cəmiyyət

  • Xəzərdə itkin düşmüş iranlı dənizçi axtarılır

    Dünən axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində olarkən bir nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub.

    Bu barədə oxu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Məlumat aidiyyəti dövlət qurumlarına ötürülüb.

    Fevralın 26-da, səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Xocalı soyqırımı necə baş verdi?

    26 fevral 1992-ci ildə erməni quldurları tərəfindən Xocalı şəhərinin yeddi min nəfərlik əhalisinə qarşı soyqırım törədilib.

    Xocalı soyqırımını törədənlər haqqında məlumatlar, şəhər sakinlərinin şahid ifadələri, həmçinin bu hadisənin digər vaxtlarda baş vermiş hadisələrlə qarşılıqlı əlaqəsi haqqında materialların toplandığı kiçik xronologiyanı oxuculara təqdim edirik:

    Bu, necə oldu?..

    Xocalıya hücum zamanı ermənilər bilərəkdən şəhərin şərq tərəfini açıq saxlayıb. Söhbət şəhərin Ağdam şəhərinə açılan hissəsindən gedir. Gecənin zülmətində yarıçılpaq, bayğın vəziyyətdə hərəkət edən, addımbaşı düşmənin atəşi ilə üzləşən xocalılılar intuitiv olaraq nisbi sakit görünən şərq istiqamətində qaçırdı.

    Xocalılılar fevralın mənfi 12 dərəcəli şaxtasında Qarqar çayını keçirdilər. Halbuki onların ifadələrinə görə, çayın qarşı sahilində erməni kəşfiyyat qrupu mövqe tuturdu və şəhərdən qaçan insanların istiqamətləri barədə öz qərargahlarına operativ məlumatlar ötürürdü.

    Sözügedən “humanitar dəhliz”də xocalılılar azı üç erməni pusqusu ilə üzləşmişdi. Onların ilk qrupu Qarqarçayın qarşı sahilində güllələndi və əsir götürüldü. Ermənilər buz kimi soyuq sudan quruya çıxan xocalılıları pulemyot atəşinə tuturdu. Daha sonra Ağdama aparan yolda yerləşən Ağgədik (erməni) kəndində xocalılılar yenidən erməni pusqusuna düşdü.

    Bu qrup böyük itki verdi və çoxları əsir düşdü. Mühasirədən sağ çıxanlar isə Naxçıvanlı kəndi istiqmətində qaçırdı. O kənd ki, Xocalıya hücumdan bir neçə saat əvvəl ermənilər onun guya Azərbaycan silahlı qüvvələri tərəfindən azad edildiyi barədə dezinformasiya yaymışdı.

    Xocalılılar xilas olacaqlarını güman edərək, həmin istiqamətdə qaçırdılar. Onların xilas olmuş qrupu Əskəran şosesinə çatdıqda, artıq dan yeri sökülmüşdü və artıq gizlənə biləcəkləri meşəlik sahə yox idi. Havanın açılmasından sonra düzənlikdə olan sakinlər kənardan “ovucun içində olan kimi” aydın seçilirdilər.

    Burada, Naxçıvanlının astanasında onları növbəti erməni pusqusu gözləyirdi. Həmin yerdə əsas qətliam törədildi, hücumdan sağ çıxmış sakinlərin əksəriyyəti öldürüldü. Ermənilər düzənlik ərazidə olan və asan hədəfə çevrilən qadınları, uşaqları, qocaları soyuqqanlı şəkildə güllələyirdi.

    Gülablı kəndi yaxınlığında, sonra isə Şelli kəndinin girişində pusqular vardı. Həmin pusqularda çox sayda insan qətlə yetirildi.

