Category: Cəmiyyət

  • Lənkəranda məşhur restoranda mənşəyi məlum olmayan alkoqollu içkilər AŞKARLANDI

    Lənkəran şəhəri, Füzuli küçəsində fəaliyyət göstərən, Əli Hacıağa oğlu Ağayevə məxsus “Ağ Saray” şadlıq evində yoxlama keçirib.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

    Baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, qeydiyyatdan keçməmiş istehsalçı tərəfindən istehsal olunan və etiket məlumatlarına dair tələbləri pozulmuş “Organic Ultra” əmtəə nişanlı alkoqollu içkilərin toy şənliyində istifadə olunmasının qarşısı alınıb.

    Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Məhsulların istifadəsı məhdudlaşdırılıb, araşdırmalar davam etdirilir.

  • Keçmiş gəlinindən Məzahir Pənahova İTTİHAM: “Ona nüfuz önəmli deyil, zinət əşyalarımı qaytarmırlar”

    Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşı Həlimə Ələsgərovaya Bakı Apellyasiya Məhkəməsində uduzsa da, ona aid əşyaları hələ də geri qaytarmayıb.

    Bu barədə H.Ələsgərova Musavat.com-a danışıb.

    O bildirib ki, məhkəmələrdə qalib gəlməsinə baxmayaraq, qanuni əşyaları ona geri verilməyib:

    “Qaytarmaq niyyətində də deyillər. 300 min məbləğində kompensasiyadan isə ümumiyyətlə söhbət getmir. Görünür, Məzahir Pənahov üçün nə ictimai rəy, nə də nüfuz önəmlidir, əsas odur ki, maliyyə öhdəliklərindən yayınsın.

    Məhkəmə zamanı qarşı tərəf əvvəlcə nə qızıl-zinət əşyalarının, nə cehizin, nə də geyimlərin mövcud olmadığını iddia edirdi. Daha sonra isə zinət əşyalarını sadəcə bijuteriya və ya sirkon kimi təqdim etməyə çalışdılar ki, onları qaytarmasınlar. Buna görə əgər zinət əşyaları qaytarılsa belə, onların əvəz olunmuş bijuteriya olması ehtimalını nəzərə alıram. Məhəmməd Pənahov barəsində cinayət işi başlanmalı və araşdırma aparılmalıdır. O, öz uşağının ölümündə məsuliyyət daşıyır”.

    Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi Məhəmməd Pənahovun xanımına aid 300 min manat dəyərində olan əşyaları geri qaytarmasına dair yekun qərar çıxarıb. Daha öncə mətbuatda Həlimə Ələsgərovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair məlumatlar, fotolar yayılmışdı.

  • Bakıda yaşayış evi çökdü, xəsarət alan var – Video

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evində çökmə baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

  • Bakıda mənzillərin satış və kirayə qiymətləri artıb – CƏDVƏL

    Bu ilin yanvar-mart aylarında Bakıda mənzil bazarında mərhələli və sabit artım trendi formalaşıb.

    Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.

    Məlumata görə, birinci rübdə yeni tikililərdə qiymətlər orta hesabla 3,6%, köhnə tikililərdə təxminən 2,4%, inşası davam edən layihələrdə isə (kotlovan) 4% civarında artıb.

    Bu dinamika göstərir ki, bazarın əsas hərəkətverici seqmenti yenə də yeni tikililər və ilkin satış mərhələsində olan layihələrdir. İnvestor marağı, tikinti xərclərinin artması və yeni layihələrin məhdudluğu bu seqmentlərdə qiymət artımını daha sürətli edir.

    Rayonlar üzrə isə, Səbail, Yasamal və Nəsimi rayonları ən yüksək artım tempinə malik mərkəzi bazar zonaları olub. Nərimanov və Xətai, Nizami, Binəqədi sabit və yüksək likvidliyə malik orta seqment bazarı hesab olunur. Suraxanı, Sabunçu, Qaradağ, Pirallahı və qismən Xəzər rayonları inkişaf edən, lakin qiymət artım tempinin daha aşağı olduğu periferik bazarlar kimi qeydə alınıb.

