Category: Dünya

  • Moskvada uşaq bağçasında üç yaşlı Zəhra donaraq ölüb – FOTO + VİDEO

    Cümə günü Moskva vilayətində yerləşən uşaq bağçalarından birində üç yaşlı azərbaycanlı qızın ölümü ilə nəticələnən faciə baş verib.

    Median.Az yerli mətbuata istinadən xəbər verir ki, ilkin fərziyyəyə görə, hadisə bağçanın həyətində gəzinti zamanı qeydə alınıb.

    Azərbaycanlı ailədə doğulan üç yaşlı Zəhra Rzayeva tərbiyəçilərin onu həyətdə unutmaları səbəbindən qarlı havada soyuqdan donaraq ölüb.

    Müəssisə əməkdaşları buittihamı rədd edərək bildirirlər ki, uşaq “bioloji” səbəbdən ölüb.

    Qızın valideynlərinin istintaqa verdikləri məlumata görə, uşağın bədənində qançır yerləri olub.







  • Baki̇rəli̇yi̇ni̇ satişa çixardi və bu görüntülərlə sübut etdi̇ – FOTO + VIDEO

    23 yaşlı gənc qız bakirə olduğunu sübut etmək üçün video çəkib.

    ABŞ-da yaşayan Bailey Gibson bakirəliyini 7 milyon funt sterlinqə, təxminən 10 milyon dollara satacağını söyləyib. Satışı fahişəxanaların birində həyata keçirəcəyini açıqlayan gənc qız bunu video çəkərək bütün dünyaya elan edib.

    Ona inanmayan insanlara isə həkimdən bakirə olduğuna dair aldığı sənədi göstərib.

    Hazırda Bailey bakirəliyinə qarşılıq 200 min dollar təklif aldığını söyləyib.

    Qeyd edək ki, auksion 15 sentyabrda sona çatacaq.///mybaku.az



  • Telman İsmayılov iş adamının qətlinə iki milyon dollar ayırıb – İDDİA

    Rusiyanın İstintaq Komitəsi, istintaq versiyasına görə, 2016-cı ilin may ayında iki milyon dollara Moskva şəhərinin kənarında iki nəfərin qətlini təşkil etmiş Rafiq İsmayılovun işi üzrə araşdırmanı yekunlaşdırıb.

    Müstəntiqlər onun qardaşı, “Çerkizov” bazarının keçmiş sahibi, axtarışa verilən Telman İsmayılovun maddi münaqişədən qaynaqlanan cinayətin sifarişçisi olduğunu hesab edir.

    İstintaqda başqa bir iştirakçı hazırda cinayət məsuliyyətindən gizlənən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyatçısı Vaqif İsmayılovdur.

    Rafiq İsmayılovla bağlı istintaqın yekunlaşması barədə onun vəkilləri xəbər verib. İstintaq versiyasına görə, Rafik İsmayılov iki nəfərin qətlinin təşkilatçısıdır.

    Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi və 222-ci maddəsinin (qanunsuz silah dövriyyəsi) 2-ci hissəsi üzrə rəsmi ittiham irəli sürülüb.

    Cinayət işində İsmayılov ailəsinin daha iki nümayəndəsinin adları hallanır: Rusiya İstintaq Komitəsi tanınmış azərbaycanlı biznesmen Telman İsmayılovun cinayətin sifarişçisi olduğunu hesab edir.

    İttihama görə, İsmayılov qətllərin törədilməsinə iki milyon dollar pul ayırıb, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyatçısı Vaqif İsmayılov isə belə cinayətlərin araşdırılma metodları ilə yaxşı tanış olduğundan qohumlarına izləri itirməkdə, cinayət silahını gizlətməkdə və aradan çıxmaqda kömək edib.

    “Stroy-market” Ticarət mərkəzinin sahibi Vladimir Savkin və “Lyublino Motors” şirkətinin sahibi Yuriya Brılyova 15 may 2016-cı ildə yaxın məsafədən güllələnib. Onların meyitləri 30-cu kilometrdə, Novorijsk şossesində, yolun kənarında dayanan qapıları açıq “Toyota Land Cruiser”də aşkarlanıb.

    Məlum olub ki, avtomobil Savkinə məxsus olub və hər iki biznesmen arxa oturacaqda əyləşən qatil tərəfindən ənsə nayihəsindən güllələnib.

    Müəyyən edilib ki, sui-qəsddən əvvəl “Toyota Land Cruiser” yanacaqdoldurma məntəqəsində parklanıb. Daha sonra məntəqəyə gümüşü rəngli “Mercedes” daxil olub, içindən bir kişi çıxaraq yolsuzluq avtomobilinə minib.

