Category: Cəmiyyət

  • Qusarda 3 ay əvvəl itkin düşən qadın Abşeronda tapılıb

    Qusar rayonunda 3 ay əvvəl itkin düşən qadın tapılıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib.

    Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mehdiyeva Abşeron rayonunun Xırdalan şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.

  • Azərbaycanlı aparıcının ətəyi qalxdı – Canlı yayımda çətin anlar yaşadı (VİDEO)

    “Oyan Azərbaycan”ın aparıcısı Firuzə Cəlilova bu dəfə geyimi ilə diqqət mərkəzinə düşüb.

    Median.Az-in milli.az-a istinadən verdiyi məlumata görə, cazibədar aparıcının geyimi canlı yayım zamanı ona əməlli-başlı çətinlik yaradıb.

    Həmin kadrlar kameraların obyektivinən qaçmayıb.

    Verilişdən sözügedən kadrları təqdim edirik: 

  • Deputat: Əfv ərizələrinin əksəriyyəti yol qəzalarına aid müraciətlərdir

    Hesab edirəm ki, “Yol hərəkəti haqqında” qanuna edilən son dəyişikliklər çox mühüm və aktualdır.

    Bunu millət vəkili Elmira Axundova deyib.

    O, qeyd edib ki, xüsusilə də, mövcud qanunun 1-ci, əsas anlayışlar maddəsinə edilən dəyişiklik, yəni, “piyadalar” sözünün əlavə edilməsi çox önəmlidir:

    “Çünki bilirik ki, bir çox hallarda, piyadaların yol hərəkəti qaydasını kobud şəkildə pozması nəticəsində qəzalar baş verir. Hətta özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və yeraltı keçidlərdən yox, qadağan olunmuş yerlərdən keçir və bir çox hallarda bu faciəvi qəzalara səbəb olur.

    Bu günlərdə Əfv Komissiyasının iclası keçirildi və inanın ki, əfv ərizələrinin böyük əksəriyyəti piyadalar üçün faciə ilə nəticələnən yol qəzalarına aid müraciətlər təşkil edirdi. Təsəvvür etsək ki, bu qəzalar nəticəsində iki və ya daha çox ailə birdən-birə bədbəxt olur onda bu faciələrin miqyasını təsəvvür etmək elə də çətin deyil.

    Ona görə hesab edirəm ki, gələcəkdə qanuna növbəti dəyişikliklər edilərkən, piyadaların qadağan olunmuş yerlərdən keçməsinin qarşısını almaq və bu halları minimum səviyyəyə qədər azaltmaq üçün cərimə və cəzalar bir qədər də sərtləşdirilməli, nəzarət daha da gücləndirilməlidir”.

    Millət vəkilinin dediyinə görə, ikinci tərəfdən bu dəyişikliklərdə müsbət məqam yük avtomobillərinin və avtobusların nəzarət qurğusu “taxoqraf” haqqındadır:

    “Düşünürəm ki, bu da çox mühüm bir dəyişiklikdir. Çünki belə qurğu qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması vəzifəsini daşıyacaq. Bir məsələni də nəzərinizə çatdırım ki, “Yol hərəkəti haqqında” qanuna gələcəkdə bir mühüm dəyişiklik etmək də yerinə düşərdi. Bildiyimiz kimi son zamanlar, yol hərəkəti təhlükəsizliyini təmin edən tədbirlərə baxmayaraq sərnişin avtobusları ilə törədilən qəzalar artmaqda və çox ağır nəticələr yaşanmaqdadır.

    Dövlət orqanları tərəfindən keçirilən reydlər zamanı aydın olur ki, özəl sərnişin daşıma şirkətlərinin marşurutlarını idarə edən şəxslər bəzən sürücülük vəsiqəsi olmadan avtobusları idarə edirlər.

