Category: Dünya

  • 42 ərini öldürmüş manyak qadın – ŞOK FAKTLAR

    Seksual manyak dedikdə ilk öncə gözümüzün önünə məşhur Çikotilo və yaxud İçalattökən Çek kimi ad çıxarmış məhşur qatillər gəlir.

    Cəmiyyətdə belə fikir formalaşıb ki, silsilə qətllər törədən qatillərin hamısı kişilərdir və onlar bu cinayətləri seksual motivlərlə törədiblər.
    Lakin bu, belə deyil. Manyaklar arasında qadınlar da var. Törətdikləri dəhşətli cinayətlərə görə onlardan bəziləri heç də kişilərdən geri qalmır.
    Belə qadınlardan biri də Bella Seronson Ginnesdir. Sfera.az bu gün onun haqda danışacaq.
     
    İlk qurbanı

    Bellanın harada doğulması tarixçilərin mübahisə mövzusudur. Çoxları iddia edir ki, o, 1859-cu il noyabrın 11-də Norveçdə, Syor-Tyondelaq quberniyasında anadan olub.

    Ailədə səkkiz uşaqdan ən kiçiyi olub. Atası bənna idi. Ailə Tronxeym şəhərindən bir qədər aralıda, fermada yaşayırdı.
    Deyilənə görə, gənc yaşlarında Bella sevgilisindən hamilə qalır. Lakin günlərin bir günü evə qayıdarkən sərxoş kənd zadəganı ona hücum edir, təpiklə qarnına vurur, qadını döyür. Nəticədə Bellanın hamiləliyi pozulur.
     
    Məhz bundan sonra gənc qızın davranışlarında dəyişikliklər başlayır. O, fermalarda çalışaraq, Amerikaya getmək üçün pul toplayır.
    Tezliklə, Bellaya əl qaldıran zadəgan müəmmalı şəraitdə həlak olur.

    Bella isə, nəhayət, pul toplayaraq, 1881-ci ildə Amerikaya köçür və burada xadimə işləməyə başlayır.
     
    Sığorta pulu
     
    1884-cü ildə Bella çikaqolu Medsa Sorenson adlı şəxsə ərə gedir. Medsanın şirniyyat dükanı vardı. Az-çox gəlir də gətirirdi. Lakin az keçmiş dükan yanır. Aldıqları sığorta ilə ər-arvad yeni ev alıb ora köçürlər.

    Medsa və Bellanın üç qız uşaqları doğulur. Bir neçə ildən sonra hər üç qızcığaz müəmmalı şəraitdə dünyasını dəyişir. Uşaqların ölümü heç kimdə şübhə doğurmur. Qonşuların ağlına da gəlmir ki, ana öz balalarına qıya bilər. Ancaq fakt faktlığında qalır – Bella qızlarının həyatını sığortalamışdı. Onların ölümündən sonra qadın iri məbləğdə sığorta aldı.

    Tezliklə Bellanın əri də dünyasını dəyişdi. Guya o, dərman içərkən həbləri səhv salmış, nəticədə güclü zəhərlənmişdi. Bella ərinin də həyatını sığortalamışdı. Həyat yoldaşının ölümünə görə aldığı sığorta pulları ilə Bella Ginnes yeni ferma aldı.
    Ərinin qohumları şübhələnmişdilər. Onlar Bellanın hər hərəkətini izləyirdilər.
     
    Başı kəsilmiş qatil
     
    Bellanın isə heç nə vecinə deyildi. Özünə yeni-yeni sevgililər tapırdı. Hamı bilirdi ki, o duldur, buna görə də tanış olmaq istəyən kişilərin sayı çox idi. Ancaq onların ağlına da gəlmirdi ki, bu xoş görünüşlü qadın əslində soyuqqanlı qatildir.

    Yatağına saldığı kişilər tezliklə ona evlilik təklifi edirdilər. Bella imtina etmirdi. Ərə gedirdi, hər bir ərinin də həyatını sığortalayırdı. Bir qədər sonra isə həyat yoldaşları müəmmalı şəraitdə dünyalarını dəyişirdilər.

