Category: Dünya

  • Nasim Ağdam “YouTube”un ofisini niyə atəşə tutub? — RƏSMİ AÇIQLAMA

    “YouTube”un ofisinin Cənubi Azərbaycandan olan qadın tərəfindən atəşə tutulmasının səbəbləri ilə bağlı rəsmi açıqlama verilib.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, San-Bruno şəhərinin polis rəisi Ed Barberi Nasim Ağdamın şirkətin apardığı siyasətdən narazı olduğunu deyib. O bildirib ki, hazırki mərhələdə istintaq N. Ağdamın törətdiyi cinayətin motivlərinin məhz bunlar olduğunu hesab edir.

    Xatırladaq ki, ötən gün San-Bruno şəhərində, “YouTube” şirkətinin mənzil-qərargahında silahlı insident baş verib. Bir müddət sonra atəşi açan 39 yaşlı Nasim Ağdam ölü tapılıb. Onun intihar etdiyi ehtimal olunur. Hadisə nəticəsində 4 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

  • Putin: “Rusiya, Türkiyə və İrandan başqa Suriyaya heç kim kömək etmir”

    “Rusiya, Türkiyə və İran Suriyada terrorçuluqla mübarizədə səylərin əlaqələndirilməsi barədə razılıq əldə edib”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ankarada Suriya üzrə sammitin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

    V.Putin bildirib ki, tərəflər terrorçuluğa qarşı mübarizədə məlumat mübadiləsini və terrorçuluqla mübarizənin bütün aspektlərində üçtərəfli koordinasiyanı təşkil edəcək.

    Rusiya prezidenti vurğulayıb ki, Suriyaya bu üç ölkədən başqa heç kim kömək etmir.

    V.Putin əlavə edib ki, Rusiya terrorçuların Suriyada kimyəvi silahdan istifadə etməklə təxribat cəhdləri barədə təkzibolunmaz dəlillər əldə edib.

  • Ər-arvadın bir-birinin telefonuna baxması qadağan olundu – Səudiyyə Ərəbistanında

    Şahzadə Məhəmməd ibn Salmanın vəliəhd elan edilməsindən bu yana Səudiyyə Ərəbistanında cəmiyyət həyatı ilə aparılan islahatlar davam etdirilir.

    Median.Az qaynarinfo -ya istinadən xəbər verir ki, bu dəfə məişət həyatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. Dəyişikliyə əsasən ər və arvadın icazə almadan bir-birlərinin mobil telefonuna baxmaları qadağan edilib.

    Bu məsələ ilə bağlı şikayət olduğu təqdirdə qanunu pozan şəxs həbs cəzası belə ala bilər.

  • Özbəkistanın Ədliyyə Naziri: “Sevgililər parklarda öpüşə bilərlər”

    Özbəkistanın ədliyyə naziri ictimai yerlərdə sevgililərin qucaqlaşaraq öpüşməsində bir qəbahət görmür.

    Median.Az xəbər verir ki, bunu insan hüquqları idarəsinin rəisi Şahnoz Yakubcanova məktubunda qeyd edib.

    Özbəkistan televiziyalarında gənclərin parklarda və ictimai yerlərdə qucaqlaşması, öpüşməsi tənqid edilmişdi. Amma nazirliyin əməkdaşı qeyd edib ki, onların bu hərəkəti qanunvericiliyə zidd deyil. Yakubcanovanın sözlərinə əsasən, Özbəkistan konstitusiyasında da bu qeyd edilib. Belə hallar şəxsi həyata qarışmaq sayılır (söhbət televiziyadakı verilişdən gedir).

  • Tramp: “Axmaqlarımız mübarizədə illər əvvəl məğlub olub”

    ABŞ prezidenti Donald Tramp beynəlxalq ticarətdə Çindən geridə olmalarının günahını keçmiş dövlət rəhbərlərində axtarır.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Çin mallarına 25 faiz əlavə gömrük vergisi təyin edib. Bu qərar isə iki super güc arasında gərginliyə səbəb olub. Tramp “twitter” hesabında məsələ ilə bağlı açıqlama verərək, keçmiş liderlərin səhvini təkrarlamayacağını bildirib:

    “Çinlə ticarət müharibəsində deyilik. ABŞ-ı təmsil edən axmaqlar illər əvvəl bu mübarizədə məğlub olublar. İndi onlardan ildə 300 milyard dollar geridə qalırıq. Bu vəziyyətin davam etməsinə icazə verə bilmərəm”.

  • Çin ABŞ mallarına əlavə vergi tətbiq etdi

    ABŞ-ın Çin mallarına əlavə vergi tətbiq etməsinə rəsmi Pekinin cavabı gecikmədi.

    Median.Az xəbər verir ki, Çin anoloji addım ataraq, Amerika istehsalı avtomobil və neft-kimya məhsullarına 25% vergi tətbiq edib.

    Çinin Dövlət Şurası 14 kateqoriyada, 106 məhsulun siyahısını dərc edib.

    “Çinin Dövlət Şurası ABŞ-dan gətirilən 14 kateqoriyada 106 məhsula 25% vergi tətbiq edilməsi barədə qərar qəbul edib. Bu məhsullar arasında soya, avtomobil və kimya sənayesi məhsulları var”, – deyə Şuranın məlumatında bildirilib.

    Qeyd edək ki, ABŞ-ın siyahısında Çindən gətirilən 1.300 mala vergi tətbiq edilir.

  • Moskvada ticarət mərkəzində yanğın – VİDEO

    Rusiyada ticarət mərkəzində yeni yanğın baş verib.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskvanın şərqində “Персей для детей” ticarət mərkəzində yanğın olub.

    Bir nəfər yanğının qurbanı olub.

    Yanğına ikinci (yüksək – red.) mürəkkəblik dərəcəsi verilib. Zərərçəkənlər var, ziyarətçiləri xilasedici pilləkənlərlə təxliyyə edirlər.

    Dördmərtəbəli ticarət mərkəzi Malaya Semenovskaya küçəsi, ev 28 ünvanında yerləşir. 2009-cu ildən fəaliyyət göstərir. Ərazisi altı min kvadrat metr təşkil edir.

    Hadisə Kemerova faciəsinin istintaqının fonunda baş verib.

  • Ankarada üçtərəfli görüş başladı

    Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriyadakı vəziyyətə dair üçtərəfli görüş başlayıb.

    Median.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, görüşdə Suriyanın Şərqi Quta və İdlibdəki humanitar böhran, eyni zamanda, bu ölkədə vəziyyətin normallaşması və yol xəritəsi müzakirə olunur.

    Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Tel-Rıfat və Menbiçdə hərbi əməliyyat keçirməyə hazırlaşması barədə Vladimir Putin və Həsən Ruhanini məlumatlandıracaq.

    Görüş başa çatdıqdan sonra tərəflər mətbuata bəyanatlarla çıxış edəcəklər.

  • ABŞ-Rusiya böhranında buzlar əriyir?

    ABŞ və Rusiyanın qarşılıqlı şəkildə ölkədən çıxardıqları diplomatlarının yerinə yenilərini göndərə biləcəkləri açıqlanıb.

    Median.Az-ın məlumatına görə, ABŞ-ın CNN televiziya kanalı adını açıqlamadığı Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşına istinadən məlumat yayıb ki, ölkədən çıxarılan diplomatların yerinə ABŞ və Rusiya bir-birlərinə yeni diplomatlar göndərə bilər.

    Nazirlik işçisi qeyd edib ki, Rusiya ABŞ-dan diplomat sayını azalatmağı tələb etməyib.

    “Bu isə ABŞ-ın Rusiyaya yeni diplomatlar göndərə biləcəyi mənasını verir”, – deyə adı açıqlanmayan yüksək vəzifəli şəxs deyib.

  • Prokuror efirdə soyundu – VİDEO

    Kiyevdə prokuror Oleq Bilous töhmət alıb.

    Median.Az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun əyləncəli verilişlərin birində çılpaq görüntülənməsi olub. Belə ki, Bilous və onun arvadı Diana əyləncəli yarışmaya qatılıblar.

    Verilişin formatına əsasən, yarışmaçılar müxtəlif sınaqlardan keçməli olurlar. Sınaqlardan birində prokuror və partnyoru soyunmalı olublar. Kiyev prokurorluğundan bildirilib ki, Bilousun hərəkətləri və danışıqları senzuradan kənar olub.

    “Prokuror bilməliydi ki, onu hakimlər və kolleqaları tanıya bilər. O, bütün bunları bilərəkdən edib. Bilous öz nüfuzuna və prokurorluğun simasına xələl gətirəcək hər hansı bir hərəkətdən qaçmalı idi” – deyə, prokurorluğun intizam komissiyasından bildirilib.