Category: Dünya

  • Bu dərmanlar dövlət qeydiyyatına alınmayacaq

    Azərbaycanda beynəlxalq və ya regional idman yarışları zamanı iştirakçı dövlətlər tərəfindən həmin dövlətlərin idmançıları və şəxsi heyətinin istifadəsi üçün nəzərdə tutulan dərman vasitələri dövlət qeydiyyatına alınmayacaq.

    Median.Az Trend-ə istiadən xəbər verir ki, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin edilməsi təklif olunur.

    Həmin dəyişikliklərə əsasən, dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin siyahısına beynəlxalq və ya regional idman yarışları zamanı iştirakçı dövlətlər tərəfindən həmin dövlətlərin idmançıları və şəxsi heyətinin istifadəsi üçün nəzərdə tutulan dərman vasitələri də əlavə edilib.
    Hazırda bu siyahıya sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan dərman və tibb vasitələri (sərgi nümunələri), dövlət qeydiyyatından keçmiş dərman vasitələri əsasında həkim resepti üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələri, epidemiya, təbii fəlakət və digər fövqəladə hallarda istifadə məqsədi ilə idxal olunan dərman vasitələri, elmi tədqiqatların, klinikaya qədər tədqiqatların və klinik sınaqların aparılması üçün nəzərdə tutulan dərman vasitələri (Bu dərman vasitələrinin istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol verilir) daxildir.

    Qanuna təklif edilən digər dəyişikliyə əsasən, dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və həmin dərman vasitəsinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini ölkə ərazisinə qanunvericiliklə müəyyən edilmiş miqdarda müvafiq icra hakimiyyəti orqanı, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycandakı yerli nümayəndəliyi və ya yerli nümayəndəliyi olmadığı halda xarici istehsalçının müvəkkil etdiyi şəxs idxal edə bilər.

    Qanuna edilən digər əlavəyə görə, dərman vasitələrinin ekspertizasının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

  • Rusiyada tələbə dostlarına atəş açdı, intihar etdi

    N.A.Lunin adına Novosibirsk nəqliyyat texnologiyaları kollecinin filialında dərs zamanı silahlı insident baş verib.

    Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə Barabinsk şəhərində baş verib.

    Məlumata əsasən, 17 yaşlı yeniyetmə üzərindəki silahdan tələbə yoldaşına atəş açıb. Bundan sonra o, intihar edib.

    Həkimlər güllə yarası alan tələbənin vəziyyətin ağır olduğunu bildiriblər.

    Daha iki nəfərin müxtəlif bədən xəsarətləri aldığı açıqlanıb.

  • Pələng 3 yaşlı uşağı dayəsinin gözü önündə yedi

    Uqandada yerləşən Kraliça Elizabet Parkında 3 yaşlı bir uşağı pələng parçalayaraq yeyib.

    Hücum zamanı uşağı dayəsi gəzintiyə çıxarıbmış. Parkın təmsilçisi, sözçü Bəşir Hangi deyib ki, hadisə cümə günü olub və dayə baş verənləri ancaq müşahidə etməklə kifayətlənib. Pələng üç yaşındakı uşağı tutub, otluqlara doğru sürükləyib. Uşağın dəhşətli çığırtıları bütün parkı bürüyübmüş. Onun kəllə sümüyü növbəti gün tapılıb. Yetkililər pələngin axtarışlarına başlayıblar.

    Bir dəfə insan ətinin dadını alan heyvanın bundan sonra insan ovlamaq istəməsi də səslənən təxminlər sırasındadır. Bunun yarada biləcəyi təhlükənin qarşısını almaq üçün pələngin yaxalanması şərt sayılıb.

  • Qırmızı meydanda Qələbə paradı – YENİLƏNİB + LİVE

    Moskvanımn Qırmızı meydanında Qələbə gününə həsr olunmuş hərbi parad başlayıb.

