Category: Dünya

  • Döş xərçənginin qarşısını almaq mümkün olacaq

    Kanadanın Toronto şəhərindəki Şahzadə Marqaretin Xərçəngin Araşdırılması Mərkəzinin alimləri müəyyən ediblər ki, epigenetik tənzimləmələrdə iştirak edən xüsusi zülallar süd vəzisində kök hüceyrələrinin bölünməsində iştirak edir.

    Median.Az “MedicalXpress”ə istinadla xəbər verir ki, bu proses cinsi hormon progesteronun varlığından asılıdır.

    Mütəxəssislər iddia edir ki, zülalların qarşını alan preparatlar qadınlarda döş xərçənginin qarşısını almaqda yardımçı olacaq.

    Alimlər bunu araşdırmaq üçün siçanların süd vəzilərindən hüceyrələr götürərək, onlar üzərində təhqiqatlar aparıb və onların progesterona qarşı reaksiyasını müəyyən ediblər.

  • Kanadada marixuana leqallaşdırıldı

    Kanada senatı marixuananın satışı və istifadəsini leqallaşdırıb. Qanun layihəsinin lehinə 52, əleyhinə 29 deputat səs verib.

    Median.Az “Associated Press”ə istinadən məlumatına görə, layihəyə əsasən, yetkinlik yaşına çatmış istənilən şəxs 30 qrama qədər narkotik ala və ya öz evində dörd ədədə qədər çətənə kolu yetişdirə bilər.

    Spirtli içki və tütün satılan yerlərdə marixuana ticarəti qadağan edilib. Qanun layihəsi iki aydan sonra qüvvəyə minəcək.

  • Daha bir amerikalı reper qətlə yetirilib

    Amerikalı reper Cimmi Uopo Pitsburq şəhərində baş verən silahlı hücum nəticəsində həlak olub.

    Bu haqda “Tribune Review” məlumat yayıb.

    İfaçı Uilli prospektində ötüb keçən avtomobildə əyləşən naməlum silahlılar tərəfindən güllələnib. Hadisə nəticəsində reper daxil olmaqla iki nəfər yaralanıb.

    Həkimlərin səylərinə baxmayaraq, ölümcül yaralanmış reperi xilas etmək mümkün olmayıb. Kimliyi açıqlanmaya digər yaralanın vəziyyətinin sabit olduğu bildirilir.

    Yerli polis atışmanın şəxsi münaqişə zəminində baş verdiyini ehtimal edir. Uoponun buna qədər qanunla problemləri olub, bir neçə dəfə narkotik vasitələrə görə polis tərəfindən saxlanılıb.

  • “Windows” üçün təhlükəli virus yayılıb

    İnternetdə “Windows 10” əməliyyat sisteminin müdafiə sipərini yara bilən yeni virus yayılıb.

    Bu haqda “ZD Net” məlumat yayıb.

    “Zacinlo” haker qrupunun ərsəyə gətirdiyi virus kompüter və ya noutbuka düşdükdən sonra istifadəçini müxtəlif reklamlara baxmağa məcbur edir.

    Yoluxan kompüterlərin 90 faizə yaxını məhz “Windows 10” əməliyyat sistemi ilə işləyir.

    Maraqlıdır ki, “Microsoft” şirkəti hələ ilk relizi zamanı “Windows 10”un rəqibləri arasında ən mükəmməl müdafiə sisteminə malik olduğu və belə zərərli proqram təminatlarının sistem qovluqlarına düşməsinə imkan vermədiyi ilə öyünürdür.

    Habelə mütəxəssislər əmin edir ki, virus gizli şəkildə fəaliyyətdə olur. Hakerlər virusun sayəsində istifadəçinin hər dəfə baxmağa məcbur qaldığı reklamdan pul qazanır.

    Ancaq bu işin heçdə ən pis tərəfi deyil. Virtual dələduzlar istifadəçinin kompüterinin ekranında olanları printskrin (skrinşot) edə bilir.

    Yeni virusun əsas qurbanları ABŞ sakinləri olsa da, təhlükəli proqram təminatı artıq Avropa ölkələri, Çin və Hindistana da yayılıb./oxu.az

  • Məşhur amerikalı reper öldürülüb

    Ötən gün ABŞ-ın Florida ştatında 20 yaşlı reper “XXXTentacion” vəfat edib. Ölümcül güllə yarası almış reper xəstəxanada komaya düşdükdən bir müddət sonra keçinib.

    Florida ştatının Broudard polis idarəsi əsl adı Casey Dueyn Onfroy olan reperin qətlinin təfərrüatını açıqlayıb.

    Hüquq mühafizə orqanlarının məlumatına görə, reperə küçədə iki silahlı şəxs hücum edib, onlardan biri tapançadan atəş açıb.

    Reperi ağır yaraladıqdan sonra cinayətkarlar onun bahalı “Louis Vuitton” brendindən olan çantasını oğurlayıb və tünd-boz yolsuzluq avtomobilinə minərək aradan çıxıb. Müstəntiqlər cinayətin qarət məqsədilə törədildiyini ehtimal edir.