    Ümumilikdə, Bella Ginnes 42 ərini “o dünyaya” göndərdi və sığorta pullarından yarım milyon dollar qazandı. O zaman üçün bu, fantastik məbləğ idi.
    Polis Belladan şübhələnmişdi. Ancaq onun cinayətlərini sübuta yetirmək çətin idi.

    Öldürülənlərin qohumları isə polisi gözləmək fikrində deyildilər. İntiqam almaq istəyənlərə cinayətin məhz Bellanın törətdiyini sübut etmək üçün fakt-dəlil lazım deyildi.

    Günlərin bir günü Bella Ginnes yoxa çıxdı. Kimsə Belanın başını kəsib, sonra meyitini yandırmışdı. Onun qatili tapılmadı.

  • Polis “iPhone”lərin kilidini ölülərin barmaq izləri ilə açır – İNANILMAZ

    Telefonların kilidini açmaq üçün ölü insanların barmaq izlərinin son illərdə geniş şəkildə istifadə edildiyi qeyd olunur

    “Forbes” jurnalında yayımlanan bir məqalədə yazılana görə, ABŞ-da polislər ağıllı telefonların kilidini açmaq üçün ölü insanların barmaq izlərindən istifadə edirmişlər. Sputnik Azərbaycan tamindir.com-a istinadən xəbər verir ki, adsız mənbələrə əsaslandırılan məqalədə, telefonların kilidini açmaq üçün ölü insanların barmaq izlərinin son illərdə geniş şəkildə istifadə edildiyi qeyd olunur.

    “Forbes”dəki məqalədə iddia edilir ki, ABŞ polisi həddindən artıq dozada narkotik qəbul edərək həyatını itirmiş bir qurbanın narkotik maddəni haradan və kimdənaldığını tapmaq üçün barmaq izindən istifadə edərək telefonunun kilidini açıb. Federal Təhqiqatlar Bürosunun (FBI) bu üsulu ən çox “iPhone”lərdə istifadə etdiyinə diqqət çəkən məqalə, “Apple” ilə FTB arasında yaşanan soyuq müharibəni xatırladır.

    FTB 2016-ci ildə San Bernardinoda hücum edərək 14 nəfəri öldürən Rizvan Farukun “iPhone”unu aça bilmək üçün “Apple”dən xüsusi bir proqram yaratmasını istəmişdi. FTB tərəfindən gələn bu tələbi rədd edən şirkət, istifadəçilərin telefonunu açmaq üçün şifrə sistemini təsirsiz hala gətirməyin təhlükəli bir presedent yaradacağını müdafiə etmişdi.

    “Apple”ın icraçı direktoru Tim Kuk FBI-yın yaxşı niyyətli olduğunu bildiklərini, ancaq hökumətin “iPhone”lərdə “arxa qapı” yaratmaq fikri ilə qətiyyən razılaşmadıqlarını bildirmişdi.

  • Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 4 nəfər ölüb, 37 nəfər yaralanıb

    Türkiyənin Aksaray bölgəsində sərnişin avtobusu qəza törədib.
     
    APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbuldan Adıyamana gəzintiyə gedənləri daşıyan avtobus aşıb.
     
    Avtobusun aşması nəticəsində sərnişinlərdən 4-ü ölüb, 37-si isə yaralanıb.
     
    Sürücünün yuxulu olduğu iddia edilir.

  • Novosibirskdə azərbaycanlı gənc iş adamı evində ölü tapılıb

    Rusiyanın Novosibirsk şəhərində azərbaycanlı iş adamı yaşadığı evdə ölü vəziyyətində tapılıb.

    “Report”un Rusiya bürosu xəbər verir ki, əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1982-ci il təvəllüdlü İsmayılov Qorxmaz Hüseyn oğlunun meyitini martın 22-I səhər tezdən qonşuları onun evində aşkarlayıb.

    Meyit üzərində heç bir zorakılıq halı aşkarlanmasa da, Q.İsmayılovun yaxınları onun sağlamlığı ilə bağlı heç bir probleminin olmadığını bildirib.

    Azərbaycanlı iş adamı Novosibirskdə mebel sexlərinin sahibi olub.

