Category: Cəmiyyət

  • 20 Yanvar günü hansı yollar bağlanacaq — Vaqif Əsədovdan AÇIQLAMA

    “20 Yanvar günü şəhərin mərkəzi yol və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq”.

    Bunu “Ölkə.Az”-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. 

    V.Əsədov deyib ki, yanvarın 20-i səhər saat 08:00-dan mərasim bitənədək, xüsusilə Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti istiqamətində kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkəti müvəqqəti dayandırılacaq.
    Onun sözlərinə görə, 20 Yanvar faciəsi qurbanlarını ziyarətə gələn vətəndaşların təhülkəsizliyini təmin etmək məqsədilə Mehdi Hüseyn küçəsi, Teleteatr binasının yanından, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin, Mətbuat prospekti ilə Mikayıl Müşfiq dairəsinin, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişmələrindən Parlament prospekti-Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək:

    “Həmin gün Parlament prospekti üzrə hərkət edən sürücülərə alternativ yollardan istifadə etməsi tövsiyə edlir. Sürücülərdən xahiş edirik ki, mövcud vəziyyətlə bağlı alternativ yollardan istifadə etsinlər. Eyni zamanda ziyarətçilərin də ictimai nəqliyyatlardan istifadə etməsi arzu olunandır”.

    V.Əsədov 20 Yanvar günü sürücülərin musiqili siqnallardan istifadə etməsinin də qanunla qadağan olunduğunu söyləyib:
    “20 Yanvar xalqımızın faciəsidir. Düşünmürəm ki, vicdanı olan hər hansı azərbaycanlı sürücü 20 Yanvar günü səs-küylü və musiqili siqnallardan istifadə etsin. İlk növbədə bu qanunla tənzimlənir. Əgər Yol Polis əməkdaşları tərəfindən bu cür hallara rast gəlinərsə, dərhal qanunun tələblərinə uyğun olaraq lazımı addımlar atılacaq”. 

    V.Əsədov 20 Yanvar günü sürücülərin avtomobillərdə yüksək səslə musiqiləri də dinləməsinin tövsiyə olunmadığını bildirib.

  • Azərbaycanda vərəmlə bağlı ilk epidemioloji xəritə yaradılacaq

    Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu “Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar-genetik mutasiyalarının tədqiqi” layihəsi Prezident yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihələrinin siyahısına daxil edilib.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Ölkə.Az”a verilən məlumata görə, layihə çərçivəsində aparılacaq tədqiqatın məqsədi – Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə rast gəlinən vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqidir.

    Layihə çərçivəsində 2017-ci ilin aprel ayından elmi işlər başlanıb və davam etdirilir. Layihənin icrasında Elmi Tədqiqat Ağciyər Xəstəlikləri institutunun elmi işçiləri iştirak edirlər. Fəaliyyət çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyətlər, o cümlədən, Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar-genetik tədqiqi, ölkədə rast gəlinən vərəm ştamlarının izolyantları muzeyinin yaradılması, vərəm mikobakteriyalarının genetik mutasiya xüsusiyyətləri və yayılma intensivliyi, həmçinin dərmanlara davamlılıq spektri göstərilməklə ilk epidemioloji xəritənin tərtibi, vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və s. nəzərdə tutulub. 
    Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqi vasitəsi ilə erkən diaqnostika və epidemioloji nəzarət tədbirlərinin təkmilləşdirilməsi layihənin əsas elimi tədqiqat ideyasıdır.

    Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqi vasitəsi ilə erkən diaqnostika və epidemioloji nəzarət tədbirlərinin təkmilləşdirilməsi layihənin əsas məqsədidir.

    Layihənin vəzifələri sırasına, Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar-genetik tədqiqi vasitəsi ilə ölkə üçün spesifik genotipik və mutasiya xüsusiyyətlərin öyrənilməsi, laborator tədqiqatların nəticələrinin analitik təhlili məqsədilə ölkə üzrə məlumat bazasının yaradılması, məlumatların müxtəlif statistik təhlil proqramları vasitəsi ilə analizi və s. daxildir.

    Layihənin əsas elmi ideyası Azərbaycan ərazisində ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının genetik xüsusiyyətlərinin tədqiqi və dərmanlara davamlılıq formalaşmış ştamlarının genetik mutasiya xassələrinin öyrənilməsidir. Bu tədqiqatlar nəticəsində əldə olunmuş məlumatlar və laborator nümunələr ölkədə ilk dəfə olaraq vərəm mikobakteriyalarının dərmanlara davamlılıq və genotipik xüsusiyyətləri nəzərə alınmaqla, ölkə üçün ilk epidemioloji xəritənin tərtibi üçün istifadə olunacaq və ölkə ərazisində vərəmə dair epidemioloji nəzarət tədbirlərinin səmərəliliyini artırmağa imkan verəcək.

