Category: Dünya

  • ABŞ-dan Gülən açıqlaması: “Qaytaracağıq, amma…”

    ABŞ Ədliyyə Nazirliyi FETÖ terror təşkilatının lideri Fətullah Gülən barədə açıqlama verib.

    Median.Az bildirir ki, bu barədə məlumatı Rusiyanın “TASS” agentliyi yayıb. ABŞ Ədliyyə Nazirliyinin mətbuat katibi Nikola Navas Oksman Gülənin Türkiyəyə qaytarılması barədə danışıb:

    “O, Türkiyəyə qaytarılacaq, amma əvvəlcə bu məsələ ilə əlaqədar Türkiyə hökumətinin təqdim edəcəyi bütün materialları nəzərdən keçirməliyik. Gülənin qaytarılması məsələsində qərar həqiqətlərə və ABŞ-ın müvafiq qanunlarına uyğun veriləcək”.

    Qeyd edək ki, FETÖ terror təşkilatının başçısı Fətullah Gülən Türkiyədə qanuni hökumətə qarşı çevrilişə cəhd və Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsində təqsirkar bilinib və haqqında həbs qərarı verilib.

  • Sosial şəbəkələrdə məxfiliyi qorumağın 5 yolu

    Ötən günlər ərzində Facebookda Cambridge Analytica şirkətilə bağlı qalmaqal şəxsi məlumatların toplanılması və icazəsiz istifadəsi ətrafında qızğın müzakirələrə təkan verib.

    Məlumata görə, Cambridge Analytica şirkəti ABŞ seçicilərini ünvanlı siyasi reklamla hədəfləməyə imkan verən sistemin yaradılması üçün 50 milyonadək Facebook istifadəçisinin şəxsi məlumatından istifadə edib.

    Google və Facebook-un şəxsi məlumatlar topladığı yəqin ki, sirr deyil. Lakin onların istifadəsinin miqyası naməlum qalır.

    Biz onlayn məlumatın nəzərdən keçirilməsi və istifadə olunmamış şəxsi informasiyanın silinməsi barədə Berlində mənzillənən Tactical Tech rəqəmsəl təhlükəsizlik şirkətilə söhbət etdik.

    1. Facebook profilinizi təmizləyin

    Facebook, fotolar, göndərdiyiniz və aldığınız messajlar da daxil bütün məlumatlarınıza giriş verir.

    Nüsxənizi almaq üçün: General Account Settings-ə gedib “Download a copy of your Facebook data” klikləyin və məlumatlar sizə göndəriləcək.

    Orada ikən “Apps”-lara nəzər salıb haqqınızda məlumat saxlayanları silin.

    Bundan əlavə, bəyənmədiyiniz bütün şəkillərdən öz adınızı “un-tag” edə bilərsiniz.

    Profil səhifənizdə View Activity Log-a daxil olub həmin şəkil və postları görə və silmək istədiklərinizi seçə bilərsiniz.


    2. Yaxşı Google, haqqımda nə qədər bilirsən?

    Çox güman ki, gün ərzində Google-un ən az bir məhsulundan yararlanırsınız.

    Və bu şirkət sizi hər kəsdən daha yaxşı tanıyır.

    Hesabınıza daxil olun, loqonuza klikləyin və Privacy checkup (Məxfilik Müayinəsi) səhifəsində məlumlatlarınıza nəzər salın.

    Üçüncü etap – Personalise your Google experience (Google təcrübənizi Özəlləşdirin) idarəni sizə həvalə edir. Bu sizə gələcəkdə paylaşılan məlumatlarınızı məhdudlaşdırmaq imkanı verir.

    Tətbiqetmə proqramlarının idarə gücünü də limitləmək mümkündür.

    Google-da olan məlumatlarınızı görmək üçün bu linki izləyin: google.com/takeout

    3.Gəlin, məkan məlumatından danışaq

    Əgər smartfonunuz varsa, kimliyiniz, yaşadığınız yer və hara getdiyiniz barədə məlumatları üçüncü tərəf proqramlara ötürmək şansı yüksəkdir.

    Məkan tarixinizə bu cür baxa bilərsiniz:

    Android: Google > Maps menu > Your timeline. Ətraflı məlumat üçün fərdi maddələri seçin.
    iPhone: Settings > Privacy > Location Services > aşağı fırladıb System Services seçin > aşağı fırladıb Frequent/Significant Locations seçin. Ətraflı məlumat üçün fərdi maddələri seçin.
    Telefonunuz və ya kompüter ekranı üçün bu səhifəyə baxın: https://www.google.com/maps/timeline?pbb

    Bu və ya digər üçüncü tərəf applikasiyaların sizi izləməsini istəmirsinizsə:

    Android: Settings > Apps > App permissions > Location
    iPhone: Settings > Privacy > Location Services > mövqe girişini applikasiyalara uyğun kökləyin

    4. Gizli axtarış sistemindən istifadə etməyə çalışın

    İnternet üzərindən bazarlıq etdiyiniz səhifə və hər gördüyünüz səhifədəki məhsulları xatırlayırsınızmı?

