Category: Dünya

  • Vaşinqtonda “Leyli və Məcnun” operasının premyerası keçirilib

    ABŞ paytaxtı Vaşinqtonda “Leyli və Məcnun” operasının premyerası keçirilib.

    “Report” xəbər verir ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin operası yeni versiyada böyük uğurla təqdim olunub.

    Opera ABŞ-ın məşhur Kennedi Mərkəzinin “Opera Evi” zalında nümayiş etdirilib.

    Operada Azərbaycanın xalq artisti Alim Qasımov və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımova çıxış edib. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən reallaşdırılıb. İfalarda hazırda dünyanın ən məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

    “Leyli və Məcnun” layihəsində həmçinin tanınmış Azərbaycan musiqişünası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova da iştirak edib. O, həmin layihənin elmi məsləhətçisi kimi, tamaşalardan əvvəl “Leyli və Məcnun” əsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib. Bütün şəhərlərdə tamaşaçılara təqdim olunan bukletlərdəki mətnin müəllifi də Aida Hüseynovadır. Onun təşəbbüsü ilə bukletlərə tanınmış Azərbaycan rəssamı Sənan Səmədovun “Muğam triosu” rəsmi də daxil edilib.

    Konsertlər həmçinin ABŞ-ın İllinoys və Nyu-York ştatlarında da keçirilib. Opera amerikalılar tərəfindən heyranlıqla qarşılanıb.

    Qeyd edək ki, Vaşinqtonun Kennedi Mərkəzində “Leyli və Məcnun” operası martın 23 və 24-də də nümayış etdiriləcək.

  • Daha bir aktyor həbs edildi – Narkotik ticarəti

    İstanbul polisi türkiyəlo aktyor Adnan Koç və daha dörd nəfəri saxlayıb.

    Aktyor polis tərəfindən kokain almaq istədikdə yaxalanıb. Ona qarşı narkotik istifadə etmək və ticarəti ilə məşğul olmaq ittihamı ilə cinayət işi açılıb. Yaxalananlar arasında məşhur şəxsləri narkotik maddə ilə təmin edən Sinan Bozburunun da olduğu vurğulanıb. Adnan Koçla bərabər üç qardaşının da əməliyyat zamanı ələ keçirildiyi bildirilib.

    Qeyd edək ki, Adnan Koç “Möhtəşəm Yüz il” serialının aktyorudur. O burada Bəhram paşa rolunu canlandırıb.

  • Səhvən 31 il həbs edilən kişi milyonçu oldu

    ABŞ-da səhvən 31 il həbsə məhkum olunmuş kişi bir milyon məbləğində təzminat alıb.

    Median.Az Lenta.ru-ya istinadla xəbər verir ki, Lourensa Makkini 2009-cu ildə azadlığa buraxılıb. O, zorlanma və oğurluqda günahlandırılaraq səhvən həbs olunmuşdu.

    “Mənim 20, 30, hətta 40 yaşımı hökumət aldı. Həyatımı qurmaq üçün şansım qalmayıb”, – Makkini şikayət edib.

    O, 2017-ci ildə təzminat almaq imkanı əldə edir.

    Şikayətlərin Araşdırılması üzrə Komissiya səhvən həbs olunmağa görə təzminatın məbləğini bir milyon dollar dəyərində qiymətləndirib.

  • Terrorçular Afrində “Quran”a bomba yerləşdirib

    YPG/PKK terrorçuları Afrindəki evlərdən birində müqəddəs “Qurani-Kərim”ə partlayıcı maddə quraşdırıb.

    Median.Az Anadolu-ya istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri ilə müxalif Azad Suriya Ordusunun birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində şəhər minalardan təmizləməkdə davam edir.

    Türk hərbçiləri evlərdən birinə baxış keçirərkən müqəddəs “Qurani-Kərim”ə bərkidilmiş partlayıcı maddə aşkarlayıblar.

    Türk minaaxtaranlar partlayıcı maddəni zərərsizləşdiriblər. Bununla da dinc sakinlər arasında baş verəcək itkinin qarşısını alıblar.

  • Sabiq prezident HƏBS OLUNDU – YENİLƏNDİ

    Fransanın sabiq prezidenti Nikola Sarkozi həbs olunub.

    Publika.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, buna səbəb Sarkozinin prezident seçkiləri zamanı maliyyə pozuntularına yol verməsidir.

    ***

    Sarkozinin 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün saxlanıldığı bildirilir. Sarkozinin Nanterdə məhkəmə polisinin binasında saxlanıldığı gələn məlumatlar arasındadır.

    Digər bir ehtimlda isə onun 2007-ci ildə seçki kampaniyasının Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıldığı iddia edilib.

    Xatırladaq ki, Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.

  • Bu qəsəbəyə getmək istəyənlərə 2 min veriləcək…

    İtaliyada çox az sakini olan qəsəbəyə insanları cəlb etmək üçün 2000 avro təklif olunur.

    Median.az xəbər verir ki, ölkənin şimalında yerləşən Bormidada yaşlı insanların sayının artması və işsizlik ucbatından əhalisini sayı durmadan azalır. 400 nəfər əhalisi olan Bormidanın tərk edilmiş bir bölgəyə çevrilməsinin qarşısını almaq məqsədilə bələdiyyə insanlara 2000 avro təklif edir. Bu məbləğ onların ev satın almaları və kirayə qalmaları üçün nəzərdə tutulub.
    Bormidada bələdiyyəyə aid evlərin qiyməti sahəsindən asılı olaraq 50-120 avro arasında dəyişir.