    Sumqayıt hadisələri və Xocalı soyqırımı arasındakı tarixi əlaqə

    Xocalı qırğınından sonra Ermənistanda belə bir söhbət yayılmışdı ki, Azərbaycan şəhərinə hücum etməklə ermənilər 1988-ci ilin Sumqayıt hadisələrini qeyd etməyə çalışır. Məhz buna görə 25 fevral tarixi seçilmişdi. Həmin gün ermənilər şəhəri 10-11 istiqamətdən davamlı şəkildə atəşə tutdu, atışma sıx raket zərbələri ilə müşayiət olunurdu.

    ARAYIŞ: 1988-ci ilin məlum “Sumqayıt hadisələri” ermənilərin özləri tərəfindən Dağlıq Qarabağa olan ərazi iddialarını əsaslandırmaq məqsədilə planlaşdırılıb.

    Belə bir sual yaranır: Ermənilər bu qanlı akt üçün Xocalını seçməklə hansı məqsədi güdüb?

    Bir tərəfdən məqsəd Dağlıq Qarabağda ermənilərin planlarına əngəl törədən strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən Xocalını yer üzündən silmək idi. Ona görə ki, Xocalı Azərbaycanın qədim dövrlərdən müasir zamana kimi tarixi-mədəni irsini təmsil edən yaşayış məntəqələrindən idi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb.

    Xocalı kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, o cümlədən müxtəlif tarixi əşyaları insan cəmiyyətinin inkişaf dinamikasini özündə əks etdirir. İşğaldan sonra bütün bu maddi-tarixi abidələrin məhv edilməsi, həmçinin ağır texnikanın köməyi ilə dünyanın ən qədim məzarlıqlarında sayılan Xocalı qəbiristanlığının dağıdılması təkcə erməni vandallığının baris nümunəsi deyil, eyni zamanda, ümumdünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

    Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalının Əntiqə adlı sakini “bu torpaqlar böyük Ermənistana aiddir” ifadəsini işlətməkdən imtina etdiyi üçün diri-diri yandırılıb. Xocalının digər sakini Səriyyə Talıbova erməni qəbri üzərində dörd məhsəti türkü və üç azərbaycanlının başının kəsildiyini, daha iki azərbaycanlının gözlərinin çıxarıldığını dilə gətirib.

    “Bu gün Azərbaycan Xocalı faciəsi hadisələrinin araşdırılması üzrə beynəlxalq tribunalın yaradılması istiqamətində ciddi addımlar atır. Xocalı soyqırımını törətməkdə günahkar olanların cinayət məsuliyyətinə cəlb olunmasına nail olmaq çün bu proses Beynəlxaq Haaqa tribunalı səviyyəsində qaldırılmalıdır.

    Bu cinayətkarlar arasında Ermənistanın indiki prezidenti Serj Sarkisyan, keçmiş prezidenti Robert Koçaryan, müdafiə naziri Seyran Ohanyan və digər yüksək vəzifəli erməni məmurlar yer alır”, – deyə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirir.

    Onun sözlərinə görə, Xocalının azərbaycanlı əhalisinə qarşı törədilən soyqırıma erməni dəstələri tərəfindən törədilmiş böyük cinayət olaraq baxmaq lazımdır. Bu cinayətlərə vahid şəkildə baxsaq, baş verən faciənin böyük şəklini hazırlamaq, Qarabağ müharibəsi hadisələrinin səbəbləri və nəticələrində daha geniş prizmadan nəzər salmaq olar.

    Üstəlik, belə qiymətləndirmə Azərbaycan ərazisində kütləvi etnik təmizləmələr və insanlığa qarşı cinayətlər törətmək üzrə dünya erməniliyinin metodlarını daha təfsilatlı şəkildə təhlil etməyə imkan verir.

    Xatırlatmaq istərdik ki, erməni biləşmələrinin Xocalıda törətdiyi vəhşiliklər nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin – qocalar, qadınlar, uşaqlar əsir düşərək işgəncələrə və təhqirlərə məruz qalıb.

