Category: Dünya

  • “WhatsApp”dan yenilik – Dostlarınızın yazışmasını görə bilərsiz

    “WhatsApp” istifadə edən “iOS” mobil əməliyyat sistemli smartfonlarda kontaktların aktivliyini görə biləcəyiniz xüsusi mobil proqram istifadəyə verilib.

    Median.Az xəbər verir ki, Çatvoç (“Chatwatch”) adlanan mobil proqram “WhatsApp” mesencerində kontaktların aktivliyini izləmənizə şərait yaradacaq. Belə ki, proqramın köməyilə dostlarınızın mesencerdən nə qədər aralıqda istifadə etməsi, eləcə də hansı müddət aralığında aktiv olduqları haqqında məlumat ala biləcəksiz.

    Bundan başqa, istifadəçilər 2 və daha çox kontakların onlayn vaxtını müqayisə edə, onların bir-biri ilə ünsiyyətdə olub-olmadığını müəyyənləşdirə biləcək. Sözügedən proqram, həmçinin istifadəçinin mobil proqramda keçirdiyi vaxtı və bir gün ərzində messencerdən istifadə tezliyini göstərir.

    İstifadəyə verilən proqram tamamilə qanunidir. İstifadəçilərin hüquqları qorunur. Bu mobil proqram Vatsap mesencerində ayarlardan deaktiv etdiyiniz “Son görünmə” (“Last Seen”) funksiyasında belə işləyir.

    Sözügedən mobil proqram isə ödənişlidir: proqramçılar 1 həftə ərzində 2 kontaktı izləmək üçün 1,99 dollar məbləğində ödəniş tələb edirlər. Eyni zamanda Vatsap mesencerinin rəhbərliyi istədiyi zaman Çatvoç (“Chatwatch”) proqramının şirkətin məlumatlarına girişinə qadağa qoya bilər.

  • Rusiyada azərbaycanlını öldürüb yandırdılar

    Rusiyanın Yujno-Saxalinsk şəhərinin Novoaleksadrovsk qəsəbəsində 55 yaşlı Azərbaycan vətəndaşının mənzildə yanmış meyiti tapılıb.

    Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, meyit yerli məhkəmə-tibbi ekspertizadan keçiriləndən sonra məlum olub ki, həmin şəxs yanğın nəticəsində dünyasını dəyişməyib, qətlə yetirilib.

    Hadisə yerinə gələn İstintaq Komitəsinin əməkdaşları qatillərin izinə düşə biliblər.

    İlkin araşdırmadan sonra məlum olub ki, hadisəni 42 yaşlı Azərbaycan vətəndaşı və onun 35 yaşlı sevgilisi törədib. Cütlük Yujno-Saxalinski tərk etmək istəyərkən polis tərəfindən saxlanılıb

  • Əfqanıstanda bazarda partlayış – Ölən və yaralananlar var

    Əfqanıstanın Calelabad şəhərində bazarda partlayış olub.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı bir nəfərin öldüyü bildirilir. Daha 3 nəfər yaralanıb.

    Şahidlərin sözlərinə görə, partlayıcı qurğu bazar ərazisindəki tibb məntəqəsində işə düşüb.

    İnsidentin təfərrüatları araşdırılır. Hələlik məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

  • ABŞ bayrağı Peterburqdakı konsulluqdan endirilib

    ABŞ-ın dövlət bayrağı Amerikanın Peterburqdakı Konsulluğundan endirilib.

    Median.Az RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə şənbə günü Moskva vaxtı ilə saat 19.25-də baş verib.

    Diplomatik Missiyanın iki əməkdaşı eyvana çıxaraq bayrağı çıxarıb.

    Belə ki, ABŞ hökuməti 48 Rusiya diplomatının və BMT-də 12 əməkdaşın çıxarılmasını bəyan ediblər. Həmçinin Amerika İngiltəyərə “Skripal işi”ndə həmrəyliklərini bildirmək üçün Rusiyanın Sietldakı Baş Konsulluğunu da bağlayacağını bəyan edib.

  • Bir bilet aldı — Yarım milyard uddu

    ABŞ-ın “Mega Millions” lotereyasında növbəti cekpot qalibi müəyyənləşib.

    Median.Az xəbər verir ki, bu barədə loteyera administrasiyası məlumat yayıb. Məlumata görə, uduşa Nyu-Cersidə satılmış bilet düşüb. Naməlum qalib yarım milyard dollardan çox olan cekpotun, yəni 521 milyon ABŞ dollarının sahibi olub.

  • İdlib bombalandı: ölənlər var

    Suriyanın İdlib şəhərində təhlükəsizlik bölgələrinə aviazərbələr endirilib.

    Median.Az xəbər verir ki, hücum nəticəsində 14 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.

    İdlibin Mülki Müdafiə müdiri Mustafa Həc Yusif ölənlərin mülki vətəndaş olduğunu deyib. O, ərazidə axtarış-xilasetmə tədbirləri aparıldığını söyləyib.

    Suriyalı müxaliflər isə Rusiya hərbi təyyarələrinin İdlib şəhərində müxtəlif bölgələrə havadan zərbələr endirdiyini açıqlayıb.

    Qeyd edək ki, son 3 həftə ərzində İdlib və Həma şəhərlərinə edilən hücumlar nəticəsində 112 mülki vətəndaş həlak olub, 110 nəfər yaralanıb.

