Category: Dünya

  • İran polisləri helikopteri tapança ilə vurmağa çalışdı – Video

    Xəbər verdiyimiz kimi, ABŞ xüsusi təyinatlıları vurulan F-15E qırıcısının pilotlarını xilas etmək üçün İran ərazisinə daxil olublar.

    Axtarışlara PUA-larla bərabər C-130 təyyarəsi və “Black Hawk” helikopterləri cəlb olunub.

    Sosial şəbəkədə İran polisinin ABŞ helikopterlərinə tapançalarla atəş açmaları ilə bağlı görüntülər yayılıb. Onların bu addımı müzakirələrə səbəb olub.

    Qeyd edək ki, Qərb mediası pilotlardan birinin tapılaraq İrandan çıxarıldığını yazıb.

    SEPAH-ın sözügedən helikopterlərdən birini vurması barədə iddiası isə təkzib olunub.
    //unikal.az

  • “Şahramanyan niyə Bakıda həbsdə deyil?” – Simonyan

    “Şahramanyan niyə İrəvanda, digər rəhbərlər isə Bakıda həbsdədir?”

    Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

    O, Şahramanyanın baş nazir Nikol Paşinyanın Qarabağ ermənilərinin 2020-ci ildə qaçdığı barədə açıqlamasını xəyalpərəstlik adlandırmasına belə reaksiya verib: “Necə qaçmaq olar? Təkrar edirəm, “Dağlıq Qarabağ”ın qalan liderləri hazırda Bakıda həbsdədirsə, o, niyə İrəvanda müsahibə verir? Qoy sussun, nə qədər az danışırsa, bir o qədər çox fayda verir. Ona məsləhət görürəm ki, az danışsın və özünü ora-bura hansısa məmur kimi təqdim etməsin. O, məmur deyil, öz əli ilə imza atıb ki, məmur deyil və heç vaxt məmur olmayıb. İndi Ermənistan Respublikasının yüksək himayəsi altında belə davranmaq ən azından mənəvi cəhətdən düz deyil.

    İndi hamı şirə çevrilib. Qoy az danışsın, belə şeylər deməyi tamamilə dayandırsın. Mən ona xəbərdarlıq edirəm, yerini bilsin”.
    //unikal.az

  • Öldürülən generalın yerinə yeni təyinat

    Mart ayında öldürülən general-mayor Əli Məhəmməd Naeininin yerinə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yeni sözçü təyin olubub.

    General Hüseyn Mohabbi SEPAH-ın yeni sözçüsü vəzifəsini icra edəcək.

    Məlumata görə, Mohabbinin təyin edilməsi ilə bağlı fərmanı Ali Rəhbərin SEPAH-dakı nümayəndəsi Abdullah Hacı Sadeqi imzalayıb.

    Rəsmi məlumata görə, general Naeni ABŞ və İsrail hərbi qüvvələrinin İran ərazisindəki müxtəlif hərbi obyektlərə endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Hadisə mart ayının 20-nə keçən gecə, səhər saatlarında baş verib.

  • Ərdoğan və Zelenski İstanbulda görüşdülər

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski arasında görüş başlayıb.

    Liderlərin görüşü Dolmabahçe Sarayında keçirilir.

    Müzakirələrin regional inkişafları və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı son vəziyyəti əhatə etməsi gözlənilir.

    Ərdoğan dünən Rusiya lideri Vladimir Putinlə telefonla danışmışdı. Zəng zamanı regional məsələlər müzakirə olunub.
    //unikal.az

  • Paşinyan: “Biz xalqımızı cəhənnəmdən keçirmişik”

    “Biz Ermənistan Respublikasını geosiyasi tələdən çıxardıq və onu sülh limanına çatdırdıq”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının səkkizinci fövqəladə konfransında çıxışı zamanı bildirib.

    “Fəxr etməliyik, çünki bütün bunlar hər siyasi qüvvənin bacardığı iş deyil. Biz cəhənnəmdən keçmişik, xalqımızı cəhənnəmdən keçirmişik və xalqımızla birlikdə bu sülhü müdafiə etməliyik. Sülh bu gündür; o, buradadır, o, indidir. Ermənistan Respublikası vətəndaşları və Vətəndaş Müqaviləsi Partiyası tərəfindən idarə olunan hamımız sülh uğrunda ayağa qalxmalıyıq”, – deyə Paşinyan bəyan edib.

  • İranda iki nəfər edam olunub

    İran hakimiyyəti terrorizmdə günahkar bilinən “İran Xalq Mücahidləri Təşkilatı” (“Mücahid-e Xalq”) qruplaşmasının iki üzvünün ölüm hökmünü icra edib.

    Bu barədə İranın “Tasnim” agentliyi məlumat verib.

    Bildirilir ki, İran Ali Məhkəməsi ölüm hökmünü təsdiqlədikdən sonra iki nəfər Tehranda asılıb.

    Agentlik qeyd edir ki, yaraqlılar xaricdən təlimatla İran paytaxtında bir sıra silahlı hücumlar və partlayışlar törədiblər. Onlar, həmçinin maliyyə dəstəyinə, kiçikqabaritli raket qurğularının və əldəqayırma bombaların yığılması üçün emalatxanalar kimi, eləcə də qruplaşmanın digər üzvləri üçün sığınacaq kimi istifadə edilən konspirativ (təhlükəsiz) evlərin icarəyə götürülməsinə məsuliyyət daşıyırmışlar. Məlumata görə, onlar pulları xaricdəki koordinatorlardan tranşlarla kriptovalyuta şəklində alıblar.

    Təşkilat üzvləri əvvəlcədən hazırlanmış dörd qurğudan istifadə etməklə növbəti hücumu həyata keçirməyə cəhd edərkən cinayət başında ələ keçiblər. İran məhkəməsi onları silahlı üsyan, milli təhlükəsizliyə qarşı əlbir olma və İslam Respublikasının dövlət sistemini devirməyə yönəlmiş terror aktlarında günahkar bilib. Aşkar edilmiş dəlillər, eləcə də maskalanmaq üçün vasitələr, müşahidə kameralarından materiallar və təqsirləndirilən şəxslərin özlərinin ifadələri ölüm cəzası üçün əsas olub.

    Xatırladaq ki, daha əvvəl də “İran Xalq Mücahidləri Təşkilatı”nın üzvləri edam edilmişdilər.

  • Paşinyan Baş nazir postuna namizəd seçilib

    “Vətəndaş müqaviləsi” partiyası Nikol Paşinyanı Ermənistanın Baş naziri postuna namizəd irəli sürüb.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Bildirilib ki, qərar partiyanın bu gün keçirilən növbədənkənar qurultayında qəbul edilib.

    İştirakçılar Paşinyanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

  • İran İsraillə əlaqəsi olan GƏMİNİ VURDU

    İran Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən və İsraillə əlaqəsi olduğu bildirilən ticarət gəmisinə dronla hücum edib.

    Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.

    Qeyd olunur ki, İsraillə əlaqəsi olan “MSC Ishika” gəmisi Hörmüz boğazında pilotsuz uçuş aparatı ilə hədəfə alınıb. SEPAH-ın məlumatına görə, zərbə nəticəsində gəmidə böyük yanğın başlayıb.

  • Rusiya qaz qiymətlərini artırsa, Ermənistan iki qurumu tərk edəcək: İrəvandan bəyanat

    “Rusiya respublikaya tədarük edilən qazın qiymətini artırmaq qərarına gələrsə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq”.

    Median.Az-ın “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib.

    “Bu cür danışıqlar, məsələn, Ermənistan mallarının idxalı və ya qaz qiymətləri ilə bağlı danışıqlar yeni xəbər deyil. Deməliyəm ki, əgər onlar belə bir qərar qəbul etsələr, Ermənistan öz qərarını verəcək və birdəfəlik KTMT və Aİİ-dən çıxacaq”, – deyə o qeyd edib.

    “Amma düşünmürəm ki, məsələ bu nöqtəyə gəlib çatar, çünki bilirəm ki, iki ölkə liderləri arasında çox yaxşı və effektiv söhbət baş tutub”, – Simonyan əlavə edib.

    Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar aprelin 1-də Moskvada baş tutub.

  • Dubay-Marina və “Dubai Internet City” əraziləri sursat qalıqlarından zərər görüb

    ABŞ-nin “Oracle” şirkətinin binasına İranın zərərsizləşdirilən sursat parçalarının düşməsi nəticəsində kiçik ziyan dəyib.

    Bu barədə BƏƏ-nin Dubay Əmirliyinin rəsmiləri məlumat yayıb.

    “Ələ keçirilən mərmidən qalan qalıqlar “Dubai Internet City” ərazisindəki “Oracle” binasının üzərinə düşüb və fasadına kiçik ziyan vurub. İtki barədə məlumat verilməyib”, – deyə regional hökumətin mətbuat mərkəzi açıqlamada bildirib. Şəhər səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən məhz hansı sursatın zərərsizləşdirildiyi açıqlanmır.

    Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən bina da hərbi sursatın qalıqlarının düşməsi nəticəsində zərər görüb. Əmirliyin rəsmilərinin verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

    “Vurulmuş mərminin qalıqları Dubay-Marina ərazisindəki binanın fasadına düşüb. Yanğının baş verməsi və ya hadisə nəticəsində xəsarət alanların olması barədə məlumat daxil olmayıb”, – deyə Dubay administrasiyasının mətbuat xidmətinin bəyanatında bildirilir. Dəyən maddi ziyanın miqyası barədə dəqiq məlumat verilmir.