Category: Dünya

  • Tramp Kardaşyana görə narkotaciri əfv etdi

    ABŞ prezidenti Donald Tramp erməni porno-ulduz Kim Kardaşyanın xahişi ilə narkotik satışına görə ömürlük həbsə məhkum olunmuş 63 yaşlı Elis Consonu əfv edib.

    CNN telekanalının Ağ evin bəyanatına istinadla verdiyi xəbərdə qadının qısa müddət sonra azadlığa çıxacağı bildirilib.

    “Conson keçmişdə baş verənlərə görə məsuliyyəti dərk edib və 20 il müddətində nümunəvi məhbus olub. Ömürlük həbsə baxmayaraq, Elis öz reabilitasiyası üçün həbsxanada çox işləyib”, – sənəddə deyilir.

    Qeyd edilib ki, ABŞ administrasiyası hər zaman cinayətkarlara qarşı sərt mövqe tutur, ancaq eyni zamanda hesab edir ki, cəmiyyət qarşısında borcunu ödəyən və inadla çalışan şəxsə ikinci şansı vermək olar.

    Consonun azadlığa çıxacağı vaxt açıqlanmayıb.

    Kardaşyan “Twitter” hesabında yazıb ki, bu onun üçün çox yaxşı xəbərdir.

    Porno-ulduz Trampla mayın 30-da görüşüb.
    /oxu.az

  • Gürcüstanlı dizayner Rusiya pasportundan çəkmə hazırladı

    Gürcü əsilli dizayner Demna Qvasaliyanın təsis etdiyi “Vetements” brendi “Instagram” hesabında üzərində Rusiya dövlət gerbi və xarici pasportun üz qabığının şəkli olan uzunboğaz çəkmə modelini təqdim edib .

    Median.Az xəbər verir ki, bu haqda Lent.ru məlumat yayıb.

    Uzunboğaz çəkmənin rəng çaları da pasportun üz qabığının rənginə uyğun seçilib.

    Məlumata görə, yeni model şirkətin 2018-2019 payız-qış kolleksiyasına daxil edilib və yaxın gələcəkdə satışa çıxarılacaq.

    Şirkətin bu paylaşımı rusiyalı sosial şəbəkə istifadəçilərini hiddətləndirib. Bir çox istifadəçilər dizaynda Rusiya pasportu əvəzinə Gürcüstan pasportunun şəkillərindən istifadə etməyi tövsiyə edib.

  • Bu bina şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

    Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan yaşayış binasının tikintisi davam edir.

    Bu barədə nazirliyin mətbuat xidmətindən baku.ws-ə bildirilib. Verilən məlumata görə, nazirliyin sifarişi ilə Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399 ünvanında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binasının inşası davam edir.

    İnşaat işləri tamamlandıqdan sonra binadakı mənzillər növbəlilik prinsipi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunacaq. Binadakı mənzillərin istifadəyə verilməsi rayon (şəhər) icra hakimiyyətləri tərəfindən nazirliyə təqdim olunmuş və nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş növbəlilik siyahıları əsasında həyata keçiriləcək.

    Onu da bildirək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə adıçəkilən ünvandan başqa heç bir ərazidə yaşayış binası tikilmir.

    Nazirlik bildirir ki, Xətai rayonu, N.Tusi küçəsi, 63 ünvanında yaşayış binalarının inşası və mənzillərin əlil olmayan şəxslərə verilməsi barədə son vaxtlar bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir əsası yoxdur.

  • İrandan qaçan sevgililəri nə gözləyir? – AÇIQLAMA

    Qaçaq yollarla Türkiyəyə gedən iki nəfər iranlı gəncin miqrasiya polisi tərəfindən tutularaq İrana deportasiya olunması hər iki ölkədə qalmaqala səbəb olub.

    Məsələnin mahiyyəti ondan ibarətdir ki, gənclər İrana geri dönmək istəməyərək polisə yalan ifadə veriblər. Gənclərdən biri (oğlan) bildirib ki, onun bədənində döymələr olduğuna görə İranda onun qolunu kəsəcəklər. Digər gənc (qız) isə saçını boyadığına görə ölkəsində edam ediləcəyini vurğulayıb. Bu məlumat Türkiyə mətbuatında və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və hər iki ölkədə birmənalı qarşılanmayıb.

