Category: Dünya

  • 17 yaşlı qızla cinsi əlaqədə oldu: görüntüləri Facebook-da paylaşdı – FOTO

    İzmirin Konak qəsəbəsində yaşayan, lisedə turizm və otelçilik ixtisası üzrə oxuyan qız zorlanıb.

    Hadisə tələbənin bir oteldə sınaq müddəti zamanı baş verib. Cinayəti törədən C.M. qızın çılpaq fotolarını çəkib.

    Milli.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qız ayrılmaq istəyincə isə bunları ailəsinə göndərməklə təhdid etdiyi bildirilən T.L.-yə (46) yalnız şantaj maddəsi ilə 10 ay həbs cəzası və 80 lirə dəyərində cərimələnib.

    Cəza aldıqdan sonra da C.M.-ni rahat buraxmadığı deyilir.

    Qeyd edək ki, o vaxtlar 17 yaşı olan C.M. ilə cinsi əlqədə olub, onu şantaj edən iki uşaq atası T.L. sözügedən oteldə baş menecer vəzifəsində çalışıb. Şübhəli 3 il boyunca çılpaq şəkilləri ilə şantaj edərək gənc qızla əlaqədə olub. 

    C.M.-nin şikayəti sonrası şübhəli polislər tərəfindən saxlanılıb. Qız ilə intim video görüntüsünün olmadığını bildirən T.L. bir evdə bir il öncə çəkilmiş, ikisinin də beldən yuxarıları çılpaq halda 2 fotosunun olduğunu qeyd edib. T.L. mobil telefonundan sonra bu fotoları da sildiyini qeyd edib. Qıza ondan ayrılacağı təqdirdə çılpaq fotolarını qardaşına göndərəcəyini dediyini etiraf edib.  Çarəsiz qaldığı üçün qızla səmimi fotolarını Facebook-da paylaşdığını etiraf edən T.L. məqsədinin şantaj yox, qızı itirməmək istədiyindən bunları etdiyini bildirib.  

    T.L.-nın telefonunu araşdıran polislər qızla onun cinsi əlaqə görüntülərini aşkar edib. 

  • Rusiyada dəhşətli hadisə – “Mavi Balina” oyunu oynayan qız bacısı ilə… (VİDEO)

    Rusiyada 15 yaşlı qız gəncləri intihara sürükləyən “Mavi Balina” oyununun qurbanı olub.

    Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Maria Vinoqradova adlı qız 12 yaşlı bacısı ilə binanın onuncu mərtəbəsindəki evlərinin eyvanından özlərini atıblar.

    Qız intihar etmədən öncə ailəsinə vida etdiyi bir video çəkib.

  • Dünyanın ən cazibədar aparıcısı ombasını sığortaladı – FOTO

    Dünyanın ən cazibədar hava proqnozu aparıcısı sayılan argentinalı Solo Perez öz ombasını iki milyon peso (180 milyon manata yaxın) məbləğinə sığortalayıb.

    Bu barədə “The Mirror” məlumat yayıb.

    24 yaşlı latın-amerikalı ulduz yerli “TuS Sports” telekanalında hava haqqında məlumat təqdim edir. Jurnalistlərin sözlərinə görə, Perezlə hava proqnozu o qədər populyardır ki, bəzi izləyicilər ona baxmaq üçün işə gecikir.

    Sosial şəbəkələrdə onun milyonlarla izləyicisi var, postları hər gün yüz minlərlə layk və şərh toplayır. Ən çox baxılan şəkilləri onun məşhur ombasının göstərildiyi fotolarıdır. Məhz buna görə Perez onu sığortalamaq qərarına gəlib.//oxu.az






  • 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi ilə dördmərtəbəli binada yaşayır – FOTOLAR

    Hindistanın Mizoram əyalətindəki Baktavnq kəndində yaşayan Ziona Chananın tam 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi var. 

    Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ziona, 181 nəfərlik böyük ailəsi ilə 4 mərtəbəli və 100 otaqlı binada eyni dam altında yaşayır.
     
    Ailəsinin bütün kişi üzvlərinin dülgərliklə məşğul olduğunu söyləyən ata “Bir dəfə belə hökumətdən maddi yardım almadıq” deyərək öyünür. Bir gün bütün dünyanı Hz. İsa ilə birlikdə idarə edəcəklərinə inanan və təxminən 4 min üzvü olan “Chana” adlı ailə məzhəbinin də lideri olan Ziona, “Babam tərəfindən qurulan öz məzhəbimizin varisiyəm. İnancımıza görə, istədiyimiz qədər qadınla evlənə bilərik. Atamın da 7 həyat yoldaşı vardı” deyir.
     






     
    İlk evliliyini 17 yaşında edən Ziona bir il içində 10 dəfə evlənib. Ən son evliliyini keçən il edən Zionanın evində xüsusi bir otağı var. Gecəni sırayla arvadları ilə keçirir. O gecə Ziona ilə eyni yatağı paylaşmayan digər arvadlar isə yataqxana kimi otaqda bir yerdə yatır. Evdə adi bir qazanda 30 toyuq , 100 kilo düyü bişirilir, 60 kilo kartof soyulur. Ev işlərinə liderliyi Chananın ilk və ən yaşlı arvadı 69 yaşlı Zathiangi edir.

    Evin ətrafında dülgər atelyeləri ilə yanaşı axırlar, hin, çəltik tarlası, tərəvəz bağçaları var.

  • Peterburqda öldürülmüş azərbaycanlının meyiti tapılıb

    Rusiyanın Leninqrad vilayətinin Priozersk rayonunda fevralın 19-də kişi meyiti aşkarlanıb

    Oxu.az bu barədə “Moyka-78” istinadən xəbər verir.

    Yayılan informasiyaya görə, meyit Moskva vaxtı ilə 16:53 radələrində Sosnovo qəsəbəsində, Sovetskaya küçəsi ev 12 ünvanında tapılıb.

    Meyitin üz nahiyəsində kəsik yaraları olub.

    Həlak olan şəxsin evə qonaq gəlmiş 50 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilir.

    Ev 62 yaşlı təqaüdçüyə məxsus olub.

    Hazırda azərbaycanlı kişinin ölüm səbəbi və halları yerli hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

  • Rusiyanın məşhur şanson ifaçısı qətlə yetirilib

    Rusiyanın şanson mahnılar ifaçısı Pyotr Qara (Pyotr Petrenko) Moskvada yerləşən mənzilində ölü tapılıb.

    Oxu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəisinin böyük köməkçisi Yuliya İvanovaya istinadən TASS məlumat yayıb.

    Onun sözlərinə görə, fevralın 19-da “Severnı bulvar”da yerləşən yaşayış evinin mənzilində 1984-cü il təvəllüdlü kişi meyiti tapılıb.

    “Vizual baxış zamanı beş bıçaq yarası şəklində zorakı ölüm əlamətləri aşkar edilib”, – deyə İvanova əlavə edib.

    Faktla bağlı cinayət işi qaldırılıb.

  • Bacılar vida videosu çəkib intihar etdilər

    Rusiyada hüquq-mühafizə orqanları İjevskdə, fevralın 19-da meyitləri hündürmərtəbəli binalardan birinin yaxınlığında aşkarlanmış iki yeniyetmə qızın ölüm səbəbi və hallarını araşdırır.

    Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Udmurtiya başçısı yanında uşaq hüquqları üzrə səlahiyyətli nümayəndə Olqa Avdeyeva açıqlama verib.

    Açıqlamaya görə, qızlardan birinin 12, digərinin 15 yaşı olub. Yaxın zamanda həlak olan qızların valideynləri müstəntiqlər tərəfindən sorğu-sual olunacaq.

    İlkin məlumatlara əsasən, ölən qızlar ögey bacı olublar. Onlardan biri ölümündən əvvəl “Instagram” səhifəsində onların sonuncu foto və videosunu paylaşıb.

    Videoda qız ailə üzvlərinə yaşatdığı acıya görə üzr istəyib. Şərhlərdə istifadəçilər qızların ailə üzvlərinin, dostlarının onların intihar etmək niyyətlərindən bixəbər olmasından hiddətləndiklərini ifadə ediblər.

    Ötən ilin oktyabr ayında son 30 ildə uşaqlar və yeniyetmələr arasında intihar hallarının əhəmiyyətli dərəcədə artdığı və bunun Rusiyada çoxluq təşkil etdiyi məlum olub.

    Bu ölkədə hər yüz min ölümə 11,5 intihar halı düşür. Maraqlıdır ki, bütün dünyada bu göstərici – 7,4 intihar halına bərabərdir.

  • İŞİD-lə əməkdaşlıq edən azərbaycanlı qadınlara ağır cəza

    İraqda 10-a yaxın Türkiyə və Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxarılıb və ömürlük azadlıqdan məhrum edilib.

    Oxu.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Sumaira” telekanalı məlumat yayıb.

    Kanala müsahibə verən Ali Məhkəmə Şurasının nümayəndəsi Abdel Sattar Birkdarın sözlərinə görə, həbs olunanlar İŞİD terror qruplaşması ilə əməkdaşlıqda ittiham olunurlar.

    Türkiyədən olan bir qadına isə edam cəzası verilib.

  • İŞİD Dağıstandakı atışmaya görə məsuliyyəti öz üzərinə götürüb

    İŞİD terror qurplaşması Dağıstanda pravoslav kilsəsinə hücuma görə məsuliyyətini öz üzərinə götürüb.

    Oxu.az-ın xəbərinə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram kanalı yazıb.

    Analitiklər yaraqlıların “Amak” agentliyinin məlumatına istinad edirlər.

    Xatırladaq ki, fevralın 18-də Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb.

    Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Moskvada donan üç yaşlı Zəhrada qançır izləri aşkarlanmayıb

    Yeni Moskvada müstəntiqlər gəzinti zamanı tərbiyəçi tərəfindən döyülmüş üç yaşlı Zəhra Rzayevanın ölüm hallarını araşdırır.

    Oxu.az xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” məlumat yayıb.

    İnsident Rusiya paytaxtı yaxınlığında yerləşən Yeni Moskvanın 2120 nömrəli məktəbinə aid uşaq bağçasında baş verib.

    Rusiya KİV-də bundan əvvəl yayılan xəbərlərə görə, tərbiyəçi uşaqları səhər gəzintisinə çıxarıb, yarım saatdan sonra səhər yeməyinə yollanan zaman guya uşağı küçədə unudub. Yalnız iki saatdan sonra uşağın ərazidə olmadığının fərqinə varıb. Azyaşlı qız qar komasında aşkarlanıb.

    Müstəntiqlər bu versiyanı təkzib edir. Qadının iki saat keçdikdən sonra aşkarlanması ilə bağlı dedikləri həqiqəti əks etdirmir. Çünki uşağın həmyaşıdları arasında olmadığını dərhal görüblər.

    İlkin məlumatlara görə, tərbiyəçi və dayə kiçik uşaq dəstəsi ilə gəzintidən qayıdan zaman qızın olmadığının fərqinə varıblar. Gəzinti yerinə qayıdan tərbiyəçilər 2014-cü il təvəllüdlü qızın qarın üzərində huşsuz vəziyyətdə uzandığını görüblər.

    Təcili tibbi yardım çağırsalar da, tibb işçiləri uşağın həyatını xilas edə bilməyib. Ehtimal olunur ki, gəzinti zamanı uşağın halı pisləşib. O yıxılıb. Ancaq uşaqlara nəzarət edən böyüklər bunun fərqinə varmayıb. Hər halda uşaq bağçasının aid olduğu 2120 saylı məktəbin irəli sürdüyü versiya belədir.

    “Bədbəxt hadisənin səbəbləri diqqətli şəkildə araşdırılır”, – deyə məktəbin saytında bildirilir.

    “Hələlik ölümün səbəbi müəyyən edilməyib. Məktəbəqədər qruplar ştat rejimində işləyir, uşaqlar qonşu qruplara köçürülüb. Uşağın qohumları və yaxınlarına başsağlığı veririk. Bu, bizim məktəb üçün böyük faciədir.”

    Müstəntiqlər ölən qızın atasını dindirib. Səlim Rəhimov (ad və soyadı şərtidir – red.) azərbaycanlıdır. Moskvada artıq bir neçə ildir ki, yaşayır, meyvə-tərəvəz satışı ilə məşğul olur. Üç yaşlı Zəhradan başqa üç uşağı var.

    Mənbənin sözlərinə görə, o, İstintaq Komitəsinin əməkdaşlarına verdiyi açıqlamada, bir neçə gün əvvəl uşağın bədənində qançırlar aşkarladıqlarını söyləyib. Qız özü yıxıldığını deyib. Ancaq uşağın valideynləri buna şübhə edir:

    “Bəlkə, onu bağçada kimsə döyüb?”

    “Uşağın bədənində heç bir qançır izləri olmayıb, onu təcili tibbi yardımın həkimləri gözümün qabağında aparıb. Heç bir bədən xəsarəti olmayıb”, – deyə 2120 saylı məktəbin direktoru “Komsomolskaya Pravda” müxbirinə verdiyi açıqlamada bildirib.

    İstintaq komitəsi ilkin baxış zamanı fiziki zorakılıq və ya hər hansı xəsarət izlərinin olmadığını qeyd edib.