Category: Cəmiyyət

  • Siqaretdən imtina orqanizmə necə təsir edir?

    Жизнь после отказа от курения

    Məlum olduğu kimi, Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyi məhdudlaşdıran “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında qanun layihəsi qəbul olunub.

    Qanun layihəsinə görə, ümumtəhsil müəssisələrində, idman yarışlarının və digər kütləvi tədbirlərin keçirildiyi məkanlarda, həmçinin ticarət obyektlərində, restoranlarda, kafelərdə, barlarda və digər ictimai iaşə obyektlərində (bu məqsədlə ayrılmış açıq sahələr və yerlər istisna olmaqla) tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edilməsi nəzərdə tutulur.

    Oxu.Az orqanizmin siqareti atdıqdan sonra hansı şəkildə bərpa olunduğunu araşdırıb.

    Tütün tüstüsü təkcə nikotindən ibarət olmur. Onun tərkibində 196 sayda zərərli maddə sadalamaq olar ki, onun da 14-ü narkotik maddələrdir. İstənilən zəhər kimi, bu toksinlərdə dərhal müdafiə sistemi ilə orqanizmdən kənarlaşdırılır. Ancaq bu prosesə sonradan yeni dozalar əngəl olur.

    Siqaret çəkdikdən sonra orqanizmin təmizlənməsi və nikotin asılılığının aradan qaldırılması – siqaret çəkməyi tərgitmək prosesinin iki fərqli qoludur. Bütün keçmiş siqaret aludəçilərində siqaret çəkməyi tərgitdikdən sonra sağlamlıqlarında əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə olunur.

    Siqareti çəkib qurtardıqdan dərhal sonra nikotin bədəndən çıxır. Bu narkotik maddənin qısa bir zamanda uyğunlaşmaya səbəb olmasına baxmayaraq, orqanizm elə həmin tezlikdə də ondan qurtula bilir. Yeni porsiya daxil olmadıqda, artıq iki saatdan sonra onun böyük hissəsi ağciyərlər və qan-damar sistemindən xaric olur.

    Tənəffüs 12 saatdan sonra sabitləşir. Nikotinin ağciyər reseptorlarını qıcılandırmasından qaynaqlanan bronx spazmaları kəsilir.

    Artıq ilk günlərdə orqanizmin siqaret çəkməyin kənar təsirlərindən qurtulmasından sonra qanın tərkibi normallaşır – oksigenlə zənginləşir və karbon qazının miqdarı azalır.

    Siqareti atan hər kəs bilir ki, ən çətin dövr – ilk 3-4 gündür. Həmin müddətdə əsas zərərli maddələr orqanizmi tərk edir və orqanizm təmizlənir. Ağızdan, dəri qatından xoşagəlməz qoxu yoxa çıxır.

    Orqanizmin nikotindən və qatrandan 99% təmizlənməsi 3 həftə sonra baş verir.

    2-3 gündə öskürək və bəlğəmin artımı müşahidə olunur. Bu, bronx epitelinin fəaliyyətinin bərpa olunmasının göstəricisidir. Zəhərlə iflic olmuş kiprikciklər yenidən canlanır və təmizlənməyə başlayır, çöküntü və selik məhsullarını xaric edir. Bəlğəm sekresiyasının artması ağciyərdə uzun illər yığılıb qalan çöküntüləri yuyub aparır.

    Tərləmənin intensivləşməsi gözləniləndir – belə ki, dərinin ifrazı ilə maddələr mübadiləsinin zərərli məhsulları bədəndən xaric olur.

    Tütünün ümumi təsirindən, həmçinin zəhərli ağız suyunun udulmasından sonra siqaret tüstüsünün mədəyə təsirindən zədələnmiş mədənin və bağırsaqların selikli qişası bərpa olunur. Hamar əzələ təbəqəsində tonusun aşağı düşməsi və qəbzləşmənin baş verməsi mümkündür. Belə hallarda bağırsaq reseptorlarının normal həssaslığının bərpası ilə ötüb keçir.