    Tədqiqat nəticəsində əldə olunacaq göstəricilər ölkədə vərəm infeksiyasının genotipi və genetik mutasiya xassələrini öyrənərək, epidemioloji təhlükəsizlik tədbirlərin təkmilləşdirilməsinə xidmət edəcək. Eyni zamanda, vərəm mikobakteriya ştamlarının konkret regional areala xas genetik mutasiaylara dair məlumatlara əsaslanan ilk epidemioloji xəritənin yaradılması, ölkədə vərəmin profilaktikası və erkən diaqnostikası, həmçinin epidemioloji salamatlılığı üçün böyük əhəmiyyət kəsb edəcək.

    Tədqiqat müddətində aparılacaq laborator müayinələrin müqayisəli təhlili müxtəlif test sisteminin etibarlılıq və effektivliyini müəyyən etməyə imkan verəcək. Vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və ölkə üzrə vərəm infeksiyasına epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması ölkədə vərəmə nəzarət fəaliyyətlərinin səmərililiyini artırmaq üçün əhəmiyyətli rol oynayacaq.

  • YAP-ın ötən il 8 315 436 manat gəliri olub

    2017-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) gəlirləri 8 315 436 manat olub. FaktXəbər-in məlumatına görə, bu barədə YAP-ın İdarə Heyətinin iclasında bildirilib.

    Qeyd olunub ki, bunun 7 173 280 manatını üzvlük haqları, 1 142 156 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

    YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 4 202 663 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 713 757 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 42 785 manatı ezamiyyə xərclərinə, 204 302 manatı invertarların alınmasına, 4 419 586 manatı tikinti və təmir işlərinə, 421 317 manatı kommunal və təsərrüfat xərclərinə, 242 535 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 930 manatı bank xidmətinə, 50 385 manatı dəftərxana xərclərinə, 38 285 manatı çap işlərinə, 104 986 manatı isə sair xərclərə sərf edilib.

  • Sumqayıt sakinləri 3 nömrəli avtobusdan ŞİKAYƏT edir

    Son vaxtlar Sumqayıt şəhərinin nəqliyyatı sahəsində bir çox iş görülür. Bununla yanaşı isə hələ də şəhər sakinləri bəzi maşrutların fəaliyyətindən razı deyillər və bu tip şikayətlərdən biri də 3 nömrəli avtobusla bağlıdır.

    Şikayətçi olan Sultan Əzimovun yazdıqlarını olduğu kimi sizə təqdim edirik: “Sumqayıt şəhərində 3 nömrəli marşrut avtobusları bərbad vəziyətdə işləyir. İstədikləri intervalı təyin edirlər. 20-25 dəqiqə intervalında gələn avtobuslar camaatı soyuq çöllərdə qoyur. Və avtobuslarda dəhşət sıxlıq olur, buna görə də heç kəs minə bilmir. Şirvan yaşayış massivindən, H.Zeynalabdin (Nasosnu) bazarı adlanan yerə (yol cəmi 3 km-dir) 15 dəqiqəyə hərəkət edirlər. 30-35 dəqiqə qəsəbənin daxilində vaxt öldürürlər yolda. Bilmirik hara şikayət edək. Gediş haqqını da 25 qəpik təyin ediblər. Qiymət artıq, keyfiyyət sıfır. Əvvəllər yaxşı idi, keçən ildən sonra isə hər şey dəyişdi”.

    Qeyd edək ki, 3 nömrəli avtobus barədə şikayətçi tək Sultan Əzimov deyil. Digərləri də marşrut xəttinin intervalının çox olması barədə şikayətlərini bizə qeyd edirlər.

    Məsələ ilə bağlı olaraq “Sumqayıt Nəqliyyat” MMC ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq belə, zəngimizə cavab verən olmadı. Aidiyyəti qurumun mövqeyini işıqlandırmağa hazırıq.//xeberle.com

  • “20 Yanvar 1920-ci ildə olub” – Bakıda keçirilən sorğuda sakinlərin cavabları gözlənilməz oldu (VİDEO)

    Lider TV-də “20 Yanvar” hadisələri ilə bağlı Bakıda keçirilən sorğu yayımlanıb. 

    Baku.ws-in məlumatına görə, sakinlərdən Azərbaycanın müstəqillik tarixinin şanlı səhifələrindən biri olan “20 Yanvar” hadisəsinin neçənci ildə baş verdiyi soruşulub. 

    Cavab isə çox fərqli olub. Respondetlərdən çoxu isə hadisənin nə vaxt baş verdiyini bilməyib. 

    Sakinlər arasında “20 Yanvar”ın 1920-ci ildə, baş verdiyini, “mən o vaxtı 20 günlük uşaq olmuşam” deyənlər də olub. 

    Sorğuya daha ətraflı video materialda baxa bilərsiniz. 

