Category: Dünya

  • Aşağı qazancın gözlənilməz təhlükəsi açıqlandı

    London Universitetinin alimləri müəyyən ediblər ki, az qazancı olan insanların ahıl yaşlarda əqli zəiflik riski çox yüksəkdir.

    Median.Az “MedicalXpress”ə istinadla xəbər verir ki, araşdırmaçıların məqaləsi “JAMA Psychiatry” jurnalında dərc olunub.

    Ekspertlər “English Longitudinal Study of Ageing” (ELSA) təşkilatının uzunmüddətli araşdırmalarını analiz ediblər. Bu araşdırmalarda 1902-1943-cü illərdə İngiltərədə doğulmuş və yaşamış altı min insan iştirak edib.

    Araşdırmalar zamanı məlum olub ki, yüksək əməkhaqqı alan şəxslərin əqli problemlərdən əziyyət çəkmə ehtimalı az qazanclı insanlardan daha zəifdir.

    Alimlər bunu mövcud yaşayış vasitələrinin insanların həyatına təsiri ilə izah ediblər.

  • Sadiq it dostunu xilas etdi – VİDEO

    ABŞ-ın Arizona ştatında köpək hovuza düşən və quruya çıxa bilməyən dostunu xilas edib.

    Median.Az “Fox News”a istinadən xəbər verir ki, hadisə mayın ortalarında baş verib.

    Smoki və Remusun ev sahibləri evdə olmayıb. Birlikdə oynayan zaman Smoki hovuza yıxılıb və heç cür ordan çıxa bilməyib. Remus ona yardım etmək üçün əlini uzatsa da, dostunu quruya çıxarmağa nail olmayıb.

    Ona görə sadiq dost özü hovuza baş vuraraq Smokini sudan çıxarıb. Maraqlı hadisənin görüntüsü ev sahibinin müşahidə kamerasına düşüb.

  • Rusiyalı gənc görüntüsü ilə insanları dəhşətə salır – FOTO

    Rusiyalı fotoqraf Andrey Tyurin sosial mediadakı fotoları ilə insanları dəhşətə gətirir.

    18 yaşlı sənətçi ən sevdiyi iki hobbini yan-yana gətirərək, qeyri-adi bir dünya yaradıb.

    Onun fotoqraflıq qabiliyyəti və fotoşop proqramını yaxşı mənimsəməsi fantastik və sürreal işlərə imza atmasına kömək göstərir.

    Fotoqrafın ən yaxşı sosial media paylaşımlarını təqdim edirik:






























    /oxu.az

  • Putin “KamAZ” sürdü – VİDEO

    Rusiya prezidenti Vladimir Putin Krımla Rusiyanı birləşdirən körpünün açılış mərasimində iştirak edib.

    Bununla bağlı TASS agentliyi məlumat yayıb. Dövlət başçısı “KamAZ”ın sükanı arxasına keçib, onun yanında “SQM-Most” şirkətinin baş direktoru Aleksandr Ostrovsk oturub. Maşın karvanında körpünün tikintisində istifadə olunan 35 nəqliyyat vasitəsi iştirak edib.

  • Jirinovski: Ermənilər peşman olacaq – VİDEO

    Ermənilər Paşinyanı hakimiyyətə gətirdiklərinə görə peşman olacaqlar.

    Bu sözləri Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, inqilab istəyənlər bilməlidir ki, vəziyyət əvvəlkindən daha pis olacaq.

    “Paşinyan hər şeyi yaxşı etmək istəsə də, bu, onda alınmayacaq. Ermənistanı blokada şəraitində və öz resursları olmadan çiçəkləndirmək olmayacaq”, – Jirinosvki bildirib.

  • Yeddi yaşlı çeçen qızı azərbaycanlılar öldürməyib – YENİLƏNİB

    Yeddi yaşlı çeçenistanlı qızın qətlində 16 yaşlı Robert adlı qonşusu təqsirləndirilir.

    Bu sözləri Vyana polisinin nümayəndəsi Qerhard Haymered jurnalistlərə açıqlamasında deyib.

    Məlumata görə, yeddi yaşlı qızın ailəsi qatilin valideynləri ilə dostluq edib. Buna görə Xadişat yeniyetmənin dondurma yemə təklifini rədd etməyib. Yeniyetmə yeddi yaşlı qızı hamam otağında qətlə yetirib.

    Şübhəli şəxs cinayəti etiraf edib.

    Haymered bildirib ki, yeniyetmənin valideynləri və balaca qardaşı cinayətdə iştirak etməyib. Onlar qətl törədilən vaxt evdə olmayıb.

    Valideynləri bu cinayətdən övladlarının polis tərəfindən saxlanıldığı zaman xəbər tutub.

    * * * *

    Ötən gecə Avstriya təhlükəsizlik orqanları çeçenistanlı qızın qətlində ittiham olan şəxsləri yaxalayıb.

    Median.Az “Kavkaz.Realiya” agentliyinə istinadla xəbər verir ki, polis bölməsinə yeddi yaşlı Xadiştin qonşuları gətirilib.

    Onların adları açıqlanmır.

    Məlumdur ki, ailə üzvləri azərbaycanlıdır. Şübhəlilərin evində axtarışlar aparılır.

    Yeddi yaşlı Xadişt mayın 11-də Avstriyanın paytaxtında yoxa çıxıb. Növbəti günün səhəri azyaşlının cəsədi zibil qutusunda aşkar edilib. O, boğazından bıçaqlanaraq öldürülüb.