    Bəzən arterial təzyiqdə dəyişkənliklər və ya baş ağrıları meydana gəlir. Nikotin kiçik kapilyarları iflic etdiyinə və damarları daraldan təsirə malik olduğuna görə reseptorların “yenidən canlanmış” damarlara öyrəşməsi müəyyən qədər vaxt tələb edir.

    Normal tonusun bərpası hesabına bütün orqanların və toxumaların, ilk növbədə beynin qan dövranı yaxşılaşır.

    Dadbilmə və iybilmə reseptorları bərpa olunur. Artıq bir həftə sonra siz əvvəl iyləyə bilmədiyiniz qoxuları hiss edirsiniz, qida isə yeni dad alır. Yeri gəlmişkən, iybilmənin bərpası əsasında siqareti atdıqdan sonra orqanizmin təmizlənməsinin nə dərəcə tez getdiyini müəyyən etmək olur.

    İştah artır. Bu, iki faktorla əlaqədardır. Birinci, psixoloji faktordur. Ağıza siqaret almaq əvəzinə, insan nəyisə çeynəməyə başlayır. Siqareti atdıqdan sonra pasiyent stress keçirdikdə, qida qəbulu onu sakitləşdirir. İkinci faktor dadbilmənin bərpası ilə əlaqədardır.

    Siqaret çəkməyi tərgidən bəzi insanların keçirdiyi qıcıqlanma sırf psixoloji əhval-ruhiyyədən asılı olur.

    Nikotindən fiziki asılılıqdan çox asan şəkildə qurtulmaq olur, habelə, şüurda və şüuraltında siqaret çəkməyə həvəsləndirən neqativ fikirlər sinir pozuntularına və düşkünlüyə yol açır.

    Orqanizmin nikotindən hansı müddət ərzində təmizlənməsindən asılı olmayaraq, psixoloji asılılıq uzun müddət qüvvədə qala bilir.

  • Olimpiya Stadionunun qarşısında nə tikilir? – Rəsmi açıqlama – FOTO

    Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektində, daha dəqiqi Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.

    Dövlət Agentliyindən verilən məlumata görə, tunelin ümumi uzunluğu 655 m, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər biri 4,5 mr eni olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11,5 təşkil edəcək.

    Tunelin inşasında məqsəd günün pik saatlarında metronun “Koroğlu” stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn və hava limanı istiqamətində gedən avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağında yerləşən körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” stansiyasının qarşısından keçib düşərək hərəkət edirlər. Bu isə həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Məhz həmin sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələrinin “Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur.

    Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər “Koroğlu” stansiyasının qarşısından keçmədən birbaşa Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə, ordan da Bakı Olimpiya Stadionunun arxasındakı yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edə biləcəklər.

    Avtomobil tunelinin texnoloji ardıcıllığa inşası üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin 2018-ci il ərzində yekunlaşması planlaşdırılır.



  • Azərbaycan dilinə böyük hörmətsizlik – VİDEO

    Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində olduqca maraqlı mövzu müzakirə edilib.

    Baku.ws-in məlumatına görə, aparıcı Amil Xəlil bu dəfə ana dilinə qarşı bəzi sahibkarların səhlənkarlıqından danışıb. Əyani olaraq bəzi məkanlara üz tutan aparıcı təzyiqlərlədə üzləşib.

    Kimisi manat əvəzinə türk lirəsini üstün tutub, özünü haqlı göstərdi, kimisi də rus dilinə ana dili dedi.

    Verilişdən maraqlı məqamları təqdim edirik.

    Qeyd edək ki, bu axşam saat 19-55 Space Tv-də “Olar? Olmaz!”-ı izləyə bilərsiz…

  • Əjdər Zeynalov teatra qayıdır: Direktorun saxtakarlığı sübut olundu

    Əjdər Zeynalov teatra qayıdır: Direktorun saxtakarlığı sübut olundu

    Binəqədi Rayon Məhkəməsi İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalovun işə bərpa olunması haqqında qərar çıxarıb.