    Bunlar üçüncü tərəf şirkətlərin sahibi olduğu izləyiciləridir.

    Onlar səhnə arxasında oturub, genişmiqyaslı məlumat toplamaqla məşğuldurlar. Buraya bizim axtarışlarımız, daxil olduğumuz səhifələr və IP ünvanımız (həm də mövqe məlumatını verir) da daxildir.

    Təəssüf ki, heç bir axtarış sistemində cari olaraq gizlilik qorunmur. Yəni, bir çoxu cookie-lər və axtarış tarixini, internet məlumatları və digər məlumatları saxlayır və paylaşır.

    Lakin Google, Firefox və Safari-nin özəl və ya ‘incognito’ (gizli) axtarış rejimi seçimi var ki, axtarış sistemini bağladıqdan sonra, axtarış tarixi, cookie-lər, müvəqqəti fayllar və sairi avtomatik olaraq silinir.

    Özünüz də yoxlaya bilərsiniz:

    Axtarış sisteminizi açın (Firefox, Chrome, Chromium və ya Safari) və Menu > New Private/Incognito Window (axtarış sistemindən asılı olaraq) seçin
    Gizli Axtarışı Firefox və ya Safari-də qoşmaq üçün:

    Firefox: Menu > Preferences > Privacy > History: Firefox Will: Use custom settings for history seçin > Always use the private browsing mode tıklayın.
    Safari: Safari-nin yuxarı barında > Preferences > General > Safari opens with: A new private window seçin.
    5. Özünüzə sual edin: Bu qədər applikasiya sizə həqiqətən lazımdırmı?

    Telefonunuzdakı tətbiqetmə proqramlarının sayını bilirsinizmi? Ürəyinizdə təxmini bir rəqəm tutun sonra telefonunuzu əlinizə alıb sayın. Gözlədiyinizdən çox çıxdımı? Hansıları silmək barədə qərar vermək çətin ola bilər, amma bu sualları oxumaq bəlkə də dadınıza çatar:

    – Ona həqiqətən ehtiyacınız varmı?
    – Axırıncı dəfə nə vaxt istifadə etmisiniz?
    – Haqqınızda hansı məlumatı toplaya bilər?
    – Proqramı idarə edənlər kimdir?
    – Onlara etibar edirsinizmi?
    – Onların gizlilik siyasətindən xəbərdarsınızmı?
    – Bu qədər məlumat ötürməyin müqabilində nə qazanırsınız?
    – Ola bilsin ki, indi bəzilərini silməyə əliniz gələr.

    Mənbə: BBC

  • Parisdə dövlət islahatları iğtişaşlara yol açdı – VİDEO

    Fransanın paytaxtında dəmiryolçuların etiraz aksiyası kütləvi iğtişaşlara çevrilib.

    Median.Az xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat yayılıb.

    Əsasən gənclərdən ibarət üzü maskalı etirazçılar yürüş etdikləri küçədə mağazaların və ofislərin şüşələrini qırıb, zibil yeşiklərini boşaldaraq küçənin ortasında tonqallar qalayıb.

    Təhlükəsizlik qüvvələrinin hadisə yerinə gəlməsindən sonra etirazçılar polis əməkdaşlarının üzərinə şüşə qablar və alışqan materiallar atıb.

    Fəallar Fransanın milli dəmiryolları şirkəti ilə bağlı nəzərdə planlaşdırılan islahatlara etiraz edir. Dəmiryolu islahatlarnda sektora yeni rəqib şirkətlərin daxil edilməsi və dəmiryolçuların bir sıra dövlət lüqotlarından məhrum edilməsi nəzərdə tutulur.

    Ümunilikdə prezident Emanuel Makronun əmək istlahatlarına qarşı kütləvi aksiyaya bələdiyyə işçiləri və tələbələr də qoşulub.

    Həmkarlar ittifaqının elan etdiyi üç aylıq tətilin, Fransada dəmiryolu nəqliyyatını iflic edəcəyi gözlənilir.

  • Türkiyədə gəmi batdı: 79 tələbə…

    Türkiyənin Muğla əyalətində gəmi batıb.


    Median.Az xəbər verir ki, Türkiyənin Hərbi-Dəniz Qüvvələri batan gəmidəki insanları xilas edib. Muğlanın Fəthiyə rayonunda dənizdə batan “Mermaid” adlı gəzinti gəmisindəki insanlar üzərək özlərini yaxınlıqdakı qayalara çatdıra biliblər. Göyərtədə 71 tələbə və 8 heyət üzvü olub.

    Türkiyənin Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sahil mühafizəçiləri onların köməyinə çatıblar. Xilasetmə işlərinə 5 gəmi, bir təyyarə və bir helikopter cəlb olunub.

  • İrəvanda kafedə partlayış — 9 nəfər xəsarət alıb + FOTO

    İrəvanda partlayış baş verib.