  • Ərdoğan məğlubiyyətdən danışdı: “Əgər qalib gəlməsək…”

    Türkiyə prezidenti: “Əgər qalib gəlməsək, onda qalib gələnlər sevincdən rəqs edəcəklər”

    Böyük Britaniyada səfər olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BBC-nin “Hard Talk” verilişinə geniş müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə prezidenti ölkəsi və dünyada baş verənlər münasibət bildirib.

    Ərdoğan iyunun 24-də ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilər ilə bağlı qeyd edib ki, Türkiyə bir hüquq dövlətidir və bu hüquq dövlətinin içərisində hər şey işləyir: “Seçkiləri 17 ay önə çəkməklə ana müxalifətin bizə meydan oxumasına “buyurun” dedik, onları meydana çağırdıq, gördüyümüz iş budur. Türkiyə konstitusiya dəyişikliyinə müxalifətlə birgə getdi və birlikdə bu demokratik qərarı verdik. İndi də 24 iyun növbədənkənar seçkilərə gedirik”.

    “Türkiyədəki seçkiləri ATƏT də izləyir, digər ölkələrə, beynəlxalq təşkilatlara da dəvətlər göndəririk və həmin müşahidəçilərin gözü önündə səsvermə keçirilir. Bu səslər verildiyi zaman kimin qazandığı bilinəcək. Biz yenidən qalib olarsaq, buna hörmət ediləcək. Qalib gəlməsək, kim qalib gələrsə, ona hörmət edərik. Bu qədər sadə”.

    AKP və özünün seçkilərdə qalib gəlməmək ehtimalı ilə bağlı suala Ərdoğan belə reaksiya verib: “Bu sualı niyə verdiniz? Əgər qalib gəlməsək, onda qalib gələnlər sevincdən rəqs edəcəklər. Rahat olun. Qərb də, siz də rahat olun. BBC lap rahat olsun”.

    “Təbii ki, qalib gəlmək üçün səy göstərəcəyik. Çünki bizim hədəfimiz Türkiyəni müasir mədəniyyətlər səviyyəsinin üstünə çıxarmaq və bunun üçün də Türkiyə iqtisadiyyatını dünyanın ən güclü 10 ölkəsi siyahısına çatdırmaqdır”, — deyə Ərdoğan vurğulayıb.

  • Konsertdə qorxunc görüntü: Kömürə dönmüş cəsədi səhnəyə düşdü – Video

    Braziliyada keçirilən musiqi festivalı zamanı səhnənin üstünə çıxan və elektrik naqilinə toxunan gənc adam elektrik cərəyanına qapılaraq can verib.

    Braziliyada “Festa da Uva” kimi tanınan yerli bir musiqi festivalının son gecəsinin ilk nümayişi zamanı meydana gələn hadisədə 32 yaşlı tamaşaçı saniyələr içində yanaraq həyatını itirib.

    Ölən adamın cəsədi kömürə dönmüş halda səhnənin üzərinə düşüb. O anlar bir tamaşaçı tərəfindən kameraya qeyd edilib.

    Səhnənin üzərinə çıxan tamaşaçıya müğənninin mikrofonla “Qardaşım, diqqətli ol” deyə xəbərdarlıq etməsinə baxmayaraq gənc adam təhlükədən xəbərsiz şəkildə aşağı düşməyib.//moderator.az

  • Türkmənbaşının qəribə qadağaları davam edir

    Türkmənistanın Balkan və Daşoğuz vilayətlərində dövlət qeydiyyat nişanlarında 77 rəqəmi olan avtomobillər saxlanılaraq cərimə meydançasına aparılır.

    Median.Az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumat yayıb.

    Məlumata əsasən belə nömrə nişanlarına qoyulan məhdudiyyət iyun ayında kimi bütün ölkə ərazisində sürülən avtomobillərə şamil olunacaq.

    Azadlıq radiosunun müxbiri bildirib ki, Balkan vilayətində bir həftə ərzində 77 rəqəmi ilə başlayan bütün avtomobillər saxlanılıb.

    Polis əməkdaşlarının sözlərinə görə, belə nömrələrdən yalnız “Arxadağın” yəni Türkmənistan prezidentinin qohumları istifadə edə biləcək. Belə ki, bu yaxınlarda vilayətdə yol polis müfəttişlərindən biri bilmədən prezidentin yaxın qohumunu saxlayıb.

    Məhz buna görə, aprelin 27-də şiddətli töhmət alan ölkənin daxili işlər naziri İsgəndər Mulikov ölkədə sürülən avtomobillərdə belə nömrələrin dəyişdirilməsi ilə bağlı göstəriş verib.

  • Türkiyə ordusunun yüzlərlə hərbçisi tutuldu – Qəfil əməliyyat

    Saxlanılan 300 hərbçidən 150-si haqqında məhkəmənin hökmü ilə həbs qərarı verilib

    Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən FETÖ terror təşkilatına qarşı irimiqyaslı əməliyyat keçirilib. Median.Az “Son Dakika”-ya istinadən xəbər verir ki, hərbçilərə qarşı əməliyyat bu gün Bakı vaxt ilə 05:00-da başlayıb.

    Əməliyyat İstanbul Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərarı əsasında keçirilib. Ümumilikdə 300 hərbçi saxlanılıb. Onlardan 211-i yüksək vəzifəli zabitdir. Saxlanılan 300 hərbçidən 150-si haqqında məhkəmənin hökmü ilə həbs qərarı verilib.