Category: Dünya

  • Türkiyədə kişi düşmənini küçədə güllələdi: Dəhşətli kadrlar – VİDEO

    Türkiyədə – İstanbulun Ümraniyə bölgəsində ötən ilin sentyabrında baş verən qorxunc cinayətin təqsirkarlarından biri yaxalanıb.

    Median.Az “Hürriyət”ə istinadən xəbər verir ki, ötən il sentyabrında Ümraniyə Tədris və Araşdırma Xəstəxanasının qarşısında Ramazan Sarı və arvadı Suzan Sarı amansızca güllələnib.

    Cinayət Fəyyaz Elik tərəfindən törədilib. İstintaq müddətində onun cinayəti törədərkən tək olmadığı, dayısı Rəcəb Sunqunun onun yanında olduğu bəlli olub.

    Yaxalanana R.Sunqun cinayətlə bağlılığını inkar edib. O bildirib ki, bacısı oğlu ilə onun hamilə arvadını xəstəxanada ziyarət etmək istəyib.

    Xəstəxananın qarşısına çatanda qəflətən Fəyyaz Elik silahını çıxarıb və onlarda qabaqda gedən Sarı ailəsini güllələyib.

    Polisin araşdırması nəticəsində cinayətin təfərrüatı meydana çıxıb. Məlum olub ki, 5 sentyabr 2017-ci ildə Ümraniyənin Çaxmaq məhəlləsində servis daşıması həyata keçirən iki firma arasında silahlı insident baş verib.

    Qatilin – Fəyyaz Elikin qardaşı Cüneyt Elik bu hadisə nəticəsində həyatını itirib. O, qardaşının ölümündə Ramazan Sarını təqsirkar bilib və onu intiqam məqsədilə öldürmək qərarına gəlib.

    Qeyd edək ki, Rəcəb Sunqun küçədə yaxalanıb. Ancaq Elikin axtarışları hələlik nəticə verməyib.

  • Evdə steril təmizliyin gözlənilməz təhlükəsi aşkarlandı

    Uşaqlarda kəskin limfoblast leykozu əksər hallarda genetik meyl və ətrafın həddindən artıq steril olması ilə əlaqəli olur.

    Britaniyalı alimlərin elmi işinin nəticələri “MedicalXpress”də dərc olunub.

    Tədqiqatçılar limfoblast leykozla bağlı onlarla elmi işin meta-analizini aparıb və belə bir nəticəyə gəlib ki, bu xəstəyilin formalaşması iki mərhələdə baş verir.

    Əvvəl genetik mutasiya nəticəsində (beş faizli ehtimalla) embrionda bu xəstəliyə meyl yaranır. Daha sonra hər hansı adi xəstəlik, məsələn soyuqdəymə kəskin limfoblast leykoza yol açır.

    Elmi işin müəlliflərinə görə, ilk illərini steril şəraitdə keçirmiş, həmyaşıdları ilə təmasdan qaçınmış və ictimai yerlərdə nadir hallarda olmuş uşaqlar bu xəstəliyə tutulmağa daha həssasdır.

    Körpələr evinə və uşaq bağçasına getmiş uşaqlarda isə əksinə limfoblast leykozuna tutulma riski əhəmiyyətli dərəcədə aşağı olub.

    Alimlər sınaqları laboratoriya siçanları üzərində aparıb. Leykoza genetik meyli olan və steril şəraitdə böyüdülmüş gəmiricilər, adi şəraitdə böyüyən siçanlarla müqayisədə daha tez-tez xəstəliyə tutulub.

    Tədqiqatın professoru Mel Qreyvs bu halı “irəliləyişin paradoksu” adlandırır. Onun sözlərinə görə, leykoza daha çox zəngin ailələrdə, uşaqların müxtəlif xəstəliklərlə az təmasda olduğu mühitdə rast gəlinir. Uşaqlar həmyaşıdları ilə az təmasda olduğundan onların immun sistemi xəstəliklərə qarşı bir növ “hazırlıq kursundan” keçmiş olmur ./oxu.az

  • Türkmənistanda “77” rəqəmi olan nömrələr yığışdırılır

    Türkmənistanda yol polisləri dövlət qeydiyyat nömrəsində “77” rəqəmi olan avtomobillərin “ovu”na başlayıb.