  • TRT Xocalı həqiqətlərini dünyaya yaydı – VİDEO

    Türkiyə teleradioşirkətinin (TRT) beynəlxalq bölməsi olan TRT World Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırıma həsr olunmuş videoçarx hazırlayıb.

    Qarabağ münaqişəsinin tarixi haqqında danışan telekanal erməniləron Xocalıda törətdikləri vəhşiliklər, dinc sakinlərin, qadınların və uşaqların qətliamına diqqəti çəkib.

    Bundan başqa, kadrlarda qeyd olunur ki, Xocalıdakı erməni quldur dəstələrindən birinin başçısı Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan olub.

    Qeyd edək ki, Xocalıda törədilmiş soyqırım aktı nəticəsində qocalar, uşaqlar, hamilə qadınlar daxil olmaqla, 613 nəfər erməni quldurlarının təcavüzünə məruz qalıb və öldürülüb.

    Xocalının 150 sakini itkin düşüb, daha 1275 nəfər əsir götürülərək, müxtəlif işgəncələrə məruz qalıb.

  • Xocalı soyqırımından 26 il ötür

    Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 26 ili tamam olur.

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.

    Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

    Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

    2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

  • DİQQƏT: Bakıda saxta düyü satılır – Firmanın adı və ünvan (VİDEO)

    Bakıda daha bir mağazada saxta məhsulun satıldığı aşkar olunub.

    Median.Az Minval.info-ya istinadən xəbər verir ki, Binəqədi rayonunun 8-ci mkr ərazinsində fəaliyyət göstərən mağazalardan birində plastik düyü satılır.

    Bu barədə saytımıza paytaxt sakini Nurlan Məmmədov məlumat verib. O, düyünü Süleyman Sani Axundov küçəsində yerləşən mağazalarından birindən aldığını söyləyib.

    “Evdə aş bişirmişdilər, dadı nəsə xoşuma gəlmədi. Plastik düyü olduğundan şübhələndim. “Youtube”da bununla bağlı test video görmüşdüm. Mən də düyüdən bir qaşıq tavaya qoyub peçin üzərində qızdırdım. Düyü dənələri istilikdən əriməyə başladı” – Nurlan bəy deyib.

    Paytaxt sakini hamını mağazadan mal alarkən diqqətli olmağa çağırıb. O, müvafiq dövlət qurumlardan bununla bağlı ciddi addımların atılmasını xahiş edib.

    Kiçik araşdırmamız zamanı məlum olub ki, məhsul “Aliimdad” firmasına məxsusdur.

    Xatırladaq ki, mağazalardan saxta düyü ilə yanaşı, belə yumurtaların da satıldığı bildirilir.

  • “Deputat torpağımızı zorla əlimizdən alıb” – VİDEO

    Beyləqan sakini keçmiş deputatı mülkünü əlindən almaqda ittiham edir.

    Median.Az xəbər verir ki, bu barədə  minval.info-ya şikayətçi Ruhid Əliyev məlumat verib. R.Əliyev bildirib ki, onlara aid torpaq sahəsi rayonun eks deputatı Ayaz Orucov tərəfindən əllərindən alınıb:

    “Beyləqan şəhərinin mərkəzində bizim ailəyə mərhum atamdan miras qalmış Dövlət Reyester xidmətində qeyd nömrəsi 3-15, univentar nömrəsi -15 olmaqla qeydiyyatda olan mülkümüz qanunsuz olaraq zəbt olunub. Deməli, Ayaz Orucov Beyləqanda deputat olarkən şəhərinin mərkəzində rəhbərlik etdiyi “Hidromaş” şirkətinin vasitəsiylə ( güya Beyləqan rayonuna musiqi məktəbi tikəcək) Beyləqan İcra Hakimiyyətinin musiqi məktəbi üçün ayırdığı təxminən bir hektara yaxın torpaq sahəsini dövlətdən oğurlayaraq orada özü üçün imarət tikdirib”.