    İstintaq davam edir. Hüquq mühafizə orqanları hadisənin şahidlərini tapmağa çalışır.

    Qeyd edək ki, “XXXTentacion”ın debüt albomu 2017-ci ilin avqust ayında işıq üzü görüb və “Billboard 200” çartında ikinci yeri tutub.

  • Polis avtomobilində gəlin gətirdilər – FOTOLAR

    Türkiyədə Çankırı polis şöbəsində çalışan Mustafa Öztürklə Ezgi Çalışkuşunun toyu qeyri-adiliyi ilə diqqət çəkib.

    Median.Az xəbər verir ki, polis məmurlarının gəlin maşını xidməti avtmobilləri olub.

    Onlar xidməti avtomobili gəlin maşını kimi isitifadə etmək üçün lazımı icazəni aldıqlarını bildiriblər. Bunun üçün polis şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirən cütlük, arzularını həyata keçirdiklərinə görə xoşbəxt olduqlarını dilə gətiriblər.(yenicag.az)




  • İranda etirazlar: qadın küçədə hicabı açdı və… – Video

    ranın Qəzvin şəhərində hökumətin məcburi hicab siyasətinə etiraz edən aksiyaçılar, küçədə baş örtüyünü açan bir xanıma dəstək verərək, hakimiyyətə qarşı şüarlar səsləndiriblər.

    Aksiyaçılar baş örtüyünü açan xanımın polis tərəfindən tutulmasının qarşısını alıblar.

    “Şir ürəkli qadınlara eşq olsun”, “Afərinlər sənə”, “Xameneiyə ölüm” və “Məcburi hicaba yox” şüarları səsləndirən aksiyaçılar, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi məcburi hicab siyasətinə son qoyulmasını tələb ediblər. Etirazlarda hər hansı bir aksiyaçının tutulması barədə məlumat yayılmayıb.//axar.az

  • İranda 3 polisi qəsdən öldürən avtobus sürücüsü edam olundu

    İranda paytaxt Tehran küçələrində yaşanmış iğtişaşlar zamanı üç polisi vuraraq qəsdən öldürən avtobus sürücüsü edam edilib.

    Median.Az xəbər verir ki, avtobus sürücüsü Məhəmməd Salas fevral ayında Pasdaran küçəsində avtobusu polislərə qəsdən çırpdığını etiraf edib və həmin zaman qəzəbli olduğunu bildirib.

    Qeyd edək ki, Tehrandakı iğtişaşlar fevralda “Dərvişi Qonabadi” sufi təriqətinin lideir Nurəli Tabandenin həbsindən sonra başlayıb. Təriqət üzvlərinin səbəbkar olduğu iğtişaşlarda ümumilikdə 5 polis öldürülüb, 30-u yaralanıb.//report

  • Türkiyədə maraqlı gecə: – oteldən küçəyə pul səpdilər – VİDEO

    Ötən gecə Türkiyədə maraqlı hadisə qeydə alınıb.

    Median.Az İHA-ya istinadən xəbər verir ki, hadisə Taksimdə qeydə alınıb.

    Bayram axşamı otellərin birindən küçəyə pul səpməyə başlayıblar. Oteldə qalan qonaqlardan biri pəncərəni açıb və küçəyə Çin pulu (Çin Yuan) atmağa başlayıb.

    Bunu görən insanlar otelin qarşısına toplaşaraq yerə tökülən pulu toplamağa başlayıblar. Nəticədə həmin küçədə basabas yaranıb. Yoldan keçən avtomobillər dayanıb və sürücülər də maşından düşərək pul yığmağa başlayıb. Qısa zamanda ərazidə izdiham yaşanıb.

    Hadisəyə polis müdaxilə etməyə məcbur edib. Polislər pul atılan mərtəbəyə qalxıblar və məsələyə müdaxilə ediblər.

    Hadisə ətrafda olan insanlardan birinin telefonu ilə çəkilib. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb və böyük müzakirələrə səbəb olub.

    Hələlik küçəyə pul səpən şəxsin kimliyi məlum deyil.//baku.ws

  • Döş xərçənginin qarşısını almağın asan yolu

    Mütəmadi olaraq “D” vitamininin qəbulu döş xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır.

    Kaliforniya universitetinin alimləri belə bir nəticəyə gəlib.

    Elmi tapıntı 15 il ərzində aparılan müşahidələrin nəticəsidir. Alimlər müəyyən edib ki, qadınların qanında yüksək kalsifediol miqdarı (“D” qrupundan olan vitamin) daha dəqiq desək, 60 nanoqramdan çox vitaminin olması döş xərçənginin inkişafı riskini beş dəfə azaldır.

    Alimlərin təbirincə, qanda tələb olunan vitamin miqdarına nail olmaq üçün günə yeməklə 4-6 min beynəlxalq vahid pəhriz əlavəsi qəbul etmək lazımdır.

    Günəşli havada gündəlik olaraq 10-15 dəqiqə keçirməklə qida əlavəsini azaltmaq da olar.