    Bu barədə oxu.az-a aktyor özü məlumat verib. O bildirib ki, hakim qarşı tərəfin iddialarını qəbul etməyərək, onun xeyrinə qərar çıxarıb:

    “İftixar Piriyev məni qeyri-qanuni şəkildə, qondarma ittihamlarla işdən çıxarmışdı. Guya ki, 30 dəqiqə olmaqla iki dəfə işə gecikmişəm. Mənim əleyhimə saxta sənədlər düzəltmişdi. Vəkilim Adəm Orucov sənədlərin saxta olduğunu sübut etdi”.

    Ə. Zeynalov bildirib ki, hələlik işə başlamayıb:

    “Direktor bərpamı təmin etməli və mənə nə vaxt işə çıxacağım barədə xəbər göndərməlidir. Ya da yüksək instansiyalı məhkəməyə müraciət etməlidir. Gözləyirəm”.

    Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev aktyor Ə.Zeynalovun teatrın daxili qayda-qanunlarını və nizam-intizamını pozduğunu əsas gətirərək işdən azad etmişdi. Aktyor Əjdər Zeynalov isə bunula bağlı məhkəməyə müraciət etmişdi.

  • Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunur

    К поискам альпинистов привлекают зарубежных специалистов

    Quba rayonu ərazisində itkin düşmüşb alpinistlərin axtarışlarına xarici mütəxəssislər cəlb olunur.

    Bu barədə oxu.az-a “Gilavar” Hava və Ekstrim İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

    Onun sözlərinə görə, avstriyalı mütəxəssislər bu gündən xilasetmə və axtarış işlərinə qoşulacaqlar. Onların “Mi-17” təyyarəsi ilə hadisə yerinə ezam ediləcəkləri gözlənilir.

    Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

  • 104 yaşlı çeçen qadını Kərbəla adı ilə Gədəbəyə göndərdilər

    104-летнюю чеченку отвезли в Гедабек вместо Кербелы

    Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Gədəbəy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib.

    Median.az xəbər verir ki, bu barədə Virtualaz.org-a qadına sığınacaq verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat veriblər.

    Pasport məlumatlarına görə 104 yaşı olan Mədinə Əliyevanı Gədəbəy rayon Polis İdarəsinin əməkdaşları küçədə soyuqdan donmuş halda tapıblar. Bir əsrdən çox yaşamış qadına Gədəbəydə ilkin tibbi yardım göstərilib, isti paltar, yemək verilib. Yanvarın 1-də isə onu Bakıya – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına göndəriblər.

    İctimai birliyin rəhbəri Mehriban Zeynalova deyib ki, sənədlərində Mədinə Əliyevanın 1914-cü ildə doğulduğu qeyd edilir. Qadın Rusiya vətəndaşıdır, Çeçenistanda qeydiyyatdadır, lakin Azərbaycan dilində sərbəst danışır. O, Gədəbəyə necə gəldiyini xatırlamır.

    Mədinə Əliyeva çətin həyat sürdüyünü deyir, bildirdiyinə görə, sovet dövründə sürgün edilib, övladı olmayıb.

    “Anam çeçen, atam ərəbdir. Məkkədə doğulub, böyümüşəm. Sonradan anam məni götürərək Çeçenistana qayıdıb. Oradan isə sürgün edilmişik”, – Mədinə Əliyeva özü barədə bunları deyib.

    Danışdıqlarına əsasən, Çeçenistanda Mədinə Əliyevaya atasının dostu sahib çıxıb. 15 yaşında ərə verilib. Lakin övladı olmayıb, həyat yoldaşı dünyasını dəyişəndən sonra alverlə dolanıb. Əliyeva deyir ki, Azərbaycandan mal alaraq Çeçenistanda satırmış. Son 2 ilə qədər Azərbaycana mütəmadi gəlib-gedib, dilimizi də elə alverçilərdən öyrənib.