    Məncə, belə sürücüləri xəttə buraxmaq, buna göz yummaq çox ağır cinayətdir. Burada onlarla, hətta yüzlərlə insan həyatından söz gedir, biz bu qədər insan həyatının təhlükəyə atılmasına biganə qalmamalıyıq. Düşünürəm ki, belə hərəkətlərə görə məsuliyyət artırılmalı, nəzarət və cəza tədbirləri gücləndirilməlidir”./oxu.az

  • Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb

    Fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında dörd ədəd küknar ağacı kəsilib.

    Bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Sinoptiklər Bakıda 11 dərəcə isti vəd edirlər

    Fevralın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat veriblər.

    Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

    Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

  • Azərbaycanda gənc şair intihara cəhd edib

    Cabbar Çətin kimi tanınan gənc şairin intihar etməsi barədə xəbər yayılıb.

    Bu barədə şairin dostları “Facebook” hesablarında yazıblar.
    Şairin dostlarının verdiyi məlumata görə, o, özünü dənizə atıb.

    Cabbar hazırda Sumqayıt Tarvmatologiya Xəstəxanasındadır. Səhhəti normallaşıb.

    Qeyd edək ki, yanvar ayında intihar edən gənc şair Məlik Cahandan sonra Cabbar Çətin də intiharla bağlı paylaşımlar edib./oxu.az

  • Motosikletlə dünyanı gəzən cütlük Azərbaycana gəlir – FOTO

    Bütün əmlakını satıb dörd ay öncə İngiltərədən yola çıxan səyyah cütlük – Endi Devidson və Alissa Petter Bursaya gəlib.

    10 il ərzində dünyanı gəzməyi planlaşdıran ər-arvad motosikletlə Fransa, Almaniya, Slovakiya kimi ölkələri gəziblər.

    İndiyədək 5 min kilometr yol qət edən cütlüyün növbəti hədəfi Azərbaycandır. Onlar Azərbaycandan sonra Gürcüstan, Özbəkistan, Qazaxıstana da getməyi planlaşdırır.//oxu.az

  • Bakı aeroportunda İsrail vətəndaşı saxlanılıb

    Bakı aeroportunda İsrail vətəndaşı polis tərəfindən saxlanılıb.

    Bakı aeroportunda polis İsrail vətəndaşının çantasından bir neçə güllə aşkarlandığına görə saxlayıb.

    Qadının sözlərinə görə, o səfərə çıxarkən, İsrail Silahlı Qüvvələrində xidmət keçən qızının çantasını təsadüfən özü ilə götürüb. Ola bilsin ki, qız güllələri çantada unudub.

    İsrailin Bakıdakı konsulu Lilah Atias situasiyanı nizama salmaq üçün aeroporta gəlib. Buna baxmayaraq, Bakıda istintaq sona çatana qədər israilli qadının saxlanılmasını təkid edirlər.

  • Nazim İbrahimovun avtomobili qaydaları pozaraq əlillərin yolunu bağladı- ETİRAZ+FOTOLAR

    Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun avtomobilinin “durmaq qadağandır” işarəsi olan yerdə, səkinin fiziki qüsurlu insanlar üçün keçid yerində saxlaması sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

