Category: Dünya

  • Küçədə qıza söz atan cərimələnəcək

    Sataşmalar ucbatından qadınların ciddi əziyyət çəkirlər

    Küçədə kiməsə söz atan şəxslər cərimələnəcək. Fransa hökuməti bunu etməyə hazırlaşır. Əgər qərar qəbul edilsə, küçələrdə nalayiq davranışa yol verən şəxslər 90 avro həcmində cərimələnəcək. Sputnik Azərbaycan ABC-yə istinadən xəbər verir ki, məlumatı hökumət təmsilçisi Benjamen Qrevo paylaşıb.

    O, sataşmalar ucbatından qadınların ciddi əziyyət çəkdiyini deyib. “Avtobuslardan, metrolardan istifadə edən, həmçinin piyada hərəkət edən qadınların 90 faizi həm fiziki, həm də sözlə təcavüzə məruz qalırlar. Onlar özləri bunu etiraf edirlər. Belə bir qanun mütləq qəbul edilməlidir” — Qrevo bildirib.

  • Ulduz enerjisindən elektrik cərəyanı alınacaq

    Massaçusets texnologiya universitetinin fizikləri “Commonwealth Fusion” şirkəti ilə birgə qarşıdakı 15 il ərzində termo-nüvə reaktoru yaratmağı planlaşdırır.  

    Median.Az xəbər verir ki, bu barədə “Popular Mechanics” məlumat yayıb.
    Sözü gedən kompleksdə ulduzların nüvəsində gedən proseslərə bənzər termo-nüvə sintezinin həyata keçiriləcəyi bildirilir.  Bu məqsədlə alimlər “YBCO” – itrium-barium-mis oksidindən hazırlanmış yüksək ötürücülük qabiliyyəti olan maqnitlərdən istifadə edəcək.

    Yeni texnologiya “Sparc” eksperimentinin gedişatında sınaqdan keçiriləcək.  Bu məqsədlə, son dərəcə yüksək hərarətli plazmanın saxlanılması üçün toroidal kamera yaradılacaq. 

    Tədqiqat qrupu sınaqlarda ilkin olaraq yüz meqavat elektrik enerjisi almağa çalışacaq. Sınaqlarda müvəffəqiyyət əldə olunsa, alimlər daha iri, 200 meqavat enerji hasil etməyə imkan verən termo-nüvə reaktoru inşa etməyi planlaşdırır.

  • Azərbaycanda çəkilmiş bu şəkil dünyanın ən məşhur jurnalında – fotolar

    Hər gün dünyanın məşhur dərgisi “National Geographic”in redaksiyasına planetin müxtəlif yerlərində lentə alınmış maraqlı fotolar daxil olur.
    Median.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həmin şəkillər bir-birindən qeyri-adiliyi ilə fərqlənir. 

    Bu dəfə jurnal Azərbaycanda lentə alınmış şəkli də ən yaxşı fotolar siyahısına daxil edib:

  • Uşağının məzarını ziyarətə gəldi, şok yaşadı

    Türkiyədə yaşanan tragikomik hadisə bu gün ölkə mediasının gündəmini zəbt edib. Median.az yenisafak.com-a istinadən xəbər verir ki, Adıyamanda yaşayan Əli və Gülay Bozköşə cütlüyünün övlad həsrətinə 21 ildən sonra son qoyulub və onların körpəsi dünyaya gəlib.

    Lakin cütlük sevinməyə macal tapmadan erkən doğulduğuna görə həyatını itirən körpəni torpağa tapşırmalı olub. Hadisə isə bununla da bitməyib. Besni Hira məzarlığında dəfn edilən körpələrini bir həftə sonra ziyarətə gələn cütlük ikinci dəhşətli şokla qarşılaşmalı olub.

    Məzar açılmışdı və körpənin cəsədi məzarda yox idi. “Mən yeznəmizdən şübhə etdim və dərhal polisə xəbər veridm. Yeznəm körpəmizi məzardan çıxarıb başqa yerə dəfn etmişdi, çünki, bu məzar yerini bələdiyyə hər ikimizə satmışdı. Biz yenidən körpəmizi alıb üçüncü dəfə dəfn etməli olduq. Hər kəs bir dəfə basdırılır, mənim balam 3 dəfə basdırıldı”,- deyə Əli Bozköşə bildirib.

    Hadisə nəzticəsində nəzarətə alınan yeznə və qəbiristanlıq işçiləri sərbəst buraxılıb.

  • Toyunda dəhşətli ölüm xəbəri gəldi – Faciəni gizlətdilər – FOTO

    Arda Turan ilə dünən axşam nikah masasına oturan Aslıhan Doğan evliliyə addım atdığı gün yaxın rəfiqəsi Mina Başaranı itirib.

    Median.Az Haberler-ə istinadən xəbər verir ki, “Başakşehirspor”lu futbolçu Arda Turan ötən gün Çubukludakı evində 2.5 illik sevgilisi Aslıhan Doğan ilə ailə daxilində təşkil edilən sadə bir mərasimlə evlənib.

    ASLIHANA DEYƏ BİLMƏDİLƏR

    Yaxınları Aslıhan Doğana rəfiqəsi Mina Başaranın içərisində olduğu özəl təyyarənin qəzaya uğradığını deyə bilməyiblər.

    Ardanın nikah şahidi isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Nikaha prezidentin xanımı Əminə Ərdoğan da qatılıb.

    Xatırladaq ki, qəzada Başaran 7 rəfiqəsi ilə birlikdə həlak olub.

  • Qəzada öldüyü deyilən Türkiyə təyyarəsinin qadın pilotu sağdır – FOTO-VİDEO

    İranda qəzaya uğrayan Türkiyəyə məxsus özəl sərnişin təyyarəsində dünyasını dəyişən iş adamının qızı Mina Başaran ilə olan fotosuna görə sosial şəbəkədə öldüyü iddia edilən pilot Elif Ulusoy danışıb.

