Category: Dünya

  • Rusiya ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu bağlayır

    Rusiya ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu bağlayır.

    Median.Az “Report”a istinadən bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

    Məlumatda qeyd edilir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

    Nazir vurğulayıb ki, ABŞ-ın Rusiyadakı səfiri Hanstman Rusiya Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib və XİN başçısının müavini Sergey Ryabkov səfirə bu barədə məlumat verib. S.Lavrov bu addımın ABŞ-ın rus diplomatlarını öz ərazisindən çıxarmasına cavab olduğunu qeyd edib.

    Xatırladaq ki, ABŞ “Skripal işi”nə görə onlarla rus diplomatını ərazisindən çıxarıb.

  • Texasda atışma olub, ölən və yaralananlar var

    ABŞ-da atışma olub.

    Median.Az “Report”a istinadən bildirir ki, bu barədə “NBC” telekanalı yerli polisə istinadən xəbər yayıb.

    Xəbərdə bildirilir ki, hadisə Texas ştatında, Plano şəhərində baş verib. Belə ki, naməlum şəxs ətrafdakılara atəş açıb. Nəticədə azı bir nəfər ölüb, daha üç nəfər yaralanıb.

    Cinayətkar hadisə yerindən qaçaraq gizlənib. Polis onun axtarışlarına başlayıb. Yaralananların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Hadisənin təfərrüatları açıqlanmır.

  • Daha bir dahi Kalaşnikov öldü

    Atıcı silahların görkəmli banisi, “Kalaşnikov” avtomatının yaradıcısı Mixail Kalaşnikovun oğlu, sovet və Rusiyanın silah ustası Viktor Kalaşnikov vəfat edib

    Atıcı silah növlərinin görkəmli ixtiraçısı, “Kalaşnikov” avtomatının yaradıcısı Mixail Kalaşnikovun oğlu, sovet və Rusiyanın silah ustası Viktor Kalaşnikov vəfat edib.

    Median.az-ın məlumatına görə, bu barədə M.T.Kalaşnikov adına İjevsk dövlət texniki universitetinin mətbuat xidməti məlumat yayıb.

    Viktor Kalaşnikov martın 27-də, 75 yaşında vəfat edib.

    “Kalaşnikov” konserni konstruktorun öldüyü barədə faktı təsdiqləyib və bildirib ki, onunla vida mərasimi martın 30-da İjevskdə keçiriləcək.

    Viktor Kalaşnikov 16 iyul 1942-ci ildə anadan olub. 1966-cı ildə İjevsk Mexaniki İnstitutunu bitirib. Bundan sonra İjevsk maşınqayırma zavodunun yeni məmulatların təkmilləşdirilməsi bürosunun baş konstruktoru işləyib.

    O, Kalaşnikov avtomatının daha da təkmilləşdirilməsi üçün çoxsaylı tədqiqatlar aparıb və onun üçün bir neçə detal hazırlayıb. O, özünü yükləyən ovçuluq karabini və kombinə edilmiş gücə malik Kalaşnikov pulemyotunun təkmilləşdirilməsində iştirak edib, “Medved-3” karabini üçün baraban kilidi yaradıb.

    Onun rəhbərliyi altında, “Abakan” üzərində iş çərçivəsində, “Bizon-2” və “Vityaz-SN” tapança-pulemyotu yaradılıb.

    Viktor Kalaşnikov Rusiyanın əməkdar konstruktoru, fəxri silah ustası və silah sənayesinin fəxri işçisi adlarına layiq görülüb. “Şərəf nişanı” ordeni, “Moskvanın 850 illiyi “medalı və digər mükafatlarla təltif edilib.

    Oğul Kalaşnikov texnika elmləri namizədi, Udmurtiyanın Mühəndislik Akademiyasının müxbir üzvü idi.

  • Rusiyada növbəti böyük yanğın (VİDEO)

    Rusiyanın Sankt-Peterburq şəhərində “Rolf” adlı böyük avtosalon yanır.

    Median.az xəbər verir ki, bu haqda “Piter.tv” bildirib.

  • “AST Telman”ın hotelindən 10 qızılı dirək oğurlandı

    -ın “Milliyet”ə istinadən xəbərinə görə, ötən gecə baş verən hadisədə oğrular hotelin qızılı rəngə boyanmış 10 dirəyini oğurlayıblar.

    Hotelin qarətə məruz qalması təhlükəsizlik işçilərinin işdən çıxarılması ilə əlaqələndirilib.

    Polis oğruları axtarır.

    Xatırladaq ki, sözügedən hotelin dirəkləri bir müddət öncə də oğurlanmışdı.

    Qeyd edək ki, 2009-cu ildə azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən qurulan “Mardan Palace” 1.4 milyard dollara başa gəlib.

    Hotel son illər sahibinin borclarına görə çətin günlər yaşayır.

