Category: Dünya

  • Suriyada azərbaycanlı öldürüldü – FOTO (18+)

    Suriyanın İdlib şəhərində azərbaycanlı öldürülüb.

    Jurnalist Furkan Azərinin yaydığı məlumata görə, Suriyada döyüşlərdə “Tel Sultan” cəbhəsində iştirak edən Səid adlı azərbaycanlı aldığı güllə yarasından dünyasını dəyişib.

    Bildirilir ki, Səid Azəri hökumət qüvvələri ilə gedən döyüşlərdə məhv edilib.

  • An-148 qəzası anbaan kameralara düşdü – VİDEO

    Moskva şəhərinin kənarında An-148 sərnişin təyyarəsinin qəza anı şəxsi evlərdən birinin təhlükəsizlik kamerasına düşüb.

    Həmin videogörüntü “Youtube” portalına yerləşdirilib.

    Kameradan çəkilmiş görüntüdə yerlə toqquşma zamanı laynerdə partlayışın baş verdiyi anı görmək olur.

    An-148 təyyarəsi bazar günü, Domodedovo aeroportundan qalxdıqdan bir neçə dəqiqə sonra Moskvanın şəhərkənarı Ramenski rayonunda qəzaya uğrayıb. Təyyarə Moskvadan Orska (Orenburq vilayəti) uçub. Təyyarənin göyərtəsində 65 sərnişin və altı ekipaj üzvü olub. Qəzada sağ qalan olmayıb.

    İki və daha artıq insanın ölümü ilə nəticələnmiş uçuş təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb (RF CM 263 m. 3-cü hissəsi).

    Qəza səbəbilə bağlı ilkin ehtimallar – əlverişsiz hava şəraiti, insan faktoru və laynerin texniki nasazlığıdır.//oxu.az

  • Ermənidən Azərbaycanda saxladığı maşına görə vergi istəyirlər – FOTO

    Ermənistanda sərhədyanı bölgədə yaşayan sakindən Azərbaycan ərazisində saxladığı avtomobilə görə əmlak vergisi tələb olunur.

    Oxu.az Epress.am saytına istinadən xəbər verir ki, Ermənistanın Çəmbərək şəhərinin sakini Samvel Arakelyana yerli icma administrasiyadan məktub daxil olub.

    Həmin məktubda vəziyyətin daha da çətinləşməməsi üçün onun qəti tədbirlər görməsi və QAZ-69 markalı avtomobilinə görə 160 dollar məbləğində əmlak vergisi ödəməsi tələb olunub.

    Məsələ ondadır ki, həmin avtomobili Arakelyan 26 il əvvəl Azərbaycanda qoyub.

    “Atamın Arsvaşendə (tarixi və indiki adı Başkənd; Gədəbəy rayonu ərazisində yerləşir) nasaz “Villis”i var idi. İndi ona görə əmlak vergisi ödəməyimi istəyirlər”, – deyə Arakelyan Express.am müxbirinə bildirib.

    Onun sözlərinə görə, Çəmbərək icma administrasiyası əllərində olan sənədlərə əsasən, borcun yığıldığını bildirir.

    “Deyirlər, gərək ödəyəsən ki, problemin həll olunsun”.

    Arakelyan məktuba hər hansı reaksiya göstərmək fikrində deyil. Belə ki, bu tələbin absurd olduğunu düşünür.

    “Qoy mənim “Villisim”i qaytarsınlar, onda mən on qat pulunu ödəyərəm”, – deyə o bildirib.

  • “Femen” fəalı Poroşenkoya görə Vyana balında soyundu – FOTO (18+)

    Avstriyada “Femen” fəalı Ukrayna prezidenti Pyotr Poroşenkoya etiraz olaraq, onun baş çəkdiyi Vyana balında aksiya keçirib.   

    Bu barədə “Femen”in “Facebook” səhifəsində məlumat verilir.

     Fəal Alisa Vinoqradova qırmızı xalıya çıxaraq  sinəsini açıb. Onun bədənində ingilis dilində “Poroşenko, get the f**k out of the Ball” (“Poroşenko baldan cəhənnəm ol”) şüarı yazılıb.

    “Femen” bildirir ki, bu aksiya ilə dünya ictimaiyyətinə Poroşenkonun, əslində, kübar insanlar arasında olmağa layiq olmadığını bildirməyə çalışıb.

    Məlumata görə, fəal Ukrayna lideri pilləkənlərlə eyvana qalxan anda soyunub.

    UNİAN Ukrayna müstəqil informasiya agentliyi bildirir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun Avstriyanın Vyana balında iştirakı ölkənin dövlət büdcəsinə 800 min qrivinə başa gəlib.//oxu.az

  • ABŞ-da uşaq oyun aparatında ilişib qalıb – VİDEO

    ABŞ-ın Floruda ştatının Taytusvill şəhərində resroranların birində qeyri-adi hadisə baş verib.

    Meyson adlı oğlan, yumşaq oyuncaq əldə etmək məqsədi ilə oyun aparatının içinə daxil olur.

    Verilən məlumata görə, o, adətən “mükafat”ın verildiyi dəlikdən işəri keçib. Ancaq geriyə qayıda bilməyib. Bu zaman uşağın imdadına yanğınsöndürən Ceremi Haus gəlib.

    Qeyd olunur ki, bütün bu baş verənlərə baxmayaraq, uşaq istədiyinə nail ola bilib. Belə ki, Meysonu aparatdan çıxaran zaman, onun əlində bir neçə oyuncaq olub./oxu.az

  • İnternetin həmtəsisçisi vəfat edib

    Müasir internetin yaradıcısı və kiberməkanda hüquqların qorunması üzrə ixtisaslaşmış “Electronic Fronties Foundation” təşkilatının təsisçisi Con Perri Barlou 70 yaşında vəfat edib.