    Median.Az Haberler-ə istinadən xəbər verir ki, qadın pilotun 2 həftə öncə işdən qovulduğu ortaya çıxıb.

    Mina Başaran ilə bir müddət əvvəl çəkdikləri bir fotonun sosial şəbəkədə yayılmasından sonra telefonlarının susmadığını söyləyən Ulusoy tanışlarını sağ olduğu barədə inandırmağa çalışdığını deyib.

    Ulusoyun qəzaya uğrayan təyyarənin məxsus olduğu “Başaran Holding”dəki işindən iki həftə öncə çıxarıldığı məlum olub. Əgər pilot Ulusoy işdən çıxarılmasaydı, böyük ehtimalla o da qəzaya uğrayan təyyarədə olacaqdı.

  • Ərinin başqa qadınla xəyanət etdiyini öyrəndi, elə addım atdı ki… – FOTO

    ABŞ-da yaşayan gənc qadın, əri tərəfindən aldadıldıqdan sonra gəlinliyini yandırıb.

    Milli.Az Haberler-ə istinadən xəbər verir ki, o anların fotolarını paylaşan qadın internetdə qısa zamanda fenomenə çevrilib.

    Luisiana ştatında yaşayan 34 yaşlı Kristy Skott boşandıqdan sonra gəlinliyini yandırıb


    Yanvar ayınca xəyanətini öyrəndiyi ərindən boşanan Skott öncə gəlinliyini boyayıb, sonra od vurub.



    Ərinin telefonuna baxdıqda Facebook mesajlarında aldadıldığını aşkar edən və bunu soruşanda da ərinin hər şeyi etiraf etdiyini söyləyən Skott “O günə qədər xoşbəxt bir evliliyimiz olduğunu düşünmüşdüm” deyib.

    “Çok incidim və əsəbiləşdim. Evliliyim üçü savaşdım, amma olmadı” deyən qadın indi başqa biri ilə sevgilidir.

  • “WhatsApp” bu funksiyasını yenilədi

    “WhatsApp” messencerinin tərtibatçıları məlumatların silinməsi funksiyasını müasirləşdiriblər.

    Median.az İKT.lent.az-a istinadən xəbər verir ki, bundan sonra istifadəçilər göndərilən məlumatları 1 saat 8 dəqiqə ərzində digər kənar cihazlardan da silə biləcəklər.

    Bundan əvvəl “WhatsApp”da məlumatları göndərildikdən sonra 8 dəqiqə yarımdan gec silmək mümkün deyildi. Ancaq akkaunt sahibləri bu qaydada da müəyyən yol tapıblar. İstənilən göndərilən məlumatı silmək üçün smartfonu oflayn rejimə keçirmək və ya haker proqramlardan istifadə etmək kifayətdir.

    Yeni “WhatsApp” messencerinin beta versiyasını artıq yükləmək mümkündür.

  • Tramp ilk dəfə arvadına xəyanətindən danışdı

    ABŞ prezidenti Donald Tramp ilk dəfə həyat yoldaşı Melaniya Trampa xəyanət etməsindən danışıb.

    Median.az xarici mediaya istinadən xəbər verir ki, porno ulduz Stormi Denielsin evli ola-ola prezidentin həyat yoldaşına onunla xəyanət etməsi açıqlamasından sonra cütlük arasında münasibətlər gərginləşmişdi. Donald Tramp bu yaxınlarda Pensilvaniyada çıxışı zamanı ilk dəfə məsələyə münasibət bildirib. O, Melaniyanın bundan sonrakı həyatının heç də asan olmayacağını deyib:

    “Siz elə düşünürsünüz ki, onun həyatı belə asandır? Tamamilə yox. O çox gözəl birinci xanımdır”.

  • Milyonlarla insanın ölümü proqnozlaşdırılır

    Ümumdünya Səhiyyə Nazirliyinin (ÜSN) əməkdaşları xəbərdarlıq edib ki, “İks xəstəliyi” adını daşıyan, hələ tam müəyyən edilməyən infeksiyanın törətdiyi yeni qlobal epidemiyanın yayılma ehtimalı var.

    Median.az-ın verdiyi xəbərə görə, bu barədə “Science Alert” nəşri məlumat verib.

    Tədqiqatçılar bütün bəşəriyyətə yayıla bilən xəstəliklərin siyahısını tərtib edib. Bu siyahıya Nigeriyada yayılan Lass virus babasil titrətməsi və 2014-2015-ci illərdə 11 mindən çox insanın həyatına son qoyan Ebola daxildir.

    Bundan əlavə, alimlər hesab edir ki, Marburq titrətməsi, Krım-Konqo titrətməsi, Yaxın Şərq və ağır kəskin respirator sindromu, Zika xəstəliyi kimi infeksiyalar çox təhlükəlidir.

    Həkimlər siyahıya “İks xəstəliyini” də daxil edib. Onlar hesab edir ki, epidemiya keçən əsrin əvvəllərinə təsadüf edən ispan qripi kimi məhvedici qüvvəyə malik olacaq. Alimlər istənilən potensial təhlükəyə qarşı sürətlə reaksiya göstərmək üçün təhlükəli infeksiya ilə mübarizə tədbirlərini əvvəlcədən işləyib-hazırlamağı planlaşdırır.

    “İspanka” – 1918-1919-cu illərə təsadüf edən kütləvi qrip epidemiyasıdır. Alimlərin qiymətləndirdiyi kimi, o zaman 550 milyon nəfər bu virusa yoluxub, 50-100 milyon nəfər həlak olub.