    Median.Az Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Şimal prospektindəki “Burger King” kafesində baş verib.

    Partlayış nəticəsində 9 nəfər xəsarət alıb. Aralarında xarici vətəndaşların da olduğu yaralılar “Surb Qriqor Lusavoriç” Tibb Mərkəzinə çatdırılıb.

    Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

    Baş vermiş hadisəyə səbəb kimi qaz balonunun partlaması göstərilir.

  • Rusiyada yaşayış binasında DƏHŞƏTLİ YANĞIN – FOTO

    Rusiyanın Soçi şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

    Median.Az
    vesti.ru-ya istinadən xəbər verir ki, yanğın təxminən 500 kv metr ərazini əhatə edib. Hazırda sakinlər binadan təxliyə olunur. Yanğını söndürmək üçün 4 yanğınsöndürən maşın əraziyə gəlib. Güclü külək yanğının söndürülməsinə mane olur.

    Yeni tikili olan “Panorama Soçi” yaşayış binası 2016-cı ildə istifadəyə verilib.

  • İsrail 16 min afrikalı miqrantı Avropaya göndərir

    İsrail və BMT arasında əldə edilən razılığa əsasən, minlərlə miqrantın yeni ünvanı müəyyənləşdirilib.

    Median.Az xəbər verir ki, razılaşmaya əsasən, 16 min 250 afrikalı miqrant öz ölkələri əvəzinə Qərb ölkələrinə deportasiya ediləcək.

    Tel-Əviv müqavilə ilə miqrantları Ruanda və Uqandaya göndərmə planını ləğv etdi.

  • Tramp Putinə Ağ Evdə görüş təklif etdi

    ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Putinlə telefon danışığında Ağ Evdə görüş təklif edib.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya dövlət başçısının köməkçisi Yuriy Uşakov verib.

    “Düşünürəm ki, hər şey normal olsa, amerikalılar təkliflərindən imtina etməyəcəklər və sammitin keçirilməsinin müzakirəsi imkanı yaranacaq. Bizim prezidentlər telefonla danışanda, Tramp Ağ Evdə ikitərəfli, yüksək səviyyədə görüş keçirməyi təklif edib”, – deyə Uşakov bildirib.
    Qeyd edək ki, tərəflərin telefon danışığı 20 mart tarixində olub. Putin və Tramp Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. Bundan başqa amerikalı lider Putini 18 martda keçirilən prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

  • Sergey Lavrov: “Qərb ölkələri uşaq oyunu oynayırlar”

    Rusiya və İngiltərə arasında başlayan və qısa müddətə böyüyən casus böhranından sonra rəsmi Moskva açıqlama verib.

    Median.Az xəbər verir ki, 20-dən çox ölkənin rus diplomatları ölkədən qovmasından sonra Sergey Lavrov açıqlama verib.

    Rusiyanın XİN rəhbəri bildirib ki, Skripalın zəhərlənməsinə görə başlayan böhranın haraya qədər davam edəcəyi Rusiyaya bağlı deyil.
    Lavrov qeyd edib ki, hətta Soyuq Savaş illərində də bəzi qaydalar var idi. Amma İngiltərə ilə ABŞ bütün qaydaları gözardı ediblər və uşaq oyunu oynayırlar.

    Qeyd edək ki, Rusiya Skripalın zəhərlənməsinə görə, bütün ittihamları rədd edir.

  • Ərdoğan bu hərəkəti ilə Qərbə MEYDAN OXUDU – Yunanlar ŞOKDA – VİDEO

    İstanbulda Aya Sofya məscidində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi tədbirdə Quran-i Kərimin oxunması Yunanıstanda sərt reaksiya doğurub.

    Median.Az xəbər verir ki, yunan KİV-ləri bunun qəbuledilməz olduğunu bildiriblər.

    Əsas hədəfi Ərdoğan olan qəzetlər “Xristianlıq üçün ən böyük meydan oxuma: Ərdoğan Aya Sofyada 4 barmağı ilə salamladı”, “Ərdoğan Qərbə Aya Sofya ilə hücum etdi” və “Ərdoğandan inanılmaz meydan oxuma: müsəlmanları Aya Sofyadan salamladı” kimi başlıqlardan istifadə ediblər.


    Qeyd edək ki, XV əsrdə Osmanlı imperiyası dönəmində Aya Sofya kilsəsi məscidə çevrilib. Lakin 1935-ci ildə Atatürk məbədin türklər və xarici turistlər tərəfindən rahat ziyarət edilməsi məqsədilə kilsənin muzey kimi fəaliyyət göstərməsi barədə fərman imzalayıb. Aya Sofya YUNESKO-un Ümumdünya mirasının siyahısına daxil edilib. Son illər isə orada Quran-i Kərimin oxunması Yunanıstanın sərt reaksiyasını doğurub. Afina Aya Sofyanın məscid kimi istifadəsinin yolverilməz olduğunu bildirir.