Category: Cəmiyyət

  • Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırıldı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, 2018-ci il martın 1-dən beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği 10 faiz artırılıb.

    Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Bayıldan köçürülənlərə 200 manat kirayə haqqı verilir – Bu pul kifayətdirmi?

    Bu pulla kirayədə qalmaq olarmı?

    Xəbər verdiyimi kimi, Bayıl yamacında baş vermiş sürüşmədən sonra öz evinə qayıda bilməyən 98 ailəyə dövlət tərəfindən 11 aylıq kirayə haqqı veriləcək.

    Ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, ailə tərkibi 6-7 nəfər olana 250 manat, 8 nəfərdən çox olanlara isə 300 manat kirayə haqqı müəyyən olunub.

    Bəs ödənilən bu məbləğlə 5 nəfərdən ibarət ailə Bakının hansı regionunda ev tapa bilər?

    Minval.info-nun qısa araşdırmasına görə, hazırda Bakının müxtəlif regionlarında 1 və 2 otaqlı mənzillərin qiyməti minimum 300-800 manat arası dəyişir

    Yasamal rayonunda 1 otaqlı evlər ən azı – 350 AZN, 2 otaqlı evlər isə – 400 AZN-dir.

    Metronun “Memar Əcəmi” stansiyasının ətrafında – 300-500 AZN

    Metronun “İçərişəhər” stansiyasının ətrafında – 300-1000 AZN

    Metronun “Gənclik” stansiyasının ətrafında – 350-650 AZN-a

    Metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında – 300-600 AZN-a təklif edilir.

    Rəsulzadə qəsəbəsində 250 AZN-a ev tapmaq mümkündür.

    Abşeron rayonu Xırdalan şəhərində ən ucuz 1 otaqlı mənzilin aylıq kirayə haqqı isə 180 manatdan başlayır.

    Bütün bu rəqəmlər onu deməyə əsas verir ki, 5 nəfərdən ibarət bir ailə 1 otaqlı mənzilə güc-bəla yerləşməyə çalışsa belə, onlara verilən 100 manat kirayənin 3-də birini ödəməyə belə bəs etməyəcək.

  • Bakıda ofisiant qız və yaşlı kişinin görüntüləri qəzəb doğurdu – VİDEO (18+)

    Yaşlı kişinin və gənc qızın sosial şəbəkələrdə yayılan görüntüsü ciddi müzakirələrə səbəb olub.

    Minval.info xəbər verir ki, Bakıda fəaliyyət göstərən kafelərdən birində çəkildiyi deyilən video narazılıqla qarşılanıb.

    Görüntülərdə yaşlı kişinin davranışları ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib. Sosial şəbəkə istifadəçiləri onun kafədə çalışan ofisiant qıza qarşı seksual hərəkətlər etməsini sərt tənqid ediblər.

    Lakin daha çox kafedə çalışan qız insanları özündən çıxarıb. Belə ki, həmin qadının yaşlı kişiyə etiraz etməməsi videoda açıq-aşkar görünür. Bu da insanlar tərəfindən həmin qızın təhqir olunmasına səbəb olub.

    Təqdim etdiyimiz videoda həmin qadının yaşlı kişini necə təhrik etdiyi əks olunur:

  • Təmirlə əlaqədar bu marşrutlatın hərəkət sxemində dəyişiklib edilib

    Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.


    Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, 24.02.2018 tarixindən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.

  • “Anarçik”dən xəbərdarlıq: “20 litr benzinlə “Hollywood restoranı”nı yandıracam” – VİDEO

    Rusiyada yaşayan azərbaycanlı iş adamı Anar Zeynalov (“Anarçik”) sosial şəbəkədən videomüraciət ünvanlayıb.

    Baku.ws-in məlumatına görə, iş adamı Salmanov Mehdi adlı şəxsə xəbərdarlıq edib:

    “Mənim martın 1-nə kimi pulumu verməsəniz 20 litr benzinlə sizin “Hollywood restoranı”nızı yandırmasam mən kişi deyiləm. Mən sizə ayın 1-nə kimi vaxt verirəm. Mənim pulumu çatdırmasanız məndən inciməyin”.

    Qeyd edək ki, Anar Zeynalov bir müddət öncə Rusiya prezidenti Vladimir Putinə də videomüraciət edib və ona köməklik edilməsini xahiş edib.

  • Erməni oğlan Rəşid Behbudovun mahnısını oxudu – VIDEO

    11 yaşlı erməni oğlan Rəşid Behbudovun mahnısını oxuyub.

