Category: Dünya

  • Əhali Afrini tərk edir

    Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrinin mərkəzini mühasirəyə aldığı bir vaxtda mülki vətəndaşların etibarlı şəkildə bölgəni tərk etməsi üçün koridor yaradılıb.

    Median.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə ordusu artıq şəhər mərkəzinin mühasirədə olduğunu və hərəkat üçün strateji əhəmiyyət daşıyan məkanların tutulduğunu bəyan edib.

  • Donald Tramp: “Tillersonla İran məsələsində razılığa gələ bilmirdik”

    Tillersonla İranın nüvə məsələsində anlaşa bilmirdik”.

    “Median.az” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsi ilə bağlı qərarını şərh edəkən deyib.

    “İranın nüvə məsələsi ayrılmağımızın qırılma nöqtəsi oldu. Pompeo ilə fikrimiz eynidir. Uzun zamandır bu məsələni müzakirə edirdik”, – o vurğulayıb.

    “Reuters” Ağ evə istinadən bildirib ki, Donald Tramp Şimali Koreya ilə danışıqlar başlayanadək yeni komanda formalaşdırmaq istəyir.

    Qeyd edək ki, Trampla Tillersonun Şimali Koreya və Qətərə münasibətdə də fikir ayırlıqlarının olduğu bildirilirdi.

  • Xəstəxanada biabırçılıq: Qəzada qopan ayağını yastıq etdilər – VIDEO

    Hindistanda qəribə hadisə baş verib. Belə ki, yol qəzasından sonra ayağı qopan yaralı adama təcili yardım mərkəzində hörmətsizlik edilib.

    Median.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yaralı Ghasanyamın qopan ayağını başının altında yastıq kimi istifadə ediblər və iki saat gözlədilib. Hadisəylə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılandan sonra polis araşdırmalara başlayıb.

    Məktəb avtobusunda müavinlik edən gənc avtobusun aşması nəticəsində ayağını itirib. Digər sərnişinlər də ağır yaralanıb. Ghasanyamın qohumlarının bildirdiyinə görə, iki saat yarım heç bir həkimin onunla maraqlanmadığını gördükdən sonra məcburən gedib bazardan yastıq almalı olublar.

  • ABŞ kəşfiyyatına ilk dəfə qadın başçılıq edəcək

    ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edərək onun yerinə Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) rəhbəri Mayk Pompeonu təyin edib. Pompeonu isə onun köməkçisi vəzifəsində çalışan Cina Haspel əvəzləyib.

    Median.az xarici mediaya istinadən xəbər verir ki, Cina Haspel CIA-nın ilk qadın direktoru statusunu qazanıb. 1985-ci ildə CIA tərkibinə qatılan Haspel 2017-ci ildə təşkilatda direktor köməkçisi vəzifəsinə təyin edilmişdi. 62 yaşlı Cina Haspel Pompeonun ən yaxın adamı kimi tanınır.

    Qeyd edək ki, Haspelin 2002-ci ildə Taylandda “Əl-Qaidə” terrorçularına qarşı “waterboarding” işgəncəsini tətbiq edən müəssisəyə rəhbərlik etdiyi iddia edilirdi.

  • Yadplanetlilər ilə əlaqənin mümkünsüzlüyü isbat olundu

    Frenk Dreykin rəhbərliyi altında bir qrup Amerikalı astronom belə bir nəticəyə gəlib ki, Yerin əhalisi yadplanetli sivilizasiyadan hər hansı siqnal qəbul etsə, həmin sivilizasiya artıq böyük ehtimalla mövcud olmayacaq.

    Median.az xəbər verir ki, bu barədə “Science News”da elmi məqalə dərc olunacaq.

    Tədqiqatçılar bunun üçün potensial yadplanetli siqnalının ötüb keçəcəyi qalaktika sahəsini hesablayıb. Dreykin sözlərinə görə, kosmik rəqəmlərlə yanaşdıqda sivilizasiyalar sürətli şəkildə qurulub-məhv olsa da, həmin sivilizasiyaların göndərdiyi siqnallar bütün Süd Yolunu ehtiva edir, uzun müddət kosmosda dolanır.

    Nəticədə qalaktikanın böyük hissəsi artıq mövcud olmayan uzaq planetlərdən qaynaqlanan siqnallar ilə dolur.

    Süd Yolunun diametri 100 min işıq ili təşkil edir. Halbuki günəş sistemi qalaktikanın mərkəzindən 26 min işıq ili aralıda yerləşir.

    Alimlər hesab edir ki, radiosiqnal göndərməyə qadir olan inkişaf etmiş sivilizasiyaların əksəriyyəti 100 min ildən çox mövcud olmur. Ona görə, indiki zamanda yadplanetlilərdən siqnal qəbul etmək şansları az qala sıfıra bərabərdir.