    Qətlə yetirilmiş qurbanların telefon zənglərini araşdırmış əməliyyatçılar onların ölümdən əvvəl tanışları Mehman Kərimovla danışdıqlarını müəyyən edib. YDM – təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdə məhz onun biznesmenin maşınına mindiyini görmək olur.

    “Mercedes”də sükan arxasında isə, istintaqa əsasən, Rafiq İsmayılov olub. Onların hər ikisi saxlanılıb.

    Mehman Kərimov həbs olunduqdan dərhal sonra törətdiyi əməli etiraf edib, daha dəqiq desək, yolsuzluq avtomobilində arxa oturacaqda biznesmenlər olduğunu təsdiqləyib. Ancaq Vladimir Savkinin qohumları deyir ki, “killer” qətlin təşkilatçılarını müdafiə etməyə çalışır. Onlar İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olduqdan sonra iş üzrə materiallar Baş İstintaq İdarəsindən Komitənin mərkəzi aparatına ötürülüb.

    Nəticədə 22 sentyabr 2016-cı ildə Rafiq İsmayılov yenidən qardaşı, keçmiş əməliyyatçı Vaqif İsmayılovun evində saxlanılıb.

    Daha sonra Kərimov yüngülləşdirici hal üçün müstəntiqlərlə razılaşmaya gələrək, yeni ifadə verib. Həmin ifadəyə görə, Telman İsmayılov qohumlarından Savkinin “işinə baxmağı” tələb edir və bunun üçün iki milyon dollar ayırır.

    Kərimov bu söhbəti eşitdiyini qeyd edir. İstintaq Komitəsinin versiyasına görə, sifarişli qətllərin motivi biznesmenlər arasında yaşanan maddi zəminli münaqişə olub. Bu ifadədən sonra Telman İsmayılov və onun qardaşı Vaqif də cinayətin iştirakçıları olaraq araşdırılmağa başlanıb.

    İsmayılov qardaşları iki qətllə bağlı ittihamları rədd edir. Müdafiə tərəfi bildirir ki, biznesmenlə Savkin arasında heç bir maddi münaqişə olmayıb.

    Müdafiə tərəfinin vəkillərinin dediyinə görə, Mehman Kərimov cəzasının yüngülləşdirilməsi məqsədilə müstəntiqlərə uydurma ifadə verib.//oxu.az

  • Xərçəngə qarşı effektiv peyvənd yaradıldı

    San-Fransiskoda Kaliforniya Universitetinin alimləri xərçəng hüceyrələrini öldürən, həmçinin şişə qarşı reaksiyanı stimullaşdıran genetik modifikasiya olunmuş virus yaradıb.

    Oxu.az xəbər verir ki, bu barədə “Medical Xpess” pres-relizində deyilir.

    Pexa-Vec onkoloji virusunu suçiçəyi virusunun modifikasiya olunmuş variantı adlandırmaq olar. Ona immun hüceyrələrin artımını stimullaşdıran, kiçik peptid molekulu kodlaşdıran gen əlavə olunub.

    Bundan savayı, virusdan “timidinkinaza” geni kənarlaşdırılıb. Nəticədə infeksion agent yalnız spesifik genlərdə (RAS və p53) kinaza miqdarının yüksək olduğu xərçəng hüceyrələrində çoxalır.

    Pexa-Vec bədxassəli şişi qidalandıran qan damarlarının inkişafını məhdudlaşdırır, onun artımını ləngidir. Peyvəndi damardaxili inyeksiya yolu ilə də orqanizmə yeritmək olar. Bu modifikasiya olunmuş infeksion agentin təkcə xərçəng mənbəyinə deyil, eyni zamanda, orqanizmin digər hissəslərində olan metaztazlara hücum çəkməsinə imkan verir.

    Pexa-Vec mədəaltı vəzinin neyroendokrin xərçəngindən əziyyət çəkən siçanlar üzərində sınaqdan keçirilib. Məlum olub ki, virus sağlam orqanları zədələmir, yalnız şişləri qidalandıran qan damarlarına təsir edir. İnfeksion agent bədxassəli şişlərin yalnız müəyyən qismini məhv etsə də, onun səbəb olduğu immun reaksiya yeni törəmələrin yoxa çıxmasına təkan verib.

  • ABŞ-da şagirdlərin güllələnməsi lentə alındı – VİDEO

    ABŞ-da yeniyetmələr Floridada orta məktəbdə 17 nəfərin ölümü, azı 14 nəfərin yaralanması ilə nəticələnmiş atışmanın görünütüsünü lentə alıb.

    Videoçarx “CBS News” telekanalının canlı efirində yayımlanıb.