    Mehriban Zeynalova bildirib ki, Mədinə Əliyeva Çeçenistandan Kərbəla ziyarətinə getmək üçün yola çıxdığını, lakin üç qadın tərəfindən aldadılaraq Azərbaycana gətirildiyini deyib. Bildirir ki, 200 dollar pulu, sənədləri və qulağındakı qızıl sırğaları oğurlanıb.

    “Mədinə Əliyeva izahatında göstərib ki, qulaqlarındakı sırğa, pul və sənədlərini üç qadın götürüb. Onu Gədəbəyə niyə apardıqları da bəlli deyil. Hazırda araşdırma aparılır”, – M.Zeynalova əlavə edib.

    M.Əliyeva yeriməkdə çətinlik çəkir, kömək olmadan yemək yeyə, özünə baxa bilmir. Buna baxmayaraq, Çeçenistanda evi olduğunu, geri qayıtmaq istədiyini deyib. Buna görə də, o, Bakının Xətai rayonu ərazisində yerləşən Tereza Ana sığınacağına köçürülüb. Onun Çeçenistana köçürülüb-köçürülməyəcəyi yaxın günlərdə bəlli olacaq.

  • AZAL aviareyslərə qeydiyyat qaydalarını dəyişdi

    AZAL меняет правила регистрации

    2018-ci il yanvarın 15-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

    AZAL-dan oxu.az-a verilən məlumata görə, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.

    Məlumata görə, AZAL sərnişinlərin hava limanında qeydiyyat üçün öncədən gəlməyini xahiş edir:

    “Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu “Baggage Dropoff” ekspress-masasında təhvil verə bilərlər”.

    Qeyd edək ki, hazırda AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanır. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanır. Bu qayda “Buta Airways” uçuşlarına da şamil ediləcək.

  • Bakıda avtobusda qadınlar yer üstündə dalaşdı: “Heç kişilər belə söyüş söymür” – VİDEO

    Bakıda avtobusda qadınlar yer üstündə dalaşdı: “Heç kişilər belə söyüş söymür” – VİDEO

    Bakıda 130 nömrəli marşrut üzrə hərəkət edən avtobusda qadın sərnişinlər arasında yer üstündə mübahisə düşüb. Sərnişinlərdən biri xoşa gəlməz hadisəni telefonunun yaddaşına köçürüb.

    Hadisə şahidinin bizimyol.info-ya verdiyi məlumata görə, Lökbatan qəsəbəsindən “20 yanvar” metrostansiyasına yola düşən avtobusda iki qadın bir-birilərini yer üstündə təhqir edib.

  • Xaləddin İsgəndərovun bölgələrdə tikdirdiyi milyonluq villaları – VİDEO

    Binəqədinin icra başçısı Bakıdan yığdıqlarını rayonda necə əmlaka çevirib…

    Bakıda onu bir çoxları “ev sökən” icra başçısı kimi tanıyır. Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun belə tanınması əbəs deyil. İllərdir ki, mətbuat onun əlaltılarının Binəqədi ərazisindəki kənd və qəsəbələrdə “ev sökmə əməliyyatları” haqda xəbərlər yazır, tikinti icazələrinin hansı şərtlərlə verildiyini də az qala hər kəs bilir. Bilinən həm də odur ki, “sökmə əməliyyatı”na ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Xaləddin İsgəndərovun 1-ci müavini İlqar Süleymanovun da adı tikinti-söküntü işlərində qırmızı xətlə keçir.

    Sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olan İlqar Süleymanov rəsmi vəzifəsi ilə yanaşı Binəqədi rayonunda qeyri-rəsmi ağac kəsmələr, torpaq zəbti, hasarlanması işlərinə də baxır. Mətbuatda İlqar Süleymanovun 1 gecənin içində Zeytunluq deyilən ərazidə sonradan 1 milyon manata satılacaq irı torpağı zəbt edib hasarlaması haqda da xəbərlər var. Q.Bayramovla İ.Süleymanovun əlində toplanan qeyri-rəsmi pullar Xaləddin İsgəndərovun qardaşı oğlu Nicata ötürülür. Sonuncunun qardaşı Valehin də adı Binəqədidəki tikinti-söküntü məsələlərində toplanan pullara nəzarət edən şəxs kimi keçir. Valehlə bağlı yeni məlumatlardan biri də budur ki, o, kefinin yaxşı vaxtında telekanallardan birinin məşhur aparıcılarından birinə qiyməti 1 milyon manata yaxın villa bağışlayıb.