    Bu barədə məlumat şirkətin rəsmi “Facebook” səhifəsində dərc olunub.

    “Bu gün internet öz qəhrəmanını itirdi. EFF öz müdrik həmtəsisçisi Con Perri Barlounun ölümünə çox üzülür”, – deyə postda bildirilir.

    Şirkətin bəyanatına görə, əsas internet seqmentləri bu gün məhz Barlounun sayəsində mövcuddur və inkişaf edir. Barlou ümumdünya şəbəkəsini fiziki məsafələrdən asılı olmayaraq, insanların ünsiyyətini təmin edən azadlıq məkanı hesab edib.

  • Dünya çempionunun qətli: Allahverənov ittihamla razı deyil

    Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovu qətlə yetirməkdə şübhəli bilinən Anar Allahverənov məhkəmənin ilk iclasında qətli törətmədiyini, sadəcə, dalaşdığını bildirib.

    Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Konstantin Lısenko mətbuata açıqlama verib.

    Xabarov Diyar Məhkəməsi bu gündən etibarən Andrey Draçyovun qətli ilə bağlı cinayət işinin mahiyyəti üzrə baxılmasına başlayıb.

    Bundan əvvəl yayılan xəbərə görə, 20 avqust 2017-ci ildə Xabarovskda kafelərin birinin qarşısında Andrey Draçyovla təqsirləndirilən şəxs Anar Allahverənov arasında dava düşüb.

    Aldığı xəsarətlərin ağırlığından idmançı xəstəxanada dünyasını dəyişib. Dələduzluq məqsədilə adam öldürmədə ittiham olunan Allahverən hadisədən bir ay sonra hüquq-mühafizə orqanlarına təslim olub.

    “İlk məhkəmə iclasında müdafiə etdiyim Anar Allahverənov qətli törətmədiyini bildirib. Bu ədavət zəminində düşən adi bir dava olub”, – deyə Lısenko iclasda elan olunan fasilə zamanı bildirib.

    Artıq iclasda bir şahiddən ifadə alındığı bildirilir.

    Bu arada, Draçyov ailəsinin vəkili isə məhkəmədə cinayət hallarının araşdırılmasına başlandığını bildirib.

    Dövlət ittihamçısı iclasa iki şahid dəvət edib. Məhkəmə iclasının axşam saatlarına kimi davam edəcəyi bildirilir.

  • Dubayda bir milyon dollarlıq tort hazırlandı – FOTO

    Dubayda tam ölçülü gəlin şəklində qeyri-adi tort hazırlanıb.

    Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bu sənət əsəri yeni şadlıq evlərindən birində yerləşir.

    Yeməli gəlin paltarının müəllifi britaniyalı dizayner Debbi Uinqhemdir. Gəlin paltarı və hicab krem, şokolad və mastikadan ibarətdir. O, kremdən ibarət iki mindən çox çiçək və 1000-ə yaxın yeyilə bilən mirvari ilə bəzədilib.

    Bundan başqa, gəlinin adsız barmağında olan üzük əsl brilyantdır. Gəlin tortunun dəyəri bir milyon dollardır.



  • Qabyuyan seks-robotlar icad edildi

    Median.Az xəbər verir ki, Çinin “EX Doll” və “Doll Sweet Dolls” şirkətləri geniş ictimaiyyətə yeni seks-robot təqdim ediblər.

    İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, bu kuklalar sahiblərinin təkcə fiziki ehtiyaclarını ödəməyəcək, eyni zamanda onların qablarını yuyacaq.

    Yeni seks-robot insan nitqini “Siri” səsli köməkçisi vasitəsilə qəbul edə, tibb bacısı funksiyasını yerinə yetirə və paltaryuyan maşını işlədə biləcək.

    Şirkətin marketinq departamentinin rəhbəri Vu Ksinlin bildirib ki, Çində doğuşların sayı kəskin şəkildə qeyri-proporsional olduğundan, cəmiyyətdə zərif cinsin nümayəndələrinin sayında çatışmazlıq hiss olunur. Ona görə də şirkətlər kişilərin seksual tələblərini ödəmək üçün xüsusi kuklaların istehsalı ilə məşğul olurlar. Seks-robotların bir çox kişilərin tənhalığına son qoyacağı bildirilir.

  • Azərbaycanlı Mosulda öldürülüb – VIDEO

    Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən azərbaycanlının İraqda öldürüldüyü məlum olub. Bu barədə APA-ya İnterpol xətti ilə axtarışa verilən Anar Muradlının yaxınları məlumat verib. Yaxınlarının sözlərinə görə, A. Muradlı Rusiyada yaşayıb.

    Bir neçə il əvvəl radikal dini qruplaşmalara qoşularaq Suriyadakı döyüşlərə qatılıb.İŞİD-in tərkibində vuruşan A. Muradlı bir müddət Raqqada, daha sonra Mosulda gedən döyüşlərdə iştirak edib.

    O, İraq hökumət qüvvələrinin Mosula endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Yaxınlarının dediyinə görə, A. Muradlı ailəsi ilə birlikdə Suriyaya gedibmiş. Onun ölümü barədə məlumatı da həyat yoldaşı verib. Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları 1991-ci ildə Zaqatalada anadan olmuş Muradlı Anar İlham oğlunu İnterpol xətti ilə axtarışa verib. O, qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir.