Category: Dünya

  • Londonda partlayış: Yaralılar var – VİDEO

    Londonun şimalındakı Stemford Hill rayonunda partlayış baş verib. Hadisə zamanı azı 30 nəfər xəsarət alıb.

    Median.Az “Dailyexpress” nəşrinə istinadla xəbər verir ki, partlayış insan kütləsinin arasında baş verib.

    İnsanlar yəhudi bayramı olan “Laq Boamer”i qeyd etmək üçün ocaq qalayıblar.

    Partlayışın smartfonun zərərlərinə diqqət çəkmək üçün insanların mobil telefonlarını ocağa atması səbəbindən baş verdiyi bildirilib.

  • Uşağı çantaya qoyub zibilliyə atdılar – Fotolar

    İstanbulun Esenler bölgəsində kommunal işçilər yeni doğulmuş uşaq tapıblar.

    “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, zibilliyə atılan körpə çantada olub. Ağlama səsi eşidən zibildaşıyanlar gördükləri mənzərədən dəhşətə düşüblər. Çantada qız uşağını görən işçilər dərhal polisə xəbər veriblər. Hadisə yerinə polis və tibb işçiləri yollanıb. Hazırda uşağı zibilliyə kimin atması araşdırılır.



  • İran 11 sentyabr qurbanlarının yaxınlarına milyardlar verəcək

    ABŞ məhkəməsi İranın 11 sentyabr terror aktının qurbanlarının yaxınlarına milyardlarla dollar kompensasiya verilməsi ilə bağlı qərar qəbul edib.

    Bununla bağlı The Hill nəşri məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

    Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, qərara əsasən, İran İslam Respublikası İslam Keşikçiləri Korpusu (SEPAH) və İran Mərkəzi Bankı 1008 nəfərin ölümündə təqsirli bilinib.

    Bununla əlaqədar İran həlak olanların yaxınlarına kompensasiya ödəməlidir:

    Kompensasiyanın həcmi qohumluq dərəcəsindən asılıdır: ölənlərin həyat yoldaşlarının hər birinə 12,5 milyon dollar, valideynlərinə və övladlarının hər birinə 8,5 milyon dollar, bacı və qardaşlarının hər birinə 4,25 milyon dollar ödənilməlidir.

    11 sentyabr terror aktlarının araşdırılması üçün xüsusi komissiya hadisədə İranın iştirakının sübuta yetirilmədiyini açıqlayıb. Buna baxmayaraq, Nyu York məhkəməsi qərar qəbul edib ki, Tehran guya “Əl-Qaidə” terror qruplaşmasına maddi yardım göstərib.

  • Xidmətçi pəncərə silərkən yıxıldı, kişi saçından tutub saxladı – VİDEO

    Xadimə işləyən qadın ehtiyatsızlıq üzündən 3-cü mərtəbədən yerə yıxlıb.

    Eyvandan yıxılan qadını kişi saçlarından tutaraq saxlasa da, əlləri yağlı olduğuna görə xadimənin saçı əllərinin arasından sürüşərək çıxıb və qadın yerə çaxılıb.

    Hadisə Sinqapurun Tampines vilayətində baş verib. Yerə çaxılan qadın başından ciddi zədə alıb.

    Onun vəziyyəti barədə məlumat verilmir.

    Median.Az milli.az-a istinadən hadisə anının görüntülərini təqdim edir:

  • Gürcüstanda ictimai yerlərdə siqaret çəkmək qadağan edilib

    Gürcüstanda mayın 1-dən bar, restoran, mehmanxana və digər bütün ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanuna düzəlişlər qüvvəyə minir.

    Median.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə deputat Akaki Zoidze deyib.

    “Düzəlişlər mayın birindən qüvvəyə minir. Biz cüzi narahatçılıq hesabına insanların həyat və sağlamlığını qoruyacağıq. Sabahdan ümid edirik ki, bu insanları, o cümlədən uşaqları xilas edəcəyik”, – deyə Zoidze bildirib.

    Qanunu pozan mülki şəxslər 40 dollar, müəssisələr 200 dollar, təkrar qanun pozuntusuna görə isə fərdi şəxslər 200 dollar, obyektlər isə 400 dollar cərimə olunacaqlar.

  • 7 jurnalist və operator faciəvi şəkildə öldü – VİDEO

    Əfqanıstanın paytaxtı Kabildə baş verən iki partlayış nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb.