  • Bakıda 3 min ev su kollektorunun üzərində tikilib

    Bakıda 3 min ev su kollektorlarının üzərində tikilib.

    Median.Az xəbər verir ki, Sitat.info bu barədə məlumatı etibarlı mənbədən əldə edib.

    Bildirilib ki, Bakıda və Abşeronda ümumilikdə 3 min ev su kollektorlarının üzərində inşa edilib.

    Mənbə bildirib ki, bu hal əsasən son 10 il ərzində qeydə alınıb. Bu isə sıradan çıxan kollektorların təmir və bərpa edilməsini çətinləşdirib.

    Bugünlərdə isə kollektorların üzərində yerləşən evlərin söküntüsünə başlanılıb. Qeyd edək ki, Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çöküb, ərazidəki evləri su basıb. Qəzaya səbəb olan ev sökülüb.

  • Polis bu uşağın valideynlərini axtarır

    Yol Patrul Xidməti əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan dairəsi ərazisində nitq qüsurlu azyaşlı uşaq aşkar edilib.

    DİN-dən verilən məlumata görə, uşağın kimliyini və yaxınlarının yerini bilən şəxslərdən polis orqanlarına məlumat vermələri xahiş olunur.

    Uşaq hazırda Abşeron Rayon Polis İdarəsindədir.

  • Ayaq barmaqları amputasiya olunan yaşlı qadın xəstəxanada köməksiz qalıb? – Video

    Səkkiz ay əvvəl akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ayaq barmaqları amputasiya olunan 67 yaşlı qadının digər ayağında qanqren yaranıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, pasiyentin yaxınları iddia edirlər ki, onlar yenidən həmin müəssisəyə müraciət etsələr də, həkim Ruslan Əliyev xəstəni qəbul etməyıb, ağır vəziyyətdə olan pasiyent beş saat təcili tibbi yardım maşınında gözləməli olub.

    Elmi Cərrahiyyə Mərkəzinin dəhlizində bununla bağlı görüntülər də çəkilib. Videogörüntü sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.

    Məlum olub ki, 67 yaşlı Fatimə Hacıyevanın ayaq barmaqları təxminən səkkiz ay əvvəl həkim Ruslan Əliyev tərəfindən amputasiya edilib. Hazırda isə xəstənin digər ayağında qanqren yarandığı iddia olunur.

    Yaxınlarının sözlərinə görə, vəziyyəti kritik həddə çatan Fatimə Hacıyevanın təcili əməliyyat olunması Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ləngidilir. O da iddia olunur ki, əməliyyatı həyata keçirən həkim sonrakı mərhələlərdə də xəstəni qəbul etməkdən yayınıb.

    Fatimə Hacıyevanın qızı Fidan Rəhimova iddia edir ki, məsələ ilə bağlı mərkəzin baş həkimi Nazim Hacıyevə dəfələrlə müraciət etsələr də, xəstənin müalicəsi istiqamətində effektiv tədbirlər görülməyib.

    Nazim Hacıyev iddialara belə aydınlıq gətirib: “Yaşlı qadındır, onun ayağında quru qanqren əmələ gəlib. Orada artıq bərpaedici əməliyyat eləmək mümkün deyil. Amma ola bilər, biz onun damarını açdıraq ki, ayağını tam itirməsin”.

    Nazim Hacıyev pasiyentə mərkəzdə etinasız yanaşılması iddiasını qəbul etmədiyini bildirib. Baş həkim pasiyentin hazırda xəstəxanada müayinəsinin davam etdiyini deyib və əlavə edib ki, müayinələr tam başa çatdıqdan sonra pasiyentlə bağlı qərar veriləcək.

  • Leysan Nabranda da ciddi fəsadlar yaratdı

    Aprelin 4-5-də aramsız yağan leysan yağışları və çaylarda əmələ gələn sel suları Nabran turizm zonasında ciddi fəsadlar törədib.

    Bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

    Bildirilib ki, İstisu qəsəbəsində fərdi təsərrüfatlara, əkin sahələrinə, yol infrastrukturuna və elektrik təsərrüfatına ciddi ziyan dəyib. Təbii fəlakət nəticəsində qəsəbədə 150-dən çox fərdi yaşayış evi zərər görüb.

    Nabran kəndində sel suları evlərin həyətyanı sahələrinə, turizm obyektlərə və kənd yollarına xeyli ziyan vurub.

    Fəsadların operativ şəkildə aradan qaldırılması, zərərçəkmiş sakinlərə lazımi köməkliyin göstərilməsi və aidiyyəti tədbirlərin görülməsi məqsədilə Rayon Fövqəladə Hallar Komissiyasının üzvlərinə, eləcə də müvafiq xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

    Rayon ərazisindən keçən çayların məcrasından çıxması nəticəsində Niyazoba kəndində də 105 evə ziyan dəyib. Güclü leysan yağışları zamanı sel sularının digər yaşayış evlərinə zərər vurmasının qarşısını almaq məqsədilə diametri 1500 mm olan əlavə suötürücü dəmir-beton boru quraşdırılıb, eyni zamanda, əraziyə nəqliyyat əlaqəsinin fasiləsizliyini təmin etmək üçün alternativ yol çəkilib.

    Hazırda ərazidə xilasetmə, bərpa və yenidənqurma işləri davam etdirilir.

  • Siqaret ixracından gəlirlər 4 dəfə artıb

    2026-cı ilin yanvar-fevral aylarında ixrac olunan əsas qeyri-neft məhsulları siyahısında tərkibində tütün olan siqaretlər də yer alıb.

    Valyuta.az xəbər verir ki, cari ilin ilk 2 ayında bu məhsul üzrə 6,2 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.

    Ötən ilin eyni dövründə isə bu göstərici 1,6 milyon ABŞ dolları olub.

    Beləliklə, illik müqayisədə ixrac 4,6 milyon ABŞ dolları və ya təxminən 3,9 dəfə artıb.

  • Mövsümi meyvələr nə üçün bahadır – SƏBƏB

    “Qiymət artımına təsir edən əsas amillərdən biri təchizat zəncirində yaranan problemlərdir. Müharibə şəraiti məhsulların daşınmasını çətinləşdirir, bu isə bazarda qıtlıq yaradır və nəticədə qiymətlər yüksəlir”.

    Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

    AQC sədri əlavə əlavə edib ki, bu proses ilk növbədə enerji və logistika xərclərinin artması ilə özünü göstərir:

    “Əsas faktorlar arasında logistika xərclərinin artması xüsusi yer tutur. Yanacaq qiymətlərinin bahalaşması daşınma xərclərini yüksəldir və bu, bütün məhsulların qiymətinə təsir edir.

    Digər mühüm məqam isə yerli istehsalın maya dəyərinin artmasıdır. Fermer təsərrüfatlarında gübrə, suvarma, əmək haqqı və kənd təsərrüfatı dərmanlarının bahalaşması məhsulların bazara daha yüksək qiymətlə çıxarılmasına səbəb olur. Bu da xüsusilə mövsümi meyvə və tərəvəzlərin qiymətində özünü göstərir”.

    Vüqar Oruc hesab edir ki, bazarda vasitəçilərin rolu da qiymət artımını sürətləndirən amillərdən biri hesab olunur:

    “Bəzi hallarda məhsullar istehsalçıdan birbaşa satışa çıxarılmadığı üçün əlavə qiymət artımı baş verir.

    Hökumət tərəfindən təşkil olunan kənd təsərrüfatı yarmarkaları qiymətlərin müəyyən qədər tənzimlənməsinə kömək etsə də, bu sahədə hələ də tam effektivlik tam əldə olunmayıb.

    Ümumilikdə, qiymət artımının əsas səbəbləri kimi logistika xərclərinin yüksəlməsi, təchizatın azalması, istehsal xərclərinin artması və bazar mexanizmlərindəki problemlər göstərilir”.