Category: Dünya

  • Universitetdə 4 akademiki öldürən şəxsin kimliyi məlum oldu – Bu da FOTOsu

    Türkiyədə Eskişehir Osmanqazi Universitetinə silahlı hücum edən şəxsin kimliyi açıqlanıb.

    Median.Az haberler-ə istinadən xəbər verir ki, Eskişehir Valisi Özdemir Çakacak Universitetə hücum edib, 4 akademiki qətlə yetirən şəxsin adının Volkan Bayar olduğunu bildirib.

    Hələlik qətlin səbəbi məlum deyil. Özdemir Çakacak “Səbəbləri ilə bağlı dəqiq araşdırma aparıldıqdan sonra geniş məlumat veriləcək” deyib.

    Qeyd edək ki, Volkan Bayar Eskişehir Osmanqazi Universiteti (ESOGÜ) Təhsil Fakültəsində araşdırma müəllimidir.
    Bu da qatilin fotosu:

  • Pentaqon Trampın “Suriyadan geri çəkiləcəyik” sözlərini təkzib etdi

    ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Dana Uayt ABŞ prezidenti Donald Trampın ABŞ qüvvələrinin Suriyadan çıxarılması ilə bağlı iddialarını “dedi-qodu” adlandırıb.

    Median.Az xəbər verir ki, Uayt, bu açıqlamanı ABŞ Baş Qərargahının sözçüsü Kennet Makkeniz ilə təşkil etdiyi həftəlik mətbuat konfransında verib.

    “Geri çəkilmə haqqında insanların dedi-qodularını eşitdim. Prezidentin “tezliklə” dediyini bilirəm. Çünki İŞİD-i məğlub etməkdə çox uğur qazandıq. Lakin İŞİD hələ də “yaşayır” və məqsədimiz onları tamailə məhv etməkdir. Həmişə dediyimiz kimi Suriyadakı vəzifəmiz İŞİD-i məğlub etməkdir. Bu, demək olar ki, bitmək üzrədir, amma tamamilə yox edilməyib”, – deyə, Dana Uayt sözlərinə əlavə edib.

  • ABŞ-ın Suriya torpaqlarında dövlət yaratmaq planı var — Sergey Lavrov

    “Rəsmi Vaşinqton humanitar yardımları yalnız Suriya torpaqlarında qismən müstəqil dövlət yaratmaq planlarını həyata keçirdiyi müxaliflərin olduğu bölgəyə edir”.

    Median.Az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə görüşündən sonra təşkil edilən mətbuat konfransında deyib.

    O bildirib ki, Suriya məsələsində ABŞ-ın mövqeyinin BMT Təhlükəsizlik Komitəsində səs çoxluğu ilə qəbul edilən qərarların həyata keçirilməsini çətinləşdirir.

    Lavrov, Vanq Yiyə Rusiya, İran və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutan Suriya sammitinin nəticələri haqqında ətraflı məlumat verdiyini bildirib.

  • Kataloniyanın eks-lideri Puçdemon azadlığa buraxılıb

    Almaniyanın Şlezviq şəhər məhkəməsi Kataloniyanın sabiq lideri Karles Puçdemonu azadlığa buraxıb.

    Median.Az xəbər verir ki, Puçdemon 75 min avro girov məbləğində azadlığa buraxılıb.

    Siyasətçi ekstradisiya ilə bağlı məsələyə baxıldığı müddət ərzində azadlıqda olacaq.

    Qeyd edək ki, Puçdemon, Finlandiyada iştirak etdiyi bir tədbirdən sonra quru yolu ilə Belçikaya qayıdarkən Danimarka-Almaniya sərhədində həbs olunmuşdu.

  • “Facebook Messenger”də yazışmalar izlənilir

    “Facebook Messenger”də istifadəçilərin paylaşdığı linklər və şəkillər yoxlanılır. Eyni zamanda moderatora şikayət daxil olduqdan sonra yazışma təhlil olunur və şirkətin qaydalarını pozan istifadəçinin hesabı ən yaxşı halda bloklanır, ən pis halda isə ümumiyyətlə bağlanır.

    Median.Az “Bloomerg”ə istinadən xəbər verir ki, şirkət rəhbərliyi belə bir praktikanın mövcud olduğunu təsdiqləyib.

    Sosial şəbəkənin təsisçisi bu yaxınlarda verdiyi müsahibələrin birində, “Messenger”də Myanmada müsəlmanlara qarşı etnik təmizləmə ilə əlaqədar “sensasiyalı məlumatların” ötürüldüyünü faktının aşkarlandığını bildirib. Onun sözlərinə görə “Facebook” sistemi bu məlumatları bloklayıb.

    Zukerberqin bu bəyanatı bir sıra istifadəçilərin narahatçılığına səbəb olub. Onlar sosial şəbəkənin yazışmaları nə dərəcədə təfsilatlı şəkildə təhlil etdiyi sualını verib.

    Şirkət rəhbərliyi bildirib ki, burada söhbət məlumatları skan edən alqoritmdən gedir. Eyni alətdən sosial şəbəkədə postların kontentinin “Facebook” qaydalarına uyğunluq baxımından avtomatik yoxlanılmasında istifadə olunur.

    “Məsələn, siz “Messenger”lə şəkil göndərdikdə, bizim sistem avtomatik onu skan edir və alqoritm deyək ki, uşaqların cinsi istismarı ilə bağlı bazada olan şəkillərlə uyğunluğun olub olmadığını yoxlayır. Siz linklər göndərdikdə, biz həmin saytlarda virusun olub-olmadığını yoxlayırıq” deyə “Facebook” rəhbərliyinin nümayəndəsi bildirib.