    Baku.ws-in məlumatına görə, Rusiyanın birinci kanalında yayımlanan “Qolos. Deti” (“Səs. Uşaq”) yarışmasında Erik Arakelyan adlı uşaq ifası ilə hər kəsi təəccübləndirib.

    Belə ki, erməni oğlan dahi Azərbaycan müğənnisi Rəşid Behbudovun mahnısını səsləndirib. O, “Я встретил девушку” adlanan mahnını sintez edib. Münsiflərdən heç biri iştirakçının ifasını bəyənməyib.

  • 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin rüsumları azaldıldı

    Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə dövlət rüsumu azaldılır. Bizim Yol xəbər verir ki, bunula bağlı Milli iclasında “Dövlət rüsumları haqqında” qanuna dəyişikliklər edilib.
    Dəyişikliklərə əsasən, 15 yaşdan aşağı vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar aşağıdakı kimi olacaq:

    – 10 iş günü ərzində veriləcəyi təqdirdə – 4 manat;
    – 3 iş günü ərzində veriləcəyi təqdirdə – 20 manat;
    – 1 iş günü ərzində veriləcəyi təqdirdə – 25 manat.

    Hazırkı qanunvericiliyə əsasən 15 yaşdan aşağı şəxslər şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsi üçün dövlət rüsumundan azaddır.

    Qeyd edək ki, 15 yaşdan yuxarı şəxslər üçün bu rüsumlar müvafiq olaraq 5, 25 və 35 manat təşkil edir. Dəyişikliklər 15 yaşdan yuxarı şəxslərə şamil olunmayacaq.

    Dəyişikliklər qəbul olunacağı təqdirdə 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

  • Bakıda intihar etmək üçün özünə iynə vuran gənc komaya düşüb

    Bakıda gənc oğlan intihar etmək məqsədilə özünə yüksək dozada insulin iynəsi vurub.

    “Report” xəbər verir ki, hadisə Nəsimi rayonu, Mərdanov qardaşları küçəsindəki mənzillərdən birində qeydə alınıb. 25 yaşlı O.M. xəstəxanaya yerləşdirilib. O, koma vəziyyətindədir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda soyadları milliləşdirmək təklif olunur

    Azərbaycanda soyadların milliləşdirilməsi ilə bağlı məsələ aktualdır.

    Bunu Milli Məclisin (MM) plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

    O qeyd edib ki, insanlar bu seçimdə azad olmalıdırlar:

    “Amma yeni nəslin soyadlarının milliləşdirilməsi ilə bağlı bizim qanunumuz olub. Yeni nəsil soyadlarında artıq sonluqlar millidir və müəyyən seçim etmək imkanı var. Düşünürəm ki, bu qanunun tətbiqində heç bir problem yoxdur. Digər şəxslər də bu imkandan istifadə edə bilirlər. Xatırladım ki, hazırda soyadların milliləşdirilməsi prosesi “ASAN Xidmət”də çox rahat həyata keçirilə bilir”.

  • Sürücülərin nəzərinə: Yeni cərimələr tətbiq olunacaq

    “Yol hərəkəti” haqqında qanuna mühüm dəyişikliklər edilib.

    Bununla bağlı məsələ parlamentin clasında müzakirəyə çıxarılıb. Dəyişiliklər barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, burada əsas məqsəd yol hərəkəti iştirakçılarının sağlamlığının qorunmasıdır:

    “İndiyə qədər maşınlarda taxoqrafların olmaması səbəbindən bir çox qəzalar baş verib.

    Qanun layihəsinin maddə 6-1 hissəsində qeyd edilir ki, beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslər həmin daşımaları həyata keçirən yük avtomobillərini və ümumi istifadədə olan nəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər. Həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar”.

    Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində də müvafiq dəyişikliklərin edilməsi təklif olunub.

    Belə ki, Məcəllənin 326-1.1-ci maddəsinə əsasən, yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla yerinə yetirilməsinə, yəni, taxoqraf olmadan yerinə yetirilməsinə, yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirilməsinə,taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadan yerinə yetirilməsinə,taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə -fiziki şəxslər yüz əlli manat məbləğdə, vəzifəli şəxslər beş yüz manat məbləğdə, hüquqi şəxslər min manat məbləğdə cərimə edilir.

    Həmçinin yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə – əlli manat məbləğində cərimə edilir.//oxu.az