Category: Dünya

  • Azərbaycanlı meri 6 il həbs cəzası gözləyir – VİDEO + YENİLƏNİB

    Yerli sakinlər “insanlıqdankənar və alçaldıcı” formada davranan Gürcüstanın Marneuli şəhərinin meri Temur Abazovu 6 ilə qədər həbs cəzası gözləyir.

    Median.Az xəbər verir ki, bununla bağlı Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

    Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs Feysbuk üzərindən canlı yayım edərək T. Abazov və “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.

    * * * * *

    Gürcüstanın Marneuli şəhərinin azərbaycanlı meri Temur Abazov saxlanılıb.

    Median.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun saxlanılmasına səbəb kimi sakinlərlə pis rəftarı göstərilir.

    Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs “Facebook” üzərindən canlı yayım edərək T. Abazov və “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib.

    Bir müddət sonra həmin adamın aşağılayıcı münasibətin qurbanı olması barədə videomaterial paylaşılıb.

    Bu material yayıldıqdan sonra hüquq-mühafizə orqanları T.Abazovu saxlayıblar.

    Videogörüntüdə T. Abazovun da olduğu iddia olunur.

  • “Hicabsızam, özüm bilərəm! Rədd olun!” – İranlı qadın polisləri təpiklədi – Video

    Rədd olun! Əl çəkin məndən! İstədiyimi geyinirəm, könlüm istədiyi kimi də gönürürəm!

    Başı açıq qadın “Nə üçün hicablı deyilsiniz?!” sualı ilə ona yaxınlaşan “əxlaq polis”lərinə belə cavab verib.

    Olay İranın paytaxtı Tehran metro stansiyasının “Darvaze Doulat” stansiyasında yaşanıb.

    İranda “əxlaq polisi” funksiyasını yerinə yetirən “Gəşte Erşad”ın 3 qadın əməkdaşı stansiyanın platformasında duraraq qatarı gözləyən qadına yaxınlaşıblar. Üç qadın polis bu xanımdan nə üçün başında hicab olmadığını soruşublar. Daha sonra isə qadına qaydaları pozduğu deyilib.

    Başıaçıq qadın da sinirlənib.

    “Nə istəsəm, onu da geyinəcəyəm. Siz kimsiniz mənə irad tutursunuz?! Bəlkə valideynlərimsiniz?!” qışqıran qadın “Gəşte Erşad”ın qadın əməkdaşlarından birinə təpik vurub.//milli.az

  • Bakşayevlərin evindən 30 insan cəsədi çıxdı – İnsan əti yeyən qatillər – FOTO

    Rusiyada törədilən kütləvi qətllərin üstü itmiş telefon sayəsində açılıb.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, tapılan telefonda insan orqanları ilə çəkilən selfilər polisi hərəkətə keçirib. Aparılan araşdırmalar nəticəsində telefon sahibinin yaşadığı yer müəyyən edilib. Polislər həmin evə basqın etdikdə dəhşətli faktlar ortaya çıxıb.

    Belə ki, evdəki soyuducuda 8 ayrı insan parçası aşkarlanıb. Evdə bankalarda saxlanılan insan ətləri ekspertizaya göndərilib. Məlum olub ki, bankalarda 19 fərqli insana məxsus orqan var. Dindirilmə zamanı cinayətləri etiraf edən tibb bacısı Natali və əri Dimitri Bakşayev 18 ildir insan əti yediklərini etiraf edib. Çütlük bu illər ərzində 30 nəfəri öldürüb. Onlar insan əti yeməyə ilk dəfə 1999 – cu ildə başladıqlarını etiraf ediblər. //missiya.az




  • ABŞ-da təyyarə qəzası: pilot və sərnişinlər öldü

    ABŞ-ın Viskonsin ştatında yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində pilot və üç sərnişin həlak olub.

    Median.Az NBC telekanalına istinadla xəbər verir ki, Cessna 182 təyyarəsi Çikaqodan havaya qalxıb və Monro aeroportuna doğru hərəkətdə olub.

    Enişə az qalmış təyyarə yerə çırpılıb.

    Qəzadan sonra təyyarədə güclü yanğın baş verib. Yanğın söndürüldükdən sonra üç nəfərin cəsədi aşkar edilib.

    Hadisənin səbəbləri məlum deyil.

  • Çinli “hörümçək adam” uşağı belə xilas etdi – VİDEO

    Çinin Huayhua şəhərində yoldan keçən gənc hündürmərtəbəli binadan yıxılmaq təhlükəsi ilə üzləşmiş azyaşlını xilas edib.

    Median.Az “South China Morning Post”a istinadən xəbər verir ki, azyaşlı beşinci mərtəbənin eyvanında dəmirbarmaqlıqdan sallanıb.

    Yuxarı çıxa bilməyən uşaq ölümlə üz-üzə qalıb. Fədakar çinli dəmirbarmaqlılarla yuxarı dırmanmağa başlayıb, hadisəyə biganə qalmayan qonşular isə aşağıda hər ehtimala qarşı brezent açıb.

    Ancaq brezentə ehtiyac qalmayıb. Cəsur gənc uşağı qaldıraraq, eyvandan mənzilə qaytarıb.