    Reqlamentə əsasən, parad Qələbə bayrağı və Rusiya bayrağının meydana gətirilməsi ilə başlayır.

    Bunun ardından Rusiya quru qoşunlarının komandanı, general-polkovnik Oleq Salyukov paradı qəbul edən Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu qarşısında məruzə ilə çıxış edir.

    Müdafiə naziri öz növbəsində Rusiya prezidenti və Silahlı Qüvvələrin ali baş komandanı Vladimir Putinə ordunun hazır olmasını məruzə edir. Məruzələrdən sonra müharibədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

    Rusiya Müdafiə Nazirliyinin saytının məlumatına görə, bu il Qırmızı meydanda keçirilən paradda 13 min hərbçi və 159 hərbi texnika iştirak edəcək. Yeni nümayiş ediləcək texnikalar arasında “Terminator” tankları, “Korsar” və “Katran” pilotsuz uçuş aparatları da olacaq.

    * * * *

    Rusiyanın Qırmızı meydanında ənənəvi Qələbə paradı yerli vaxtla 10:00-da (Bakı vaxtilə 11:00-da) başlayacaq.

    Böyük hərbi paradda bir müddət öncə Rusiya Silahlı Qüvvələrinə təqdim olunan yeni sistemlər nümayiş olunacaq./oxu.az

  • Polisdən fahişə əməliyyatı – Azərbaycanlı qadın ələ keçdi (VİDEO)

    Türkiyənin Kuşadası bölgəsində polis əməliyyat keçirib.

    Baku.ws-in məlumatına görə, insan alverinə qarşı mübarizə aparan polislər əməliyyat zamanı 4 fahişəni ələ keçib.

    Əməliyyat zamanı Özbəkistan (2), Türkmənistan və Azərbaycan vətəndaşı olan fahişələr saxlanılıb.

    Əcnəbi vətəndaşlar sənədlərinin hazırlanmasından sonra ölıkədən deportasiya ediləcək.

  • Putin dördüncü dəfə prezident oldu – YENİLƏNİB (VIDEO)

    Moskvadakı Böyük Kreml sarayında Vladimir Putinin inauqurasiyası baş tutub. O, dördüncü dəfə Rusiya prezidenti olub.

    Median.Az xəbər verir ki, Putinin inauqurasiya mərasiminə iş otağından “Kortej” limuzin vasitəsilə yollanıb.

    Prezident ilk dəfə bu avtomobilə əyləşib.

    “And içirəm ki, Rusiya Federasiyası prezidenti səlahiyyətlərini həyata keçirərkən insan və vətəndaş hüquqları və azadlıqlarını qoruyacağam və hörmət edəcəyəm, Rusiya Federasiyası Konstitusiyasına riayət edəcəyəm, dövlətin suverenliyini, müstəqilliyini, təhlükəsizliyini və bütövlüyünü qoruyub, xalqa sədaqətlə qulluq edəcəyəm”, – Putin andiçmə mətnini oxuyub.

    Mərasimdə beş min nəfər iştirak edib.

    * * * * *

    Moskvada dördüncü dəfə prezident seçilən Vladimir Putinin inauqurasiya mərasimi başlayıb.

    Mərasim Böyük Kreml sarayında keçirilir.

    Median.Az mərasimdən canlı yayımı təqdim edir:

  • Rusiya hökuməti istefaya getdi

    Rusiya hökuməti Vladimir Putinin inauqurasiya mərasimindən sonra baş nazir Dmitri Medvedevlə birlikdə tam tərkibdə istefaya gedib. Bununla bağlı məlumat Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.

    Nazirlər Kabinetinin yeni tərkibi yaxın bir neçə həftə ərzində müəyyənləşəcək.

    Rusiya Konstitusiyasına əsasən, prezident vəzifələrinin icrasına başladıqdan sonra Dövlət Dumasına baş nazir postuna namizədini təqdim edir. Deputatlar bir həftə müddətində həmin şəxsin namizədliyini müzakirə edərək qərar verir.

