Category: Cəmiyyət

  • Bəxtiyar Bərxudarova vəzifə verildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmr imzalayıb.

    Əmrə əsasən, Bəxtiyar Məmməd oğlu Bərxudarov Mərkəzi Aran Regional Məşğulluq filialının müdiri təyin edilib.

    Qeyd edək ki, adıçəkilən filialın əvvəlki müdiri Tamerlan Qasımov bir neçə ay əvvəl Dövlət Məşğulluq Agentliyinin Böyük Qayıdışa dair məşğulluq məsələləri departamentinin müdiri təyin olunub.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində;

    3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. “3-cü mikrorayon” dairəsində;

    6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    8. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində;

    9. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    11. Fətəli xan Xoyski prospekti, “Gənclik” metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    12. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

    13. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    16. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    17. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    18. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    19. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur sıxlıq müşahidə olunur.

  • Ağdamda məktəb direktoru ilə xadimənin dava etməsinin səbəbi bilindi – TƏFƏRRÜAT

    Ağdam rayonu Səfərli kənd orta məktəbdə direktorla xadimənin davasının təfərrüatı məlum olub.

    Oxu.Az-a müraciət edən xadimə Ülviyyə Abdullayeva bildirib ki, hadisə məktəb direktorunun onu işdən çıxarmasına görə baş verib:

    “Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisə belə baş verib. Ağdam rayonu Səfərli kənd orta məktəbinin istilik sistemi yenilənib və kombi sisteminə keçib. Mən isə 0.5 ştat xadimə, 0.5 ştat isə qazançı işləyirdim. Direktor mənim 0.5 ştatımı kəsdi. Direktor mənə dedi ki, Bərdə şəhərində konteyner satılır, get, həmin konteyneri al gətir məktəbə, sənin ştatını bərpa edim. Mən də onun dediyi kimi Bərdə şəhərinə getdim, konteynerlə maraqlandım. Mənə konteyneri 4500 manata dedilər. Pulum olmadığına görə, həmin konteyneri ala bilmədim.

    Nəhayət, Ağcabədi rayonunda 1200 manata konteyner tapıb aldım, 300 manat da evakuatora verib həmin konteyneri məktəbə gətirdim. Dedi ki, konteyner quraşdırılsa, ştat artırılacaq və mənim ştatımı tamamlayacaq. Konteyner məktəbdə quraşdırılsa da, direktor mənim ştatımı bərpa etmədi. Hər dəfə müxtəlif bəhanələr gətirməklə prosesi yubatdı. Dəfələrlə direktorun yanına getsəm də, mənim ştatımı bərpa etmədi. Sonra dedi ki, konteyneri qaytar geri, sənin ştatın düzəlmir. Mən də əsəbiləşdim, stolun üstündəki suveniri sındırdım. Məhkəmə də ona görə məni 60 manat cərimələdi”.

    Ü.Abdullayeva bildirib ki, direktorun təkidi ilə konteyneri orta məktəbin həyətindən götürüb:

    “Faktla bağlı Ağdam Rayon Prokurorluğuna müraciət etmişəm, hazırda direktorun fəaliyyəti ilə bağlı araşdırma aparılır. Araşdırmalardan sonra konteynerin məktəbin həyətinə niyə qoyulması, mənim niyə işdən çıxarılmağım məlum olacaq”.

    Xatırladaq ki, bir müddət əvvəl Ağdam rayonu Səfərli kənd orta məktəbində dava olub. Məktəbin direktoru Aliyə Əliyeva ilə məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayeva arasında baş verən dava zamanı direktorun stolunda olan suvenir qırılıb. Ağdam Rayon Məhkəməsinin qərarı ilə Ü.Abdullayeva 60 manat cərimələnib.

  • Şəkidə 23 mindən çox abonentin qazı kəsiləcək

    Şəkidə “Təmiz Qaz” QSC tərəfindən balans qovşaqlarının mənbəyə qoşulması ilə əlaqədar 8 apreldə saat 09:30-dan etibarən şəhər ərazisində, habelə Oxud, Qoxmuq, İnçə, Baş Küngüt, Bideyiz, Baş Zəyzid, Orta Zəyzid, Köbər Zəyzid, Aşağı Küngüt, Qırxbulaq, Vərəzət kəndlərində qaz kəsiləcək.

    Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, qoşulma işləri ilə əlaqədar cəmi 22 820 əhali abonenti və 372 qeyri-əhali abonentin qaz təchizatı dayandırılacaq.

    Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilişi bərpa olunacaq.

  • Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat ayıb.

    Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz, Cəbrayıl, Ağstafa, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Xızı, Hacıqabul, Salyan, Şirvan, Biləsuvar, Cəlilabad, Neftçala, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Quba, Lənkəranda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

  • Birinci sinfə qeydiyyat prosesinə hazırlıq: Valideynlərin diqqətinə

    Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

    Qeyd edilib ki, 2026-2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. Mikroərazilər müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.

    Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, aprelin 15-dək 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya dislokasiya@baku.edu.gov.az elektron poçtuna göndərərək təklif və rəylərini verə bilərlər.

    Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.

    5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər.

    Paytaxt məktəbləri üzrə dislokasiya bu ünvandan tanış ola bilərsiniz:
    https://baku.edu.gov.az/az/page/333.

  • Azərbaycanlı tələbələrin 1,6 milyon dollarlıq startapı

    ABŞ-nin Çikaqo şəhərində təhsil alan azərbaycanlı gənclər — İbrahim Cümşüdlü, Əli Şükürov və Ayhan Şahmarov “FitFindAI” adlı, süni intellekt əsaslı moda texnologiyası startapı yaradıblar.