    Median.Az “Radio Azatlık”a istinadla xəbər verir ki, bu nömrələr sürücülərdən alınır, onların əvəzinə isə yeni nömrələr verilir.

    Mənbənin verdiyi məlumatına görə, son bir həftədə Daçiqursk vilayətində aparılan reydlər zamanı belə dövlət qeydiyyat nömrəsi olan maşınların hamısı müvəqqəti saxlama məntəqəsinə aparılıb.

    Polislər avtomobil sahiblərinə bunun yuxarıdan verilən əmr olduğunu bildirsə də, bunun hansı səbəbdən aparıldığını açıqlamaya bilməyiblər.

    Qeyri-rəsmi məlumatlara görə, “77” rəqəmi olan bütün nömrələr Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun qohumlarına təqdim olunacaq. Bu nömrə sahibləri toxunulmaz olacaq, onların qayda pozuntusu zamanı saxlanılması qadağan ediləcək.

    Bu versiya nədən irəli gəlir?

    Reydlərdən biri zamanı polis inspektoru Berdımuhammedovun qohumunu saxlayıb. Bu zaman həmin şəxs prezidentə hadisə ilə bağlı şikayət edib. Türkmənistan prezidenti hadisədən sonra ölkənin daxili işlər naziri İsgəndər Mulikova şiddətli töhmət verib.

  • Türkiyə təyyarəsi qəza enişi etdi – VİDEO

    Türkiyənin “Onur Air” aviaşirkətinə məxsus “Airbus-32” təyyarəsi Volqoqradın Qumrak aeroportuna qəza enişi edib.

    Median.Az “Bloknot Bolqoqrada” portalına istinadla xəbər verir ki, qəza enişinə səbəb salonun depressurizasiyası olub.

    Antalyadan Çelyabinskə uçan təyyarədə təzyiq qəfildən enib. Sərnişinlər dərhal oksiken maskalarından istifadə ediblər.

    Hadisə zamanı təyyarənin göyərtəsində 226 sərnişin və səkkiz ekipaj üzvü olub.

  • Suriyada İran hərbi bazasında partlayış

    Suriyanın paytaxtı Şam yaxınlığındakı İran hərbi bazasında şiddətli partlayış baş verib.

    Median.Az bununla bağlı Türkiyə KİV-ə istinadla xəbər verir.

    Gecə saatlarında baş verən partlayışın İsrail ordusunun hücumu nəticəsində baş verdiyi iddia edilib.

    Ölən və yaralananlarla bağlı hələlik heç bir məlumat verilmir.

    Ötən həftə İsrail qırıcılarının Hama yaxınlığındakı hərbi aerodroma atdığı raket nəticəsində azı 11 əsgər həlak olmuşdu.

  • Venesuela prezidentini seçdi

    Nikolas Maduro yenidən Venesuelanın prezidenti seçilib.

    Bu barədə Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lusenu bəyan edib.

    Maduro seçkilərdə 68 faiz səs toplayıb.

    1,8 milyon səs toplayan rəqibi Enri Falkon seçkilərin nəticələrini tanımadığını bəyan edib və ölkədən gedəcəyinə söz verib.

    E.Falkonun sözlərinə görə, seçkilərdə ümumilikdə 142 min qayda pozuntusu qeydə alınıb və onun nümayəndələrinə təzyiq barədə ərizələr daxil olub.

    Venesueladakı seçkiləri ABŞ Dövlət Departamenti və bir sıra Latın Amerikası ölkələri də tanımayıb.

  • Şahzadə Harri toydan əvvəl hersoq titulu aldı

    Kraliça II Yelizabet nəvəsi şahzadə Harriyə Sassek hersoqu titulunu verib.