    Ruhid bəyin sözlərinə görə, bu hadisə 2014-cü ildə baş verib: “Ayaz Orucovun dövlətdən oğurladığı torpaq bizim adıçəkilən ərazimizə yaxındır. Buna görə, harın deputat orada tikdirdiyi imarətin həyətini genişləndirmək məqsədi ilə bizim mülkümüzü də zorla əlimizdən alaraq qəsrinin həyətinə qatıb. O vaxdan hansı yerli və mərkəzi hüquq mühafizə orqanlarına, icra aparatlarına şikayətlə müraciət etsəkdə hələ də Ayaz Orucovun bu cinayəti nəticəsiz qalıb. Vəzifəli dostlarının sayəsində ona gözün üstə qaşın var deyən olmayıb”.

    Qeyd edək ki, Ayaz Orucovun mövqeyini saytda dərc etməyə hazırıq.

  • Bakıda BREND mağaza müsəlmanları təhqir etdi- FOTOFAKT

    Dünyada “pullandbear” markası ilə tanınan mağaza müsəlmanları təhqir edir.

    Median.Az A24.Az-a istinadən xəbər verir ki, adıçəkilən markanın şəkildə gördüyünüz köynəkləri üzərində təhqiramiz sözlər mətnaltı məna ilə yazılıb.

    Belə ki, ilk cümlədə “cəhənəm haradadır?” sualına qarşılıq, bu gün “cümə günüdür?” sualı vrilib.

    Nəzərinizə çatdıraq ki, müsəlma dünyası üçün cümə günü önəmli bir gün hesab edilir. Black friday- qara cümə keçirən qərb dünyasının məşhur markaarı bu yöndəki mətnaltı təbliğatlarını indi də bu yöndə edir. Bu cür köynəkləri istifadə edən gənclər də, bilmədən həmin prosesin bir parçasına çevrilir.

    Köynək alarkən üzərindəki yazılara diqqət edin.

  • Paytaxtda bu yol bağlanır

    Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

    “Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, – deyə məlumatda vurğulanıb.

  • Təhsil eksperti: “Rus dilini bilməyən valideynlər uşaqlarını rus bölməsinə qoymasın

    Təhsil eksperti Kamran Əsədov rus dili bilməyən valideynlərə səslənib

    Baku.ws-in məlumatına görə, ekspert bildirib ki, özü, valideynləri rus dilində bilməyənlər “moda” xətrinə və ya guya “yüksək səviyyə” xəttinə rus bölməsini seçdiyini deyir.

    “Təhsil Nazirliyinə və Bakı şəhər Təhsil İdarəsinə təklif edirəm ki, 1-ci sinifə şagirdlərin qəbulu zamanı Rus bölməsini seçənləri yoxlayıb ondan sonra qeydiyyatdan keçməyə buraxın.  Özü, valideynləri rus dilində bilməyənlər “moda” xətrinə və ya guya “yüksək səviyyə” xətrinə rus bölməsini seçirlər. İbtidai sinifdə rus bölməsində təhsil alan şagirdlər yuxarı siniflərdə Azərbaycan bölməsinə keçirər. Çünki proqram çətinləşir və valideyn ev tapşırığı və digər məsələlərdə kömək edə bilmir. Əsas da bilik və bacarıqları fərqli olan şagirdlər eyni sinifdə oxuyanda ortaya bərbad bir mənzərə çıxır. Kimsə rus dilində səlist, sərbəst bilir, kim isə ilk dəfə rus dili ilə tanış olur. Məktəb xarici dil öyrədir, daha xarici dili ana dili kimi öyrətmir. İnanıram ki, aidiyyəti qurumlar nəzərə alacaqlar”.

  • Leyla Əliyeva oğlu ilə salat hazırladı – VİDEO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oğlu Əli ilə birlikdə yemək hazırlayıb.

    Baku.ws-in məlumatına görə, L.Əliyeva görüntüləri İnstaqramda paylaşıb.

    Ana və övladı avokadodan salat hazırlayıblar.