    Kadrlarda sinifdə döşəmədə əyləşən uşaqları görmək olur. Atışma səsləri gəldikdən sonra təşviş düşür, uşaqlar qışqırmağa başlayır.

    Şübhəli şəxs saxlanılıb, onun əvvəllər həmin məktəbdə oxuduğu bildirilir. Polis artıq atıcının adını açıqlayıb – Nikolas Kruz.

    O, fevralın 14-də təhsil ocağına silahlı hücum edib. Şahidlərin dediyinə görə, o, əvvəl yanğın həyəcan siqnalizasiyasını işə salıb, ara qarışdıqdan sonra kortəbii şəkildə atəş açmağa başlayıb.

    Atıcını tanıyan məktəblilərin sözlərinə görə, o, “qəribə uşaq”, bəzilərinin dediyinə görə isə ruhi xəstə olub. “Bir neçə il əvvəl onunla bir layihə üzərində çalışırdım, ona bel çantası ilə məktəbə daxil olmağa icazə vermirdilər. O, uşaqlara hədə-qorxu gəlirdi, sonra onu məktəbdən qovdular”, – deyə atıcının tanışlarından biri bildirib.

  • Erməni deputat: O mənim döşümə toxundu və şillələndi – VİDEO

    Ermənistanda Yerevan Şurasının iclasında dava düşüb.

    Oxu.az erməni mətbuatına istinadən xəbər verir ki, “Yerkin tsirani” («Еркир цирани») partiyası fraksiyasının üzvü Marina Xaçatryanın, hakim Respublikaçılar partiyasının nümayəndəsi Edmon Kirakosyanı şillələdi.

    Hadisə fevralın 13-də baş verib. Belə ki, Xaçatryanın, partiya üzvləri ilə birlikdə, şəhər sovetinin iclasına Yerevanın Nubaraşen rayonundan çirkli axıntı sularını qablara dolduraraq gətirib. Bununla da o, həmkarlarını rayonun kanalizasiya sisteminin dəyişdirilməsinə ehtiyacın olduğunu çatdırmaq istəyib.

    Çirkablı suyun iyi qısa müddət ərzində otağı bürüdü. Marina Xaçatryan bu suyu Yerevanın meri Taron Markaryana təqdim etmək istəyib.

    Bu isə hakim Respublikaçılar partiyasının təmsilçilərinin qəzəbinə səbəb olub.

    Bir neçə deputat yerindən qalxaraq davaya başlayıblar və davanın gedişində Marina Xaçatryana zərbələr vurulub, qolların dartılıb, saçları yolunub. Bundan sonra Xaçatryan bəyan edib ki, ona qarşı seksual təhdid olunub və bunun əvəzində respublikaçı Edmond Kirakosyana şillə vurub.

    “Mən heç kimə imkan vermərəm ki, əynimdən paltarımı çıxarsın və döşlərimə, bədənimə toxunsun. Ara qarışıqda bunu dərk edən kimi həmin adamı özünə gətirmək üçün şillə vurdum. Bəxti gətirdi ki, orda yer dar idi, yoxsa ayağımın da gücünü hiss edəcəkdi”, – o deyib.

    Ermənistan polisi artıq məlumat verib ki, hadisə ilə bağlı materialları hazırlayır.

  • Azərbaycanlı Rusiya vətəndaşlığı üçün 71 yaşlı qadınla evləndi

    Rusiya prokurorluğu 50 yaşlı Azərbaycan vətəndaşı ilə 71 yaşlı Çerepovts sakini arasında saxta nikah faktını aşkarlayıb.

    Bu barədə oxu.az Rusiya mətbuatına istinadən xəbər verir.

    Azərbaycanlı vətəndaşlıq almaq üçün sənədlərini müvafiq dövlət orqanına təqdim etdikdən sonra yoxlama aparılıb.

    Məlum olub ki, kişi qadınla iş yerində, kolxoz bazarında tanış olub. Onlar 2009-cu ildə Çerepovsk VVAQ idarəsində nikaha daxil olub.

    “Qanuna görə, xarici vətəndaş Rusiya vətəndaşı ilə ailə quran zaman ona kvota nəzərə alınmadan Rusiyada müvəqqəti yaşamaq icazəsi verilir. Sonra o, Rusiya vətəndaşlığı almağı planlaşdırıb və buna nail olub.

    Yoxlama zamanı məlum olub ki, Azərbaycan vətəndaşı qadına saxta nikah qurmağı təklif edib, bunun müqabilində isə “həyat yoldaşını” maddi cəhətdən təmin etməyi öhdəsinə götürüb. O, bu vədini yerinə yetirib. Məlum olub ki, cütlük heç vaxt eyni ünvanda yaşamayıb, birgə təsərrüfatla məşğul olmayıb və nikahdan övladları yoxdur.

