Category: Dünya

  • Stiven Hokinq öldü

    Britaniyalı fizik Stiven Hokinq 76 yaşında dünyasını dəyişib.

    Bu barədə “The Guardian” nəşri yazır.

    Məlumatı alimin ailəsi də təsdiqləyib.

    Onun övladları Lusi, Robert və Tim atalarının ölümü ilə bağlı yazılı açıqlama veriblər.

    “Sevimli atamızı bu gün itirmiş olmanın kədərini yaşayırıq.

    Çox böyük bir elm adamı, fəaliyyəti və qoyduğu miras illərcə yaşayacaq möhtəşəm bir şəxsiyyət idi”.

    S.Hokinq 1988-ci ildə dərc edilən “Zamanın qısa tarixi” adlı elmi işindən sonra məşhurluq qazanıb. Kitab ondan çox dilə tərcümə edilib və 10 milyondan çox tirajla dərc olunub.

    S.Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. Onun əsas nailiyyətləri qara dəliklərin təsvirində termodinamikanın tətbiqi və “qara dəliklər”in “Hokinq şüalanması” kimi tanınan proses nəticəsində “buxarlanmasının” sübuta yetirilməsidir.

    21 iyul 2004-cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunun həllinə dair öz fikrini irəli sürüb.

    Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o, həmçinin qara dəliklərin araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atıb.

    Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar./oxu.az

  • Səudiyyəli şahzadə London aeroportunda intihar etdi – VİDEO

    Səudiyyəli şahzadə Bandar bin Xalid Əbdül Əziz əl-Səud London hava limanında intihar edib.

    Şahzadə mühafizəçilərin onu deportasiya etmək üçün güc tətbiq etdikləri zaman özünü eyvandan atıb.

    Qeyd olunur ki, Səudiyyə Ərəbistanında şahzadə Bandarın ölümünü təsdiqləyiblər.

    Bildirilir ki, Səudiyyə Ərəbistanının varisi şahzadə Məhəmməd bin Salman Britaniyada 90 milyard dollarlıq bir neçə müqavilə imzalayıb./oxu.az

  • Özünü binadan atan qızı göydə tutan kişi: “Onu oteldə qarşımda …” – VİDEO

    Bir həftə öncə Türkiyənin İzmir şəhərində yanğın zamanı otelin pəncərəsindən özünü atan Belarus əsilli qadınla onu havada tutaraq ölməkdən xilas edən şəxs görüşüb.

    Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Belarus əsilli Inna Blokna möcüzəvi şəkildə onu xilas edən Adnan Bilgiçlə bir araya gəlib.

    25 yaşlı Inna Blokna üç uşaq atası olan 40 yaşlı Adnan Bilgiçə “Sənə minnətdaram, həyatımı xilas etdin” sözləri ilə təşəkkür edib.

    Inna Blokna ilə Adnan Bilgiçin görüşü duyğusal anlara səhnə olub. Inna Blokna “O hər zaman yaddaşımda qəhrəmanım olaraq yaşayacaq. Bu gün yaşayıramsa və şikəst qalmadımsa, birbaşa Adnan qardaşımıza borcluyam. Mən yuxarıda çarəsiz qalarkən hər kəs seyr edib, kameraya çəkirdi. Amma Adnan böyük bir insanlıq nümunəsi göstərdi. Bundan sonraki həyatımda Adnan Bilgiç mənim hər zaman qardaşım olaraq qalacaq. Adnanın həbsxanaya girəcəyini öyrəndiyim üçün çox məyusam. Tez bir zamanda cəzasını çəkib, yanımıza qayıtmağını səbirsizliklə gözləyirəm” deyib.

    Adnan Bilgiç bunları söyləyib: “Bir can xilas etmək çox gözəldir. Oteldə onu qarşımda sap-sağlam görüncə, gülər üzünü görüncə çox xoşbəxt oldum. Mənə təşəkkür etməsi və minnətdarlığını bildirməsi ən gözəl sərvət, ən gözəl xoşbəxtlik. Yaxşı ki, xilas etdim”.

  • Tövləyə kamera yerləşdirdi – İzləyəndə gözlərinə inanmadı – VİDEO

    Sosial şəbəkədə yayılan bu kadrlar böyük maraqla qarşılanıb.

    Median.az-ın Metbuat.az-a istinadən məlumatına görə, tövləyə kamera yerləşdirən mehtər, atın davranışlarını izləyib.