    “Bəşər övladı” kosmosa artıq 80 ilə yaxındır ki, siqnal göndərir. Halbuki həmin radiosiqnallar qalaktikanın təxmini sahəsinin heç 0,001 faizini əhatə etmir.

  • Sərnişin metroda öpüşən cütlüyün üzərinə hücum çəkdi – Metroda biyabırçılıq

    Sərnişin metroda öpüşən cütlüyün üzərinə hücum çəkdi

    Median.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə İstanbulda baş verib. Belə ki, metroda yaxınlaşaraq, öpüşən cütlük sərnişin tərəfindən hücuma məruz qalıb.

    Onları ayırmağa çalışan digər sakinlərə isə “Bu tərbiyəsizlikdir, biz türkük!, Bu, bizim əxlaqımıza ziddir” deyə bildirib.

  • Kibertəhdidlərin aşkarlanması üçün proqram təminatı təqdim olunub

    “Kasperski laboratoriyası” antivirus şirkəti son qurğularda təhdidlərin aşkarlanması və kiberinsidentlərə reaksiya üçün “Kaspersky Endpoint Detection and Response” (KEDR) korporativ həllini nümayiş etdirib.

    “ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, sistem əməkdaşların iş yerlərində istənilən anomaliyaları və şübhəli prosesləri fasiləsiz izləyir, bütün toplanmış məlumatları rahat şəkildə təqdim edir, təhlükələri tanıyır və insidentlərə reaksiya verir.

    Məlumata görə, yeni həll zərərli proqram təminatının və korporativ şəbəkəyə müdaxilə prosesinin axtarışını avtomatlaşdıraraq təhlükəyə cavab reaksiyası üçün vaxtı minimuma endirir.

    Tədqiqata görə, kiberinsidentlərin gec aşkarlanması və əksər təhlükələrin nüfuz etməsinə şərait yaradan son qurğular üzərində vizual nəzarətin olmaması şirkətlər üçün böyük maliyyə itkilərinə səbəb olur. Bununla yanaşı, məqsədli hücumlar əksər hallarda şirkətlər üçün minimum yarım il ərzində nəzərə çarpmadan cərəyan edir.

  • Türkiyə Naxçıvanla sərhəddə əməliyyat keçirdi: Onlarla saxlanılan var

    Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu Gömrük Məntəqəsində Türkiyə polisi tərəfindən keçirilən əməliyyat nəticəsində 40-a yaxın gömrük işçisi saxlanılıb.

    Oxu.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxslər rüşvətxorluqla və qaçaqmalçılıqla məşğul olduqları üçün həbs olunub.

    Iğdır Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsi tərəfindən keçirilən əməliyyat nəticəsində Dilicu Gömrük Məntəqəsində çalışan işçilərin yaşadıqları mənzillər də axtarılıb.

    Nəticədə sənədləşmələrdə saxtakarlıq, rüşvət və qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olduqları müəyyənləşdirilən 40 gömrük işçisi polislər tərəfindən saxlanılıb.

    Hazırda həmin şəxslərlə bağlı istintaq işləri aparılır.

  • Hava proqramı aparıcısının canlı efirdə sinəsi çöldə qaldı – VİDEO

    İngiltərənin kanalların birində hava haqqında məlumatı aparan Ketl adlı aparıcı cəsarətli hərəkəti ilə gündəmə gəlib.

    Baku.ws xarici KİV-ə istinadən xəbər verir ki, aparıcı xanım reyting naminə geyindiyi köynəyin düymələrini açıq saxlayıb və beləcə sinəsi çöldə qalıb.

    Ketl bu dəfə həmişəki kimi rəsmi görünüşdə deyil, olduqca seksual obrazda tamaşaçıların qarşısına çıxıb.

    Onun sinə dekolteli köynəkdə məlumat çatdırması izləyiciləri mat qoyub.

    Sözügedən kadrları sizə təqdim edirik:

  • Türkiyədə deputatlar arasında kütləvi dava – VİDEO

    Türkiyə Böyük Millət Məclisində deputatlar arasında kütləvi dava olub.

    Oxu.az-ın Hurriyet-ə istinadən xəbər verir ki, insident seçki ittifaqının qanuniləşdirilməsinin müzakirəsi zamanı baş verib.

    Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatlar arasında baş verən mübahisədən sonra kütləvi dava başlayıb.

    Davadan sonra CHP-nin İzmirdən olan deputatı Musa Çam cəzalandırılıb. Belə ki, deputatın üç iclasa buraxılmaması barədə qərar çıxarılıb.