    Nikah ailə qurmaq məqsədilə bağlanmayıb. Ona görə də Ailə Məcəlləsinə əsasən etibarsız hesab olunur”, – deyə prokuror köməkçisi Anton Upadışev bildirib.

    Məhkəmə azərbaycanlı ilə Çerepovts şəhər sakini arasında bağlanmış nikahı etibarsızlaşdırıb.

    Hazırda kişinin Rusiyadan deportasiya olunacağı gözlənilir.

  • 11 yaşlı İŞİD-çi oğlan: “Məni güllələyəcəksiniz?!” – VİDEO

    Suriyada İŞİD-ə və prezident Bəşər Əsədin qoşunlarına qarşı vuruşan Azad Suriya Ordusunun (ASO) tərkibində vuruşan “Ceyş Şühba” qruplaşmasının yaraqlıları İdlib vilayətinin cənub-şərqindəki Hüveyn Kəbir kəndini ələ keçiriblər. Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, əsir alınmış İŞİD terrorçuları arasında 3 azyaşlı da var. Onlar 11, 13 və 14 yaşdadır.

    İŞİD-in “Xilafətin aslan balaları” adlandırdığı bu uşaqlar əldə silah döyüşürlər. 11 yaşlı Muhammədin dediyinə görə, 9 yaşından bəri İŞİD sıralarında döyüşür. O, Rəqqada səngərlərdə olduğunu da söyləyib. Əl-qolu bağlı vəziyyətdə yerə uzadılmış “Ceyş Nühba” yaraqlılarına çox sakit, təmkinli şəkildə sual ünvanlayıb: “Məni gülləyəcəksiniz?!”

    Bu zaman kadr arxasında kimsə deyir: “Güllələyin onu!” ASO-nun 25 min üzvü hazırda Suriyanın şimalında kürdlərin YPG, PKK və PYD terror qruplaşmalarına qarşı vuruşur. ASO-nun mayoru Yasir Əbdül Rəhimin sözlərinə görə, onların Afrin vilayətində məqsədləri kürd terrorçuların ələ keçirdikləri yaşayış məntəqələrini azad etməkdir.

  • Əməliyyatçılar Saakaşvilini saçlarından sürüdülər – VİDEO

    Kiyevdə keçmiş Odessa vilayəti meri Mixail Saakaşvilinin saxlanılmasında 10-dan çox əməliyyatçı iştirak edib.

    Oxu.az xəbər verir ki, “Zrada çi Peremoqa” “Telegram” kanalının yaydığı “Suluquni” restoranının müşahidə kamerasından çəkilmiş videogörüntüdə əməliyyatçıların onu məcburi şəkildə binadan çıxardığını görmək olur.

    Kadrlarda növbə ilə üzü maskalı və kamuflyaj geyimdə olan 14 nəfərin restorana daxil olması, Saakaşvilini yerə yıxmaları, daha sonra isə saçlarından dartaraq çölə çıxarması əksini tapır.

    Daha sonra açıqlama verən Saakaşvili ukraynalı əməliyyatçıları faşistlərlə müqayisə edərək, ona qarşı çox kobud davranmaqla güc tətbiq etdiklərini bildirib.

    Qeyd edək ki, fevralın 12-də Ukrayna sərhəd xidmətinin xüsusi təyinatlıları Saakaşvilini restoranda saxlayaraq, onu helikopterlə Borispol aeroportuna aparıb, daha sonra isə Ukrayna vətəndaşlığından məhrum olan siyasətçi təyyarəyə mindirilib və Polşa paytaxtına göndərilib.

    Xatırladaq ki, 2017-ci ilin sonlarında, Kiyev dairə-inzibati məhkəməsi vətəndaşlığı əlindən alınan Saakaşvilinin ölkədən ekstradisiyasına əngəl olacaq hər hansı halın və ya səbəbin olmadığını qət edib.

  • Çində magistral yolda cəhənnəm atəşi – VİDEO

    Çində Pekin-Harbin sürətli hərəkət avtomagistralında aşmış yanacaq daşıyan maşın yolda əsl alov fırtınası yaradıb.

    Maraqlı görüntü videoreqistrator tərəfindən qeydə alınıb.

    Oxu.az xəbər verir ki, “Channel News Asia” məlumatına görə, insident nəticəsində iki nəfər ciddi yanıq xəsarətləri alıb, daha altı nəfər yüngül zədələnib.

    Yanacaq daşıyan maşının qəzaya uğradığı avtoyol daş kömür və maye qazın yük maşınları ilə daşındığı əsas yol sayılır.