Category: Dünya

  • İranda ETİRAZ: Qadınlar hicablarını yandırıb rəqs etdilər – VİDEO

    İranda 3 ay əvvəl başlayan küçə nümayişləri yenidən alovlanıb.

    Ölkənin fərqli yerlərində küçələrə çıxan qadınlar baş örtüklərini çərşənbə tonqallarına ataraq, qadağanın ləğv olunmasını istəyiblər.

    Onlar həmçinin hicab qadağasına meydan oxuyaraq, başaçıq vəziyyətdə çərşənbə tonqalının ətrafında rəqs ediblər.

    Qeyd edək ki, 3 ay əvvəl Vida Müvəhhid adlı 31 yaşlı qadının Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq başlatdığı etiraz kampaniyası sosial şəbəkələrdə böyük kütlə tərəfindən rəğbətlə qarşılanıb və ona “İnqilab küçəsinin qızı” adı verilib./a24.az

  • Terrorçular dinc əhalinin Afrindən çıxmasına mane olur – VİDEO

    Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrinin mərkəzini mühasirəyə aldığı bir vaxtda mülki vətəndaşların etibarlı şəkildə bölgəni tərk etməsi üçün koridor yaradılıb.

    Afrin əhalisini canlı qalxan kimi istifadə etmək istəyən terrorçular xalqın bölgədən çıxışını əngəlləyir.

    YPG/PKK terrorçuları mülki əhalinin çıxdığı koridorların önündə xəndəklər qazmağa başlayıb.

    Bölgədə yaşananlar Türkiyə ordusuna məxsus PUA-lar tərəfindən görüntülənib./oxu.az

  • Qorxulu proqnoz: Canlıların yarısı məhv olacaq – VİDEO

    İqlim dəyişikliyi ilə bağlı beynəlxalq razılaşmalar əsasında, atmosferə buraxılan zərərli qazların miqdarı ixtisar olunsa belə, bu təbiət üçün ağır fəsadların qarşısını ala bilməyəcək.

    Median.Az-ın “Euronews”-a istinadən verdiyi xəbərə görə, dünyada orta temperatur 4.5 dərəcə qalxacağı təqdirdə, bu təbiətdə olan canlı növlərin 48 faizinin yoxa çıxmasına səbəb olacaq.

    Söhbət indiki hava çirklənməsi və iqtisadi aktivlik səviyyəsinin davamlı olacağı halda proqnozlaşdırılan qlobal istiləşmədən gedir.

    2015-ci ilin Paris iqlim paktının tələbləri yerinə yetirilsə belə, temperaturda bir neçə dərəcəlik fərq, təbiətdə hər dördüncü növün yoxa çıxmasına gətirib çıxaracaq.

    Bundan ən çox fauna və florası ilə zəngin Amazon bölgəsi, Madaqaskar və Qalapaqos adalarının ziyan görəcəyi bildirilir.

  • Skripalın işi ilə bağlı BMT TŞ-da fövqəladə iclas keçirilir

    Nyu Yorkda, BMT Təhlükəsizlik Şurasında Britaniya hökumətinin vəsatəti əsasında keçmiş rusiyalı casus Serqey Skripalın zəhərlənməsi ilə bağlı fövqəladə iclas keçirilir.

    Bu barədə Birləşmiş Krallığın “Twitter” hesabında məlumat yayılıb.

    “Şura üzvlərinin Solsberidə sinir-paralitik maddə ilə törədilmiş hücumla bağlı araşdırma barədə məlumatlandırılması məqsədi ilə Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında fövqəladə iclas çağırıb” deyə məlumatda qeyd olunur.

    İclas hal-hazırda davam edir./oxu.az

  • “WhatsApp”ın bilmədiyimiz XÜSUSİYYƏTLƏRİ və YENİLİKLƏRİ

    “Whatsapp” proqramı bu gün dünyada demək olar ki, bir çox insan tərəfindən istifadə edilir.
    Median.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, bununla yanaşı, bir çox xüsusiyyətləri barədə məlumatımız yoxdur və şirkət yeniliklər tətbiqinə davam edir. Bu barədə oxucularımızı məlumatlandırırıq:

    “Mavi quş qoyma”

    “Whatsapp”da “mavi quş qoyma” tətbiqini bağlayanlara pis xəbər var. Bu qədər bəlkə də hiss etməmisiniz, amma dostunuz bunu etsə, siz o an mesajı görüb-görmədiyini anında anlaya bilərsiniz. Amma necə?