  • Naz Miladan Azərbaycan xalqına hörmətsizlik – FOTO

    Türkiyədə evlilik yarışmasına qatılması ilə məşhurlaşan azərbaycanlı Naz Mila 20 Yanvar günü konsert verəcək.

    Median.Az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında məlumat yayıb.

    Diceylik etməyə başlayan Naz matəm günü Türkiyədə klubların birində konsert proqramı ilə çıxış edəcək. 

    Onun bu hərəkəti sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər Nazı təhqir və tənqid atəşinə tutublar.
    Qeyd edək ki, sözügedən paylaşımı tənqid edənlərlə yanaşı, bəyənən azərbaycanlıların sayı da az olmayıb.

    Onuda qeyd etmək istəyirik ki, hansı sənətlə məşğul olduğu bilinməyən Naz Mila adlı şəxs özünün çılpaq fotoları, aşağı səviyyəli açıqlamaları və addımları ilə yadda qalıb. Özünə reklam olaraq bu yolu seçən Nazın bu hərəkətləri etməsi dünya praktikasında olduğu kimi, normaldır. Ancaq mövzu Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bir gündürsə və həmin xanım bununla gündəmə gəlmək istəyirsə, onun diqqətinə çatdırmaq istəyirik ki, dünyada ən şərəfsiz və alçaq adam belə bu addımı atıb, xalqının qanlı tarixi ilə gündəmə gəlmir./oxu.az

  • Prezidentin ayırdığı üç milyon manat beş telekanal arasında bölünəcək

    Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən ayrılan üç milyon manat “Azərkosmos”un xərcləri və digər başqa xərclər hesablanmaqla beş özəl telekanal arasında bərabər və ədalətli şəkildə bölünəcək.

    Median.Az-ın xəbərinə görə, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

    Şöbə müdirinin sözlərinə görə, üç milyon manat “Xəzər”, “Lider”, “Space”, ATV və ARB telekanalları arasında bölünəcək: 
    “Bu sərəncam Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qayğısının göstəricisidir.

    Sərəncam Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə imzalanıb”.

    N. Cavadov qeyd edib ki, sərəncamda nəzərdə tutulan məsələlərin həlli ilə bağlı MTRŞ-da iclas keçiriləcək və müvafiq qərar qəbul ediləcək.

    Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya üç milyon manat ayrılıb.

  • Müəllimi qaçıran direktorun qardaşı oğlu imiş – TƏFƏRRÜAT

    Xəbər verdiyimiz kimi, Bərdə rayonunun Hacıalılı kənd orta məktəbinin riyaziyyat müəllimi Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb. 

    Qaçırılma hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

    Oxu.az-a etibarlı mənbədən daxil olan məlumata görə, 23 yaşında olan müəllimin adı Gülçindir. O, məlumat verildiyi kimi, nişanlı olmayıb. Müəllimi qaçıran T.Zeynalov isə eyni məktəbdə tədrislə məşğul olan digər müəllimin oğlu və məktəb direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur.

    T.Zeynalov müəllimi məktəbdən evə gedərkən qaçırıb. Qızın valideynləri isə oğlanın ailəsi ilə görüşərək bu işə razılıq veriblər.
    Qeyd edək ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

  • Aydın Əliyev: 20 gömrük əməkdaşına cinayət işi açılıb

    Azərbaycanda ötən il 20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb.

    Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

    O bildirib ki, 10 nəfərlə bağlı birbaşa prokurorluq orqanlarına şikayət olunub, digər yeddi nəfərlə bağlı isə Komitənin daxilindəki İstintaq İdarəsində araşdırma aparılıb.

    A.Əliyev qeyd edib ki, hesabat ilində Apellyasiya Şurasına gömrükdən şikayət daxil olmayıb, 2 770 kq-dan çox narkotik maddə və psixotrop maddələr aşkar olunub: “2 tondan yuxarı çətənə kolu, 100 kiloqramdan da çox heroin müsadirə edilib. Ümumilikdə 2,7 kiloqram qaçaqmalın ölkədən çıxarılması qarşısı alınıb. Ötən il gömrük orqanları tərəfindən 1,2 milyon manatlıq qızıl, 1 milyon dollar valyuta ölkədə çıxarılmasının qarşısı alınıb”.

  • Azərbaycanda F-1 tipli əl qumbarasının istehsalına başlanıb

    2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilib.

    Bu gün nazir Yavər Camalovun sədrliyi ilə Müdafiə Sənayesi Nazirliyində 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qeyd olunub ki, müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub.

    Yeni nəsil silah növlərindən “Yalquzaq” snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub.

    Eyni zamanda, alınma texnologiya əsasında müxtəlif mm-lik kalibrli döyüş sursatları üçün müxtəlif tipli partladıcıların, avtomat və pulemyotlar üçün dörd adda lülənin istehsalat hazırlığı başa çatdırılıb və seriyalı istehsalı mənimsənilib.