Category: Dünya

  • Restoran və kafelərdə qidalanmağın təhlükəsi açıqlandı

    Restoran və kaferlərdə tez-tez yemək yeyən insanlar daha çox kimyəvi maddələrin təsirinə məruz qalır.

    Median.Az
    xəbər verir ki, belə bir nəticəyə ABŞ-ın Corc Vaşinqton universitetinin alimləri gəlib.

    Araşdırmanın nəticələri “Environment International” jurnalında dərc olunub.

    Tədqiqat qrupunun üzvü Ama Zotanın sözlərinə görə, evdə bişməyən qidanın tərkibində daha çox ftalatlar olur.

    Ftalat tipli sintetik polimerlərdən müxtəlif qab-qacaqlar, oyuncaqlar, tibb avadanlıqlarının (qanın köçürülmə sistemi) hazırlanmasında plastifikator kimi, həmçinin lak, parfyumeriya, həşəratlara qarşı repellentlər istehsalında istifadə edilir.

    Adı çəkilən kimyəvi maddələr duz və ftalat turşusunun efirlərindən ibarət olub, insan orqanizmində hormonların fəaliyyətində pozuntular yaradır və müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb olur.

    Zota və həmkarları araşdırma zamanı Əhalinin sağlamlığının və qidalanmasının milli araşdırma mərkəzinin (ABŞ) 2005-2014-cü illər ərzində topladığı materiallardan istifadə edib. Sorğuda 10 mindən çox insana son günlər ərzində harada, nə yedikləri sualı verilib. Respondentlərin 60 faizindən çoxu evdə yemədiklərini bildirib.

    Bundan sonra mütəxəssislər insanların qəbul etdiyi qidalarla, orqanizmdə olan ftalat miqdarını müqayisə edib. Müəyyən edilib ki, evdə qidalanan insanlarla müqayisədə tez-tez kafe və restoranlarda yemək yeyən insanların orqanizmində ftalat miqdarı 35 faiz çox olub.

    “Hamilə qadınlar, uşaqlar və yeniyetmələr hormonların fəaliyyətini pozan kimyəvi maddələrin toksik təsirlərinə daha həssasdır. Ona görə onların təsirini məhdudlaşdırmağın yolunu tapmaq lazımdır” deyə tədqiqat qrupunun rəhbəri bildirib.

    Ftalatlar restoran və kafelərdə geniş istifadə olunan əşyaların o cümlədən, əlcəklərin, yemək konteynerlərinin, müxtəlif mətbəx texnikasının tərkibində olur.

  • ABŞ viza qaydalarını dəyişdirir

    ABŞ xarici işlər nazirliyi viza almaq istəyənlər üçün yeni qaydalar müəyyənləşdirib.

    Median.Az xəbər verir ki, ABŞ tərəfi təhlükəsizlik incələmələrini genişlətmək məqsədi ilə viza üçün müraciət edənlərin sosial şəbəkə məlumatları, köhnə elektron poçt ünvanlarını və telefon nömrələrini tələb edəcək.

    Müraciət edənlər siyahıda adı qeyd edilən sosial şəbəkə platformalarında son beş il ərzində açdıqları səhifələrin adlarını qeyd etməli olacaqlar.

    Bundan başqa son 5 il ərzində istifadə edilən elektron ünvan və telefon nömrələri də tələb ediləcək. Bundan başqa müraciət anketində tələb ediləcək digər bir məlumat da ailə üzvlərindən kiminsə adının hansısa bir terror hadisəsinə qarışıb-qarışmadığı olacaq.

    Əgər nazirliyin təklifi qəbul edilsə, hər il ABŞ vizası üçün müraciət edən 15 milyon insan bu məlumatları da vermək məcburiyyətində qalacaq.

  • Bakı sakinləri 3 milyard manata yaxın bazarlıq edib

    2018-ci ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz artaraq 6,3 milyard manat təşkil edib.

    Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 85,5 faizi mədənçıxarma, 12,1 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

    Sənayedə qeyri-dövlət sektorunun payı 84,2 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,0 faiz, xidmətlərin göstərilməsi isə 13,0 faiz təşkil edib. İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2018-ci il vəziyyətinə 326,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 26,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

    2018-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,1 faiz artaraq 2858,7 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 1332,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 1526,6 milyon manata bərabər olub.//Ölkə.az

  • İsrail-Qəzza sərhədində gərginlik — Ölənlər var

    Minlərlə fələstinli İsrail işğalına qarşı müqavimətin simvoluna çevrilən “Torpaq Günü”nün 42-ci ilində aksiya üçün hərəkət keçib.

    Median.Az xəbər verir ki, İsrail tərəfi bu aksiyaya gözyaşardıcı qaz və güllələrlə müdaxilə edib. İlkin məlumatlara görə, 3 nəfər həlak olub, 300 nəfər xəsarət alıb.

    Aksiyadan bir neçə saat əvvəl isə, İsrail tankının atəşi nəticəsində bir fermer həlak olub. Ölən şəxs 27 yaşlı Amr Samurdur.

  • Ərdoğan Fransaya səsləndi: “Sən kimsən ki?”

    Türkiyə prezidenti Ərdoğan Fransanın “Suriya Demokratik Qüvvələri” ilə vasitəçilik etmə təklifinə sərt reaksiya verib.

    Median.Az xəbər verir ki, Ərdoğandan başqa xarici işlər naziri Mevlud Çavuşoğlu da Fransaya qarşı sərt açıqlama verib.

    Ərdoğan deyib: “Fransa həddini və boyunu aşan açıqlama verib. Siz kimsiniz ki? Fransanın hərəkətinə üzülürəm. Ötən həftə Makronla danışdım, gördüm qəribə şeylər danışır. Amma cavabını verdim. Bizi terrorçularla əsla qəbul edə bilməyəcəyimiz bir yerə oturtmaq heç kəsin həddi deyil”.

  • Rusiyadan Avropaya əks həmlə

    Rusiya Xarici İşlər Nazirliyi bir neçə ölkənin diplomatlarının ölkədən çıxarılması barədə qərar verib.

    Median.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, adıçəkilən ölkə dörd polşalı diplomatın aprelin 7-nə kimi ölkədən çıxarılmasını tələb edib.

    Bununla yanaşı, iki italiyalı və bir finlandiyalı diplomatın da ölkədən çıxarılması barədə qərar qəbul olunub.

    Qeyd edək ki, martın 4-də Rusiya Baş Təhqiqat İdarəsinin keçmiş casusu Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Slosberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin zəhərləndiyini bildirib.

    Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən çıxarılıb.

  • BMT-dən kritik xəbərdarlıq — “Soyuq müharibə dövrünə qədəm qoyuruq”

    BMT Baş katibi Antonio Quterreş “Casus böhranı” ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
    Median.Az xəbər verir ki, Quterreş, casus böhranı ilə əlaqədar Rusiyanın 60 ABŞ diplomatını ərazisindən çıxarması qərarı ilə daha da gərginləşən iki ölkə münasibətləri haqqında danışıb.

    “Həddindən artıq narahatam. Soyuq müharibə dövrünə bənzər bir vəziyyətə doğru gedirik”, – deyə Antonio Quterreş vurğulayıb.
    Baş katib Soyuq Müharibə dövründə iki supergücün mübarizəsinə şahid olunduğunu, indi isə 1-dən çox müstəqil aktyor olduğuna diqqəti çəkib.

  • Əbu-Dabidə hava ilə doldurulan akvapark açılıb — FOTO

    Aqua Fun adlanan akvapark bundan əvvəl Dubayda açılmışdı.

    Median.Az xəbər verir ki, insanlara saatda 1000 kalori atmaq imkanı verən attraksionlar, körpülər, pillələr və s. ilə dolu olan maneələr parkuru sahildəki St. Regis və Hilton Internation otellərinin arasında yerləşir.