  • Gəncədə “700 min ağac əkək” kampaniyası davam edir

    Gəncə şəhərində”700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

    YAP Gəncə şəhər təşkilatından “Report”a verilən məlumata görə, aksiyada Azərbaycan Respublikası Milli Məclisinin deputatları Naqif Həmzəyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının idarə heyəti, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, ziyalılar və partiya fəalları yaxından iştirak ediblər.

    YAP fəalları bayram əhval-ruhiyyəsi ilə davam edən aksiya çərçivəsində Heydər Əliyev Park Kompleksinin ərazisində 2500 ədəd şişburun xurma ağacı əkiblər. Partiya fəalları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

    Keçirilən ağacəkmə aksiyası ilə bağlı fikirlərini bölüşən YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev “700 min ağac əkək” kampaniyasının aprel ayının sonuna qədər davam edəcəyini, Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini qeyd edib.

  • Jirinovski Azərbaycanın Rusiyaya birləşdirilməsi planlarından danışdı

    Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski bəyan edib ki, 2036-cı ildə siyasətdən gedəcək. Lakin buna qədər o, Azərbaycan və Tacikistanı Rusiyaya birləşdirəcək.

    Oxu.az-ın Rusiya qəzetinə istinadən xəbərinə görə, belə bir bəyanat Vladimir Jirinpvskinin vida nitqində yer alıb.

    Jirinovski öz nitqini onun siyasətdən getməsini arzulayan jurnalistlərə həsr edib.

    Siyasətçi bildirib ki, gələcəkdə Rusiyanın Ali hökmdarı vəzifəsini tutacaq və 2036-cı ildə siyasətdən gedəcək.

    Jirinovskinin fikrincə gələcəkdə Azərbaycan və Tacikistan Rusiyanın tərkibinə daxil olacaq.

  • Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlanıb, Putin 76,69% səs topladı

    Rusiyada keçirilən prezident seçkilərində 76,69% səs toplayan ölkənin hazırki rəhbəri Vladimir Putin yenidən prezident seçilib.

    İkinci yerdə RFKP-nın namizədi Pavel Qrudindir (1,77%).

    “Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə MSK-nın qərar layihəsində deyilir. Qərar layihəsi komissiyanın cümə günü keçiriləcək iclasında qəbul ediləcək.

    Üçüncü yerdə 5,65% səs toplayan Vladimir Jirinovskidir (RLDP). “Vətəndaş Təşəbbüsü” partiyasının namizədi Kseniya Sobçak seçicilərin 1,68% səsini toplayıb.

  • Rusiyanın ən müasir silahlarının videoçarxı təqdim olundu

    RT telekanalı Rusiya prezidenti Vladimir Putinin martın 1-də Federal toplantıda etdiyi çıxış zamanı barəsində danışdığı ən müasir Rusiya silahlarının videoçarxını hazırlayıb.

    Qısa animasiyada “Sarmat” tipli raket kompleksi, “Poseydon” sualtı pilotsuz qayıqları, “Kinjal” aviasiya raket kompleksi  və “Persvet” döyüş lazer kompleksi barədə məlumat verilir.

  • Avstraliyada 150 delfin özünü sahilə atıb – VİDEO

    Avstraliyanın qərb sahilində 150 qara delfin özünü sahilə atıb.

    Trend-in məlumatına görə, hazırda onların bəzilərinin dənizə qaytarılması üçün işlər davam edir.

    Qeyd olunur ki, delfinlərdən yalnız 15-i sağ qalıb. Çimərlik zonası bağlanıb, sakinlərə dənizə girməmək tövsiyə olunub.

    Mütəxəssislər delfin cəsədlərinin köpək balıqlarını cəlb edəcəyindən ehtiyat edir.

  • İnsan alverinə qarşı mübarizə üzrə illik hesabat MM-də müzakirəyə çıxarılacaq

    Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun hesabatı Milli Məclisə daxil olub.
     
    APA-nın məlumatına görə, hesabat parlamentin aprelin 3-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
     
    Hesabatı iclasda daxili işlər nazirinin müavini, milli koordinator, general-leytenant Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.