    Median.Az “Ria Novosti” yə istinadən xəbər verir ki, partlayış zamanı 7 jurnalist və operator, o cümlədən “France-Presse” agentliyinin fotomüxbiri Şa Marain, Əfqanıstanın “1TV” telekanalının 2 əməkdaşı həlak olub.

    Terror aktları nəticəsində 50-ə yaxın insan yaralanıb. Partlayışların məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb.

  • Erməni qızı Azərbaycan bayrağının fonunda mahnı oxudu – VİDEO

    Ukraynanın “Səs” yarışmasının iştirakçısı Srbui Sarqsyan müsabiqənin finalı üçün siyasiləşdirilmiş çıxış hazırlayıb. Ancaq erməni ifaçının prodüserinin ideyası onları pis vəziyyətdə qoyub.

    Sarqsyan “Rag’n’Bone” qrupunun “Human” hitini ifa edib.

    Çıxış zamanı müğənninin arxa fonunda müxtəlif ölkələrin daxili siyasi həyatındakı kadrlar nümayiş olunub. Kadrlar arasında Ukraynadakı “Maydan”dan, Ermənistandakı Məxməri İnqilabdan görüntülər yerləşdirilib.

    Ancaq çıxışın sonuna yaxın erməni ifaçı Azərbaycan bayrağı fonunda ifasını bitirib. Həmçinin, sonda kadrlarda Azərbaycan bayrağının rənglərinin əks olunduğu #human həştəqi də görünür.

    Srbuinin komandası bu məsələdə təşkilatçıları ittiham ediblər.

    Qısa müddət sonra video “Youtube”dan silinib.

    Srbui Sarqsyanın çıxışını əks etdirən görüntüləri təqdim edirik:
    /oxu.az

  • Paşinyan Azərbaycanı təhdid etdi

    Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Azərbaycanı konstruktiv yola qayıtmağa məcbur etmək lazımdır.

    Median.Az-ın “Sputnik Azərbaycan”a istinadən məlumatına görə, o, bu barədə parlamentdə jurnalistlərə açıqlamasında bəyan edib.

    “Azərbaycan qeyri-konstruktiv və təcavüz siyasəti yeridir. Bizim əsas hədəfimiz ordunu gücləndirmək və döyüş hazırlığını artıqmaqdır”, – deyə o bildirib

    Paşinyanın sözlərinə görə, Ermənistanın təhlükəsizliyi əsas məsələdir:

    “Hamıya aydındır ki, son hadisələr ordu və xalqın döyüş ruhunu artırdı. Biz Qarabağı dəstəkləyirik və əgər mən baş nazir seçilsəm, ilk olaraq operativ vəziyyətlə tanış olacam”.

  • İŞİD terrorçusu əsgərə hücum etdi – VİDEO

    Dərbənddə İŞİD terror təşkilatının döyüşçüsü bıçaqla xüsusi təyinatlı əsgərlərin olduğu avtomobilə hücum edib. 

    Dərbənddə İŞİD-ə qarşı keçirilən əməliyyatın görüntüləri yayımlanıb. 

    Terrorçulardan biri bıçaqla UAZ markalı avtomobilin üzərinə atılıb, digəri isə sığınacaqda məhv edilib. 

  • Şimali və Cənubi Koreya daha bir məsələdə ortaq məxrəcə gəldi

    Koreya Xalq Demorkatik Respublikası Cənubi Koreya ilə vaxt fərqini aradan qaldıracaq. Bununla bağlı qərar ölkənin Ali Xalq Məclisinin Rəyasət Heyəti tərəfindən qəbul edilib.

    Median.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, saatların 30 dəqiqə irəli çəkilməsi mayın 5-nə planlaşdırılıb.

    Ölkələr arasında vaxt fərqi 2015-ci il avqustun 15-də KXDR-in Koreyanın azad olunması ildönümü ilə əlaqədar qəbul etdiyi qərardan sonra yaranıb.

    Koreya liderləri Kim Çen In və Mun Çje İn aprelin 27-də ölkələr arasındakı demilitarizasiya zonasında görüşüb. Ölkə liderləri birgə bəyannamə imzalayıblar və Koreya yarımadasının denuklearizasiyasına doğru hərəkət etmək barədə razılığa gəliblər.