    Median.Az AFN-ə istinadən xəbər verir ki, N.İbrahimovun AZ 90AA321 dövlət nömrə-nişanlı xidməti avtomobili bu pozuntuya komitənin yerləşdiyi binanın qarşısında yol verib. Onun səhv park edilməsi də insanların diqqətindən yayınmayıb və yerində görüntülənən olay sosial şəbəkələrdə sürətlə yayılaraq tənqid obyektinə çevrilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elşad Miraləm isə duruma haqq qazandırmağa çalışaraq bildirib ki, avtomobil həmin yerə fiziki qüsurlu insanlar üçün olan pandusdan deyil, səkinin rəsmi qonaqlar üçün nəzərdə tutulmuş keçid hissəsindən adlayıb: “Avtomobili pandusun üzərindən səkiyə çıxarılmayıb. Bu heç fiziki baxımdan mümkün də deyil axı. Avtomobil o hündürlükdə pandusun üzərinə necə qaldırmaq olar? Fotoya bir də diqqətlə baxın xahiş edirəm. Binanın qarşısında Dövlət Komitəsinə gələn rəsmi qonaqların, nümayəndə heyətlərinin, eyni zamanda komitə rəhbərliyinin avtomobillərinin binaya yaxınlaşması üçün xüsusi yer var. Təqdim olunan fotolarda bu aydın görünür. (E.Miraləmin təqdim etdiyi fotolar aşağıda-red.) Komitəyə gələn xarici qonaqları, xüsusilə rəsmi şəxslərin təhlükəsizliyi üçün bu imkan yaradılıb. Yəqin hər kəs razılaşar ki, yüksək səviyyəli rəsmi şəxsləri nəqliyyatın hərəkətinin intensiv olduğu bir ərazidə, yolun ortasında avtomobildən düşürmək, nəinki protokol qaydalarına ziddir, həm də təhlükəsizlik baxımından qolverilməzdir. Avtomobil Komitənin qarşısına panduzun üzərindən deyil, fotoda göründüyü kimi xeyli irəlidən çıxarılıb. Sadəcə sürücünün səhvi odur ki, avtoobili pandusun qarşısında saxlamamalıydı”.

    Müzakirələrə qoşulan digər sosial şəbəkə istidadəçiləri etiraz edərək qanunun hamı üçün olduğunu, məmur-sıravi vətəndaş ayrı-seçkiliyi qoymadığını bildiriblər: “Avtomobil insanların hərəkəti üçün nəzrdə tutulan yerdə park edilib. Özü də orda durma qadağandır işarəsi var. Qanunda yazılmır ki, Nazim İbrahimova olar, Məhəmmədəliyə yox. Qanunu ilk növbədə dövlət rəsmiləri pozmamalıdır ki, biz də onlardan örnək götürək”.

    Qeyd edək ki, məsələ Bakı Nəqliyyat Agentliyindən də münasibət bildirilib. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, panduslar əlilliyi olan şəxslərin yollarda rahat hərəkəti üçündür, amma bəzən panduslardan doğru olmayan məqsədlər üçün istifadə edilir: “Önəmli olan bu işdə vətəndaşların fəal olmasıdır. Rastlaşdıqları bu kimi halları sosial şəbəkələrdə müzakirəyə çıxaraq ictimai qınaq halına gətirirlər. Bunun üçün hər birinizə təşəkkür edirik”.

    Elşad Miraləmin təqdim etdiyi fotolar:


  • Azərbaycanda gənc qız oğurlanıb asıldı – “Nəslimizi qıracaqlar” – VİDEO

    Bu gün Naftalandan “Səni axtarıram”a qatılan bir ailə böyük bir təhdidlə qarşı-qarşıya qaldıqlarını deyib.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, qadın qızının adını açıqlamaq istəmədiyi bir qrup şəxs tərəfindən oğurlanaraq döyüldükdən sonra şalvarının qayışı ilə asıldığını deyib. Ana hadisə yerinə çatanda qayışın qızının ağırlığına dözməyərək qırıldığını, qızın iki gün komada olduğunu qorxu içində anladıb.

    Ailə qızını bu hala salan şəxslərin onları “Nəslinizi qıracayıq” sözləri ilə ölümlə təhdid etdiklərini deyib.

    Qızın anası bu olayın qızın əmisi ilə əlaqədər olduğunu qeyd edib. Əmisinin də vaxtı ilə həmin şəxslər tərəfindən asılaraq öldürüldüyünü sözlərinə əlavə edib.

    Qadının dedikləri hər kəsi dəhşətə gətirib.

    Asılan gənc qızı da kamera qarşısına çıxarıblar. Qızın canlı yayımda dili qatlanıb. Hadisənin şokundan ayılmayan studiyadakılar qızın ayılmağına kömək ediblər.

    Verilişdən həmin dəhşətli kadrları təqdim edirik: