İran İordaniya və Küveytdə ABŞ hərbçilərinin dislokasiya məntəqələrinə, həmçinin Bəhreyndə iri alüminium zavodunu vurub.
Bu barədə İran ordusu məlumat yayıb.
Məlumata görə, hücum PUA-larla həyata keçirilir.
Madaqaskar dövlət orqanları 13 şübhəlini keçid dövrünün Prezidenti Mikael Randrianirinaya qarşı qəsd və dövlət çevrilişi planlaşdırmaqda günahkar bilib.
Bu barədə rəsmi açıqlamanı prokuror Narindra Rakotoniaina səsləndirib.
“Həbs edilənlər dövlət başçısına qarşı sui-qəsd təşkil etməkdə və uzun müddətdir hazırlanan silahlı qiyamda iştirakda şübhəli bilinirlər. Bu addımlar bilavasitə prezidentin canına qəsd məqsədi daşıyır”, – deyə prokuror qeyd edib.
Xəbərə görə, Madaqaskar hüquq-mühafizə orqanları bu günə qədər 11 nəfəri nəzarətə götürüb, daha iki şübhəlinin axtarışları isə davam edir. Saxlanılan şəxslərin yaşayış yerlərində aparılan əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizəçilər böyük məbləğdə nağd pul və çox sayda odlu silah taparaq müsadirə ediblər. Prokuror, həmçinin bildirib ki, ittiham olunanlar arasında hakimiyyəti zorla ələ keçirmək istəyini əvvəlcədən ictimaiyyətə açıqlamış bir general da olmaqla hərbi qulluqçular mövcuddur.
Madaqaskar rəsmiləri polkovnik Patrik Rakotomamoncinin bu qanunsuz əməliyyatın əsas təşkilatçılarından biri olduğunu bəyan ediblər. Qəzetin yaydığı informasiyaya görə, o, əvvəllər Madaqaskar dövlət başçısının administrasiyasında vəzifə tutub, lakin bu ilin yanvarında tutduğu postdan azad edilib. Həmin şəxs sosial şəbəkələrdə mövcud iqtidarı sərt tənqidi paylaşımlar edib və ordunu idarəçiliyi öz əlinə almağa səsləyib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 14-də Madaqaskarın Milli Assambleyası keçmiş prezident Andri Radzuelinanın ölkə hüdudlarından kənarda olması səbəbindən onun vəzifədən kənarlaşdırılması barədə səsvermə keçirib. Ali Konstitusiya Məhkəməsi bu addımı təsdiqləyərək, Mikael Randrianirinanın başçılıq etdiyi hərbi rəhbərliyin Madaqaskarda idarəetməni həyata keçirməsini məqsədəuyğun hesab edib. Daha sonra, oktyabrın 17-də Ali Konstitusiya Məhkəməsinin qərarı ilə Randrianirina keçid dövrünün prezidenti kimi rəsmi şəkildə andiçmə mərasimindən keçib.
Aprelin 3-də Günəşdə sonuncudan əvvəlki güc sinfinə aid yeni partlayış qeydə alınıb.
Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“Aprelin 3-də Moskva vaxtı ilə saat 10:56-da (Bakı vaxtı ilə saat 11:56) 4009 günəş ləkələri qrupunda (N01E07) rentgen diapazonunda 13 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
Myanma parlamenti Min Aun Hlaynı respublikanın prezidenti seçib.
Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu səsvermənin nəticələrinə dair məlumatlar təsdiqləyir.
Onun namizədliyi parlamentarilərin əksəriyyəti tərəfindən dəstəklənib.
Min Aun Hlayn daha əvvəl Myanma Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən istefa verib. O, 2011-ci ildən bəri bu vəzifəni tuturdu. Həmin postda onu Ye Vin U əvəz edib.
“ChatGPT” ekstremizmə meyilli istifadəçiləri müəyyən edərək, onları “deradikallaşdırmaq” məqsədilə xüsusi çat-botlara yönləndirəcək.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, bu təşəbbüs artan məhkəmə iddiaları fonunda süni intellekt sahəsindəki təhlükəsizlik problemlərini həll etmək cəhdidir. Yeni alətin hazırlanması ilə Yeni Zelandiyanın “ThroughLine” startapı məşğul olur. Şirkət bu layihədə “OpenAI” (“ChatGPT”), “Anthropic” və “Google” kimi texnologiya nəhəngləri ilə əməkdaşlıq edir.
“ThroughLine” hazırda istifadəçilərin sorğularında özünə zərər yetirmə, məişət zorakılığı və ya qida qəbulu pozuntuları (anoreksiya və s.) ilə bağlı risklər aşkar etdikdə, onları böhran dəstəyi xidmətlərinə yönləndirir. İndi isə təşkilat öz funksionallığını genişləndirərək zorakı ekstremizmin qarşısını almağa çalışır.
Layihə çərçivəsində internetdə nifrətin yayılmasına qarşı mübarizə aparan “The Christchurch Call” təşəbbüsü ilə birgə fəaliyyət göstəriləcək. “The Christchurch Call” ekstremist məzmun aşkar edildikdə ekspert tövsiyələri təqdim edəcək, “ThroughLine” isə operativ müdaxilə üçün xüsusi çat-botun proqram təminatını hazırlayacaq.
İranın paytaxtı Tehranın qərbində yerləşən Kərəc şəhərində tikilməkdə olan körpüyə ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan mülki şəxslərin sayı artıb.
Median.Az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əlborz vilayətinin qubernator müavini Qüdrətulla Seyf bildirib.
“Bu dəhşətli cinayət nəticəsində Əlborzun səkkiz sakini, o cümlədən Bilekan kəndinin sakinləri, ərazidən keçən sərnişinlər və həmin gün orada olan ailələr həlak olub, 95 nəfər yaralanıb”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl İran hökuməti Tehranın qərbində yerləşən Kərəc şəhərində tikilməkdə olan körpüyə iki zərbə endirildiyini bəyan etmişdi.
“ABŞ İranla münaqişədən ləyaqətli bir çıxış axtarır”.
Bu barədə ISNA İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şəkərçinin sitatına istinadən xəbər yayıb.
“Amerikalılar hazırda müharibədən ləyaqətli bir çıxış yolu axtarırlar, lakin biz onların etdiklərinin qisasını alana qədər onları buraxmayacağıq”, – deyə o bildirib.
Bundan əlavə, İran ordusunun rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatlara heç bir halda Hörmüz boğazı vasitəsilə hərəkət etməyə icazə verilməyəcək.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə “Amazon” (“Amazon Web Services”) şirkətinin bulud hesablama mərkəzinə zərbə endirdiyini bildirib.
“Unikal” bu barədə “Al Jazeera”ya istinadən xəbər verir.
SEPAH-ın bəyanatına görə, bu hücum düşmənə ünvanlanan ilk praktiki xəbərdarlıq olub.
“Əgər xəbərdarlıqlara məhəl qoyulmasa və qətllər davam edərsə, adlarını artıq açıqladığımız növbəti şirkətləri çox daha sərt şəkildə cəzalandıracağıq. Bu şirkətlərin regionda tamamilə məhv edilməsinin məsuliyyəti ABŞ Prezidentinin üzərinə düşür”, – məlumatda bildirilib.
Bundan əlavə, bu gün SEPAH Bəhreyndə adanın demək olar ki, bütün poladtökmə və metallurgiya sektorunu özündə birləşdirən Əl-Həd sənaye şəhərinə raketlər atıb.
Yaxın Şərqdə hərbi münaqişə başlayandan bəri “Amazon Web Services” (AWS) məlumat mərkəzləri dəfələrlə zərbələrə məruz qalıb.
Daha əvvəl SEPAH hücumlar nəticəsində İran vətəndaşlarının həlak olmasına cavab olaraq ABŞ şirkətlərinə zərbələr endirəcəyi ilə hədələmişdi.
ABŞ Prezidenti Donald Tramp tərəfdarlarını amerikalı rok ifaçısı Bryus Sprinqstinin martın 31-də başlayan ABŞ üzrə konsert turunu boykot etməyə çağırıb.
Bu barədə siyasətçi “Truth Social” platformasında yazıb.
“МАGА həərkatı onun həddindən artıq bahalı, bərbad konsertlərini boykot etməlidir. Zəhmətlə qazandığınız pulları qoruyun”, – deyə paylaşımda bildirilir.
Tramp paylaşımında musiqiçini “luzer”, “Tramp sindromunun ağır formasından əziyyət çəkən”, “seçkidə parlaq qələbə qazanmış prezidentə qarşı nifrət püskürən” şəxs adlandırıb.
Donald Tramp B.Sprinqstinin yaradıcılığına və xarici görünüşünə də toxunub. O, musiqiçini “pis və çox darıxdırıcı müğənni” kimi adam xarakterizə edib.
Bryus Sprinqstin hələlik prezidentin çağırışına münasibət bildirməyib.
“Variety” nəşrinin məlumatına görə, musiqiçinin “Ümid və arzular torpağı” adlı turunun konsert biletlərinin qiyməti 87 dollardan 3 007 dollara qədər dəyişir. Tur mayın 27-də Vaşinqtonda başa çatacaq.
//oxu.az

ABŞ-ın Arizona ştatında 30 ildən çox əvvəl uşaq ikən itkin düşən qadın sağ halda tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.
Söhbət Kristina Mari Plant adlı şəxsdən gedir. O, 1994-cü ildə Finiks şəhərinin şimal-şərqində yerləşən kiçik Star Velli yaşayış məntəqəsi ərazisində yoxa çıxmışdı. İtkin düşdüyü vaxt onun 13 yaşı olub. Hadisədən sonra polis, könüllülər və regional xidmətlər tərəfindən genişmiqyaslı axtarışlar aparılsa da, iş nəticəsiz qalmışdı.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, illər ərzində aparılan dindirilmələr və yoxlamalara baxmayaraq, qızın yerini müəyyənləşdirmək mümkün olmamışdı. İndiyədək iş açıq saxlanılıb və mütəmadi olaraq yenidən araşdırılıb.
Məlumata əsasən, Kristina Mari Plant milli itkin düşmüş uşaqlar bazasına daxil edilib və onunla bağlı məlumatlar təkcə ştat daxilində deyil, ölkə üzrə də yayılıb.
İşdə irəliləyiş müasir texnologiyalar və yeni istintaq metodları sayəsində əldə olunub. Müstəntiqlər yeni izlər taparaq qadının yerini müəyyən etməyə müvəffəq olublar. Lakin hadisənin detalları açıqlanmır. “Gila County Sheriff’s Office” nümayəndələri bunu onun şəxsi həyatının qorunması ilə izah ediblər.