    Doğurdanmı İranda saçını boyayanlar və bədənində döyməsi olanlar cəzalandırılır?

    Median.Az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün AZƏRTAC İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinə müraciət edib.

    Nazirlikdən verilən məlumata görə, İranın istər cinayət, istərsə də mülki prosessual məcəllələrində saç boyamaq və bədənə döymə etmək üçün cəza kəsilməsi nəzərdə tutulmayıb.

    Hətta dini qaydalara görə də hər iki hal haram hesab edilmir. İran İslam respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyinin döymə ilə əlaqədar fitvası da var.

    Bu fitvada deyilir ki, döymə insan dərisinin altında baş verən və insanın həyat fəaliyyətini tənzimləyən bioloji proseslərə yəni qan dövranına maneə törətmədiyi üçün haram sayılmır.

    “Bundan başqa İranda saçını boyayan və bədənində döyməsi olan kifayət qədər insan var. Bu insanlar sənət və idman aləminin tanınmış simalarıdır. Onlar İranda hər zaman ictimaiyyət qarşısında olurlar və saçlarının boyasını eləcədə döymələrini çəkinmədən nümayiş etdirirlər. Buna görə onlara heç bir irad tutulmur.

    Sözügedən gənclərə gəldikdə isə qeyd etmək lazımdır ki, qanunsuz yollarla qonşu ölkəyə gedənlər öz əməllərini gizlətmək üçün belə yalan ifadə veriblər.

    Nəzərə çatdıraq ki, Türkiyədə sosial şəbəkələrdə bu gəncləri geri qaytarmağa çalışan miqrasiya polisi tənqid edilirdi. Şəbəkə istifadəçiləri gənclərin edam ediləcəyi təqdirdə onların geri qaytarılmasını qeyri insani hesab edərək polisdən tələb edirdilər ki, gənclər Türkiyədə qalsın. Əvvəla dövlətin qanunlarını şəbəkə istifadəçilərinin istəyi ilə pozmaq olmaz. Digər tərəfdən isə gənclər yalan məlumat veriblər. İranda heç kim saç boyamağa və döymə etməyə görə nəinki edam edilmir, ümumiyyətlə cəzalandırılmır”, – nazirlikdən bildirilib.

  • Sərxoş sürücü və qız DYP-dən belə qaçdı – VİDEO

    Bakıda səhər saatlarında yol qəzası baş verib.

    Median.Az “carclub.az” saytına istinadən xəbər verir ki, qəza “Koroğlu” metro stansiyası istiqamətindən Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfə gedən yolda qeydə alınıb.

    Belə ki, “Toyota Camry” markalı, 90 RL 404 dövlət nömrə nişanlı avtomobil 99 YP 366 nömrə nişanlı Dövlət Yol Polisi maşınından qaçarkən yol qəzası törədib.

    Oxucumuz tərəfindən göndərilən videodan “Toyota Camry” markalı avtomobilin yüksək sürətlə Qara Qarayev metro stansiyası istiqamətindən yola çıxdığı görünür. Bu zaman kadrda DYP maşını görünür.

    Daha sonra hər iki avtomobil yüksək sürətlə videoregistrator olan avtomobildən uzaqlaşırlar. Bir müddətdən sonra Bakixanov qəsəbəsi istiqamətdə döngədə avtomobili artıq qəza törətmiş vəziyyətdə görürük.

    Qəza anı videoregistrator tərəfindən çəkilməsə də, şahidlərin sözlərinə görə, avtomobilə ciddi ziyan dəyib. Asfalt üzərində “tormoz” izləri qalıb.

    Avtomobil idarəetməni itirərək, bordür və ağaca çırpılıb. Daha sonra maşın dayanıb. Videoda sərxoş olduğu hiss edilən sürücü və sərnişin qızın qəza yerindən uzaqlaşdığı da görünür.

    Yol-qəza hadisəsində xəsarət alan olmayıb.

  • Filippin prezidentinin öpüşü qalmaqal yaratdı – VİDEO

    Filippin prezidenti Rodriqo Dutertenin Seulda diaspora üzvü olan qadını dodaqlarından öpməsi feministlərin qəzəbinə tuş gəlib.