  • Gürcüstanda matəm elan olundu

    Gürcüstanda sabah matəm elan olunub.

    Median.Az xəbər verir ki, bu barədə qərar bu gün səhər saatlarında Tkibulidə kömür mədənində baş vermiş qəza ilə bağlı qəbul edilib.

    Qeyd edək ki, qəza nəticəsində 6 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal qiymətləndirilir.

    Qəza ilə bağlı araşdırma başlayıb.

  • Türkiyədə universitetə silahlı hücum – 4 nəfər öldürüldü (VİDEO)

    Türkiyənin Eskişehir Osmangazi Universitetinə silahlı hücum olub.

    Baku.ws-in məlumatına görə, silahlı hücumu nəticəsində 4 təhsil işçisi öldürülüb.

    İlkin məlumata görə, cinayət törədən şəxsi polis saxlayıb.

    4 universitet əməkdaşını öldürən şəxsin FETÖ-dən ixrac edildiyi məlum olub.

  • Rusiyada tacik və koreyalı miqrantlar dalaşıb – VİDEO

    Rusiyanın Krasnodar vilayətində xarici miqrantlar arasında kütləvi dava qeydə alınıb. FaktXəbər-in “Rossiya 24” kanalına istinadən verdiyi məlumata görə, Tacikistan və Şimali Koreyadan olan miqrantlar əlbəyaxa davaya çıxıblar.

    Tərəflər armatur parçaları, daşlar və dəyənəklərdən istifadə edərək bir-birilərinə xəsarət yetiriblər. Hadisə zamanı hər iki tərəfdən 49 nəfər polis bölməsinə aparılıb.

  • İnternet istifadəçilərindən anaya şok çağırış: “XƏSTƏ UŞAĞINI ÖLDÜR” — Qadın hərəkat başlatdı, qalib gəldi

    Fiziki məhdudiyyətli şəxslərin haqlarının müdafiəçisi olan Natali Uiver adlı qadının 9 yaşlı qızı Sofiya nadir xəstəlikdən əziyyət çəkir. O, doğulduğu gündən bu yana bir çox əməliyyat keçirib. Danışa bilməyən, göz təması və çıxardığı səslərlə ailəsi ilə ünsiyyət quran Sofiya çox çətin həyat yaşasa da, güclü və xoşbəxt bir qadındır.

    Median.Az xəbər verir ki, Sofiya üzü, əlləri və ayaqlarında deformasiyalarla doğulub. 1 yaşında isə uşağa Rett sindromu diaqnozu qoyulub. O, ömrünü ailəsinə möhtac şəkildə yaşamalıdır.

    Lakin o, xoşbəxt olmasına rəğmən internet istifadəçiləri Sofiyaya həqarət edir və uşağın ölməli olduqlarını yazır.

    Anası Natali isə bu internet istifadəçilərinə qarşı hərəkat başladıb. O, CNN-ə verdiyi müsahibəsində uşağının bu günə kimi 22 əməliyyat keçirdiyini, aparatlara bağlı şəkildə yaşadığını deyib. Ana bütün bunlara baxmayaraq qızının mükəmməl olduğunu, amma internetdə bəzi istifadəçilərin ağıza alınmayacaq dərəcədə pis sözlər işlətdiyini də vurğulayıb.

    İnternetdə qızına və uşağına qarşı təhqirlərə alışmış Natali “İnsanlar incitmək üçün əllərindən gələni edir. Məndən uşağımı öldürməyimi və onu belə yaşayışdan xilas etməyimi istəyirlər” deyib.

    Lakin onu ən çox qəzəbləndirən şey abortun yaxşı bir şey olduğunu ifadə edən tvit olub. Qadın qızı ilə birlikdə fotosunu paylaşaraq və medianın gücündən istifadə edərək hərəkat başladıb. O, insanlardan təhqir dolu tviti şikayət etmələrini istəyib.

    Bütün bunlardan sonra tvitterin məsul şəxsləri Natalidən üzr istəyib və şikayət edilən tvit silinib. Tviti atan hesab isə tamamilə bağlanıb.

    Tvitter artıq fiziki məhdudiyyətli şəxslərə qarşı təhdid və nifrət dolu fikirlərin də qadağalar arasına salındığını açıqlayıb.

  • Timoşenko ilə bağlı araşdırma başladı — Qəddafidən 4 milyon avro alıb

    Ukraynanın Milli Antikorrupsiya İdarəsi “Batkivşina” partiyasının sədri Yuliya Timoşenkonun Liviyanın eks lideri Müəmmar Qəddafidən pul alması ilə bağlı iddiaları araşdırır.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət 4 milyon avroluq rüşvətdən gedir.

    Bu barədə deputat Vladimir Aryev məlumat verib. O, sözügedən idarənin artıq araşdırmaya başladığını bildirib.
    Xatırladaq ki, bundan əvvəl ərəb KİV-i Qəddafinin dünyada siyasətçilərin şirkətlərini maliyyələşdirdiyi ilə bağlı məlumat dərc etmişdi.

    Məlumatda bildirilir ki, Fransanın eks-prezidenti Nikolya Sarkozi ondan 50 milyon avroya yaxın, amerikalı siyasətçilər 5 milyon, Timoşenko isə 4 milyon avro pul alıb.