    Hotelin işıqlarının kəsildiyi və işçilərinin çıxarıldığı bildirilir.

    Artıq hotelin futbol meydançası da satışa çıxarılıb.

  • Rusiyada məmur yanğına görə diz çökdü – VİDEO

    Rusiyanın Kemerovo vilayətinin vitse-qubernatoru Sergey Çivilev əhalinin qarşısında diz çökərək üzr istəyib.

    Əyalətin əsas meydanında yeddi saat davam edən mitinqdən sonra vitse-qubernator iştirakçılara səslənib.

    “Mən sizdən üzr istəyirəm”, – deyərək Çivilev gözlənilmədən diz çöküb. İnsanlar isə onun bu addımını alqışlayıblar və daha sonra bir çoxu meydanı tərk etməyə razı olub.

    Qeyd edək ki, martın 25-i Kemerovo vilayətində “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğında 64 nəfər ölüb. Ölənlərdən 41-i uşaqdır.

  • Restoran əməkdaşı müştərinin önündə yeməyin içinə tüpürdü – VİDEO

    ABŞ-ın fast-fud şəbəkələrindən birinə aid restoranda işçi qız müştərilərin gözü önündə yeməyə tüpürərək qalmaqal salıb.

    Bu barədə “NBC Montana” məlumat yayıb.

    İnsident “Pita Pit” restoranlar şəbəkəsinin Mizula şəhərində yerləşən filialında baş verib.

    Videoda kafenin əməkdaşı müştəri ilə mübahisə edir. Mübahisənin gərginləşməsindən sonra gənc işçi müştəri üçün hazırladığı burgerin içinə tüpürür və onun üzərinə tullayır.

    “Bunu ona görə etdim ki, üç gündür evə getmək istəyirəm, gedə bilmirəm” deyə restoranın əməkdaşı bildirir.

    Hiddətlənmiş müştəri hadisənin görüntüsünü “Facebook” sosial şəbəkəsində paylaşıb. Video qısa müddət ərzində 385 mindən çox baxış sayı qazanıb.

    Qalmaqalın böyüməsindən sonra şirkət rəhbərliyi rəsmi qaydada üzrxahlıq edib və həmin gənc qızın artıq işdən kənarlaşdırıldığını bəyan edib./oxu.az

  • Türkiyədə 11 PKK-çı məhv edildi

    Türkiyənin Hatay vilayətində 11 PKK terrorçusu məhv edilib.

    APA-nın “Anadolu”ya istinadən verdiyi məlumata görə, Hatay valiliyi əməliyyat haqqında açıqlama yayıb.

    Açıqlamada bildirilir ki, vilayətin Arsuz rayonu ərazisində təhlükəsizlik qüvvələrinin keçirdiyi hava dəstəkli əməliyyat zamanı 11 PKK-çı məhv edilib. Terrorçulara məxsus xeyli sayda silah-sursat aşkarlanaraq götürülüb. Bölgədə əməliyyatın davam etdiyi bildirilir.

  • Türkiyədə metroda eskalator sıradan çıxdı – Dəhşətli görüntülər (VIDEO)

    Türkiyədə metroda baş verən qəza anının yeni ŞOK video görüntüləri yayılıb. Hər kəsi acıya boğan bu hadisə təhlükəsizlik qaydalarını gündəmə gətirib.

    Baku.ws Haberler-ə istinadla xəbər verir ki, fevral ayında “Ayazağa” metrostansiyasında baş verən qəza anı təhlükəsizlik kameralarına düşüb.

    Sözügedən hadisə nəticəsində bir nəfər yaralanmışdı:

  • Müflis olmaq üzrə olan restoran sahibi onu işə götürməklə zəngin oldu – FOTOLAR

    Tayvanda müflis olmaq üzrə olan küçə satıcılarından biri restoranını dirçəltmək üçün qeyri-adi üsula əl atıb.
    Retoran sahibi daha çox müştəri cəlb etmək məqsədilə satıcı qismində model işə götürüb.

    Vivi adlı “Little Peach”, yəni Kiçik Şaftalı ləqəbli modelin gəlişi ilə müştərilərin sayı xeyli artıb. Gözəlliyi ilə diqqət çəkən model satıcının müştəriləri onunla şəkil çəkdirmək üçün növbəyə giriblər.

    Restoran qırmızı ət məhsulları ilə tanınır. Kiçik Şaftalı da yemək almağa gələn müştərilərə səbr və təmkinlə xidmət edir. Müştərilərin çoxu sırf onunla görüşə bilmək üçün restorana gəlirlər. Vivi bəzi müştərilərinin kobudluğu ilə də qarşılaşdığını, lakin belə hadisələri xoşluqla yatışdırdıqlarını bildirib.
     
    ///Qaynarinfo