    At kəndirdən xilas olaraq tövləni tərk edib.

  • Baş nazirinin korteji yaxınlığında partlayış

    Qəzzada Fələstinin baş naziri Rami Həmdəllanın korteji yaxınlığında partlayıcı qurğu işə salınıb.

    “Report” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, partlayış zamanı 7 nəfər yaralanıb.

    Məlumata görə, baş nazirin özü xəsarət almayıb. Əldəqayırma partlayıcı qurğu Rami Həmdəllanın konvoyu keçərkən partlayıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

  • İçərisində məktəblilərin olduğu avtobus dərəyə yuvarlandı

    ABŞ-ın Alabama ştatında içərisində 52 məktəblinin olduğu turist avtobusu dərəyə yuvarlanıb.

    Median.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20-yə yaxın şəxs xəsarət alıb.

    Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

    Qeyd olunur ki, avtobus Hyuston şəhərindən məktəbliləri ekskursiyadan gətirirmiş.

  • Rusiya ABŞ-ı vurmaqla hədələdi

    ABŞ müdafiə naziri Cim Metis, Bəşər Əsəd rejimini vuracaqlarını açıqlamışdı

    “Əgər ABŞ, Suriya rejimini bombalasa, bölgədəki rus hərbi komandanlığı buna cavab verəcək”. Median.az CNBC-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib.

    “ABŞ paytaxt Dəməşq də daxil olmaqla, Suriya ərazisini bombalayan zaman bizim hərbçilərin həyatına təhlükə yaranarsa, buna cavab veriləcək”.

    Gerasimov, rus əsgərlərini hədəf alan nə varsa, hamısının yox ediləcəyini söyləyib.

    Qeyd edək ki, dünən ABŞ müdafiə naziri Cim Metis (Jimm Mattis), kimyəvi silahdan istifadə etdiyi təsdiqlənsə, Bəşər Əsəd rejimini vuracaqlarını açıqlamışdı.

  • 11 nəfərin həlak olduğu təyyarə qəzası ilə bağlı yeni xəbər

    Xəbər verdiyimiz kimi 2 gün öncə Türkiyəyə məxsus təyyarə İranda qəzaya uğrayıb və nəticədə 11 nəfər həlak olub.

    Median.az bildirir ki, iranlılar bu faciəvi olayın baş verdiyi yerdə abidə ucaltmaq istəyirlər. Artıq qəzada həlak olanların ailələrinə bu barədə müraciət edilərək icazə istənilib. Ailələrin razılığı alındıqdan sonra təyyarənin düşdüyü yerdə abidə ucaldılacaq.

  • Millət vəkili “Arvadınızı döyün” dedi, qadınlar ayağa qalxdı – VIDEO

    Uqandada kişilərə həyat yoldaşlarını döyməsini deyən deputat Onesimus Tinamasikoya ölkədəki qadınlar böyük reaksiya göstərib.

    Median.az xarici mediaya istinadən xəbər verir ki, Tvinamasiko televiziya proqramlarının birində “Kişi kimi arvadınızı intizama gətirməlisiniz və yola gətirmək üçün döyməlisiniz” deyib.

    Belə bir çağırışdan sonra ölkədəki qadınlar “Cənab Tvinamasiko bütün qadınlardan üzr istəməlidir” deyərək onun müalicə almasının lazım olduğunu bildiriblər.

  • Məhkəmədə faciə: şahidin üzərinə atıldı, güləlləndi – VIDEO

    ABŞ-ın Yuta ştatındakı Solt-Leyk-Siti şəhərinin məhkəməsində qanlı olay yaşanıb.

    Median.az Daily Mail-ə istinadən bildirir ki, şəhərdəki küçə bandalarından birinin üzvü, 25 yaşlı müttəhim Siale Aneqilau iclas əsnasında şahid ifadə verərkən yerindən durub, vəkilinin qarşısındakı qələmi götürüb. Daha sonra o, rəqib bandanın üzvü olan şahidin üzərinə atılaraq onu öldürmək istəyib.

    Şahid yerindən atılaraq zərbədən yayınıb. Qadın polis zabiti ona 4 dəfə atəş açaraq Anqilaunu güllələyib. Bu zaman digər polis zabiti qışqırırdı: “Qələmi at! At o qələmi!”

    Siaelinin vəkili masanın altına girib, prokurorlar isə şokda idilər. Aqilau aparıldığı xəstəxanada keçinib.