    Bura yalnız İtaliya deyil, Hindistan, Kanada və ABŞ-dan da gəlmək istəyənlər var.

  • Dayı 24 yaşlı bacısı qızını zorladı – Xəbərim olmadan cinsi əlaqədə olub

    Erzurumda bacısının 24 yaşlı qızına təcavüz edən və doğulan körpənin DNT testi cavabı ilə atası olduğu təsdiqlənən evli, 2 uşaq atası A.İ.-nin (42) 21,5 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.

    Median.az DHA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin məhkəmədəki özünü müdafiə çıxışı hər kəsi təəccübləndirib.

    İddiaları qəbul etməyən A.İ. “Mən xəbərim olmadan, icazəm olmadan mənimlə cinsi əlaqədə olub. Əslində mən ondan şikayətçiyəm” ifadələrini işlədib.

    Gənc qız ilk dəfə dayısı tərəfindən 2016-cı ildə təcavüzə məruz qaldığını, lakin təhdidlərə məruz qaldığı üçün ailəsinə deməyə qorxduğunu açıqlayıb.

    Bundan sonra A.İ. növbəti dəfə bacısı qızı ilə qarşılıqlı razılıq əsasında cinsi əlqədə olduqlarını deyib: “Özü tez-tez mənə toxunaraq və mesaj yazaraq buna vadar edirdi. Bir neçə dəfə özünün istəyi ilə bir yerdə olduq. Anam və öz anasının eyni otaqda olduğu anda belə birlikdə olduq”.

    Məhkəmə prosesi təxirə salınıb

  • Putin seçildi: Vanqanın gün üzünə çıxmayan proqnozu tapıldı

    Rusiyada prezident seçkisinin nəticələri müzakirə edildiyi bir zamanda dünya mətbuatında Vanqanın bu ölkə ilə bağlı proqnozu ortaya atılıb.

    Median.az xəbər verir ki, indiyə qədər açıqlanmadığı deyilən bu proqnozu Vanqanın 1979-cu ildə rus yazar Valentin Sidorovla müsahibəsində dediyi bildirilir. İddialara görə, Vanqa həmin görüşdə “Dünyanın hökmdarı Rusiya olacaq. Rusiyanın qarşısını heç kəs ala bilməyəcək” kimi ifadələr işlədib. Hətta xəbərlərdə Vanqanın Putinin adını çəkdiyi də iddia olunur: “Hər ey buz kimi əriyəcək. Arxada ancaq əl dəyməmiş olan Vladimir əzəməti, Rusiyann əzəməti qalacaq”. Burada Vanqanın adını çəkdiyi Vladimirin prezident Putin olduğu təxmin edilir.

    Qeyd edək ki, Vanqanın 2018-ci il üçün öncəgörümlərində daha 2 pronoz var. İlk təxmin Çinlə bağlıdır və Vanqa bu il bu ölkənin ABŞ-ı keçərək yüni supergüc olacağının proqnozunu verib. İkinci təxmin is kosmosla bağlıdır. Belə ki, Vanqa 2018-ci ildə Venera ilə bağlı bir prosesdən söz açıb və orada yeni bir enerji formulunun tapılacağını deyib.

  • Stiven Hokinqin ölüm döşəyində yazdığı ARAŞDIRMA ÜZƏ ÇIXDI

    Ötən həftə dünyasını dəyişən məşhur alim Stiven Hokinqin ölmədən 2 həftə əvvəl çox önəmli bir araşdırmaya imza atdığı məlum olub.

    Median.az ölkə.az-a istinadən xəbər verir ki, Hokinq və komandası Böyük Partlayış teoriyasının davamı olaraq tanınan bir teoriya haqqında araşdırma apararaq paralel dünyalar üzərində tədqiqatlar aparıblar.

    Hokinq 4 mart tarixində “A Smooth Exit from Eternal İnflation” adlı məqalə yazıb. Məqalə hələ yayımlanmayıb. Amma tədqiqat başqa planetlər və dünyalar haqqındadır.

    Araşdırmanı Hokinq ilə birlikdə yazan fizika professoru Tomas Hertoq deyib:

    “Bu məqalədə məqsədimiz bir çox kainat teoriyasına elmi bir çərçivə yaratmaqdır. Hokinq ilə bu məqalə üzərində çalışmaq üçün görüşdük və sonuncu dəfə məqaləni təslim etmədən əvvəl görüşmüşdük”.

  • Türkiyə səfirliyinə basqın edilib

    Hadisə zamanı yaralanan olmasa da, səfirliyin binasına ziyan dəyib

    Türkiyənin Danimarkadakı səfirliyinə hücum edilib. Sputnik xəbər verir ki, iki nəfər naməlum şəxs diplomatik nümayəndəliyin binasına molotov kokteyli atıb.

    Məlumatı Kopenhagen polisi yayıb. Hadisə zamanı yaralanan olmasa da, səfirliyin binasına ziyan dəyib. Xoşbəxtlikdən hücum vaxtı binada heç kim olmayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.