  • Hazırda mağarada sıxışdırılıblar, döyüş gedir – Ərdoğan

    “Zeytun budağı” əməliyyatı zamanı 3 min 821 terrorçu məhv edilib.

    Median.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP konqresində deyib. O bildirib ki, terrorçularla mübarizə davam edir:

    “Bəzi qardaşlarımız şəhid oldular. Əsgərimiz terrorçuları qovmağa başlayıb və 5 terrorçunu məhv edib. Hazırda 4 nəfəri də bir mağarada sıxışdırıblar. Mağara çox dərindir və döyüş davam edir. Artıq nə edirlər etsinlər, qaçacaqlarsa, qovacağız. Qaçdısa, buraxdı yoxdur. Sonuna qədər”.

    Qeyd edək ki, Türkiyənin Siirt şəhərinin Eruh mahalında PKK-nın Ormanardı hərbi bazası hücumu nəticəsində 5 hərbçi şəhid olub, 7-si isə yaralanmışdı.

    Ardınca ordunun qətiyyətli əməliyyatı nəticəsində 5 terrorçu zərərsizləşdirilmişdi.

  • Şərqi Quta tamamilə terrorçulardan təmizləndi

    Suriyanın Şərqi Quta bölgəsindəki bütün şəhər və yaşayış məntəqələri terrorçulardan təmizlənib.

    Median.Az xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələri məlumat yayıb.

    “Dost və müttəfiq qüvvələrlə əməkdaşlıq nəticəsində silahlı qüvvələrimiz qarşıdurmalardan sonra Şərqi Qutadakı bütün şəhər və yaşayış məntəqələrini nəzarət altına alıb”, – SQQ-dan məlumat verilib.

    Qeyd edək ki, Suriyanın paytaxtından şərqdə yerləşən Şərqi Quta uzun müddətdir terrorçuların nəzarəti altında idi.

  • İrandan Ər-Riyada cavab: Həyasız və mənasız

    Müharibəni arzu edən bu şəxs ya müharibənin nə olduğunu bilmir, ya tarixi öyrənməyib, ya da müdrik insanlarla məsləhətləşməyib.

    Median.Az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın sözlərini şərh edən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib. O, vəliəhdin bu çıxışını həyasız və mənasız adlandırıb.

    Qeyd edək ki, Məhəmməd bin Salman “Vol Strit Jurnal” qəzetinə açıqlamasında Tehranın qarşısı alınmasa, Ərəbistanın İranla 10-15 il sonra müharibəyə başlayacağını bildirib.

  • Feysbuk idarəçilərinin gizli yazışması ORTAYA ÇIXDI – ŞOK GERÇƏK

    Son günlər istifadəçilər və reklamverənlər arasında etibarını itirən feysbuk sosial şəbəkəsi daha bir qalmaqal ilə yenidən gündəmdədir.

    Median.Az xəbər verir ki, bu dəfə şirkət idarəçiləri arasında gizli yazışmalar ortaya çıxıb. Həmin yazışmalarda “böyümək uğrunda hər şey etmək olar” kimi ifadələr yer alıb.

    2016-cı ildə daxili yazışmada idarəçilərdən Andrey Boşors deyib ki, təhlükələr və ya terror aktlarının nəticəsi insanların ölümü olsa belə, böyümək vacibdir.

    Bu daxili yazışmalar açıqlanandan sonra şirkətin sahibi Mark Zerkerberq açıqlama verərək, A.Boşorsun fikirlərinin şirkətin fəlsəfəsini əks etdirmədiyini bildirib.

    Ancaq bu məlumat şirkətin son zamanlar yaşadığı skandalları belə kölgədə qoyub.

    2016-cı ildə şirkət daxilindəki yazışmanın mətni belədir:

    – Daha çox insanın bir-biri ilə əlaqə qurmağına çalışırıq.

    – Mənfi istiqamətdə istifadə etsələr pis ola bilər. Bəlkə, insanları internet zorbalarının hədəfinə gətirməklə birinin həyatını itirməsinə səbəb oluruq. Bəlkə də, bizim vasitəmizlə əlaqələndirilmiş terror aktında biri ölə bilər.

    – İnsanları bir-biri ilə əlaqələndirməyimiz çox yaxşıdır. Bəlkə də, bizim üçün rəqəmlərin doğru danışdığı tək yerdir.

    – Buna görə də böyümək üçün hər şey etmək olar. Yeni münasibətlərin qurulması, insanların bu üsulla dost tapacaqlarına inandırmaq üçün şirin dil, bir sözlə, daha çox insanı cəlb etmək üçün bütün üsullardan istifadə etmək olar. Burada pis heç nə yoxdur.

    Bu yazışmalar yayılandan sonra A.Borşors tviter hesabında əslində orada yazılan fikirlərlə tam razı olmadığını deyib. Ancaq əməkdaşları arasında təxribatçı müzakirə açmaq məqsədilə yazdığını bildirib.

    “Belə çətin mövzularda müzakirə aparmaq bizim işimizin bir parçasıdır. Bunu normal etməyimiz üçün pis fikirləri də yazışmaya daxil etməliyik.

    Zukerberq isə bildirib ki, A.Borşors qıcıqlandırıcı fikirlər deyən bacarıqlı liderdir.

    “Mən də daxil olmaqla feysbukdakı bir çox insan qüvvətə qarşıdır. Məqəsədə çatmaq üçün hər yoldan istifadə etməyin mümkün olduğuna heç zaman inanmadıq”.