    Belə məlumatların mətbuatda bol olduğu bir vaxtda Xaləddin İsgəndərovun qurub-yaradan icra başçısı kimi tanınması heç ağlabatan da görünmür. Sən demə, belə deyilmiş…

    2 ünvan üzə çıxıb ki, oralarda Xaləddin İsgəndərovu başqa tərəfdən tanıyırlar. Bu ünvanlardan biri Xaləddin İsgəndərov doğulub boya-başa çatdığı Goranboyun Xanqərvənddə, digəri isə istirahətini keçirdiyi Göygöl rayonunun Mixaylovka kəndindədir. Bakıdan uzaq olan bu ünvanlarda icra başçısı sah saraylarını xatırladan mülklər inşa etdirib. Bəli, bəli məhz inşa etdirib, sökdürməyib.

    Bu məlumatları eşitdik və yerindəcə yoxlamaq üçün həmin ünvanlara yollandıq. Xanqərvənddə İsgəndərovların mülklərini axtarmaq üçün çox da vaxt sərf etməzsən. Yolun bir tərəfində uçuq-sökük, nə vaxtsa məhəllə dükanı olmuş qapı-pəncərəsi sınıq-salxaq balaca hücrə var, bir balaca qarşıda isə böyüklüyü, nəhəngliyi diqqəti cəlb edən mülk gözə çarpır. Bir qədər irəlidəki Xanqərvənd kənd orta məktəbi belə icra başçısının bir neçə il əvvəl tikdirdiyi mülklə bəhsə girməz.

    Sakinlər deyirlər ki, Xaləddin İsgəndərovun burada da ilk işiməhz sökmək olub. İşə sanki Binəqədidə kasıb bir kişinin evini sökürmüş kimi başlayıblar. Başçı Xanqərvənddəki ata evini gün yarıma özülünə qədər sökdürüb. Qısa bir müddətdə ərazidən köhnə evin qalıqları ağır tonnajlı yük maşınlarına yüklənərək naməlum istiqamətə daşınıb. Əraziyə ölkənin dörd bir tərəfindən bahalı tikinti materialları daşınıb, az sonra adi bir kənd evinin yerində nəhəng bir mülk ucaldılıb. Köhnə hasar da uçurularaq əvəzində “Çin səddi” inşa edilib, Bakıda iri bir darvaza sifariş olunaraq Xanqərvəndə İsgəndərovların mülklərinə gətizdirilib. İndi hər kəs Xanqərvənddə X.İsgəndərovun necə varlanmasını və hansı miqyasda tikinti işləri aparmaq qüdrətinə çatmasını bu mülkə baxmaqla özü üçün aydınlaşdıra bilir. Binəqədidə ev sökən kimi ad çıxaran başçı Xanqərvənddə mülk ucaldandan sonra istirahətini də sakit, gözəgəlimli bir məkanda keçirmək haqda düşünməyə başlayıb.

    Deyilənə görə, həmin günlərdə Xaləddin İsgəndərov varlı-karlı iş adamlarının torpaq aldıqları məkanlarla maraqlanıb. Ona Göygöl rayonunun Mixaylovka kəndini nişan veriblər. İndi Mixaylovkaya hansı səmtdən getsən villaların arasında iri bir malikanə diqqətini cəlb edəcək. Həmin malikanəni kənardan görənlərdə “Bura bəs kimindir” sualı yaranır. Ora da Xaləddin İsgəndərovundur.

