Category: Dünya

  • Səudiyyə Ərəbistanında ilk qadın marafonu keçiriləcək

    Səudiyyə Ərəbistanı hökuməti krallığın tarixində ilk dəfə olaraq qadınlar üçün marafonun keçirilməsinə icazə verib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al-Quds Al-Arabi” qəzeti məlumat yayıb.

    Qaçış bu ilin aprel ayında Məkkə şəhərində qapalı arenaların birində keçiriləcək.

    “İlk marafonda çox sayda qadının iştirak etməsi üçün əlimizdən gələni edəcəyik.Belə tədbirlərin iştirakçılarından biri olmaq böyük məsuliyyətdir” deyə “Əl-Vəhdə” klubunun prezidenti Əhməd Teyyib bildirib.

    Marafona zərif cinsin 18 yaşdan yuxarı nümayəndələri dəvət olunub. Qaçışdan sonra fərqlənən idmançılara mükafatların veriləcəyi vədd olunur.

    İlk qaçış eksperimental xarakterli olacaq, belə ki, tam miqyaslı ümumilli marafonun açıq havada gələn il təşkil olunacağı bildirilir.

  • Afrində daha bir şəhər azad edildi

    Türkiyə silahlı qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində Racu şəhəri terrorçulardan azad edilib. Bu əməliyyatın başlanıldığı vaxtdan bəri Afrində azad edilən ikinci rayon mərkəzidir.

    Bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

    Anti-terror əməliyyatının iştirakçıları Suriyanın şimal-şərqində uğurlu şəkildə irəliləyir.

    “Anadolu”-nun Suriyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Racu şəhərinin azad edilməsi ilə bağlı əməliyyat martın 3-də səhər saatlarında başlayıb.

    Şiddətli toqquşmadan sonra YPG/PKK yaraqlıları şəhərkənarından Racunun mərkəzinə çəkilib. Daha sonra türk birləşmələr şəhərin böyük hissəsini nəzarətə götürüb. Hal-hazırda mərkəzin terrorçulardan təmizlənməsi üçün reydlər keçirilir, istehkamçılar yollarda və binalarda potensial minaların axtarışı ilə məşğul olur.

    Türkiyə silahlı qüvvələri martın 3-də “Azad Suriya Ordusunun” dəstələri ilə birgə bundan başqa Afrinin cənub-qərbində yerləşən Ramadiyə və Hamilək kəndlərini terrorçulardan təmizləyib.

  • Qazaxıstan nüvə silahından imtina etdi

    Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov nüvə silahının qadağan edilməsi barədə müqavilə imzalayıb.

    Oxu.az-ın xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

    Sənəd Nyu-Yorkda Qazaxıstanın BMT-yə daxil olmasının 26-cı ildönümünə həsr edilmiş tədbir zamanı imzalanıb.

    “Qazaxıstan müqaviləni hazırlanması və qəbul edilməsində fəal iştirak edib. Sənədin əsas müddəaları rəsmi Ankaranın prinsipial mövqeyinə uyğundur”, – məlumatda deyilir.

  • Məşhur brend heyvanlara görə loqosunu dəyişdi – 150 dollarlıq timsahsız köynək satacaqlar – FOTO

    Məşhur geyim brendi olan “Lacoste” nəsli kəsilməkdə olan heyvanlara görə loqotipindəki timsah rəsmindən imtina edib.

    Milli.Az xəbər verir ki, brend xüsusi “polo” seriyası buraxacaq ki, həmin geyimlərin üzərində timsah əvəsinə 10 nəsli kəsilməkdə olan heyvan rəsmi olacaq.


    Həmin köynəklər 150 dollara satılacaq və əldə olunan gəlir həmin canlıların qorunmasına sərf olunacaq.

  • Məktəbli qızla cinsi əlaqədə olub, 18+ görüntülərini İnstaqram-da paylaşdı – FOTO

    Türkiyədə bir məktəbli qızın sosial şəbəkədə çılpaq fotolarını paylaşan iki şəxs tutulub.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, məktəbli G.A. onunla cinsi əlaqədə olaraq İnstaqram-da çılpaq fotolarını paylaşdıqları iddiasıyla şikayətçi olduğu S.Ş. (20) həbs olunub, İ.Ö. (20) isə sərbəst buraxılıb.

    İ.Ö. ve S.Ş. 10-uncu sinif şagirdi G.A.-nın tanışları olublar.

    G.A.-nın təhsilini başqa bir məktəbdə davam etdirəcəyi deyilir.  

  • Türkmənistan aclıq astanasında – VİDEO

    Türkmənistanda əsas qida məhsullarının çatışmazlığı getdikcə kəskinləşir.

    Bu barədə “Azadlıq Radiosu”nun Türkmənistan xidməti məlumat yayıb.

    Heyvanlara verilən kəpək belə defisit məhsulların “siyahısına” düşüb. Kəpək almaq istəyənlərin uzun növbələri müşahidə olunur.

    Fevralın ikinci yarısında Daşoğuzda çəkilmiş bu görüntüdə kəpəyin paylanması əks olunub. Əllərində vedrə ilə gözləyən yerli sakinlər, o cümlədən qadınlar və uşaqlar, növbə üstündə bir-biri ilə əlbəyaxa olur.

    Təkcə fevral ayında ölkədə unun qiyməti iki dəfə artıb. Digər qida məhsullarının qiymət artımı isə 70-100% civarındadır. Hal-hazırda Daşoğuzun dövlət qida mağazalarında un vətəndaşlara yalnız talonlar əsasında satılır.

