Category: Dünya

  • “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik” – Erməni qızlar üsyan etdi – VİDEO

    Sosial şəbəkələrdə erməni qızlarla bağlı maraqlı video yayılıb.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, görüntülərdə bir erməni qızının hıçqıraraq ağladığı, erməni kişilərinə üsyan etdiyi əks olunub. Daha sonra o, “bu ölkədə kişi yoxdur” deyib.

    Daha sonra digər qadın “biz azərbaycanlılarla çay içmək istəyirik” deyib.

    Həmin görüntüləri təqdim edirik:

  • Moskvada rus qızlarını kölgədə qoyan iranlı gözəllər – FOTOLAR

    Bu gün Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının ikinci oyun günündə İran və Mərakeş komandaarı üz-üzə gəliblər.

    Görüş cənub qonşumuzun son saniyələrdə rəqib futbolçunun topu öz qapısına göndərməsi səbəbindən qələbəsi ilə başa çatıb. Lakin, oyunda diqqətləri çəkən başqa bir məqam isə İran millisinə dəstək olan qadın azarkeşlərin geyim tərzi olub. Adətən, İranda çadrasız adicə küçəyə çıxa bilməyən qadınların

    Rusiyada özlərini bu dərəcədə rahat hiss etmələri bir çoxlarında maraq hissi doğurub.

    Qısacası, həmin oyun zamanı çəkilən fotoları diqətinizə çatdırırıq:

    ///Offsideplus.az







  • Qafqazlı kişilərin qadınlara qarşı DƏHŞƏTLİ ƏMƏLLƏRİ

    Bəzi Qafqaz xalqlarında doğmalarını və qohumlarını qətl etmək adəti hələ də böyük şərəf sayılır. Bacısını, arvadını, qızını və anasını şərəf naminə öldürən qafqazlı kişilər bir anda xalqın qəhrəmanına çevrilir.

    Median.Az publika.az-a istinadən müxtəlif zamanlarda Şimali Qafqaz kişilərinin törətdikləri ən amansız cinayət hadisələrinin siyahısını təqdim edir:

    2013-cü il noyabrın 24-də Qroznu sakini Zarema Daurbəyova işdən sonra evə qayıdırdı. O, ərindən ayrılıb, 10 yaşlı oğlunu tək tərbiyə edirdi. Bundan xəbər tutan Zaremanın atası həmin gecə qızını dayanacaqda qarşılayır və səhralığa aparıb, boğaraq öldürür.

    Məhkəmə zalında çıxış edən Zaremanın qohum və qonşuları, mərhumun son zamanlar baş örtüyü taxmadığını və spirtli içki içdiyini və yad kişilərin maşınına mindiyini vurğulayırdılar. Zaremanın qatil atasına isə haqq qazandırırdılar. Buna baxmaraq, məhkəmənin qərarı ilə cinayətkar azadlıqdan məhrum edilir, lakin yalnız 7 il müddətinə.

    2015-ci ildə bənzər hadisə Dağıstanda baş vermişdi. Bacısının intim görüntüləri yayılan videonu görən qardaş bərk qəzəblənib, ona 9 dəfə bıçaq zərbəsi endirmişdi. Cəmi 6 il həbs cəzası ilə canını qurtaran qardaşa bütün ailəsi haqq qazandırmışdı.

    “Mənim ona qarşı iradım yoxdur. O, mənim etmək istədiyimi yerinə yetirib”, – deyə atası oğlunu müdafiə etmişdi.

    Bu illərdə İnquşetiyada bir kişi öz qızlarını və bacısını öldürüb. Məhkəmə zalında çıxış edən cinayətkar qətlə yetirdiyi doğmalarının özlərini yüngül apardıqlarını, küçədə başıaçıq və sərbəst gəzdiklərini iddia etmişdi. 3 nəfərin qatili olan bu kişi cəmi 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

    Namus üstündə baş verən qətllər Şimali Qafqazın dini adətlərinə söykənir. Tarixçilər deyir ki, əvvələr ərlərinə xəyanət edən qadınlar fiziki işgəncələrə məruz qalırdılar. Onlar 100 dəfə qamçılanaraq cəzalandırılırdılar. Xəyanətdə günahkar bilinən qadınlar həmçinin burunlarının ucu və saçları kəsilərək ata evinə göndərilirdi. XIX əsrədək qətllə nəticələnən qadın xəyanəti daha az idi.

    Bir çox qadın qətllərinin səbəbi isə onlara miras qalmış böyük sərvət olur. Vicdansız qatillər məhkəmə zalında öz ifadələrini dəyişərək, ölüm səbəbini namusla əlaqələndirirlər.

    Acınacaqlısı odur ki, öldürülən qadınların cəsədi dərələrə, bataqlıqlara atılır, ən yaxşı halda torpağa basdırılır. Polis axtarışa başlayanda isə qadının qaçdığı bildirilir və cinayət işi qapanır.

    Beləcə, Şimali Qafqaz qadınları hələ də din pərdəsi altında gizlədilən zorakılığa qurban gedirlər.

  • Ayaqyolu havaya qalxaraq “uçdu” – VİDEO

    ABŞ-ın Kolorado ştatında əsən güclü külək küçədəki ayaqyolu kabinələrini uçurub.

    Median.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

    Qəfil güclənən külək yüngül əşyaları havaya sovurub. Küçədəki ayaqyolu kabinələrini səkiyə sürükləyən külək əvvəl onları avtomobilə vurub, daha sonra isə kabinələr havaya qalxıb.

  • Arvadını başından güllələyib, intihar etdi – Azərbaycanlı qadının faciəsi

    Türkiyədə dəhşətli qətl hadisəsi qeydə alınıb.