    Əsasən tikinti işlərinin sıx aparıldığı yay mövsümündə Xaləddin İsgəndərovun qoçu dəstələri kənd-kəsəkdə ev söküb, pul qoparıb tikintilərə icazə verdiyi vaxtlarda başçı Mixaylovka kəndindəki malikanəsində istirahət etməyi xoşlayır. Dağlar arasındakı kəndin ən gözəgəlimli yerindəki malikanə sanki bir gözətçi qülləsidir. Haradan baxsan, onu görürsən. Onun bir neçə hektarlıq üzümlüklərlə əhatələnən malikanəsindəki sarayı Aşıqlı kəndindən Mixaylovkaya gedən yoldan belə diqqəti cəlb edir. Yerli sakinlər deyirlər ki, son illər Göygölə gələn turistlər bu malikanənin fonunda foto çəkdirir, buraları nağıllardan reallığa köçürülən məkan bilirlər. Mixaylovka həm də Göygöl rayonunun ən bahalı torpaq sahələrinin satıldığı kənd kimi də tanınır. Burada torpağın sotu Bakının bir çox rayonlarında satılan torpaq sahələrindən bahadır. Xaləddin İsgəndərovun Mixaylovkada bir neçə hektar torpağı hansı məbləğə satın almasını dəqiq söyləmək çətindir. Binəqədinin icra başçısının Mixaylovkadakı malikanəni təkcə maaşı hesabına əldə etmədiyi isə dəqiqdir. Binəqədidə tikinti-söküntü işlərindən əldə olunan gəlirlərin bu məkanlara axıdıldığı da istisna deyil.

    Mənbə: Yeni Müsavat

  • “Lotu Quli” qardaşını Moskvaya niyə göndərdi? – DÖYÜŞ BAŞLAYIR

    "Lotu Quli" qardaşını Moskvaya niyə göndərdi? – DÖYÜŞ BAŞLAYIR

    Hazırda İstanbulda məskunlaşan “Lotu Quli” – Nadir Səlifov qardaşı Namiq Səlifovu Moskvaya göndərib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, məqsəd orada azərbaycanlılarla görüşüb Qulini “1 nömrəli qanuni oğru” kimi qəbul etdirmək, iri bazar və ticarət obyektlərinin sahiblərinin ona biət etməsinə nail olmaqdır.

    Məlumata görə, əksər azərbaycanlılar “Quli”ylə problem yaşamamaq üçün onunla razılaşıblar. Amma Rusiya paytaxtının Kalujsk şossesində yerləşən ən böyük meyvə-tərəvəz bazası olan “Fud Siti”yə əl qoymaq mümkün olmayıb. Bu bazara nəzarət edən Rövşən Lənkəranskinin qohumu Zaur və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs Qulinin təklifini geri çeviriblər.

    Mövzuyla bağlı başqa bir məlumatda deyilir ki, hazırda “Fud Siti”dəki ofislərində məskunlaşan Zaur və Məhərrəm son günlər çoxsaylı mühafizəçilərlə gəzirlər. Onların mühafizəsiylə ondan çox şəxs məşğuldur. Hər iki şəxs sui-qəsd ehtimalına görə ictimai yerlərdə görünmürlər, təmasları azaldıblar.

    Məlumata görə, “Quli” MDB məkanında “bir nömrəli qanuni oğru” adını təkcə azərbaycanlılar arasında təsdiq etmək istəmir. O, bütün Rusiya ərazisində bunu sübuta yetirmək niyyətindədir. Heç kimə sirr deyil ki, bu adı bir qədər əvvələcən “Şakro Molodoy” daşıyırdı. Amma o, indi həbsdədir. Və məhkəmənin onu uzun müddətə cəzalandıracağı da sirr deyil.

    Bir qədər əvvəl isə o, Vasili Xristoforovu (“Vasya Voskres”) öz varisi elan edərək, hamını onun ətrafında birləşməyə çağırmışdı. Əksər slavyan mənşəli oğrular da “Voskres”in liderliyini qəbul etmişdilər. İndi Vasili Xristoforovu da “Lotu Quli”ylə amansız döyüş gözləyir.