    “Mavi quş qoyma” xüsuiyyəti qarşı tərəfin göndərdiyi mesajın oxunub-oxunmadığını bilməsi üçün nəzərdə tutulub. Cüt boz xətt isə bu məlumatı dəqiq vermir. Mavi cüt xətt isə istəyə görə bağlı olaraq açıla bilər.

    Amma “mavi quş qoyma” tətbiqinin bağlı olmasını istəyənlər də çoxdur. Çünki mesajı oxuduğunu qarşı tərəfə bildirmək istəmir. Amma bunun da kiçik bir hiyləsi var. Sadəcə bir saniyəlik səsli mesaj göndərməyiniz kifayət edir. Bunun sayəsində mesajın oxunub-oxunmadığını, dinlənib-dinlənmədiyini bilmək mümkündür. Amma bu məsələdə yeganə şərt qarşı tərəfin səsli mesajı dinləməsidir.

    Pul göndərmək

    “Whatsapp”da artıq pul göndərmək mümkün olacaq. Artıq Hindistanda bu özəllik tətbiq edilməyə başlayıb. Mesajlaşdığınız şəxsə pul göndərə və ya ondan pul ala bilərsiniz.

    Bu tətbiqdən həm “Android” həm də “iOS” istifadəçiləri istifadə edə bilərlər.

    Tətbiq aktivləşəndən sonra mobil telefon nömrəsi ilə bank hesabını eyniləşdirmək mümkün olacaq. Əvvəlcə “Ödəmələr”i seçmək lazımdır. Sonra isə istifadə şərtlərini qəbul edib telefon nömrəsini təsdiqləmək lazımdır. Siyahıdan uyğun banlı seçin və bank hesab nömrənizi təsdiqləyin. Pul göndərmək istədiyiniz şəxsin söhbət pəncərəsini açın və “Ödəmə” butonuna basın.

    Pul göndərmək istədiyiniz bank hesabınızı və göndərəcəyiniz məbləği seçin. Telefona gələn təsdiq kodunu ekrana daxil edin.

    “Whatsapp”ın gizli qalan xüsusiyyətləri

    “Whatsapp”-da bir nəfəri qara siyahıya atanda və ya kimsə sizi qara siyahıya əlavə edəndə bir-birinizə mesaj göndərə bilmirsiniz. Amma əslində belə deyil. Mesaj qarşı tərəfə çata bilər!

    Bunun üçün isə başqa telefon nömrəsinə ehtiyac yoxdur. Sadəcə “Whatsapp” abonentliyini ləğv etmək, yenidən hesab yaratmaq lazımdır. Bununla da sizi qara siyahıya əlavə edən şəxsin tətbiq etdiyi blok ortadan qalxır.

    Səssiz qalmaq

    Əgər dost qrupundan daim gələn bildirişlərdən bezmisinizsə, “qrup məlumatları”na daxil olun və qrup söhbətinizi 8 saat, bir həftə və ya 1 il müddətinə səssizləşdirin.

    İstənilən mesajı asanlıqla tapmaq

    Vacib bir mesajı tapmaq üçün yüzlərlə mesajı geri çevirməyə ehtiyac yoxdur və bu vaxt aparır. Əgər o mesajı ulduzla işarələsəniz, işiniz asanlaşar.

  • 14 yaşlı qızın üzərinə tüpürən ekspert telekanaldan uzaqlaşdırıldı

    İngiltərənin “Liverpul” klubunun sabiq müdafiəçisi Ceymi Karaqer ekspert qismində çalışdığı “Sky Sports” telekanalından mövsümün sonunadək uzaqlaşdırılıb.

    Median.az oxu.az-a istinadən bildirir ki,telekanal Karaqerin müvəqqəti uzaqlaşdırıldığını, yeni mövsümün əvvəlində onun qayıtmağa hazır olub-olmaması ilə danışacağını bəyan edib.

    Danimarkanın TV3 telekanalı isə dünən keçirilmiş “Mançester Yunayted” – “Sevilya” matçının örtüyündən Karaqerin şəklini çıxarıb.

    Yeri gəlmişkən, artıq Mançester polisi Karaqeri qəzəbləndirən və onun tüpürməyini lentə çəkən 42 yaşlı Endi Hyuzu danışdırıb. O bu məsələdən sonra ölüm hədələri aldığını və Karaqerin işindən uzaqlaşdırılmasının istəmədiyini bildirib.