    Həmin talonlarda ailədə olan yetkinlik yaşına çatmış insanların sayı nəzərə alınır. Hər bir ailəyə beş kilodan artıq un verilmir. Ancaq un almaq istəyənlər bundan başqa azı beş dövlət qurumundan arayış əldə etməlidir. Azuqə kvotalarında yetkinlik yaşına çatmamış uşaqlar nəzərə alınmır.

  • Qocalmadan qorunmanın sadə üsulu məlum oldu

    Vaxtaşırı ac qalma və yüngül idman hərəkətləri insan səhhətini yaxşılaşdırır, diabet və ürək-damar xəstəlikləri riskini azaldır.

    Oxu.az “EurekAler!”ə istinadən xəbər verir ki, belə bir nəticəyə ABŞ Milli Səhiyyə İnstitutunun alimləri gəlib.

    Dörd ay davam etmiş araşdırmada mütəxəssislər dörd qrupa bölünən siçanlardan istifadə edib.

    Birinci qrupda olan siçanlar bol yemlə təmin olunub və istədikləri vaxt qidalana bilib.

    İkinci qrupda olan siçanlar 45 dəqiqə ərzində qaçıb və birinci qrupda olduğu kimi, istədikləri vaxt qidalanıb.

    Üçüncü qrupda olan siçanlar bir gündən bir ac saxlanılıb.

    Dördüncü qrupda isə siçanlar vaxtaşırı ac saxlanılıb və buna baxmayaraq fiziki aktiv olub.

    Bu məşqlər heyvanların fiziki göstəricilərinə müsbət təsir edib. Habelə fiziki aktivliklə bərabər, vaxtaşırı ac qalma tonusun qorunması və dözümlülüyün artırılması baxımından daha effektiv olub.

    Alimlərin sözlərinə görə, təcrübənin nəticələrini insanlara da şamil etmək olar. Yüngül məşqlər və vaxtaşırı ac qalma erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaldır, orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır.

  • Ərdoğan altı yaşlı qıza təntənəli dəfn mərasimi söz verdi – VİDEO

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kahramanmaraş şəhərində keçirilən partiya konfransında hərbi məktəbdə oxuyan altı yaşlı qızla söhbəti dünya mediasında geniş müzakirə mövzusuna çevrilib.

    Bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.

    Ərdoğan şagirdə üz tutaraq, onun döyüşdə öləcəyi təqdirdə, qəhrəman kimi dəfn olunacağını bildirib. Həmin dialoqun videogörüntüsü qəzetin “YouTube” kanalında yayılıb.

    “Baxın, burda kim var. Ay qız, sənin burada nə işin var. Burada qırmızı berelilər var, qırmızı berelilər heç vaxt ağlamaz”.

    Qırmızı berelilər dedikdə, Türkiyə lideri xüsusi təyinatlı qüvvələri nəzərdə tutub. Videoçarxda azyaşlı qızın gözlərindən yaş axdığını görmək olur.

    “Onun cibində Türkiyə bayrağı var… O şəhid olsa, inşallah, bayrağa bürünəcək”, – deyə prezident bildirib. Daha sonra Türkiyə lideri uşaqdan ölkəsi uğrunda xidmət etməyə hazır olub-olmadığını soruşub. Qızcığaz hazır olduğunu bildirib və Ərdoğan onun yanağından öpüb.

  • Smartfonlar lazer şüası ilə doldurulacaq – YENİ İXTİRA

    Vaşinqton Universitetinin alimləri uzaq məsafədən lazerdən istifadə edərək smartfonu enerji ilə doldura bilən yeni cihaz yaradıblar.

    Median.Az-ın Versiya.info saytına istinadən məlumatına görə, yeni enerji dolduran cihaz artıq sınaqdan keçirilib. Bu da videoya çəkilib və universitetin saytında dərc edilib.

    Məlum olub ki, yaxın zamanlarda smartfonun enerji ilə doldurulması üçün müxtəlif kabellərə və ötürücülərə ehtiyac olmayacaq. Araşdırmaçılar smartfonun arxa hissəsində xüsusi bir dəlik buraxıblar ki, bu da lazer şüasını tutur və enerji ilə doldurur. Doldurulma sürəti standart üsuldan geri qalmır. Lazer 4,3 metr məsafədə 97 kvadrat santimetr sahəni əhatə edə bilib.

    Lazer smartfonun enerji ilə doldurulmağa hazır olub-olmadığını da müəyyənləşdirə biləcək. Cihaz isə lazerə yüksək tezlikli siqnallar göndərə biləcək və yerləşdiyi yer barədə məlumat verəcək. Bununla belə, bütün siqnalları insan eşitmir və tuta bilmir. İstifadəçini lazerin təsadüfi şüası ilə toqquşmasından müdafiə etmək üçün onu əlavə müdafiəedici şüalarla təchiz ediblər. İnsanla toqquşduğu anda şüa avtomatik olaraq sönür.

  • Metroda ehtirasını cilovlaya bilməyən cütlük biabır oldu – FOTO

    Sərnişinlərdən biri qatarda əxlaqsızlıq edən cütlüyü mobil telefonla kameraya çəkib.

    Median.Az Milli.az-a istinadən xbərə verir ki, görüntülər Rusiyanın Nijni-Novqorod şəhərində Şkalovskaya stansiyasının tunelində çəkilib. Belə ki, ehtirasını cilovlaya bilməyən əxlaqsız cütlük sərnişinlərə əhəmiyyət vermədən qatar hərəkətdə olarkən vaqonda sekslə məşğul olublar.

    Videonu çəkən şəxs görüntüləri sosial şəbəkələrə yükləyib. Video birmənalı qarşılanmayıb. Sərnişinlərin onlara mane olmaması diqqət çəkib.

    Polis hadisə ilə bağlı şərh verməkdən imtina edib.