
Həkim Aşur Fərəcov dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, həkim uzun sürən xəstəlikdən sonra vəfat edib.

Həkim Aşur Fərəcov dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, həkim uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu ilin mart ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakıda 87 849,7 kvadratmetr (kv.m) sahədə təmir işləri icra edib.
Bu, fevral ayı ilə müqayisədə 9,6 dəfə çoxdur.
AAYDA təkcə bayram günlərində – 23-30 martda paytaxtda nəqliyyat sıxlığının azalmasından istifadə etməklə 78 762 kv.m sahədə təmir işləri aparıb. Qalan 9087,7 kv.m sahəni əhatə edən təmir işləri isə nəqliyyatın hərəkətinə maneə yaradılmadan əsasən gecə saatlarında icra edilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin tələbəsi dünyasını dəyişib.
Fizika müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Esmira Elxan qızı İsyeva vəfat edib.
Qeyd edək ki, E.İsayeva ötən gün Abşeron rayonu Xırdalan şəhərində yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq ölüb.
Bəşəriyyətin sayı artıq Yer kürəsinin mövcud resurslardan istifadə şəraitində davamlı şəkildə təmin edə biləcəyi səviyyəni keçib.
Bu nəticəyə iki əsrlik məlumatları təhlil edən tədqiqatçılar gəliblər. Nəticələr “Environmental Research Letters” jurnalında dərc edilib.
Alimlər təbii resurslar tükənmədən Yer üzündə neçə insan yaşayaya biləcəyini açıqlayıblar. Onların fikrincə, hazırkı şəraitdə optimal əhali sayı təxminən 2,5 milyard nəfərdir. Halbuki Yer əhalisi artıq 8 milyardı keçib.
Tədqiqatda qeyd olunur ki, əhalinin sürətli artımı əsasən fosil yanacaqlar sayəsində mümkün olub. Bu resursların mövcudluğu müvəqqəti olaraq imkanları artırıb və yüksək istehlak səviyyəsini dəstəkləyib. Lakin bu effekt davamlı deyil: belə yanacaqlardan asılılıq iqlim dəyişikliyi də daxil olmaqla ekoloji problemləri daha da gücləndirir.
Alimlərin fikrincə, yaxın onilliklərdə əhali artımı yavaşlayacaq, amma tam dayanmayacaq. XXI əsrin ikinci yarısında əhali sayının 11-12 milyarda çatacağı ehtimal edilir.
Enerji, su, torpaq və qida istifadəsində ciddi dəyişikliklər olmazsa, təbiətə olan təzyiq daha da artacaq və bu da qlobal qeyri-sabitliyə səbəb olacaq.
Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 51 milyon 747,2 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
3 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 2 063,8 min manat təşkil edib.

Xəbər verdiyimiz kimi, paytaxtın Keşlə qəsəbəsində kollektorun üzərində tikilən ev tamamilə sökülüb, xəttin bərpasına başlanılıb.
Sakin Səbuhi Məmmədov ATV-yə bildirib ki, evi 13 il əvvəl alsa da, onun kollektorun üzərində tikilməsindən xəbərsiz olub.
“Mətbəxdə oturduğum vaxt gördüm ki, evin altında nəsə partladı. Baxdım ki, evin altı yoxdur. Bir tərəfdən su axır, bir tərəfdən də kollektor partlayıb. Evin bələdiyyə sənədi var, qeydiyyat ünvanımız buradır. Evi alanda heç kim bizə kollektorun üzərində inşa olunduğunu deməmişdi. Burada 2 ildən çoxdur ki, sızmalar olur”, – S.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, hazırda kompensasiya ilə bağlı danışıqlar gedir: “Ola bilsin ki, qonşular da köçürüldü. Ondan sonra ümumi məlumat veriləcək”.
Naxçıvanda aprel ayının pensiya ödənişi başa çatdırılıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqinə nəzarət tədbirləri davam etdirilir.
Nazirlər Kabineti yanında yaradılmış “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın 2025–2026-cı illər üzrə İş Planına uyğun olaraq, 203 obyektdə monitorinq aparılıb.
Monitorinq zamanı müəssisələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə uyğunluğu qiymətləndirilib, şübhəli məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, eyni zamanda qeydiyyatsız, tərkibi qadağan edilmiş, hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş preparatların dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Belə ki, 2026-cı ilin ilk 3 ayı ərzində aparılmış monitorinq və yoxlamalar zamanı ümumilikdə 43 müəssisədə istifadəyə yararsız 146 adda (805,5 kq/litr) pestisid və 62 adda (3602,5 kq/litr) aqrokimyəvi maddə aşkar edilərək İnventarlaşdırma Komissiyasının müvafiq qərarlarına əsasən, xüsusi poliqonlara göndərilib və təhlükəsiz şəkildə zərərsizləşdirilməsi təmin olunub.
Görülən tədbirlərin əsas məqsədi pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, saxtalaşdırma hallarının qarşısının alınması və fermerlərin keyfiyyətli preparatlara əlçatanlığının təmin edilməsidir.
Agentlik fermerləri və digər istifadəçiləri istifadə müddəti bitmiş, hermetikliyi pozulmuş və mənşəyi şübhəli məhsulları əldə etməməyə çağırır. Şübhəli, uyğunsuz və ya keyfiyyətsiz məhsulla qarşılaşdıqda Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.
“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman və tibbi vasitələrin alınmasına görə xərcləyəcəyi pulun miqdarı məlum olub.
Bununla bağlı müvafiq prosedurlara başlanılıb.
Belə ki, müxtəlif adda vəsaitlərin alınmasına xərclənəcək ilkin ehtimal olunan məbləğ 7 milyon 603 min 964 manatdır.
“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman və tibbi vasitələrin alınmasına görə xərcləyəcəyi pulun miqdarı məlum olub.
Bununla bağlı müvafiq prosedurlara başlanılıb.
Belə ki, müxtəlif adda vəsaitlərin alınmasına xərclənəcək ilkin ehtimal olunan məbləğ 7 milyon 603 min 964 manatdır.