    ABŞ-də fəaliyyət göstərən, yüksək inkişaf potensialı olan startaplara maliyyə, mentorluq və investor əlaqələri təmin edən “gener8tor Accelerator” proqramı soydaşlarımızın layihəsini 1,6 milyon ABŞ dolları həcmində qiymətləndirib. Bu da layihənin ABŞ-də perspektivli texnologiya startapı kimi dəyərləndirilməsinin göstəricisidir. Proqram, həmçinin seçilmiş startaplara 12 həftə ərzində biznes strategiyası, investorlarla görüşlər, təcrübəli mentor dəstəyi və ilkin investisiya da təqdim edir.

    Bu layihə istifadəçilərə istədikləri geyimləri həm mətn vasitəsilə, həm də şəkil yükləməklə tapmağa imkan verir. Tətbiq istifadəçinin yerləşdiyi əraziyə uyğun olaraq müxtəlif geyim markaları arasında axtarış aparır və uyğun məhsulları təqdim edir.

    Layihə hazırda ABŞ bazarı üçün hazırlanıb və ən yüksək səmərəliliklə ölkə daxilində fəaliyyət göstərir. Komanda yaxın gələcəkdə tətbiqi qlobal bazara çıxarmağı, digər ölkələrdə, o cümlədən Azərbaycanda da tam funksional hala gətirməyi planlaşdırır.

    Startapın müəlliflərinin sözlərinə görə, layihənin əsas məqsədi alış-veriş prosesini maksimum dərəcədə sadələşdirmək, istifadəçilərə vaxt qazandırmaq və moda sənayesində yeni yanaşma formalaşdırmaqdır. “FitFindAI” hazırda ilkin mərhələdə olsa da, gələcəkdə daha geniş funksionallığa malik elektron ticarət platformasına çevrilməsi nəzərdə tutulur. Bu platforma vasitəsilə istifadəçilər evdən çıxmadan qısa müddət ərzində istədikləri geyimləri sifariş edə biləcəklər.

    Hazırda komanda tətbiqin inkişafını sürətləndirmək, istifadəçi bazasını genişləndirmək və beynəlxalq bazarda mövqeyini gücləndirmək məqsədilə sərmayədarlarla danışıqlar aparır.

    Məlumat üçün bildirək ki, 19 yaşında olan soydaşlarımız – İbrahim Cümşüdlü və Ayhan Şahmarov Çikaqo İllinoys Universitetinin (“University of Illinois Chicago”), Əli Şükürov isə Milli Luis Universitetinin (“National Louis University”) tələbəsidir.
    //diaspor.gov.az

  • Geomaqnit qasırğası gözlənilir

    7-13 aprel tarixlərində geomaqnit qasırğası gözlənilir.

    Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Bildirilib ki, sözügedən tarixlərdə C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
    Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

    Günəş küləyinin sürəti mənfi qütblü Tac Dəliyi Axınlarının təsirilə hal-hazırda normadan yüksək olsa da, 07-09 apreldə nominal qiymətinə geri dönəcəyi gözlənilir.

    Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-25%, orta geomaqnit enliklərdə isə 15-1%-dir.

  • Bahalaşmanın qarşısını almaq üçün nə lazımdır? – Deputatdan təklif

    Neftin bazar qiymətindəki artımlar, praktik olaraq dünya və regional bazarda qiymət artımları ilə müşahidə olunmaqdadır.

    Bu fikirləri Tiraj.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

    Deputat bildirib ki, xüsusən istehsalçı ölkələrdə enerji məhsulunun xərcinin artması istehsal edilən məhsulların maya dəyərinə birbaşa təsir göstərir:

    “Bu da həmin məhsulların maya dəyərində, xərcində, eləcə də qiymətlərində artım ilə müşahidə olunur. Praktik olara neftin bazar qiymətinin yüksək olduğu dövrlərdə idxal infilyasiyasının daha da aktivləşməsi, ölkəyə idxal edilən məhsulların qiymətlərində artımları müşahidə edirik”.
    Vergi güzəşti olmalıdır

    Vüqar Bayaramov vurğulayıb ki, neftin yüksək qiymətlətinin Azərbaycan istehlak bazarına təsirini minimumlaşdırılması üçün vacib məqamlardan biri “Ad hoc”- qısamüddətli dövrdə həmin təsirlərin minimumlaşdırılması ilə bağlı addımların atılmasıdır:

    “Belə ki əvvəlki dövrlərdə olduğu kimi beynəlxalq praktikada tətbiq olunan təcrübəyə əsasən, xüsusən də ərzaq məhsulları üzrə idxalda ƏDV-nin müddətli güzəştlərin verilməsi məqsədə uyğun olardı. Nəticə etibarilə bu daha çox idxal olunan məhsullların qiymətinin artmasının qarşısını almış olardı. Nəticədə vergi güzəştlərinin tətbiq edilməsi, həmin məhsullar üzrə xərcin azalmasına, qiymət artımlrının qarşısının alınmasına, qiymətlərin optimallaşmasına imkan yaradar. Daha strateji yanaşma idxaldan asılılığın azaldılması və yerli istehsalın artırılmasıdır. Amma xüsusən qısamüddətli dövrdə qiymət artımının baş verməməsi üçün, idxal infiliyasiyasının artmaması üçün daha məqsəduyğunu ərzaq məhsullarına vergi güzəştlərinin tətbiqidir. Bununla da neft qiymətlərinin Azərbaycan istehlak bazarına təsirini minimumlaşdırmaq olar”.\

  • 8 milyon manatdan çox ƏDV vətəndaşlara qaytarılıb

    Bu ilin yanvar-mart ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 8,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    “Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

    Bu ilin yanvar-mart ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 8 milyon 428,1 min manat təşkil edib”, – məlumatda qeyd edilib.