    Iğdırda Taner Parlar adlı şəxs azərbaycanlı arvadı Heyran Hüseynovanı qətlə yetirib, daha sonra isə özünü öldürüb.

    Şıracı kəndindən qeydə alınan hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

    Taner Parlar gecə ikən arvadının başından tapança ilə atəş açaraq onu qətlə yetirib. O, daha sonra böyük qardaşına zəng edib. Qardaşı ilə danışan zaman Taner Parlar öz ürəyindən atəş açıb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, rəsmi nigahı olmayan cütlüyün iki uşağı var idi.//yenicag.az

  • Gürcüstanda polis rəisi qətlə yetirilib

    Gürcüstanın Acarıstan bölgəsində polis əməkdaşı qətlə yetirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, ötən gecə baş vermiş insident zamanı qətlə yetirilən şəxs Kobuleti rayonunun Muxaestate kəndinin polis departamentinin rəisi Buta Antadzedir.

    O, soyuq silahla öldürülüb.

    Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

    Qətli törədən şəxs artıq saxlanılıb.

  • Çox yatmağın ən böyük təhlükəsi açıqlandı

    Natamam yuxu kimi, normadan artıq yatmaq da insan orqanizmində neqativ dəyişikliklərə yol açır.

    Bununla bağlı araşdırmanın nəticələri “BMC Public Health” jurnalında dərc olunub.

    Seul universitetinin mütəxəsisləri 2004-2013-cü illər ərzində hər iki cinsdən olan 40-69 yaşlarında 133 mindən çox insanın səhhəti ilə bağlı aparılmış qeydləri yenidən təhlil edib. Təhlil olunan materiallarda iştirakçıların keçirdiyi xəstəliklər, həyat tərzi, pəhrizi, gördüyü fiziki işin həcmi və digər faktorlar nəzərə alınıb.

    Qadınların 24,5, kişilərin isə 29 faizində hipertoniya şəklində özünü büruzə verən metabolik sindrom (yüksək triqleserid və şəkər miqdarı, aşağı faydalı xolesterin miqdarı) aşkarlanıb.

    Alimlər qeyd edir ki, metabolik sindromdan ən çox əziyyət çəkən iştirakçılar günə altı saatdan az və on saatdan çox yatanlar olub.

    Maraqlıdır ki, araşdırmanın nəticəsində görə, həddindən az yatmaq daha çox kişilərin, həddindən çox yatmaq isə daha çox qadınların orqanizminə ciddi ziyan vurub.//oxu.az

  • Türkiyədə azərbaycanlı qadın öldürüldü

    Türkiyənin İğdır bölgəsinin Şıraci kəndində 35 yaşlı Taner Parlar azərbaycanlı həyat yoldaşı Hicran Hüseynovanı qətlə yetirib.

    Median.Az bununla bağlı Haberler.com-a istinadla məlumat yayıb.

    Məlumatlara əsasən, Parlarla Hüseynova arasında baş verən mübahisə zamanı kişi silahdan qadının başına atəş açıb. Hadisədən sonra o, böyük qardaşına zəng edib və əməlini etiraf edib. Bundan sonra Parlar intihar edib.

    Hər iki şəxsin cəsədi ekspertiza üçün morqa aparılıb.

    Qeyd edilib ki, cütlüyün iki övladı olub. Faktla bağlı İğdır polisində araşdırmalara başlanılıb.

  • Paşinyanın yeni təyinatı Ermənistanı qarışdırdı – FOTO

    Ermənistan baş naziri Nikol Paşinyanın qərarı ilə Smbat Qoqayan Ermənistanın təhsil Nazirliyinin Ali Attestasiya Komissiyasının sədri təyin olunub.

    Median.Az yeni sədrin “Facebook” hesabındakı görüntülərini təqdim edir:





  • Xərçəngi daxildən məhv etməyin üsulu tapıldı

    ABŞ-ın Keys Vestern Universitetinin alimləri xərçəng şişlərinin böyüməsinin qarşısını almaq üçün bədxassəli hüceyrələrə sintetik nukleotidlərin çatdırılması üsulunu hazırlayıblar. Bu üsulla xərçəng hüceyləri zədələnir və məhv olur.

    Median.Az xəbər verir ki, araşdırmaçıların məqaləsi “Cell Reports” jurnalında yayımlanıb.

    Telomerləri xromosomların sonları adlandırırlar. Onlar mitoz zamanı genlərin itkilərinin qarşısını alırlar. Telomerlər qısa olduqda hüceyrələr qocalıq və ölürlər. Telomeraza telomerləri bərpa edir, ancaq bu, xərçəngin inkişafına kömək göstərir və xərçəng hüceyrələrini ölümsüz edir.

    Telomerazanın qarşısının alınması şişlərlə mübarizədə təsirsiz olduğunu sübut etdi. Çünki telomer tükəndiyi zaman xərçəng hüceyrələrinin qorunması üçün alternativ mexanizm sayılan xromosom sonluqları işə düşür.

    Buna görə araşdırmaçılar telomerləri qeyri-stabil edən yeni üsul aşkar ediblər. O, hüceyrənin nukleotidinə 5-FdUTP maddəsinin çatdırılması ilə başa çatır. Bu maddə zərərli maddələrin qarşısının alınmasına xidmət edir.

    Telomeraza telomerlərə 5-FdUTP maddəsini daxil edir, bu isə xromosomların sonlarındakı DNT ilə bağlama zəncirinə təsir edir. Sübut edilib ki, 5-FdUTP insandakı xərçəng hüceyrələrini tamamilə məhv etmə qabiliyyətinə malikdir.//oxu.az