    Bu barədə kral ailəsinin mətbuat xidməti Harrinin amerikalı aktrisa Meqan Marklla toyu öncəsi məlumat yayıb.

    “Kraliça bu gün nəvəsi Henri Uelskiyə Sassek hersoqu, Dambarton qrafı və Kilkil baronu titulunu verib”, – məlumatda deyilir.

    Meqan toydan sonra Sassek hersoginyası olacaq.

  • Moskvada təyyarə qəza enişi etdi

    Moskvanın “Vnukovo” aeroportundan havaya qalxan “Boeing 737” sərnişin təyyarəsi qəza enişi edib.

    Median.Az “İnterfaks”a istinadla xəbər verir ki, Moskvadan Həştərxana uçmalı olan təyyarənin qəza enişi etməsinə səbəb mühərrikdə yaranmış nasazlıq olub.

    Pilotlar layneri işlək mühərriklə aeroporta endirə biliblər.

    Məlumatlara görə, hadisə zamanı təyyarədə 170 nəfər olub./oxu.az

  • Krediti ödəyə bilməyən qız bankda soyundu -VİDEO (18+)

    Ukraynanın Borispol şəhərində “Privatbank”ın bölmələrinin birində kuryoz hadisə baş verib.

    Hadisə şahidlərinin çəkdiyi video “BiznesMedia” kanalında yerləşdirilib.

    Kadrlardan görünür ki, çimərlik geyimində olan qız bank əməkdaşlarından krediti ödəmədiyi üçün blok olunan kartı özünə qaytarmaqlarını tələb edir. Bank bu rəzalətə dözməyərək, siqnalizasiyanı işə salır, bu zaman qız heç nəyə məhəl qoymayaraq rəqs etməyə başlayır.

    Ən maraqlısı isə, videonun altında yazılan şərhlərdir. “Budur bank kreditlərindən sonra adamın əynində heç nə qalmır!”- şərhlərdən birinin müəllifi yazıb.//yenicag.az

  • 16 yaşlı qaraçı qız evləndi – Keçirilən toy hər kəsi şok etdi – Video

    Moldova qaraçıları toylarını xüsusi canfəşanlıqla qeyd edir. Təbii ki, əgər pul varsa…

    Onları təəccübləndirməyin çətin olduğunu düşünən Belsi sakinləri qaraçı baronunun 16 yaşındakı nəvəsinin dəbdəbəli toyunu gördükdən sonra belə fikirləşmirlər.

    Gənclərin dediyinə görə, onlar Mariyanın 14 yaşı olanda internetdə tanış olublar. Vaxt keçdikcə aralarındakı münasibət daha da möhkəmlənib və bir gün 19 yaşlı Odissey Mariyanın evinə gedərək onu valideynlərindən istəyib.

    Qaraçıların ənənələrinə görə bəy öz ciddiliyini sübut etmək üçün fidyə verməlidir. Valideynləri Odisseyin qızın ailəsinə 2 kiloqram qızıl təqdim etməli olduğu fikrindədir.

    Lakin bəy Pasxa gecəsində Mariyanı qaçırdı və onu Rışkandakı evinə aparıb. 2 gün sonra isə Mariyanı bəyin yaxınları tapıb və ailəsinə geri qaytarıblar.

    Mariya üçün gəlinlik İsraildə əllə tikilib. Geyim Swarovski daşları ilə bəzədildiyi və 10 kiloqram çəkisi olduğu üçün toy zamanı gəlinə çətin anlar yaşadib.

    Belsıda keçirilən toy 3 gün davam edib. Sübhəsiz ki, bu tədbir uzun müddət şəhər sakinlərinin yaddaşlarından silinməyəcək.

    Qeyd edək ki, Moldova Respublikasının ailə kodeksinə görə evlilik üçün ən aşağı yaş həddi 18-dir. Lakin bəzi səbəblərə görə bu həddi 2 yaş aşağı salmaq olur.(Milli.Az)