    Median.Az xəbər verir ki, bu haqda “Euronews” məlumat yayıb.

    Duterte özü bunun bir zarafat olduğunu bildirib. Filippin prezidenti ilə öpüşən evli qadın Bea Kim də jurnalistlərdən məsələni həddindən artıq şişirtməməyi xahiş edib.

    Habelə filippinli feministlərin iddiasına görə, bu öpüş dövlət başçısının qadınlara qarşı “seksist münasibətinin” bariz nümunəsidir.

    “Kimlərisə əyləndirmək məqsədi ilə qadını öpmək olmaz. Bu onun qadınlara olan münasibətindən xəbər verir. Onun qadına bir əyləncə vasitəsi kimi yanaşdığını göstərir. O, düşünür ki, başqa insanlar, xüsusilə qadınlar üzərində öz hökmranlığını açıq-aşkar nümayiş etdirmək olar” ,- deyə “Qabriela” qadınlar partiyasının baş katibi Homs Salvador bildirib.

  • Çips oğurlayan meymun şəbəkənin ulduzuna çevrildi – VİDEO

    Taylandın Pxi-Pxi çimərliyində vəhşi meymunun qayıqda olan rusiyalı turistin çipsini oğurlaması görüntüsü sosial şəbəkələrdə böyük maraq doğurub.

    Xəbər verir ki, bu maraqlı videonu Aleksand Mişin adlı şəxs öz “Instagram” səhifəsində paylaşıb.

    Qeyd edək ki, adada çox sayda meymun məskunlaşdığı üçün ona Pxi-Pxi – yəni Meymun adası adı verilib./oxu.az

  • Havay adasında vulkan yüzdən çox evi dağıtdı – VİDEO

    Havay adasında Kilauea vulkanının püskürməsi nəticəsində 117 ev dağılıb.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər xəsarət almasına səbəb olub.

    Adada ən yüksək səviyyəli həyəcan siqnalı elan edilib. Yaxınlıqdakı yaşayış məntəqələrindən minlərlə insan təxliyə edilib.

    Qeyd edək ki, Kilauea vulkanı mayın 3-dən püskürməyə başlayıb. Bundan sonra adada 6,9 bal gücündə zəlzələ baş verib.

  • 20 yaşlı qızı 10 yaşlı oğlana ərə verdilər: toydan görüntülər – FOTO

    Ərəb ölkələrinin birində 10 yaşlı oğlanı evləndiriblər. 

    Azyaşlının toy görüntüləri sosial şəbəkələrdə yayılıb. 

    Gəlinlə bəyin toy mərasiminin keçiriləcəyi məkana gəlişi telefonla çəkilib. Yayılan videoda görüntülərdə gəlinin ən az 20 yaşında olduğunu görmək olar. 

    Görüntüləri izlədikcə balaca bəyin baş verənlərdən məmnun, gəlinin isə çox bədbəxt olduğu diqqətdən qaçmır. Bu da təbiidir. Axı həyatın, ailənin ciddiliyini dərk etməyən uşaq bu toyu əyləncə kimi qəbul edir. Yetkin yaşına çatmış bir qız üçün isə balaca uşağa ərə getməsindən dəhşətli nə ola bilər?!/baku.ws
      

  • Dörd oğlanın 21 yaşlı qızı zorlamağa apardığı VİDEO tapıldı – ŞOK KADRLAR

    Taylandda Çempionlar Liqasının finalını izləmək üçün bara gedən gənc qız 4 oğlan tərəfindən zorlanaraq öldürülüb.

    Median.Az Haberler-ə istinadən xəbər verir ki, 21 yaşlı Nong Gift rəfiqələri ilə birlikdə Çanthaburi bölgəsindəki bir barda oyunu izləyib.

    Rəfiqələri barı tərk edəndə gənc qadın bir başqa qrupla birlikdə əylənməyə başlayıb. Əyləndiyi 4 oğlan Nong Gifti bir qadın tanışlarının köməyi ilə bardan çıxarıb.

    Sonra bu oğlanlar tərəfindən təcavüzə məruz qalan gənc qadın döyülərək öldürülüb.

    Dörd oğlanı tutan polis istintaqı davam etdirir. Təhlükəsizlik kameralarına baxan polislər cinayət anının şahidi olublar.