    Karaqer isə açıqlamasında özünü günahkar sayıb və “Liverpul” azarkeşlərindən ailəni rahat buraxmaqlarını açıqlayıb. O daha sonra qeyd edib:

    “Bilirdim ki, içəridə qadın var. Amma bunun azyaşlı bir qız olduğunu bilmirdim. Kimsə bunu mənim qızlarıma qarşı etsəydi, buna necə reaksiya verəcəyimi təsəvvür edə bilmirəm. 25 illik futbolçu karyeramda səhvlərim çox olub, ancaq bu ən pisi idi”.

    Xatırladaq ki, “Mançester Yunayted” – “Liverpul” (2:1) oyunundan sonra Ceymi Karaqeri görən Endi Hyuz avtomobil sürə-sürə “Uğursuz, Ceymi. 2:1” deyərək qışqırıb. Karaqer isə maşınının pəncərəsini açaraq Hyuzun 14 yaşlı qızı Mianın üzərinə tüpürüb.

  • ABŞ-da 80-dən çox avtomobil toqquşub

    ABŞ-ın Ohayo ştatının Morrou dairəsində şosedə 81 avtomobil toqquşub.

    Median.az Trend-ə istinadən xəbər verir ki, qəzaya səbəb güclü qar yağması ilə yolda görüntünün pisləşməsi olub.

    Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

    Şosedə nəqliyyatın hərəkət təqribən 5 saat dayanıb.

  • Dünyanın ən xoşbəxt ölkəsi bəlli oldu

    Birləşmiş Millətlər Davamlı İnkişafın Tənzimlənməsi Şəbəkəsi (UNSDSN) dünyanın ən xoşbəxt ölkəsinin Finlandiya olduğunu bəyan edib.

    Median.az xəbər verir ki, təşkilat tərəfindən dünyanın 156 ölkəsində araşdırma aparılıb və “Dünya Xoşbəxtlik Hesabatı – 18” (WHR) hazırlanıb.

    Bu ölkələrdən 117-də qaçqın və köçkünlərin də diqqətdə saxlandığı araşdırma nəticəsində finlandiyalılar dünyanın ən xoşbəxt xalqı seçilib.

    Finlandiyanı Norveç, Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya izləyir.

    ABŞ 4 pillə geriləyərək 18-ci sırada qərarlaşıb.

  • Qəzaya uğrayan təyyarəyə minməkdən son anda imtina ediblərmiş – Sağ qaldılar – FOTO

    “Başran Holdinq”in sahibi Hüseyin Başaranın qızı Mina Başaranın Dubaydan İstanbula qayıdarkən özəl təyyarələrinin İranda qəzaya uğraması nəticəsində 7 rəfiqəsi və 3 ekipaj üzvü ilə birgə həlak olduğu faciəylə bağlı yeni detal ortaya çıxıb.

    Milli.Az CNN-ə istinadən xəbər verir ki, Mina Başaranın Dubayda təşkil etdiyi subaylığa vida partisinə daha 3 nəfəri dəvət etdiyi məlum olub.

    Ancaq o şəxslərdən kimisinin son anda işi çıxdığı üçün, kimisinin də təyyarə fobiyası olduğundan son anda Dubaya getməkdən imtina etdikləri ortaya çıxıb.

    Burcu Delibalta yaxın rəfiqəsi Mina Başaranın Dubay dəvətini “Təyyərə qorxum var” deyərək qəbul etməyib. Qəza xəbərini alan Delibalta xəstəxanalıq olub.

    İşi çıxdığı üçün son anda səfərə qatılamayan digər isim isə Selen Somerdir. O da bu faciə xəbərini eşitdiyi zaman şok keçirib. Dəvəti qəbul edə bilməyən üçüncü qız isə Sevgi Akyol olub.

    14 apreldə Murat Gezer ilə toyu təyin edilən Başaran iki həftə öncə gəlinliyini almaq üçün qəzaya uğrayan özəl təyyarə ilə Parisə gedib. Həmin gəlinlik Başaranın otağında asılı qalıb.

  • İrandan Başaran ailəsinə jest

    İranın Baxtiyariya əyalətinin sakinləri Başaran ailəsinin icazə verdiyi halda təyyarə qəzasında ölən 11 nəfərin xatirəsinə abidə qoymaq istədiklərini bildiriblər.

    “Qafqazinfo” xəbər verir ki, sakinlər türkiyəli ailələrin qaldığı hotelə gələrək hadisədən kədərləndiklərini və dostluq adına bu addımı atmaq istədiklərini bildiriblər.

    Qeyd edək ki, martın 11-də sözügedən ailəyə məxsus təyyarə İranın cənubunda qəzaya uğrayıb. Qəza nəticəsində biznesmen Hüseyn Başaranın qızı Minə Başaran da daxil olmaqla sərnişinlərin hamısı dünyasını dəyişib.