    Yeni hökumət üzvləri müəyyənləşənə qədər sabiq nazirlər öz vəzifələrinin icrasını davam etdirəcək.

    Bundan əvvəl, “Financial Times” yazırdı ki, Putin Medvedevi yenidən baş nazir postuna namizəd göstərəcək. Sabiq maliyyə naziri Aleksey Kudrin isə Medvedevin müavini olacaq.

  • Mədinədə kilsə tikilir

    Səudiyyə Ərəbistanı ilə Vatikan arasında bir neçə gün əvvəl imzalanan müqaviləyə görə, Mədinədə kilsə tikiləcək.

    Səudiyyə Ərəbistanı idarəçiliyi artıq Vatikanın Mədinədə kilsə tikməsinə razılıq verib.

    Kilsənin Mədinənin hansı bölgəsində tikiləcəyi bəlli olmasa da, ibadətxananın Vatikanın iştirakı ilə tikiləcəyi dəqiqləşib.

    “Səudiyyə Ərəbistanı ziyarətimdə yüksək səviyyəli idarəçilər və Səudiyyə kralı Salman bin Əbdüləzizlə görüşdüm. Ziyarətim əsnasında məktəblərdə müsəlman və qeyri-müsəlmanların yaxşı münasibətdə olduğunun, xristianlara ikinci sinif kimi davranılmadığının şahidi oldum.

    Yaxınlaşmanın başlamasından məmnunluq duyuram. Səudiyyə rəhbərliyi ölkəyə yeni bir imic qazandırmağa hazırdırlar”, – Vatikan Dinlərarası Dialoq Dairəsindən fransız kardinal Cin-Luis Tauran bildirib./oxu.az

  • Telman İsmayılov iri ticarət mərkəzini itirdi

    Moskvanın İzmaylov şossesində yerləşən 20,9 min kv.metr sahəsi olan ticarət mərkəzi mayın 3-də keçirilən hərracda “Avanqard” bankına satılıb.

    Median.Az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

    Agentliyin məlumatına görə, ticarət mərkəzi əvvəllər azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olub.

    Alqı-satqı 1,55 milyard rubla baş tutub. Bina, içində olan inventarla birgə bankın mülkiyyətinə keçib.

    Lotda təsviri zamanı inventara “Saratov” soyuducusu, ofis mebeli, kompüterlər və digər əşyalar daxil olub.

    Hərraca çıxarılana qədər ticarət mərkəzi Telman İsmayılov və ailəsinin AST şirkətlər qrupuna daxil olan “Ruslayn 2000” şirkətinin balansında olub.

  • Enerji içkilərinin daha bir ziyanı tapıldı: Həkimlər araşdırdı

    İngiltərə diş həkimləri birliyi ( The British Dental Association ) nazirləri enerji içkiləri ilə bağlı başlatdıqları kampaniyaya dəstək olmağa çağırıblar.

    Median.Az xarici mətbuata istinadla xəbər verir ki, gün ərzində 170-dən çox uşaq diş çürüməsi problemi ilə diş poliklinikalarına müraciət edir. “The British Dental Association”dan verilən məlumata görə, buna başlıca səbəb enerji içkiləridir.

    Belə ki, enerji içkilərinin tərkibindəki kimyəvi maddə və şəkər azyaşlılarda dişlərin sürətlə çürüməsinə səbəb olur.

    BDA-nın rəhbəri Mick Armstrong bildirib ki, bir enerji içkisinin tərkibində təxminən 20 qaşıq şəkər var ki, bu da koka kolanın tərkibində olan şəkərdən də çoxdur.

    Azyaşlılarda diş çürüməsinin əsas səbəbinin enerji içkiləri olduğunu söyləyən Mik nazirləri enerji içkilərinin yaşı 16-dan az olanlara satılmaması ilə bağlı qərar çıxarmağa səsləyib.