  • Diri-diri basdırılan körpə sağ qaldı

    Braziliyada səhvən diri-diri basdırılan və 8 saat mərazda qalan körpə sağ qalıb.

    Bununla bağlı “The Mirror” nəşri məlumat yayıb.

    Uşağı iki polis aşkarlayıb: onlar qəbirstanlıqda yerin altından səs eşidiblər və qazıblar. 50 santimetr dərinlikdə polislər azyaşlı qızı aşkar ediblər.

    Təhlükəsizlik əməkdaşları azyaşlının bütün sümüklərinin sındığını bildiriblər və o, xəstəxanaya aparılıb. Həkimlər körpəni intensiv terapiya şöbəsinə yerləşdiriblər və onun vəziyyətinin stabil olduğunu açıqlayıblar.

    Polisin məlumatına görə, azyaşlının anası 15 yaşlı hind əsilli Braziliya vətəndaşıdır. Onun barəsində araşdırmalar başlayıb. Qadın deyib ki, onun ağrıları hamam otağında başlayıb və uşaq başı üstə yerə dəyib. Doğumdan sonra uşaq ağlamayıb və qadının 57 yaşlı nənəsi azyaşlının öldüyünü deyib.

    Yaşlı qadın ənənəyə sadiq qalaraq, azyaşlının dəfn olunmasını məsləhət görüb.

    Polis rəisi hesab edir ki, baş verənlər möcüzədir.

  • Türkiyə kosmosa uçuş üçün astronavt hazırlayır

    Türkiyə milli kosmik sahəni inkişaf etdirməyə hazırdır.

    Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı prezident sarayında gənclər təşkilatlarının fəalları qarşısında çıxışı zamanı deyib.

    “Türkiyədə kosmik araşdırmalar, xüsusən də kosmosa sputnik buraxılması üzrə təhqiqatlar aparılır. Gələcəkdə biz kosmosa astronavt da göndərə biləcəyik”, – Ərdoğan bildirib.

  • Qvatemala dünyadan yardım istədi

    Qvatemala hökuməti Fueqo vulkanının püskürməsinin nəticələrinin aradan qaldırılmasında dünya ölkələrindən yardım istəyib.

    Median.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, müraciət ölkənin Xarici İşlər Nazirliyi tərəfindən yayımlanıb.

    “Qvatemala hökuməti XİN vasitəsilə məlumat verir ki, Fueqo vulkanının püskürməsinin nəticələrinin aradan qaldırılması üçün ölkənin təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli xidməti dünya ölkələrinə müraciət edib”, – məlumatda deyilir.

    Vulkan püskürməsi nəticəsində ölənlərin sayı 109-a çatıb, 1952 nəfər itkin düşmüş hesab edilir.

  • Hansı pullarda daha çox mikrob var? – ARAŞDIRMA

    Plastik bank kartları təkcə rahatlığı və etibarlılığı ilə seçilmir, eyni zamanda müxtəlif infeksiyalara yoluxma baxımından kağız və dəmir pullardan daha təhlükəsizdir. Rusiyalı alimlərə görə bir pul əskinazında olan patogen bakteriya və mikrobların sayı kiçik epidemiya yaratmağa belə kifayət edər.

    Bu haqda “RİA Novosti” məlumat yayıb.

    Rusiyanın N.F.Qamaley adına epidemiologiya və mikrobiologiya elmi tədqiqat mərkəzinin alimlərinə görə, Rusiya ərazisində ən natəmiz əskinaz əlli rublluq əskinazlardır.

    Sözügedən əskinazda tuberkulyoz, sətəlcəm, meningit və digər xəstəliklərə səbəb ola bilən 34 patogen mikroorqanizm aşkarlanıb.

    ABŞ-ın bir dollarlıq əskinazı isə dünyanın ən çirkli əskinazlarından sayılır. Nyu-York universitetindən olan tədqiqatçılar ən aşağı nominallı dollarda dörd yüz növ təhlükəli mikroorqanizm üzə çıxarıb.

    Onların arasında irinli səpgi, vaginal yolun infeksiyası, ağız boşluğu infeksiyaları və digər xəstəliklərə səbəb olan bakteriya və viruslar yer alır.

    Dünyanın ən natəmiz əskinası isə Braziliya realıdır. Sözügüdən kağız pulda üç mindən çox mikrob növü tapılıb./oxu.az

  • Qvatemalada ölənlərin sayı 99-a çatdı

    Qvatemalada Feuqo vulkanının püskürməsi nəticəsində həlak olanların sayı artmaqda davam edir.

    Son rəqəmlərə görə, hadisə zamanı 99 nəfər həlak olub.

    200 nəfərin itkin düşdüyü bildirilib.

    Fueqo vulkanının püskürməsi 1,7 milyon insana zərər verib. Ən ciddi dağıntılar Los-Lotes və El Rodeo kəndlərində olub. Bu kəndlər tamamilə lavanın altında qalıb. Yüzlərlə insan yanıq xəsarətləri alıb.

    Həlak olanlara görə ölkədə 3 günlük matəm elan olunub.