    Parkda eyni vaxtda 250 ziyarətçiyə hava ilə doldurulan jilet verilir. Bundan başqa ərazidə xilasedicilər də var. Giriş bileti isə 27 dollardır.

  • Qapıları bağlayıb 41 uşağı diri-diri “yandıran” şəxsin kimliyi bilindi

    Kemerovoda həyatını itirənlərin yaxınları kinoteatrda qapıları kimin bağladığını öyrəniblər
    Rəsmi məlumatlara görə, 67 nəfərin həyatını itirdiyi Kemerovo şəhərindəki “Zimnyaya vişnya” (“Qış albalısı”) ticarət mərkəzində yanğın baş verdiyi zaman içərdə uşaqların cizgi filmi seyr etdiyi kinoteatrın qapısını tamaşaçılardan biri bağlayıb ki, xilasedicilər gələnə qədər orada qalsınlar.

    Bu barədə yanğında bütün ailə üzvlərini itirmiş Kemerovo sakinlərindən İqor Vostrikov bildirib. Ticarət Mərkəzində quraşdırılmış kameraların videoyazılarını seyr edəndən sonra İnternetdə videomesaj paylaşan İ.Vostrikov əvvəlcə kinoteatrın bütün qapılarının açıq olduğunu iddia edib: “Zalın qapılarının yaxınlığındakı videomüşahidə kameralarının yazısından görünür ki, qapılar bağlı deyildi. Bütün insanlar qaçdı… Yalnız bizimkilər qaldı, çünki orada uşaq cizgi filmi göstərirdilər. Uşaqlar ləngiyirdilər, onlar çıxışa çatanda isə dəhlizi ətrafı tamamilə görünməz edən qatı tüstü bürümüşdü”.


    Onun iddiasına görə, qapıları örtmək, aralarını bağlamaq və xilasediciləri gözləmək haqqında qərarı tamaşaçılardan biri qəbul edib. Təəssüf ki, qapını bağlamaq qərarı qəbul edərək onlarla uşağın ölümünə səbəb olan həmin kişinin özü yanğından xilas olub.

    Bəzi sosial şəbəkələrdə guya şəhər rəhbərliyinü müdafiə etməkdə günahlandırılan İ.Vostrikov bunu təkzib edərək deyib ki, xilasedicilər vaxtında gəlmədiyi üçün uşaqlar kinoteatrda yanıblar: “Şəhər rəhbərliyini, yanğınsöndürənləri günahlandırıram. Mənə məlum olan odur ki, binanın damını 1 saat yarımdan sonra söndürməyə başlayıblar. Yanğınsöndürənlər hadisə yerinə 40 dəqiqədən sonra gəliblər. Helikopterlə xilasedici heyəti tətbiq edilməyib. Bu yanğının söndürülməsi zamanı qərarları kim qəbul edib?..”


    Xatırladaq ki, ticarət mərkəzinin direktoru Nadejda Suddenok da daha əvvəl kinoteatrın qapısını bağlamaq barədə göstəriş vermədiyini söyləyib.

    Qeyd edək ki, Kemerovo şəhərindəki ticarət mərkəzində yanğın baş verəndə kinoteatrda cizgi filmi seyr edən 41 uşağın faciəli şəkildə öldüyü bildirilir. Bu faciəyə gərə Rusiya prezidenti V.Putin ölkədə matəm elan edib.

  • Həbsxanada güclü yanğın – 68 ölü

    Venesuelada həbsxanada güclü yanğın baş verib.

    Median.Az xəbər verir ki, hadisə Karabobo ştatında qeydə alınıb. Yanğın nəticəsində azı 68 nəfərin həlak olduğu bildirilir. Bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.

    İlkin məlumata görə, yanğın məhbuslar arasındakı kütləvi etiraz aksiyası zamanı baş verib.